Fəsil 2 Kompüter texnikası və şəbəkələr



Yüklə 1,04 Mb.
səhifə16/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   ...   12   13   14   15   16   17   18   19   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

Çipsetlər. Çipsetlər kompyuterin sistem komponentlərinin qarşılıqlı əlaqə­sini təmin edir. Ana lövhə üzərində şimal və cənub körpü adlanan iki çipset yerləşir.

Operativ yaddaş. Kompyuterin digər əsas elementi onun operativ yaddaşı­dır2 (şək. 1.5.2.5).

Şək. 1.5.2.5.

Mikroprosessorlar emal edəcəyi proqram əmrləri və ilk verilənləri operativ yaddaş vasitəsilə əldə edir. Operativ yaddaşın mənfi cəhəti kompyuter elektrik şəbəkəsin­dən ayrıldıqda onda olan informasiyanı özündə saxlaya bilməməyidir. Texniki ədəbiyyatlarda operativ yaddaşı çox vaxt RAM (Random Access Memory) adlandırırlar. Operativ yaddaş digər mikrosxemlərdən fərqli olaraq tranzistorlardan deyil, hər biri tutumu bir bit olan mikrokondensatorlardan yaradılıb3.

Operativ yaddaşın tutumu kompyuterin işləmə sürətinə təsir edir. Operativ yaddaşın tutumu kifayət qədər olmayanda istənilən informasiyanın mikroprosessor tərəfindən axtarılması üçün mikroprosessor artıq əməliyyatları yerinə yetirməyə məcbur olur. Nəticədə proqramın yerinə yetirilmə vaxtı uzanır. Bu səbəbdən operativ yaddaşın tutumu qənaətbəxş olmayanda bəzi proqramlar kompyuterdə ya işləməyəcək, ya da ki, həddindən artıq ağır işləyəcəkdir. Məsələn, kompyuterlərin Windows XP əməliyyat sistemi ilə işləməsi üçün operativ yaddaşın tutumu mini­mum 128 Mbayt-a bərabər olmalıdır.

Fərdi kompyuterlərdə operativ yaddaşın müxtəlif növlərindən istifadə edilir:

Adi yaddaş. Ona bəzən DRAM da deyirlər. Yaddaş istənilən kompyuterdə qurula bilər. Onun əsas xüsusiyyəti yaddaşa müraciət etmə vaxtıdır. Bu parametr 60 n. saniyəyə bərabərdir. Qeyd etmək lazımdır ki, 70, 80, 90 və 100 n. saniyəlik yaddaşlar da istehsal olunurdu. Amma qeyri-müəyyən səbəblər üzündən onların istehsalı dayandırıldı.

EDRAM yaddaş. Ondan istifadə etdikdə DRAM tipli yaddaşla müqayisədə kompyuterin işləmə sürəti orta hesabla 2% artmış olur. Belə yaddaşlara müraciət vaxtı 70 n.saniyə bərabər hesab edilir.

SDRAM yaddaş. SDRAM yaddaşa müraciət vaxtı çox kiçikdir, təxminən 10-12 n.saniyəyə bərabərdir. Yaddaşdan istifadə etməklə kompyuterin işləmə sürətini 10% artırmaq mümkündür.

Keş yaddaş (ingiliscə cache). Operativ yaddaşa müraciəti sürətləndirmək üçün kompyuterlərdə xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Keş yaddaşı mikroprosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. Ondan kompyuterin məhsuldarlığını artırmaq üçün istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir.

Kompyuterin yaddaşına müraciət zamanı verilənlər keş yaddaşda axtarılır. Buna əsas səbəb odur ki, keş yaddaşına verilənləri axtarmaq üçün edilən müraciət vaxtı operativ yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Kompyuterlərdə keş yaddaşın iki növündən istifadə edilir: daxili və xarici.

Xarici keş yaddaşı müxtəlif mikrosxemlər üzərində yığılır və operativ yaddaşın işini sürətləndirməyə xidmət edir.

Daxili keş yaddaş isə mikroprosessorun daxilində yerləşərək mikroproses­sorun daxilindəki registrlərin işini sürətləndirir. Belə keş yaddaşlardan ilk dəfə 80486 mikroprosessorlarında istifadə edildi. Onların tutumu 8 Mbayt-a bərabər idi.

Intel firmasının istehsalı olan Pentium, Pentium Pro və sonrakı model mikroprosessorlarında keş yaddaş birbaşa mikroprosessorun daxilində yerləşdirilir. Bu çox əlverişlidir. Çünki keş yaddaş üçün əlavə lövhə hazırlamaq lazım gəlmir.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin