Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə49/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   45   46   47   48   49   50   51   52   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

4.2. Təşkilati ünsiyyət
İdarəçilik ünsiyyətinin vacib hissəsi təşkilati ünsiyyətdir. Təşkilati ünsiyyət əsasən iki hissədən, formal və qeyri-formaldan ibarətdir. Formal ünsiyyət əməkdaşlarla, işlə əlaqədar istifadə olunur. Bu rəsmi olaraq tabeçilik xətti ilə həyata keçirilir. Məsələn, menecer iş qrafiki haqqında əməkdaşa məlumat verir. İşlə əlaqədar olan formal ünsiyyət, əmək vəzifələrinin zəruri hissəsidir.
Qeyri-formal ünsiyyət, əməkdaşların bufetdə, kafedə və ya hər hansı bir tədbirdə münasibətidir. Hər bir təşkilatda, əməkdaşlar arasında dostluq münasibətləri formalaşır. Bu münasibətlər hotelin yaxşı işləməsinə öz təsirini göstərir. Kollektivdə yayılan şaiə, söz-söhbət qeyri-formal ünsiyyətdir.
Ünsiyyət müxtəlif istiqamətlərdə diaqonal, yan tərəfə, yuxarı, aşağı yayıla bilər. Aşağıdan yuxarı xətt üzrə gedən informasiyanı, menecerlər tabeliyində olan əməkdaşlardan alırlar. Bu informasiya vasitəsi ilə menecerlər tabeliyində olan əməkdaşların işi və tələbatı haqqında məlumatı alırlar. Bir çox menecerlər məqsədyönlü olaraq, əməkdaşları həvəsləndirməklə fikir, ideya və təkliflərini öyrənirlər. Məsələn,Hotelin hər bir şöbəsi öz işi haqqında hesabat təqdim edir, təkliflər verir, qeyri-formal qrupların iclası keçirilir. Bütün bunlar qeyri-formal ünsiyyətdir.
Menecerdən aşağı səviyyədə işləyən əməkdaşlara məlumat gəlir. Ünsiyyət yuxarıdan aşağıya kimi, enmə xətt üzrə gəlir. Bu tip ünsiyyət tabelikdə olanların işinə qiymət vermək, hotelin siyasətini başa salmaq və ya görülən işləri təsvir etmək üçün lazımdır. Yuxarıdan aşağı ünsiyyət vasitəsi ilə menecer şöbə müdirlərini və əməkdaşları məlumatlandırır və əməyinə qiymət verir.
Eyni səviyyəli əməkdaşlar arasında olan ünsiyyət köndələn adlanır. Bu ünsiyyət tipi bir yerdə çalışan işçilər arasında müzakirə olunur.
Hoteldə müxtəlif şöbələrdə və eyni səviyyədə işləyən işçilər arasındakı ünsiyyət diaqonal adlanır. Məsələn, mətbəxdə çalışan aşpaz ilə ön büroda işləyən əməkdaş ilə ünsiyyət diaqonaldır. Hal hazırda elektron poçt vasitəsilə hər bir əməkdaş bir-biri ilə əlaqə saxlayır. Köndələn ünsiyyət kimi, diaqonal ünsiyyətdə də hər bir əməkdaş qəbul etdiyi qərar barədə menecerə məlumat verməlidir.
Şaquli və köndələn ünsiyyət kombinasiya (uyğunlaşma) formasında təqdim oluna bilər. Ünsiyyətin bu yeni forması, ünsiyyət şəbəkəsi adlanır. Bunların daha çox yayılmış forması zəncirvari və təkər kanalları ilə yayılan ünsiyyətdir, həmçinin qeyri –formal kanal olan şaiələrdir. Zəncirvari ünsiyyət vasitəsinə, yuxarıdan aşağıyadək gələn məlumatlar daxildir. Bu şəbəkə tipi dəqiq informasiya verir, yolda itmir.
Təkər növündə olan şəbəkə, yəni menecerdən hər bir əməkdaşa, qrup və ya komandaya məlumat daxil olur. Bu tipin növü ilə həmkarlar öz aralarında əlaqə saxlamadan menecer vasitəsi ilə ünsiyyət yaradırlar. Bu tip ünsiyyət yüksək sürət və dəqiqliyə malikdir.
Ünsiyyət şəbəkəsi digər formalardan fərqli olaraq, azad və geniş kanallar vasitəsi ilə əməkdaşlara məlumatlar çatdırılır. Bu onu göstərir ki, menecer öz tabeliyində olanlarla, işçilər də bir-biri ilə ünsiyyətdə olur.
Bir məsələni qeyd etmək lazımdır ki, hər bir nadir şərait öz ünsiyyət şəbəkəsini tələb edir, yəni heç bir şəbəkə bütün şəraitlər üçün mükəmməl deyil. Hoteldə şayiə ünsiyyət şəbəkəsinin tipi kimi vacib və populyar ola bilər. Bu qeyri-formal təşkilati ünsiyyət şəbəkəsi, menecer üçün vacib informasiya mənbəyidir. Belə şəbəkə əks əlaqənin effektiv mexanizmi kimi işləyir və vacib məlumatları filtr kimi buraxır. Belə ünsiyyət şəbəkəsinin mənfi cəhəti, təsadüfi şayiələr ola bilər.
Müzakirə sualları
1.Menecmentdə ünsiyyət
2. İşgüzar ünsiyyətin tipləri
3. İdarəçilik ünsiyyəti
4.Şəxslərarası ünsiyyətin yaranması
5. Şəxslərarası ünsiyyətə mane olan amillər
6. Şəxslərarası ünsiyyət səriştələri
7.Danışıq səriştələri



Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin