Fəsil 2 Kompüter texnikası və şəbəkələr


BIOS (basic input-output system)



Yüklə 1,04 Mb.
səhifə17/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   ...   13   14   15   16   17   18   19   20   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

BIOS (basic input-output system). Ana lövhə üzərində enerjidən asılı olmayan daimi yaddaş qurğusu BİOS (şək. 1.5.2.6) yerləşir. Bu mikrosxemdə fərdi kompüterin qurğularının testləşdirən (məlumatı ekrana çıxarmaqla), əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir. Digər yaddaş qurğularından fərqli olaraq onun tutumu elə də böyük olmur. Qeyd edək ki, BIOS Setup proqramı vasitəsilə BİOS-un konfiqurasiyasını dəyişmək olar.

Şək. 1.5.2.6.



Portlar. Mikroprosessorun xarici qurğular (printer, sican və sairə) ilə informasiya mübadiləsini həyata keçirən yuvalara portlar deyilir. Əsas portlar sistem blokunun arxa panelindən görünür. Paralel – LPT (paralel printer portu), ardıcıl - COM (universal ardıcıl port) və USB (Universal Serial Bus-universal ardıcıl şin) portlardan istifadə olunur. Ardıcıl portlardan siçan və klaviaturanın qoşulması üçün istifadə olunur. Paralel portlar printerlərin qoşulması üçün istifadə olunur. Ardıcıl portlar sürətli məlumatlar mübadiləsi ilə fərqlənirlər. Qeyd edək ki, hal-hazırda əksər müasir kompyuterlər paralel və ardıcıl portlarsız istehsal olunur. Son dövrlərdə meydana gələn USB portları asanlıqla onları əvəz edir. USB portları flaş disklərin, klaviatura, siçan, printer, mobil bərk disklərin, skanerin və bir sıra periferiya qurğularının qoşulmasını təmin edir. USB portları daha sürətli olub, informasiya mübadiləsini 480 Мbayt/san sürətlə təmin edir.

Kontroller. Kompyuterin işləməsi üçün operativ yaddaşda proqramlar və verilənlər olmalıdır. Belə proqramlar və verilənlər operativ yaddaşa müxtəlif qurğular-klaviatura, diskovod və s. vasitələrlə daxil olurlar. Kompyuterdə emal edilmiş informasiya isə istifadəçiyə monitor, disklər, printer və s. vasitəsilə çatdırılır. Başqa sözlə, kompyuterdə qurğular və operativ yaddaş arasında daima informasiya mübadiləsi prosesi gedir. Bunun üçün, hər xarici qurğu özünə məxsus elektron sxem ilə təchiz edilir ki, belə sxemlərə də kontroller qurğusu deyirlər.

Kontroller idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. Bəzi qurğuların (klaviatura, mouse, printeri və s.) kontrolleri fərdi kompyuterin ana platasının üzərində, digər qurğuların, məsələn monitor, sərt maqnit disk qurğusu və s. kontrolleri isə ayrıca plata şəklində olur və onlar ana plata üzərində olan yuvalarda yerləşdirilir.




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin