FƏSİL 2. YÜKSƏK GƏRGİNLİK STABİLİZATORUNUN HESABININ APARILMASI METODİKASI
2.1. YGS sxemi və yük dövrəsinin əsas parametrləri
Tədqiq edilən yüksək gərginlikli stabilizator (YGS) elektrik nəqliyyatı vasitələrində istifadə edilir və dartı mühərriklərinin qidalanması üçün tətbiq edilir.
Elektrik nəqliyyatı vasitələrində tətbiq edilən enerji çevirici sistemin struktur sxemi ümumi halda cərəyanın növündən, qidalanma şəbəkəsinin gərginliyinin qiymətindən, çeviricinin sxemindən və dartı mühərrikinin növündən asılı olaraq müəyyən edilir. Burada, sabit cərəyanla qidalanan ENV-də istifadə ediliən tipik YGS-in struktur sxemindən görünür ki, (Şək.2.1.) dartı mühərriklərinin (DM) işə salınması prosesində impuls çeviricisi vasitəsi ilə mühərriklərin sıxaclarında olan gərginlik hər hansı minimal qiymətdən nominala kimi dəyişdirilir.
Bir çeviricidən qidalanan DM-in sayı:
(2.1)
Paralel budaqların sayı:
Gücü 500kVt-dan yuxarı olan DM-in lövbər dolaqlarının müqaviməti:
Burada ifrat istismar yüklənməsini nəzərə alan əmsal : =1,3…1,5, = qəbul etsək:
Burada: Pn, In – DM-in gücünün və cərəyanının nominal qymətləridir.
Paralel budaqlarda olan ardıcıl qoşulmuş DM-in sayı funksional sxemi müəyyən edir. Bununla nəzərə almaq lazımdır ki, avtomatik xarakteristikaya çıxdıqdan sonra mühərriklərin sıxaclarında gərginlik nominal olmalıdır.
Dostları ilə paylaş: |