Uyuşqanlığına görə təsnifat. Dünyada çoxlu adda müxtəlif konfiqurasiyalı minikompyuterlər istehsal olunur. Onlar müxtəlif istehsalçılar tərəfindən satışa buraxılır, müxtəlif detallardan yığılır və müxtəlif proqramlarla işləyirlər. Bu halda çox vacib məsələ müxtəlif kompyuterlərin öz aralarında uyuşqan olmasıdır. Uyuşqanlıqdan kompyuterin qurğularının qarşılıqlı əvəzlənə bilməsi, bir kompyuterdən digərinə proqramların köçürülməsi imkanı və eyni bir verilənlərlə müxtəlif tip kompyuterlərdə birgə işləmə imkanı asılıdır. Aparat uyuşqanlığına görə kompyuterlər, aparat platforması adlanan anlayışa görə fərqlənirlər. Fərdi kompyuterlər sahəsində bu gün daha geniş iki aparat platforması yayılmışdır: IBM və Apple Macintosh. Bunlardan başqa, yayılması ayrı-ayrı regionlarla və ya sahələrlə məhdudlaşan digər platformalar da vardır. Kompyuterlərin eyni bir aparat platformasına aidiyyəti, onlar arasında uyuşqanlığı artırır, müxtəlif platformalara məxsusolma isə uyuşqanlığı azaldır.
Aparat uyuşqanlığından başqa proqram səviyyəsində uyuşqanlıq mühümdür. Qeyd edək, IBM və Apple Macintosh kompyuterləri fərqli proqram təminatından istifadə edir yəni, proqram səviyyəsində uyuşan deyil.