Tiristorlu YGS-in cərəyanlar və gərginliklər diaqramları.
Şəkil 2.2-də çeviricinin prinsipial sxemi göstərilmişdir. VS1 –əsas tristor; Ck – kommutasiyaedici kondensator; Lk – kommutasiyaedici reaktor; VS2 – kommutasiyaedici tristor; VD1 – kommutasiyaedici diod; VD2 – Ck-nın yenidən dolmasını təmin edən dövrənin diodu; VD0 – əks diod; Lc – hamarlayıcı reaktor.
Sxemin ilkin vəziyyəti: VS1 и VS2 bağlıdır, kommutasiya edici kondensatorun gərginliyi giriş gərginliyinə bərabərdir, yük cərəyanı induktivliyin sarğacında saxlanmış enerji hesabına ТД-ОВ-VD0-Lk-Lc konturundan axır.
İdarəetmə siqnalının VS1-ə verilməsi halı: VS1 tristoru qoşulur və VD0 diod dövrəsində cərəyan əvəz olunması baş verir.VS1 tristorunun cərəyanı iн yüklənmə cərəyanına bərabər olduqda, VD0 diodu bağlanır və yük qidalanma mənbəyinə qoşulur. Bundan başqa, kommutasiya edici kondensatorun dolması konturu əmələ gəlir. Kommutasiyaedici kondensatorun dolma konturu: Lk-Ck konturunun məxsusi rəqsi zamanı kondensator göstərilmiş polyarlığa qədər dolur. Bu halda cərəyan əsas tristor vasitəsilə cərəyanların cəminə bərabər olur: iVS1=Iн+ic(t)
VS1 tristorunun qapanması üçün VS2 trsitoru açılır: Ck kondensatoru boşalmağa başlayır, nəticədə cərəyan tristor vasitəsilə sıfıra qədər azalır və o qapanır. VS1 tristorunun qapanmasından sonra kondensator digər konturla dolmağa davam edir.
VS1-in qapalı olduğu halda kondensatorun dolma konturu: Kondensatorun cərəyanı azalmağa başlayır və yük cərəyanın qiymətinə çatdıqda VD1 diodu qapanır. Ancaq kondensatordakı gərginlik giriş gərginliyindən hələ də az olur. Beləliklə, kondensatorun dolmasına qədər kontur əmələ gəlir. Kondensatorun dolmasına qədər
kontur: Kondensatordakı gərginlik giriş gərginliyinə bərabər olarsa, VS2 tristoru qapanır və sxem ilkin vəziyyətə qayıtmış olur. Kondensator giriş gərginliyinə və göstərilmiş polyarlığa qədər dolmağa başlayır.
Dostları ilə paylaş: |