Fesil-11. indd


Şəkil 5: Dövlət Şirkəti AREA rəhbərliyi Alternativ Enerji üzrə



Yüklə 6,57 Mb.
səhifə11/20
tarix27.12.2023
ölçüsü6,57 Mb.
#199034
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
Şəkil 5: Dövlət Şirkəti AREA rəhbərliyi Alternativ Enerji üzrə
Qobustan poliqonunu xarici təşkilat, idarəetmə orqanları və elmi dairələrin nümayəndələrinə nümayiş etdirərkən

11.5.4 Biokütlə enerjisi


Аzərbaycanda bio-kütlədən enerji mənbəyi kimi istifadəsi üçün böyük potensial imkanları var. Təxmini hesablamalara əsasən, heyvanların gübrələrindən alınmış metan ildə 40-45 mln. kub metr səviyyəsində ehtimal olunur. Heyvanların 60%-ə qədəri kənd fermerlərinin nəzarətindədir və bioqaz qurğuları işləndiyi halda, bu fermerlər il ərzində 25-27 mln. kub metr qaz əldə edə bilərlər. Aşağıdakı xəritə kənd təsərrüfatında əmələ gələn biokütlədən bio-qazın alınması potensialını göstərir (AREA-ya əsasən).

Xəritə: Azərbaycan kənd təsərrüfatının rayonlar üzrə bio-enerji potensialı


Bununla yanaşı, məişət tullantılarının da böyük istifadə potensialı mövcuddur. Hal-hazırda Azərbaycanda ümumi sahəsi 900 ha-dan artıq olan 200-dən artıq məişət tullantıları poliqonu mövcuddur. Orta hesabla adam başına Azərbaycanda təxminən 0.5-0.6 kg məişət tullantısı əmələ gəlir, bu da ildə ölkə üzrə təxminən 2 mln ton tullantı deməkdir. Məişət tullantılarından il ərzində Bakı şəhərində 15 mln kub metr, Gəncə və Sumqayıtda 2-3 mln kub metr metan qazı almaq imkanı var.

11.5.5 Geotermal enerji


Azərbaycanda həyata keçirilmiş araşdırma və qiymətləndirmə geotermal enerjinin inkişafının yüksək potensiala malik olduğunu göstərir.
Termal suların temperaturu 350C dərəcədən 1000C dərəcəyə qədər çatır. AREA-nin məlumatlarına əsasən, ölkəmizin geotermik göstəriciləri nəzərə alınaraq, bu enerjini Böyük Qafqaz, Abşeron yarımadası, Qubanın Xəzəryanı ərazisi, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Talış-Lənkəran, Cəlilabad, Şamaxı-Qobustan zonaları, Acınohur-Kür-İori çaylararası bölgəsi və Naxçıvan Muxtar Respublikasında almaq olar. Bu zaman onların ümumi ehtiyatı gün ərzində 400 min kub metr təşkil edə bilər.

11.5.6 Qabarma və dalğa enerjisi


Hələlik tədqiqatlar aparılmasa da, heç şübhəsiz, Kanada və Norveçdə olduğu kimi, Xəzərdən qabarma və dalğa hesabına da alternativ enerji mənbəyi kimi istifadə etmək olar. Bunun üçün dəqiq ölçmə və tədqiqatlar aparılmalıdır.

Yüklə 6,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin