FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə104/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   100   101   102   103   104   105   106   107   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
78


Respublikasının  Milli  Qəhrəmanlarının  gəlir  vergisindən  qismən  azad 
edilməsi nəzərdə tutulur. Bəzi ölkələrin qaunvericiliyi müəyyən müddət 
ərzində  kiçik  müəssisələrin,  xarici  investisiyalı  müəssisələrin  bəzi 
vergilərdən qismən və ya tamamilə azad edilməsini nəzərdə tutur. 
2. Vergitutma obyektinin vergi ödəməkdən qismən və ya tamamilə 
azad  edilməsi.  Məsələn,  bir  sıra  ölkələrdə  investisiyaya  yönəldilmiş 
mənfəət  vergidə  tam  və  ya  qismən  azad  edilir.  Azərbaycan 
Respublikasında  kənd  təsərrüfatı  məhsulları  istehsalından  əldə  edilən 
gəlir vergidən azaddır. 
3.  Zərərin  keçirilməsi.  Məsələn,  Azərbaycan  Respublikasında 
müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq 
olan  hissəsi  üç  ilədək  davam  edən  sonrakı  dövrə  keçirilir  və  illər  üzrə 
məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya 
edilir. 
4.  Obyektin  vergiyə  cəlb  olunmayan  minimal  hissəsinin  təyin 
ediməsi. 
5.  Vergi  dərəcələrinin  azaldılması.  Məsələn,  Azərbaycan 
Respublikasının Vergi Məcəlləsinə əsasən əlillərin ictimai təşkilatlarına 
məxsus  olan,  işçilərinin  ən  azı  50  faizi  əlillərdən  ibarət  olan  istehsal 
müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır. 
6.  Mülkiyyət  formasından  asılı  olaraq  verilən  güzəştlər.  Məsələn, 
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən büdcə təşkilatları 
əmlak vergisini ödəməkdən azaddırlar. 
Dövlət vergilərdən iqtisadiyyatın tənzimlənməsinin əsas aləti kimi 
istifadə  edir.  Vergi  güzəştlərinin  məbləğini  dəyişməklə  o,  iqtisadi 
vəziyyətə  təsir  edə  bilir.  Güzəştli  vergitutma  rejimi  istehsalın 
strukturuna, xalq təsərrüfatının prioritet təşkil edən sahələrinin inkişafına 
güclü təsir imkanına malikdir.             
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin