Fənnin adi : İnklüziv təhsil Tərtib etdi: Xüsusi təhsil kafedrasının baş müəllimi-Zeynəb Məmmədova


Əsas sinif startegiyaları və adaptasiya: Eşitmə məhdudiyyəti olan uşaqlar üçün



Yüklə 21,06 Kb.
səhifə2/2
tarix12.11.2022
ölçüsü21,06 Kb.
#68699
1   2
İnklüziv mühazirə-4

Əsas sinif startegiyaları və adaptasiya: Eşitmə məhdudiyyəti olan uşaqlar üçün:

  • Lövhədə yazılanı daha asan anlamaları üçün eşitmə məhdudiyyəti olan uşaqları qabaq partada otuzdurun.

  • Oxumada çətinliyi olan uşaqların məlumatı daha yaxşı mənimsəməsi məqsədilə vizual vasitələrdən istifadə edə bilərsiniz. Danışarkən həmin uşağın dodaqlarınızı gördüyünə əmin olun, onlar dodaqdan oxuyaraq müzakirəyə qoşula bilirlər, üzünüz yazı lövhəsinə tərəf olduqda danışmayın.

  • Arxa fondakı səsləri azaldın. Sinfi elə təşkil edin ki, qrup müzakirəsi zamanı eyni anda yalnız bir şagird danışsın.

  • Eşitmə məhdudiyyəti olan uşaqların başa düşməsi üçün əyani vasitələrin maksimallaşdırılması üçün otağın yaxşı işıqlandırılmasını təmin edin

  • Ünsiyyət zamanı qeyd olunan məlumatların yazılı şəkildə təqdim edilməsini təmin edin. Sinif müzakirələrini və elanları əlavə etmək üçün yazılı materiallar təqdim edin.

  • Sinifdə videolardan istifadə edərkən alt-yazıların olmasına diqqət edin.

  • Eşitməyən uşaqlarda nitq məhdudiyyətləri ola bilər. Anlaşılmayan sözləri, oxu tapşırıqlarını müzakirə edin.

  • Qeydlər apararkən uşaqlara yaşıdları ilə işləməyə icazə verin.

  • Məlumatı aydın və sadə şəkildə təqdim edin.

  • Daha aydın şəkildə tələffüz edin.

Əsas sinif strategiyaları və adaptasiya: Fiziki məhdudiyyəti olan uşaqlar üçün:

  • Sinifdə hərəkət etmək üçün geniş yer təmin edin. Əmin olun ki, fiziki məhdudiyyətli uşaqlar üçün sinfin hər yeri, əyani vəsaitlər, informasiya materialları və təchizatlardan istifadə əlçatandır.

  • Əlilliyi olan uşaqların sinfə daxil olması və sinifdən çıxması üçün daha çox vaxt tələb olunduğunu nəzərə alın.

  • Qrup işi və yerdəyişmə zamanı sinifdə hərəkət etməsi üçün uşağa kifayət qədər vaxt verin.

  • Uşağın yazı çətinliyi varsa, ona qeydləri aparmaqda kömə edə biləcək partnyor seçin.

  • Uşağa məlumatı yazmaq yerinə kompüter, kiçik səsyazan və ya kamera kimi vasitələrlə qeydə almağa icazə verin.

  • Uşaq tez yorulursa, tapşırığı bitirmək üçün ona əlavə vaxt verin.

Əsas sinif strategiyaları və adaptasiya: Görmə məhdudiyyəti olan uşaqlar üçün:

  • Görmə məhdudiyyəti olan uşaqları yazı lövhəsinə yaxın otuzdurun.

  • Sinifdə iri şriftlə çap edilmiş təlim materiallarından istifadə edin.

  • Lazım olarsa, diktafona yazılmış mətnlərdən istifadə edin. Şagirdlərə qeydlər aparmaq əvəzinə dərsləri və təlimatları diktafona yazmağa icazə verin.

  • Oxumaq və yazmaq üçün uşaqlara daha çox vaxt verin. Şagirdlərə tapşırıqları yerinə yetirmək üçün daha qalın uclu marker və ya yazı alətindən istifadə etməyə icazə verin.

  • Yazılı təlimat və ya tapşırıq verdikdə materialın qısa şəkildə və böyük hərflər ilə yazıldığına əmin olun. Uşaqlara sinif qeydlərinin nüsxəsini təqdim edin və onlara iPad və ya tabletlər ilə onları qeydə almağa icazə verin.

  • Təlimatları həm şifahi, həm də yazılı təqdim edin. Hər bir ifadəni lövhədə yazıldığı kimi deyin.

  • Görmə məhdudiyyəti olan şagirdlərə tapşırıqlarını daha qısa yazılmış variantda təqdim etməyə və ya öyrəndiyini fərqli vasitə ilə nümayiş etdirməyə icazə verin.

  • Nəzərə alın ki, görmə məhdudiyyəti olan uşaqların vizual vasitələrlə təlim alma ehtimalı azdır və həmin vasitələrdən istifadəsi də az olacaq (məsələn, sinif planını görməsi, saatda vaxtı yoxlaması, təlimat materialları və sinif otağının qaydaları və s. daxil olmaqla divardakı əyani vasitələrin və materialların oxunması).

  • Görmə məhdudiyyəti olan uşaqlar təlim yerlərində oriyentasiya və səfərbərlikdə köməyə ehtiyac duyacaqlar. Sinfin planı, kitabxana, yeməkxana və məktəbin digər əsas ərazilərə bələd olması üçün görmə məhdudiyyəti olan uşaqlara vaxt verin ki, onu əhatə edən mühit ilə tanış olsun və ətrafda hərəkət edərkən inamlı olsun. Məktəbin planı və məktəbin fövqəladə hallar üzrə prosedurlarını görmə məhdudiyyəti olan uşaq üçün aydınlaşdırın (məs., tualetlər, idman zalı, kitabxana, yeməkxana, təlimat otağı, oyun meydançası və s.).

  • Görmə məhdudiyyəti olan uşaqlar adlar ilə simaları əlaqələndirməyə bilərlər, ona görə də həmin uşaqlara öz sinif yoldaşları ilə tanış olmaq üçün vaxt verin. Məqsədyönlü şəkildə sinif yoldaşları ilə kiçik qruplar və ya fərdi şəkildə tanış ola biləcəkləri fəaliyyət və təcrübələr təşkil edin.

Əsas sinif strategiyaları və adaptasiya: Əqli problemləri olan uşaqlar üçün:

  • Təlimatları bir neçə dəfə təkrarlayın.

  • Böyük tapşırıqları kiçik parçalara ayırın. Eyni anda yalnız bir mərhələnin təlimatlarını verin. Aydın seçimlər verin.

  • Fəaliyyətlərdə mümkün olduğu qədər sadə sözlərdən istifadə edin.

  • Dərsi müxtəlif üsullarla təqdim edin (məsələn, əyani, səsli, təcrübi dərs). Dərsin əyani təqdimatını keçirin və iri mətnlərdən ibarət materiallardan istifadə edin.

  • Şifahi verilən təlimatlar vasitəsilə yazılı təlimatları möhkəmləndirin.

Əsas sinif startegiyaları və adaptasiya: Ünsiyyət və inteqrasiya problemləri olan uşaqlar üçün (bura əqli problemləri, nitq çətinlikləri və autizm sindromlu uşaqlar daxildir):

  • Sadə və konkret dildə danışın.

  • Gündəlik nizam-intizam qaydaları tərtib edin.

  • Fəaliyyətin bitməsi və digər fəaliyyətin başlaması haqqında məlumat verməyi gündəlik qaydaların bir parçasına çevirin.

  • Daha az seçimlər verin. Uşaqdan bir rəng seçməsini istəyirsinizsə, ona seçməsi üçün iki və ya üç seçim verin.

  • Daha dəqiq seçimlər verin və seçimləri açıq saxlamamağa çalışın. “İndi nə etmək istəyirsən?” soruşmaq yerinə “Oxumaq, yoxsa çəkmək istəyirsən?” kimi soruşmaqla siz mütləq daha yaxşı nəticə əldə edəcəksiniz.

  • Növbə və sosial məsafə kimi xüsusi sosial qaydaları/bacarıqları öyrədin.

  • Təlimatları təkrarlayın və onların aydın olmasını təmin etmək üçün qısa cümlələr qurun.

  • Həddindən çox asanlaşdırmayın. Tapşırıq qəliz olarsa, distraktorları (test tapşırıqlarında düzgün cavaba yaxın digər variantların olması) minimuma endirin. Lazım olarsa, fərdi çalışma sahəsi və ya güşəsindən istifadəyə icazə verin. Rəngli divar ekranları bəzi uşaqların fikrini yayındıra, digərləri üçün isə səsə alışmaq çətin ola bilər.

Suallar: 1.Universal öyrənmə dizaynının mahiyyətini necə başa düşürsünüz?
2. Əsas sinif strategiyaları hansılardır?
2. Təlim mühitinin adaptasiyasının hədəflərini necə izah edərdiniz?


ƏDƏBİYYAT SİYAHISI
1. “İnklüziv təhsil”- metodik vəsait-Bakı 2011
2. N.T. Hüseynova – İnklüziv təhsil. Bakı-2014
3.S.Ə. Qasımov, E.M.Kərimova, İ.Sultanova, T.H.Ağayeva- İnklüziv təhsil Bakı-2006.
4. Korreksion Pedaqogikanın Müasir Məsələləri-Bakı 2012.
5. Xüsusi psixofiziki inkişafa malik uşqaların tərbiyə və təlimi. Bakı -2016.
6. Piter Vestvud (2009) "Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla müəllimlər necə işləməlidirlər?",
7 .Müəllimlər, tərbiyəçilər üçün vəsait. Viktoria, Avstrya- 2006
Yüklə 21,06 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin