Fəsil 2 Kompüter texnikası və şəbəkələr


Forma ölçülərinə görə təsnifat



Yüklə 1,04 Mb.
səhifə11/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   ...   7   8   9   10   11   12   13   14   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

Forma ölçülərinə görə təsnifat. Mikrokompyuterlərin forma ölçülərinə görə aşağıdakı kimi təsnifatı aparılır:

  • Masaüstü (Desktop),

  • Portativ (Portable),

  • Cib (Palmtop)

Masaüstü minikompyuterlər funksional imkanlarının böyüklüyünə, maya dəyərinin ucuz olmasına, daha əvvəl və kütləvi istehsalına görə daha geniş yayılmışdır. Onlar əsasında Avtomatlaşmış İşçi Yerləri yaradılır, fərdi olaraq bir əmək aləti kimi istifadə edilir. Masaüstü kompyuterlər asanlıqla təmir olunur və modernləşdirilə bilər. Zərurət olduqda onun tərkibinə daxil olan ixtiyari qurğunu başqası ilə əvəz etmək mümkündür.

Portativ kompyuterlər daşınma üçün rahatdır. Onlardan əvvəllər əksər vaxt­larını ezamiyyət və tədbirlərdə keçirən biznesmenlər, komersantlar, müəssisə və idarə rəhbərləri, jurnalistlər istifadə edirdilər. Son illərdə onların funksional imkan­ları xeyli artdığından və qiymətlərinin ucuzlaşması səbəbindən onlardan istifadə edənlərin əhatə dairəsi sürətlə genişlənməkdədir. Hal-hazırda – Notbook, Lap top və Sub Netbook3 portativ kompyuterləri istehsal olunur. Onlardan adətən İnternetlə və sənədlərlə işləmək üçün, telefon rabitəsi vasitəsilə istənilən coğrafi nöqtədən telefon xəttinə qoşulmuş digər kompyuterlə informasiya mübadiləsi etmək üçün istifadə edilir.



Əvvəllər cib kompyuterləri “intellektual qeydiyyat kitabçası” kimi yaradıl­mışdır və bu səbəbdən Personal Digital Assistant (PDA) – “şəxsi rəqəmli katibə” adlandırılmışdır. Bu gün müasir cib kompyuterləri geniş funksional imkanlara malikdir. Onlar istifadəçilərə aşağıdakı xidmətləri təklif edir:

  • Elektron kitabların oxunmasını;

  • İnternet xidməti;

  • Elektron xəritələrlə iş. GPS1 modulu və marşrutu planlaşdırma proqramları olduqda naviqasiya xidməti;

  • Orqanayzer;

  • Qeyd və məlumat kitabçası;

  • Diktofon;

  • Əlyazmanın daxil edilməsi;

  • Mətnlərin daxil edilməsi;

  • Multimedia fayllarına-rəsmlərə, video çarxlara, filmlərə baxış, musiqi və səs fayllarına qulaq asmaq;

  • Oyunlar;

  • Qrafiki redaktorla iş;

  • Distant idarəetmə2;

  • Ofis proqramları ilə iş;

  • Fotoaparat və videokamera;

  • Telefon;

  • SMS, MMS mübadiləsi.

Cib kompyuterləri USB kontrolleri ilə təchiz olunmuşdur ki, onun vasitəsilə müxtəlif qurğuları, o cümlədən fleş yaddaş, printer qoşmaq olar3. Cib kompyu­terlərində aşağıdakı əməliyyat sistemləri4 istifadə olunur:

  • Windows Mobile (əvvəllər Pocket PC və Windows CE versiyaları);

  • PalmSource;

  • Research In Motion;

  • Symbian OS (əvvəllər EPOC versiyası);

  • GNU/Linux;

  • Mac OS X (əvvəllər iPhone OS versiyası).

Son zamanlar cib kompyuterlərinin və mobil telefonların imkanlarını birləşdirən qurğular - smartfonlar və kommunikatorlar istifadə edilməkdədir.


  1. Yüklə 1,04 Mb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin