Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


İdarəetmənin təşkilati-inzibati metodları



Yüklə 445,59 Kb.
səhifə26/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   22   23   24   25   26   27   28   29   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

İdarəetmənin təşkilati-inzibati metodları
Bu metod birbaşa göstərişlərə əsaslanır və əsasını təşkilati münasibətlər təşkil edir. Təşkilati-inzibati metodun vəzifəsi tabeliyində olan işçilərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir. İqtisadi metodlar, təşkilati-inzibati təsirlər olmadan fəaliyyət göstərə bilməz. Təşkilati-inzibati metod, dəqiqlik, nizam-intizam işin qaydalara uyğun aparılmasını təmin edir. Təşkilati-inzibati metod, əsasən menecerin hüquq və səlahiyyətinə istinad edir.
Təşkilati-inzibati metod idarəetmə obyektinə əmr, sərəncam, operativ göstəriş vermək və bunların yerinə yetirilməsinə nəzarət, əmək intizamını təmin etməyə yönəlib. Bu metodlar əmək və təsərrüfat qanunvericiliyin hüquqi aktları ilə tənzimlənir.
Təşkilati-inzibati metodun üç forması fəaliyyətdə özünü göstərir:

  1. Məcburi göstəriş (əmr, qadağa və.s)

  2. Saziş formaları (məsləhət, kompromislə məsələni həll etmək)

  3. Tövsiyyələr, təkliflər (məsləhət, təklifi izah etmək)

Təşkilati-inzibati metodların bütün formaları bir cəhətdə eynidir ki, bunların istiqaməti rəhbər orqanların tapşırıq, qanun və qərarların, əmr və sərəncamların əməl olunmasına yönəlib.


Təşkilati inzibati metod, digər metodlardan fərqli olaraq verilən tapşırıqların dəqiq ünvanı göstərilir və sərəncam və göstərişləri yerinə yetirmək zəruridir. Bu sərəncam və göstərişləri yerinə yetirməmək icraçılıq intizamını pozmaq deməkdir.
Rəhbərlik metodları kollektivdə müvafiq tabeçilik prinsipləri sistemi ilə formalaşır.
Tabeçilik formaları xoşniyyətli olmalı, kollektivdə inkişafa kömək etməli, əsəbiliyə, stressə yol verilməməli, rəhbərlik və tabeçilikdə olanlarla qarşılıqlı anlaşma olmalıdır.
İdarəçilik fəaliyyətində inzibati təsir bir qayda olaraq 3 tip tabeçiliklə əlaqədardır.

  1. Məcburi və zahirən qəbul olunmuş, xoşa-gəlməz asılılıq hissi ilə müşayiət olunan yuxarıdan təziq kimi başa düşülən tabeçilik.

  2. Müstəqil qərar qəbul etmək iqtidarına malik olmayan passiv tabeçilik.

  3. Rəhbəri və tabeçilikdə olanları təmin edən, başa düşülən, dərk olunan, daxilən əsaslandırılan tabeçilik.

Menecer və tabeçilikdə olanla münasibət, birbaşa təsirin xarakterik xüsusiyyətinə aiddir.
Təşkilati-inzibati metoddan istifadə etməklə idarəçilik sisteminin inkişafına və idarəçilik obyektinə məqsədyönlü, əlverişli təsir göstərmək olar. Lakin birbaşa təsir nəticədə passiv tabeçiliyə və hətta gizli itaətsizliyə gətirib çıxara bilər. Ən səmərəli dolayı təsir üsuludur. Bu zaman tabeçilikdə olanların qarşısına vəzifə qoyulur və həvəsləndirmə şəraiti yaratmaqla həyata keçirilir. İdarəçiliyin təşkilati-inzibati metodu qanunvericilik ( normativ - hüquqi) aktları və menecerin güclü səlahiyyətinə əsaslanır və menecmentin digər metodları kimi oxşar vəzifələri yerinə yetirir. Bunları təşkilati və sərəncamlar vasitəsi ilə idarəçilik sisteminə təsir göstərməklə həyata keçirir.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin