Fesil-11. indd


İqlim dəyişmələri təsirlərinə uyğunlaşma (adaptasiya)



Yüklə 6,57 Mb.
səhifə15/20
tarix27.12.2023
ölçüsü6,57 Mb.
#199034
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   20
İqlim dəyişmələri təsirlərinə uyğunlaşma (adaptasiya). Bu mübarizə yolu isə iqlim dəyişmələrinin törətdiyi fəsadlara qabaqcadan hazırlıq tədbirləri vasitəsilə onun vurduğu ziyanın azaldılmasını nəzərdə tutur.

Növbəti onilliklər ərzində atmosferə atılan istilikxana qazlarının miqdarı kəskin şəkildə azalsa belə planetimiz hələ uzun illər iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşmalı olacaqdır. Yuxarıda iqlim dəyişmələri təsirlərinin yumşaldılması (mitiqasiya) yollarından bir neçəsinə toxunulumuşdur (yaşıl iqtisadiyyat, alternativ və bərpa olunan enerji növlərindən istifadə və s.). İndi isə bizə (uyğunlaşma) adaptasiya mexanizmlərindən söhbət açacağıq.
Əsrlər boyu insanlar müxtəlif adət, həyat tərzi və mədəniyyət formalaşdıraraq onları əhatə edən ətraf mühitə uyğunlaşmağa çalışırlar (Aralıq dənizi sahili ölkələrində günorta isti hava şəraitində yuxu fasiləsi (siesta) və ya musson yağışlarından qorunmaq üçün Vyetnamda evlərin yerdən hündür taxtlar üzərində inşa edilməsi və s.). Lakin iqlim dəyişmələri mövcud bəşəriyyəti əvvəlki sivilizasiyaların belə rastlaşmadığı proseslərlə üz-üzə qoya bilər.
Uyğunlaşma tədbirlər planlı şəkildə və ya lokal təzyiqin nəticəsində spontan formada həyata keçirilə bilər. Uyğunlaşma tədbirləri iri həcmli infrastruktur layihələrindən tutmuş (dəniz suyunun səviyyəsinin qalxmasından qorunmaq üçün bəndlərin tikilməsi, anomal istilərə tab gətirməsi üçün magistrallarda asfalt örtüyü keyfiyyətinin yaxşılaşdırılması və s.) individual səviyyədə aparılan tədbirləri əhatə edə bilər (ev təsərrüfatında sudan istifadəyə qənaət, fermerlər tərəfindən becərilən ənənəvi bitki növlərinin digərləri ilə əvəz olunması və s.)
Dünyanın bütün ölkələri iqlim dəyişmələrinə uyğunlaşmalı olacaqdır. İnkişaf etmiş ölkələrin hökumətləri öz vətəndaşlarını qorumaq üçün büdcədən böyük maliyyə vəsaitləri ayırır və geniş çaplı strategiyalar həyata keçirirlər. İnkişaf etməkdə olan ölkələrdə isə uyğunlaşma (adaptasiya) başqa formada həyata keçirilir. Gündəlik həyatlarında quraqlıq, daşqın, tropik qasırğa təhlükələri ilə üz-üzə qalan dünyanın yoxsul ölkələrinin əhalisi isə iqlim dəyişmələrinə öz məhdud resursları hesabına uyğunlaşmağa çalışırlar. Yuxarıda qeyd olunduğu iqlim dəyişmələrin uyğunlaşma üzrə potensialdakı fərqlər sərvət, təhlükəsizlik və insan inkişafındakı bərabərsizliyin aparıcı qüvvələrindən birinə çevrilməkdədir.

11.6.2 İnkişaf etmiş ölkələrdə iqlim dəyişmələrinə uyğunlaşma


İqlim dəyişmələrinə uyğunlaşma inkişaf etmiş ölkələrdə sürətlə inkişaf edən sənaye sahəsinə çevrilmişdir. Mərkəzi hökumətlər, regional planlaşdırma idarələri, bələdiyyələr və sığorta şirkətləri bir məqsədə qulluq edən uyğunlaşma (adaptasiya) strategiyaları hazırlamaqla məşğuldurlar. Bu məqsəd isə insan həyatı, daşınmaz əmlak və iqtisadi infrastrukturu iqlim dəyişmələri risklərindən mühafizə etməkdir.
İqlim dəyişmələrinə uyğunlaşma gündəliyini formalaşdıran əsas faktorlardan biri ictimai rəydir. Bir çox inkişaf etmiş ölkələrdə əhali arasında hava ilə əlaqədar yaranan təbii fəlakətlərin iqlim dəyişmələri ilə əlaqədar olmasına dair fikir formalaşmışdır. İnkişaf etmiş ölkələrin vergi ödəyiciləri hökumətdən iqlim dəyişmələrinə uyğunlaşmaya geniş maliyyə vəsaitlərinin artırılmasını tələb edir. Belə ölkələrin hökumətləri iqlim dəyişmələrinin təsirindən mühafizə olunmaq üçün müxtəlif proqramlar icra edirlər. Aşağıda bunlara iki nümunə verilir:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin