Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


İdarəçiliyin sosial-psixoloji metodu



Yüklə 445,59 Kb.
səhifə27/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   23   24   25   26   27   28   29   30   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

İdarəçiliyin sosial-psixoloji metodu
Əməyin səmərəli olması müəyyən dərəcədə psixoloji amillərdən aslıdır. Menecerin vəzifəsi bu amilləri müəyyən edib, onlardan məqsədəyönlü və səmərəli istifadə edərək, vahid bir kollektiv yaratmaqdır. Menecer hər bir işçinin hərəkət tərzini, xarakterini bilməli, onun fəaliyyətini, işin səmərəsi üçün lazım olan istiqamətə yönəltməlidir. Bunun üçün psixoloji uyğunlaşma prinsipinə riayət etməklə kollektivdə yaxşı mühit yaratmaq olar.
Sosioloji tədqiqatlar sübut edir ki, menecerin işdə müvəffəqiyyətinin 15 faizi, onun peşəkarlığı, 85 faizi isə kadrlarla işləmək bacarığından asılıdır. Yapon sosioloqları iddia edirlər ki, insanın əhval ruhiyyəsi, onun yaxşı və səmərəli işləməsi, kollektivdə olan mənəvi-psixoloji şəraitdən çox asılıdır. Kollektivə səmərəli təsir göstərmək üçün ayrı- ayrı işçilərin mənəvi və psixoloji vəziyyətini öyrənmək kifayət deyil, həm də qrupların sosial psixolji xarakteristikasını bilmək lazımdır. Bu məqsədlə sosial psixoloji metoddan istifadə olunur. Bunlar motivasiya (həvəsləndirmə) və şəxsiyyətə psixoloji təsir yolları ilə həyata keçirilir.
Bu metodun əsas məqsədi kollektivdə müsbət sosial- psixoloji mühit yaratmaqla tərbiyəvi, təşkilati və iqtisadi məsələləri həll etməkdir.
Hotel idarəçiliyində sosial- psixoloji metoddan geniş istifadə olunarsa işçilərin fəaliyyəti və tələbatı vaxtında nəzərə alınar və idarəçilikdə müvafiq qərarlar qəbul etməyə imkan verər. Kollektivə əsas təsir vasitəsilərindən biri də inandırmaqdır. Menecer inandırarkən, iş zamanı yaranan münasibətləri və insanın davranışını, xasiyyətini nəzərə almalıdır.
Sosial -psixoloji metodu, yalnız, kollektivdə idarəçiliyin müxtəlif yollarını dərindən bilən, mahir və çevik menecer yerinə yetirə bilər.
b)Menecerin rəhbərlik üslubları
Üslub (stil) sözü yunan mənşəli olub mum lövhədə yazmaq üçün mil mənasını ifadə edirdi. Sonradan bu dəst-xətt mənasını kəsb edir. Deməli menecerin rəhbərlik üslubu onun dəst xətti anlayışını verir. Rəhbərliyin üslub və metodu müəyyən mənada vahiddir. Üslub (stil) rəhbərliyin metodlarının həyata keçməsinin formalarını göstərir. Hər bir metodun həyata keçməsi üçün konkret keyfiyyətlərə malik olan şəxsiyyətlərə ehtiyacı var. Özünə məxsus rəhbərlik üslubu olan menecer öz fəaliyyətində, idarəçiliyin müxtəlif metodlarından istifadə edə bilər (iqtisadi, təşkilati-inzibati, sosial-psixolji).

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin