FəSİl gəRGİNLİk stabiLİzatorlari haqqinda ümumi MƏlumat


Transformatorsuz stabilizatorlar



Yüklə 0,93 Mb.
səhifə3/11
tarix06.06.2022
ölçüsü0,93 Mb.
#60792
1   2   3   4   5   6   7   8   9   10   11
Hebib buraxilis 2-3 (1)

1.3. Transformatorsuz stabilizatorlar


Müasir avtomatik kommutasiya sisteminin və rəqəm veriliş sisteminin avadanlığının böyük hissəsi inteqral mikrosxemlər (İM) üzərində yığılır. İM –lərin tətbiqi kommutasiya avadanlığının (morkyor və registrlərin) funksional imkanlarını xeyli artırmışdır. Eyni zamanda ikinci dərəcəli inteqral qida mənbələrinin (İEQQ) çıxış parametrləri və xüsusi xarakteristikalarına qarşı irəli sürülən tələblər də artmış, giriş gərginliyi və yük cərəyanlarının nominal qiymətləri dəyişmişdir. Əgər tranzistorlu qurğular üçün nominal giriş gərginliyi 12,6; 20; 27; 30V olan qida mənbələri tələb olunurdusa, İM üzərində yığılmış qurğuları qidalandırmaq üçün nominal gərginliyi 2; 5; 12,6V olan qida mənbələri tələb olunur. Kommutasiya cihazlarının funksional imkanlarının artırılması öz növbəsində elektrik qida mənbəsindən alınan gücün də artırılmasına gətirib çıxarmışdır. Qida gərginliklərinin qiymətinin azaldılması və onların gücünün artırılması İEQQ –lərin kiçik ölçülərə malik olmasını xeyli çətinləşdirmişdir.
İM üzərində yığılmış radio avadanlığın qidalandırılması üçün olan müasir İEQQlər transformatorsuz sxem üzrə qurulur. Belə İEQQ –lərin struktur sxemi şəkil 1.2 –də verilmişdir. Şəkil 1.2, a –dakı sxemdə şəbəkə gərginliyi uc D1 düzləndiricisində düzləndirildikdən və S1 süzgəcində süzgəcləndikdən sonra yüksək tezlikli çeviricinin Ç girişinə daxil olur. Yüksək tezlikli çevirici sabit gərginliyi dəyişən gərginliyə çevirir, sonra isə gərginlik yenidən D2 düzləndiricisi vasitəsilə düzləndirilir, S2 süzgəcindən keçirilərək impuls gərginlik stabilizatoru ilə stabilləşdirilir. Çıxış gərginliyinin qiyməti azaldıqda impuls stabilizatorunun f.i.ə. da azalır. Ona görə alçaq gərginlikli İEQQ –lərdə belə sxemlərin tətbiqi məqsədə uyğun deyil. F.i.ə. –nın artırılması üçün kiçik qiymətli giriş gərginliklərində impuls stabilizatoru (tənzimləyici) yüksək gərginlik dövrəsinə çeviricidən əvvəl qoşulur (şəkil 1.2, b). Yüksək gərginlik dövrəsinə impuls stabilizatorunun qoşulması tənzimləyici elementdən axan cərəyanı azaltmağa imkan verir, nəticədə ondan ayrılan güc də azalır. Şəbəkə gərginliyinin dəyişdiyi ilk anda çıxış gərginliyi dəyişir, bu əks əlaqə siqnalının da dəyişməsinə səbəb olur. Əks əlaqə siqnalı impuls gərginlik stabilizatoruna elə təsir edir ki, çeviricinin qida gərginliyi dəyişərək çıxış gərginliyinin dəyişməsini kompensasiya edir. Sxemdə çıxış gərginliyi çeviricinin çıxış gərginliyinin amplitud qiymətinin dəyişməsi hesabına stabilləşdirilir. Şəkil 1.2, c –dəki sxem üzrə yerinə yetirilmiş stabilləşdirilmiş qida mənbəsində əvvəlki sxemlərdən fərqli olaraq impuls gərginlik stabilizatoru yoxdur. Gərginliyin tənzimlənməsi vəzifəsini çevirici həyata keçirir. Çıxış gərginliyinin dəyişməsi zamanı əks əlaqə siqnalı tənzimlənən çeviriciyə təsir edərək onun çıxışındakı impulsların davam etmə müddətini dəyişir. Bu sxemdə stabilizasiya çeviricinin gərginliyinin eninə impuls tənzimlənməsi hesabına əldə edilir. Kütlə və həcm nöqteyi nəzərindən bu sxem daha çox üstünlüyə malikdir, beləki burada gərginliyin çevrilməsi və tənzimlənməsi funksiyaları birləşdirilmişdir.





Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin