Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Alternativ məsrəflər ( displasement cost )



Yüklə 445,59 Kb.
səhifə74/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   70   71   72   73   74   75   76   77   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Alternativ məsrəflər ( displasement cost ) – digər biznes sahəsinin təsdiqlənməsi ücün kifayət qədər gücünün olmaması səbəbindən hotelin kənarlaşdırdırdığı biznesin qiymətinin həcmini xarakterizə edir. Adətən, bu məsrəfiər ancaq hotel xidmətlərinə aid olan tələbiərin təklifləri üstələməsi zamanı əmələ gəlir ( nömrələrin faktiki sayı , zallar , restoranlardakı masaların sayı və s.).
Bütün göstərilən amillər az və ya cox dərəcədə qonaqlara xidmətdən əldə edilən gəlir və hotelin gəlirinə təsir göstərir. Bu faktlardan hər birinin və onların hotelin gəlirinə təsir göstərməsi ayrı-ayrı departamentlər cavabdehdir Gəlir norması və məsrəflərin səviyyəsinə nəzarət müvafiq departamentin və həmcinin maliyyə nəzarətçisinin səlahiyyətidir. Həyata kecirilən müxtəlif xidmətlərin maksimallaşdırılmasına, müvafiq departamentlər və satış və marketinq şöbələri cavab verir.
Nəhayət, hotel gəlirləri menecmentinin vəzifəsi, alternativ məsrəflərin azaldılması, yəni mümkün biznes variantlarından hotel üçün mümkün maksimal imkanların təstiqlənməsidir. İndi isə əsas menecment gəlirlərinin vasitələrinin müasir hotel biznesində istifadəsinə baxaq.
7.3 Hotellərin nömrə fondunun gəlirlərinin maksimallaşdırılması mexanizmi.

Hotellərin nömrə fondunun gəlirlərinin artırılması üsulları hotelin gəlirlərinin maksimallaşdırılmasının əsasını təşkil edir.Hotellərdə nömrələrin satılmasından əldə edilən gəlir payı 60-70% təşkil edir. Bununla yanaşı, nömrə satışından əldə edilən gəlirlərin maksimallaşdırılmasından söhbət gedərkən, bu məsələnin mümkün realizə üsullarının haqqında məsələ üzə çıxır. Əslində hotelin 100% doldurulmasına nail olmaq o gədər də çətin deyil, bunun üçün qiymətləri endirmək kifayətdir. Nömrənin yüksək qiymətə satılması da məsələni həll etmir. Ancaq aydındır ki, bu və ya da digər halda ümumi gəlirlərin yüksək həddinə catmaq mümkün deyil.


Nömrələrin bazar qiymətinin qaldırılması, hotel gəlirinin artırılmasına tətbiq edilən vasitənin ən sadəsi və daha cox tətbiq edilənidir. Qiymət siyasətində baza tariflərini istifadə edən hotel daha cox bazarın tələb və təklifinə uygun olan reklam tarifləri adlandırılan ( günün tarifi və s.) tarifləri tətbiq edə bilər. Bu tariflər proqnozlaşdırılan yüksək yüklənmə dövründə artır və müqaviləsiz müştərilərə və başqalarına bu qiymətə təklif olunur.


Hotel tərəfindən çevik qiymətləndirmə tətbiq edilərsə, bunun ardınca tələbin dəyişməsi ilə bazar tarifləri yenilənir ( best flexible rate, best available rate) , bu zaman ondan asılı olan tariflər dəyişir.



Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin