1.5.2. Masaüstü kompyuterlərin arxitekturası
Müxtəlif konfiqurasiyaya malik olmasına baxmayaraq, masaüstü fərdi kompüterlər eyni arxitekturaya malik olub, əsasən sistem blokundan və ona qoşulan monitordan, klaviaturadan, siçandan və digər əlavə periferiya qurğulardan ibarətdir.
Sistem bloku. Sistem bloku (şək. 1.5.2.1) üfüqi və ya şaquli formada olan və fərdi kompyuterin daxili qurğularını özündə saxlayan “qutudur”. Sistem blokunda qidalanma bloku, ana lövhə,1 montaj oyuqları, elektrik xəttinə qoşulma, yenidən yükləmə düymələri yerləşir. Montaj oyuqları disk sürüşdürücüləri-diskovod, CD-ROM/DVD-ROM üçün nəzərdə tutulmuşdur.
Şək. 1.5.2.1.
Qidalanma bloku (şək. 1.5.2.2) metal qutu şəklində olub, kompyuterin müxtəlif qurğularını müvafiq gərginliklə təmin edir. O, sistem blokunun arxa tərəfinə bərkidilir.
Şək. 1.5.2.2.
Qida blokunda transformator, düzləndirici və ventilyator yerləşdirilmişdir. Transformator şəbəkədən sistem blokuna daxil olan 220 volt gərginliyi transformasiya edərək müxtəlif qiymətli, gərginliklərə2 çevirir. Düzləndiricinin vəzifəsi fərdi kompyuterin bəzi elementlərini sabit gərginlik ilə təmin etməkdir. Ventilyatordan qidalanma blokunun daxilində yerləşmiş transformatorun və düzləndiricinin iş prosesində qızmasının qarşısını almaq üçün istifadə edilir. Qidalanma blokundan çıxan naqillər dəsti müxtəlif qurğuları gərginliklə təmin etmək üçündür və ana lövhəyə, disk sürüşdürücülərinə birləşdirilir.
Ana lövhə (şək. 1.5.2.3) kompyuterin ən əsas qurğusudur. Ana plata kompyuterin daxili və xarici qurğularının əlaqəli idarəsini təmin edir.
Şək. 1.5.2.3.
Ana lövhənin əsas xarakteristikası formafaktordur. Hər bir formafaktor ölçüsünə, özündə saxlayan elementlərin sayına, elementlərin yerləşmə konfiqurasiyasına, istifadə etdiyi gərginliyə və gərginliyə qoşulma formasına və s. parametrlərə görə fərqlənir.
Müasir kompyuterlərdə aşağıdakı tip formafaktorlu sistem platalar istifadə olunur:
|