Kənd təsərrüfatı. İqlim dəyişmələrinin mənfi təsirləri kimi müsbət təsirlərinin olması mümkündür. Qlobal istiləşmənin təsiri nəticəsində ölkəmizdə isti ehtiyatlarının və vegetasiya dövrünün davamiyyətinin gözlənilən artması pambıq sahəsinə müsbət təsir göstərə bilər. Belə ki, hazırda becərilən pambıq sortlar daha keyfiyyətli uzunlifli gecyetişən sortlarla əvəz edilə bilər. Onların məhsuldarlığını keçən əsrin 80-cı illərində olan və daha yüksək səviyyəyə çatdırmaq olar. Proqnozlar deməyə imkan verir ki, əsrin sonunadək taxılçılığın indiki arealının sərhədinin dağlara doğru irəliləməsinə imkan yaranacaqdır. Lakin bu ərazilərdə əlverişli torpaq ehtiyatlarının məhdud olması səbəbindən taxıl zəmiləri sahələrinin dağlara doğru əhəmiyyətli dərəcədə genişlənməsi gözlənilmir.
2021-2050-ci illərdə sənaye əhəmiyyətli üzümlüklərin sərhədləri regiondan asılı olaraq indiki 800-900m-dən daha 200-450m dağlara doğru yüksələ bilər. Lakin bu yüksəkliklərdə geniş və üzümçülük üçün yararlı sahələrin kifayət qədər olmaması onun bu ərazilərdə kütləvi yayılması gözlənilmir.
Göründüyü kimi havanın isti keçməsi istisevər bitkilərin Azərbaycanda becərilməsinə şərait yaratsa da, bostan və meyvə bitkiləri üçün əlverişsizdir. Bundan əlavə suvarılan kənd təsərrüfatı ərazilərində gözlənilən su çatışmazlığı da vəziyyəti gərginləşdirə bilər.
Gözlənilən iqlim dəyişmələrinin mənfi təsirini yumşaltmaq və mümkün qədər qarşısını almaqdan üçün aşağıdakı uyğunlaşma tədbirləri görülməlidir:
istisevər, quraqlığa dayanıqlı və yüksək məhsuldarlığa malik olan sortla-
rının seleksiya, introduksiya və təsərrüfata tətbiqi;
torpaqların şoranlaşma və eroziyası, quraqlıq və ağ yellərə qarşı aparılan
meliorasiya tədbirlərini davam etdirmək və genişləndirməsi;
suvarılan ərazilərdə suya qənaət edən texnologiyaları kütləvi şəkildə
tətbiq edilməsi;
kənd təsərrüfatı məhsulunun mövcud saxlama sisteminin (anbar, soyudu-
cu və s.) təkmilləşdirilməsi və genişləndirilməsi və s.