Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə42/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   38   39   40   41   42   43   44   45   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Şəxsiyyət fərqləri: Danışan və dinləyənin şəxsiyyətləri ünsiyyətə mane ola bilər. Bəzən digər şəxslərin təsiri ilə, menecer dialoq başlamamış, məlumatı qəbul və ya rədd edə bilər. Məsələn, hoteldə, keçirilən görüşdə, menecer iştirak edir. Menecer, sevimli əməkdaşın çıxışını diqqətlə dinləyir, digər çıxış edən əməkdaşa mənfi münasibət bəslədiyinə görə, onun verdiyi məlumata etinasız yanaşır.
Xəbərdarlıq: Biz mənfi, həm də müsbət xəbərdarlıq ala bilərik.
Xadimə, hər dəfə eyni üsul ilə nömrələri yığışdırırsa, bu müsbət xəbərdarlıqdır.
Məsələn, menecer sevimli əməkdaşa daha çox diqqət göstərir və yaxşı lahiyələri ona verir, digər əməkdaşlara mənfi münasibət bəsləyir.
Digər bir misal, yüksək səviyyəli restoranda ofisiant işləyirsiniz və sizin dostlarınız, digər ofisiant və barmenlərdir. Lakin mətbəxdə işləyən qabyuyanla ünsiyyət saxlamaq istəmirsiniz, belə ki, o, aşağı səviyyəli işçidir. Xəbərdarlığın hər hansı bir tipi ünsiyyətə mane olur. Bu halda siz imkanı əldən verirsiniz. Bu xəbərdarlığın qarşısını almaq üçün, hər bir insana şəxsiyyət kimi baxmaq lazımdır ki, özünü və gücünü göstərə bilsin. Bundan başqa yeni imkanlara və insanlara qərəzsiz, obyektiv münasibət bəsləyin.
Bilik və təkliflərdə olan fərq: dinləyicinin bilik və təcrübəsi azdırsa, danışanın məlumatını başa düşmür və bu ünsiyyətə mane olur. Bu problemlərdən qorunmaq üçün, dinləyənə yönəldici suallar verin ki, sizin məlumatı başa düşsün.
Stress, pozitiv və neqativ ola bilər. Müsbət pozitiv stress, insanı toplayır, fikrini cəmləşdirir, özünü göstərməyə imkan yaradır və yüksək istehsal göstəricilərinə nail olmağa kömək edir.
Neqativ stress zamanı insan gərgin vəziyyətdə olur. Çətin şəraitlə üzləşən insan, neqativ stress vəziyyətinə düşür. Stressi nəzarətdə saxlamaq və idarə etmək lazımdır. Bu çətin vəziyyətlərdən çıxmağa imkan yaradır. Gərginlik artarsa, təmkinli olun və bu zaman vəziyyəti idarə edə bilərsiniz. Müsbət vəziyyət haqda düşünün və daxildən deyin “ Bu işi mən həll edəcəyəm,” “ Mən emosiyalarımı nəzarətdə saxlayacağam,” dərindən nəfəs alıb, on rəqəminə qədər sayın, şəraiti qiymətləndirib, hərəkət etməyə hazır olun.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin