Fesil-11. indd


“Alternativ”, “Bərpa olunan”, yoxsa “Dayanıqlı”?



Yüklə 6,57 Mb.
səhifə13/20
tarix27.12.2023
ölçüsü6,57 Mb.
#199034
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
11.5.8 “Alternativ”, “Bərpa olunan”, yoxsa “Dayanıqlı”?
Bu hissədə bizim ən çox istifadə etdiyimiz ifadə “alternativ enerji” oldu, çünki son illər su, külək, günəş və bio-enerjidən alınan enerji ümumiləşdirilərək daha çox məhz belə, ya da “bərpa olunan” enerji adlandırılır. Yuxarıda göstərdiyimiz kimi, əvvəlki yüzilliklər ərzində kömür, neft və təbii qaz “ənənəvi” enerji növləri adlandırıldığından, su, külək, günəş və bio enerji bunlara alternativ sayıldığından, “alternativ” enerji növləri adlandırılmağa başladılar. Halbuki əslində, biz əvvəl göstərdiyimiz kimi, bəşəriyyət əvvəl məhz su, külək, günəş və bio enerjisindən istifadə edib və kömür, neft və qaz bunlara “alternativ” olmuşlar. Buna görə indi su, külək, günəş və bio enerjinin “alternativ” enerji adlandırılması o qədər də uğurlu deyil.
Digər tərəfdən, su, külək, günəş, və bio enerjisi ilə yanaşı nüvə enerjisi də “bərpa olunan” enerji növüdür. Və deyəndə ki, “bərpa olunan enerji növlərini inkişaf etdirmək qərək” aydın olmur, nüvə enerjisinin inkişafı da nəzərdə tutulur ya yox. Buna görə zənnimizcə su, külək, günəş və bio enerjini ümumi adla adlandırmağa gəldikdə ən uğurlu ifadə “dayanıqlı” enerji ifadəsidir. Nüvə enerjisi “bərpa olunan” olsa da, təhlükəli olduğundan onu “dayanıqlı” adlandırmaq olmur. Ondan fərqli olaraq, su, külək, günəş və bio enerji bir tərəfdən inkişafı təmin edir, digər tərəfdən təhlükəsiz, yəni, doğrudan da “dayanıqlıdırlar”. Buna görə zənnimizcə, məhz bu ifadənin işlənməsi məqsədəuyğundur.

11.5.9 Enerji səmərəliliyi


Bizim bu fəsildə əsas mövzumuz dayanıqlı enerji olmuşdur. Lakin son zamanlar güclənən hərəkətlərdən biri də enerji səmərəliliyinin artırılmasıdır. Enerji itkilərinin qarşısının alınması bəşəriyyəti həmişə narahat etmişdir. Enerji itkiləri ilə mübarizənin texniki, iqtisadi və maliyyə aspektləri var. Məsələn, Azərbaycanda müstəqilliyin ilkin dövrlərində elektrik və qaz enerjisinin istifadəsi sayğacların göstəricilərinə əsasən deyil, bir növ əhali ilə ödəmələri yığanlar arasında “sövdələşmələrə” əsasən baş verirdi. Son illər dövlətin tətbiq etdiyi sərt sayğac siyasəti təkcə əhalidən yığılan enerji ödənişlərini qaydaya salmağı deyil, həm də mühüm, 20-30% enerji qənaətinə gətirib çıxarmışdır. Digər mühüm sahə evlərin termik izolyasiyasıdır. Daha qabaqcıl texniki yanaşma, müasir materiallar istifadə etməklə evlərin isidilməsinə və, əksinə, soyudulmasına 30-50% enerji qənaəti ilə nail olmaq olar. Məsələn, daha yaxşı termik izolyasiyalı qapı və pəncərələrin istifadə edilməsi hesabına. Daha bir, xüsusilə Azərbaycan üçün vacib sahə, neft çıxarılarkən əvvəllər havaya sovrulan və ya yandırılan səmt qazının toplanmasıdır. Əsasən metandan ibarət səmt qazının toplanması həm ekologiyanı qorumağa, həm də dəyərli yanacağa qənaət etməyə imkan verir.
Digər vacib məsələ İstilik Elektrik Stansiyalarında 1 kW enerjinin istehsalına sərf edilən yanacaqdır. Bu yaxınlara kimi Azərbaycanda bu göstərici orta dünya göstəricisindən xeyli yüksək idi. Son illər Azərbaycanın bir neçə istilik stansiyalarında aparılmış yenidənqurma işləri hesabına bu göstəricini aşağı salmaq mümkün olmuşdur, ancaq bu sahədə hələ də çox iş görülməlidir. Bütövlükdə götürdükdə, təəssüf ki, Azərbaycanda enerji səmərəliyi hələlik kifayət qədər diqqət cəlb etməyib. Bunun da təbii səbəbi Azərbaycanın enerji daşıyıcıları ilə zəngin olmasıdır – necə deyərlər, “varlığa nə darlıq”. Ancaq unutmaq olmaz ki, neft və qaz təkcə bizim deyil, həm də gələcək nəsillərimizindir və biz bu “xəzinəyə” görə onlar qarşısında da məsuliyyət daşıyırıq.

11.5.10 Yaşıl iqtisadiyyat


Məhz bu səbəbdən son illər ən çox diqqət çəkmiş məsələlərdən biri “yaşıl iqtisadiyyat”-dır. Yaşıl iqtisadiyyat ekoloji risk və resurs qıtlığını nəzərə almaqla insanların daha yüksək həyat səviyyəsini və cəmiyyətdə sosial bərabərliyi təmin edən iqtisadiyyatdır. Yaşıl iqtisadiyyatın əvvəlki iqtisadiyyat modellərindən əsas fərqi əvvəllər qiymət qoyulmadan istifadə edilən resursların əsl dəyərinin nəzərə alınmasıdır. Məsələn təbiətdən pulsuz götürülən havanın, suyun və yaxud bioloji resursların dəyərinin nəzərə alınması. Neft və qaz da yerdən çıxarılarkən onların qiymətində yalnız geoloji, qazıntı və istismar işlərinin xərcləri nəzərə alınır, əslində isə onların qiymətində onların “mövcudluq” dəyəri də nəzərə alınmalıdır. Ən azı ona görə ki, biz onları indi istifadə etməsək, onlar gələcək nəsillərə qala bilər. Əgər bütün bu resursların bəşəriyyət üçün əhəmiyyət və qiyməti nəzərə alınarsa, onda bir çox indi ucuz başa gələn kimi hesab edilən malların əslində xeyli baha başa gəlməsi aydın olar.
Yaşıl iqtisadiyyat modeli bəşəriyyətə daha harmonik inkişaf etməyə imkan verər. Bu model sosial baxımdan da vacibdir, çünki cəmiyyətin varlı təbəqələri əllərində olan texniki və texnoloji vasitələr hesabına yoxsulların “əlləri çatmayan” və əslində hamıya məxsus resursları “özəlləşdirib” istismar edirlər.

Yüklə 6,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin