Cəhri mineral bulağı. Babək rayonu ərazisində Cəhri kəndindən 5 km şimaldadır. Həmin suya
kənddə Kərbəlayi Əziz bulağı da deyirlər.(?)
Kimyəvi tərkibi:
CO
2
1,3 M 4,1 HCO
3
53 SO
4
21 Cl 26_.pH 6,5; D 26 m³/gün, T 12 Cº
Ca 33 (Na+K) 47 Mg 20
Zəif minerallaşmış su, karbonqazlı, hidrokarbonatlı-xlorlu, natriumlu-kalsiumlu-maqneziumludur.
Daxili xəstəliklərin müalicəsində (bağırsaqları təmizləmək üçün 18-20 Cº) əhəmiyyətlidir.
Əshabi-Kəhf mineral bulağı. Babək rayonu ərazisində Qahab kəndindən 6 km cənub-şərqdə,
Naxçıvan şəhərindən 12 km. məsafədə müqəddəs “Əshabi Kəhf (Culus) dağı” nın ətəyindədir.
Oradakı “təndirdən” (yer çatından) hər 15 dəqiqədən bir mineral soyuq su köpüklənərək təzyiqlə
çıxır.
Zəif minerallaşmış suyun tərkibi radonlu, karbonqazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı və natriumlu-
kalsiumludur.
32
Kimyəvi tərkibi:
CO
2
1,0 Rn 300 Max. vahid.M 4,7 HCO
3
38 SO
4
32 Cl 33_.pH 6,3; D 259 m³/gün, T 22 Cº
Ca 28 (Na+K) 56 Mg 16
Rusiyadakı “Pyatiqorsk” (Şimali Qafqaz) mineral suyunun analoqudur. Rematik xəstəliklərin
müalicəsində suya girməklə 10-15 dəqiqə gözləməli və sonra bədəni günəş şüaları ilə qurutmaq lazımdır.
Müalicə məqsədilə vanna kursu on gün davam edilməlidir.
Qızılvəng mineral bulağı. Babək rayonu ərazisində, Qızılvəng dəmiryolu stansiyasından 2 km, Araz
su anbarı dəryaçasından isə 300 metr aralıdadır. Orada 1963-cü ildə Araz çayı üzərində bənd tikilərkən
mineral bulaqların əksəriyyəti su altında qalmışdır. Orta əsrlərdə həmin bulaqlara “Astaabad bulaqları” da
deyilirdi.
Kimyəvi tərkibi:
CO
2
0,7 M 5,2 SO
4
80 Cl 20_________.pH 6,8; D 4,0 m³/gün, T 18 Cº
(Na+K) 35 Mg 35 Ca 30
Zəif minerallaşmış su acı-şor dadlı olmaqla Rusiyanın “Pyatiqorsk” (Şimali Qafqaz) suyunun
oxşarıdır. Daxili xəstəliklərin müalicəsində əhəmiyyətlidir.
Quyuludağ mineral bulağı. Babək rayonu ərazisində Sirab kəndi yaxınlığında, Sirab mineral su
yatağından 4 km qərbdədir.
Kimyəvi tərkibi:
CO
2
0,8 M 5,5 HCO
3
43 SO
4
27 Cl 29.pH 6,6; D 172-80 m³/gün, T 18 Cº
(Na+K) 78 Mg 15
Suyun tərkibi karbonqazlı, orta dərəcədə minerallaşmışdır. Həmin sudan mədə-bağırsaq
xəstəliklərinin müalicəsində istifadə etmək olar. Yay aylarında bulağın suyu azalaraq sutkada 80-75
m³/gün olur.
Sirab mineral bulağı. Babək rayonu ərazisində, Sirab kəndindən 3 km şimalda, okean
səviyyəsindən 1100 m. yüksəklikdədir.
Orada kimyəvi tərkiblərinə görə üç tipdə mineral bulaqlar vardır. Həmin su yataqları 1966-ci ildə
elmi şəkildə öyrənilmişdir.
I tip mineral bulağı. Zəif minerallaşmış karbonqazlı, hidrokarbonatlı, kalsiumlu-natriumludur.
Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” tipli mineral suyunun analoqudur.
Kimyəvi tərkibi:
CO
2
1,0-1,5 M 2,6-3,0 HCO
3
79 SO
4
14______.pH 6,6; D 1470 m³/gün, T 20 Cº
(Na+K) 27 Mg 21 Ca 52
II tip mineral bulağı. Orta dərəcədə minerallaşmış karbonqazlı, hidrokarbonatlı, natriumludur.
Gürcüstandakı “Borjom” tipli suya oxşardır.
Kimyəvi tərkibi:
CO
2
1,2 M 5,5-6,5 HCO
3
72-81 Cl 11-19__.pH 6,8; D 160 m³/gün, T 26 Cº
(Na+K) 62-82 Ca 12-15
III tip mineral bulağı. Yüksək dərəcədə minerallaşmış karbonqazlı, mərgümüşlü, hidrokarbonatlı-
xlorlu, natriumludur.
33
Rusiyanın Saxalimdəki “Sineqorsk” və Culfadakı “Darıdağ” tipli mineral sularının oxşarıdır.
Kimyəvi tərkibi:
CO
2
0,9 As 2,1 mq/litr M 29,7 HCO
3
45 Cl 54.pH 6,6; D 95 m³/gün, T 29 Cº
(Na+K) 95 Mg 3
I-II qrup mineral sulardan daxili xəstəliklərin müalicəsində (sutkada 1-2 litr)və süfrə suyu kimi
istifadə etmək olar.
III qrup mineral su mədə-bağırsaq, qaraciyər, qoturluq və digər xəstəliklərin müalicəsində (gündə
0,1-0,2 litr), qurtumla içməyə yararlıdır. Həmin suyun tərkibində mərgümüş (radiaktiv zəhərli maddə)
olduğundan yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır.
Vayxır mineral bulağı. Babək rayonu ərazisində Naxçıvan şəhərindən 18 km şimalda kəndin şimal-
qərbindəki okean səviyyəsindən 1100 m. yüksəklikdə, bir neçə sayda mineral bulaqlar çıxır. Kimyəvi
tərkibinə görə mineral sular iki qrupa ayrılırlar.
I tip mineral bulağı.
Kimyəvi tərkibi:
CO
2
1,3 M 6,9 HCO
3
49 Cl 41 SO
4
9___.pH 6,5; D 270 m³/gün, T 19,9 Cº
(Na+K) 65 Ca 23 Mg 12
II tip mineral bulağı.
Kimyəvi tərkibi:
CO
2
1,3 M 4,5 HCO
3
79 Cl 13 SO
4
18__.pH 6,5; D 175 m³/gün, T 20,4 Cº
(Na+K) 39 Ca 44 Mg 17
İkinci qrupdan olan bulağın suyu “Sirab” mineral suyu kimi zəif minerallaşmış karbonqazlı,
hidrokarbonatlı, kalsiumlu-natriumludur.
Vayxır mineral bulaqları 1972-ci ildə elmi şəkildə öyrənilərək, orada 1985-ci ildə Vayxır Mineral
Su Zavodu yaradılmışdır.
1987-ci ildən “Vayxır” mineral suları 0,5 litrlik şüşə qablarda sənaye üsulu ilə istehsalına
başlanmışdır.
Vayxır mineral sularından daxili xəstəliklərin müalicəsində qaraciyər (hepatiti), öd kisəsi iltihabı,
xroniki qastiritlər, xroniki kolitlər və.s müalicəsində (sutkada 0,5 litr, 18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Vayxır suyunun osmotik qatılığı, insandakı qan plazmasının qatılığına uyğun gəldiyindən daxili
xəstəliklərin müalicəsində əvəzolunmaz təbii mineral sudur.
Sürəməlik mineral bulağı. Əvvəllər Babək rayonu ərazisində olmuş qədim Sürəməlik kəndindən 5
km. şimal şərqdə, okean səviyyəsindən 1400 m. yüksəklikdədir.
Zəif minerallaşmış bulağın suyu Eosen əhəngdaşlı qumdaşları layından çıxaraq, tərkibi karbonqazlı,
dəmirlidir. Elmi şəkildə öyrənilməmişdir.
“Armudlu” mineral bulağı. Şərur rayonu ərazisində Düdəngə kəndi yaxınlığındadır.
Kimyəvi tərkibi:
M 1,8 HCO
3
86____________.pH 6,1; D 21,6 m³/gün, T 25,5 Cº
(Na+K) 14 Ca 71 Mg 15
Zəif minerallaşmış su hidrokarbonatlı-kalsiumlu-maqneziumludur. İçilməsi həkim məsləhəti
olmalıdır.
34
Şərur mineral bulağı. Şərur rayonu ərazisində, Şərur şəhərindən 8 km. cənub-qərbdədir.
Kimyəvi tərkibi:
CO
2
10 M 1,5 HCO
3
60 Cl 30__.pH 7,5; D 1000 m³/gün, T 18 Cº
(Na+K) 30 Mg 48
Zəif minerallaşmış, karbonqazlı su hidrokarbonatlı-xlorlu, maqneziumlu-natriumludur.
Ağızbüzücü xassəli, mineral su daxili xəstəliklərin müalicəsində əhəmiyyətlidir.
Şaxtaxtı mineral bulağı. Kəngərli rayonu ərazisində Şaxtaxtı kəndinin cənub-şərqində, okean
səviyyəsindən 1000 m. yüksəklikdədir.
Mineral bulağın suyu Naxçıvan Muxtar Respublikası ərazisində yeganə hidrogen-sulfidli, zəif
minerallaşmış, sulfatlı-hidrokarbonatlı, kalsiumlu-natriumlu-maqneziumludur.
Kimyəvi tərkibi:
H
2
S 10 mq/litr M 2,8 HCO
3
30 SO
4
60______.pH 6,1; D 50 m³/gün, T 20 Cº
(Na+K) 30 Mg 30 Ca 40
Mineral bulağın suyunun analoqu Rusiyadakı “Piyatiqorsk” (Şimali Qafqaz) mineral suyu olmaqla
insandakı revmatik və oynaq ağrıları xəstəliklərinin müalicəsində vanna qəbul etməklə (10 kurs 10-15
dəqiqə, T 35-45 Cº) əhəmiyyətlidir.
“Bahadur” mineral bulağı. Sədərək rayonu ərazisində, Heydərabad qəsəbəsindən 1,5 km. cənubda,
okean səviyyəsindən 1050 m. yüksəklikdə bir neçə sayda bulaqlar vardır.
Kimyəvi tərkibi:
CO
2
1,2 M 3,9 HCO
3
56 Cl 30 __.pH 6,5; D 150 m³/gün, T 18 Cº
(Na+K) 38 Mg 45
Zəif minerallaşmış bulaq suları karbonqazlı, hidrokarbonatlı-xlorlu, maqneziumlu-natriumludur.
Daxili xəstəliklərin müalicəsində və süfrə suyu kimi içilməsi əhəmiyyətlidir.
Dəhnə mineral bulağı. Sədərək rayonu ərazisində “Sədərək su nasosu” stansiyasından 2 km. qərbdə
Vəlidağın yamacından 2,5 km. aralıdadır.
Kimyəvi tərkibi:
CO
2
1,1 M 7,1 HCO
3
25 Cl 30 SO
4
45__.pH 6,9; D 120 m³/gün, T 16 Cº
(Na+K) 40 Ca 30 Mg 30
Orta dərəcədə minerallaşmış, Rusiyadakı “Piyatiqorsk” (Şimali Qafqaz) “Batolin” tipli müalicə
əhəmiyyətli sudur.
Sudan qurtumla (18-20 Cº) içməklə daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir.
Sədərək mineral bulağı. Sədərək rayonu ərazisində, Qaraburun təpəsinin yamacında okean
səviyyəsindən 1020 m. yüksəklikdə bir neçə sayda mineral bulaqlar vardır.
Kimyəvi tərkibi:
CO
2
1,3 M 4,1 HCO
3
56 SO
4
32.pH 6,4; D 500 m³/gün, T 18 Cº
(Na+K) 35 Ca 48
Zəif minerallaşmış karbonqazlı su Rusiyadakı “Jeleznovodsk” (Şimali Qafqaz) və “İsti su” (Kəlbəcər
rayonu) tipli mineral süfrə sularının analoqudur.
35
Mineral sulardan mədə-bağırsaq xəstəliklərinin müalicəsində içilməsi əhəmiyyətlidir.
Ağşal mineral bulağı. Culfa rayonu ərazisindəki Ərəfsə kəndi ətrafında 20-dək mineral bulaqlar
vardır. Ərəfsə kəndindən 2 km. cənubda Ağşal dərəsində, okean səviyyəsindən 1890 m. yüksəklikdədir.
Kimyəvi tərkibi:
CO
2
1,5 M 3,4 HCO
3
87 SO
4
12______.pH 6,5; D 22 m³/gün, T 13 Cº
(Na+K) 20 Ca 47 Mg 33
Mineral sudan daxili xəstəliklərin müalicəsində (sutkada 0-1 litr, 18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Başkənd mineral bulağı. Culfa rayonu ərazisindəki Baş Anzır kəndindən 1,5 km. şimalda, okean
səviyyəsindən 2340 m. yüksəklikdədir. Eyni kimyəvi tərkibli bulaq suyundan okean səviyyəsindən 2100
m. hündürlükdə “Gilanarlıq dərəsi” deyilən yerdə də vardır. Hər iki bulağın suyu Rusiyanın
Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” tipli suyunun analoqu kimi daxili xəstəliklərin müalicəsində
istifadə edilə bilər. Mineral sular elmi şəkildə öyrənilməmişdir.
Darıdağ mineral (termal) bulağı. Culfa rayonu ərazisində Culfa şəhərindən 8 km. şimal-şərqdə
Darıdağın ətəyində, okean səviyyəsindən 900 m. yüksəklikdə 5 bulaqla 32 sayda mexaniki quyular vardır.
Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv
zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur.
Həmin sudan Polşada “Kudova”, Fransada “Lua-Bulbul”, Almaniyada “Dürkgeym”, Rusiyada
“Sineqorsk” (Saxalin y.a) termal bulaqları da vardır.
Darıdağ termal mineral suyunun tərkibindəki duzların çox olmasına görə yuxarıda adları çəkilən
termal bulaqlardan fərqlidir.
Kimyəvi tərkibi:
CO
2
0,8 As 21 mq/litr M 20-23 HCO
3
29 Cl 64.pH 6,6; D 4507 m³/gün, T 40-53 Cº
(Na+K) 93
Mineral sulardan istər soyuq istərsə də isti içmək zərərlidir.
1991-ci ildən ərazidə pullu xidmətli Darıdağ Balneoloji Müalicəxanası fəaliyyət göstərir.
Müalicəxana 1978-ci ildən yaradılaraq orada ürək-damar xəstəlikləri, dayaq-hərəkət orqanları,
periferik əsəb sistemi, dəri, kinekoloji və.s xəstələr vanna qəbul etməklə müalicə olunurlar.
Ərazidə 1977-ci ildən fəaliyyət göstərən Darıdağ Karbonqazı Zavodunda yeni avadanlıqlar
quraşdırılaraq sutkalıq istehsal gücü 30 tona çatdırılmışdır. Zavod Naxçıvan MR Mineral Sular Birliyinin
öhdəsindədir.
Dərəlik mineral bulağı. Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtoyolundan 2 km. aralıqda,
Əlincə çayın sahilindədir. Mineral su yatağı 170 metr dərinlikdə qazılmış tuf daşdan çıxır.
Kimyəvi tərkibi:
Rn 350 CO
2
1,3 M 3,6 HCO
3
72 Cl 18________.pH 6,4; D 150 m³/gün, T 18-21 Cº
(Na+K) 38 Ca 37 Mg 25
Mineral suyun tərkibi Radonlu (Rn 350), karbonqazlı, zəif minerallaşmış hidrokarbonatlı-xlorlu-
natriumlu-kalsiumlu-maqneziumludur.
Rusiyadakı “Piyatiqorsk” (Şimali Qafqaz) mineral suyu tiplidir. Həmin sudan sinir və ürək-damar
sistemi, revmatik və dəri xəstəliklərinin müalicəsində (vanna qəbul etməklə) istifadəsi əhəmiyyətlidir.
Dərəşam mineral bulağı. Culfa rayonu ərazisində, Araz çayının dərəsində bir neçə yerdən çıxaraq
axıb çaya tökülür.
36
Kimyəvi tərkibi:
CO
2
1,3 M 2,5 HCO
3
62 Cl 18 SO
4
20__.pH 6,6; D 200 m³/gün, T 22 Cº
(Na+K) 24 Ca 47 Mg 29
Bulaqların suyu Rusiyadakı Kislovodsk (Şimali Qafqaz) “Narzan-5” mineral suyunun analoqudur.
Sudan mədə-bağırsaq, qaraciyər, xroniki qastrit, xroniki kalit və ürək-damar xəstəliklərinin
müalicəsində istifadə etmək olar.
Mineral bulaqlar sərhəd zolağında olduğundan yaxşı olardı ki, bulağın suyu plastik borularla
sərhəddən kənara çəkilib gətirilərdı.
Dingə mineral bulağı. Culfa rayonu ərazisində Qazançı kəndindən 5 km şimaldadır.
Kimyəvi tərkibi:
CO
2
0,7 M 1,2 HCO
3
72 SO
4
25______.pH 6,3; D 15 m³/gün, T 17 Cº
(Na+K) 28 Ca 33 Mg 39
Zəif minerallaşmış bulağın suyu, hidrokarbonatlı-sulfatlı-maqneziumlu-kalsiumlu-natriumludur.
Daxili xəstəliklərin müalicəsində və süfrə suyu kimi istifadəsi (18-20 Cº) əhəmiyyətlidir.
Ərəfsə mineral bulağı. Culfa rayonu ərazisində, Əlincə çayın sağ sahilində kənddəki “Ağşal”
bulağının yaxınlığındadır.
Kimyəvi tərkibi:
CO
2
1,3 M 4,3 HCO
3
83____________.pH 6,3; D 25 m³/gün, T 14,5 Cº
(Na+K) 58 Ca 22 Mg 21
Zəif minerallaşmış suyun tərkibi, karbonqazlı, hidrokarbonatlı-natriumlu-kalsiumlu-
maqneziumludur. Gürcüstanda çıxan “Barjom” tipli suyun analoqudur.
Mineral sudan daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Güleymar mineral bulağı. Culfa rayonu ərazisində, Güleymar (Köləhmər) kəndindən 1,5 km
aralıda, Əlincəçayın sol qolunun məcrasında, okean səviyyəsində 1820 m yüksəklikdə bir neçə yerdən
çıxır.
Həmin bulaqlar ərazidəki zəlzələ hadisəsindən sonra yeraltı süxurların çatlamasınsdan yaranmışdır.
Mineral suyun tərkibi indiyədək elmi şəkildə öyrənilməsə də, suyun arxında dəmir oksidinin
qalıqlarını bildirən tünd narıncı rəngli çöküntü vardır.
Mineral bulaqdan axan suyun Debütü (D) 120 m³/gün, T 18 Cº-dir.
Daxili xəstəliklərin və tənəffüs orqanlarının müalicəsində sutkada 0,5 litr içilməsi əhəmiyyətlidir.
Gülüstan mineral bulağı. Culfa rayonu ərazisindəki Gülüstan (Cuğa) kəndindən 2,5 km şimal-
qərbdə, Əlincəçayın yatağındadır.
Mineral bulağın yanında 1962-ci ildə 135 metr dərinliyində qazılmış quyudan ikinci yüksək təzyiqli
mineral su çıxmışdır.
“Gülüstan” mineral suyunun tərkibindəki kimyəvi mikroelementlər insan orqanizmi üçün faydalıdır.
Zəif minerallaşmış suyun tərkibi Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” və Babək
rayonundakı “Sirab” mineral sularının analoqudur.
Kimyəvi tərkibi:
CO
2
2,0 M 3,4 HCO
3
71 Cl 16________.pH 6,4; D 250 m³/gün, T 21 Cº
(Na+K) 38 Ca 37 Mg 25
Haliyyədə sifarişçilərin rəğbətini qazanmış mineral su, sənaye üsulu ilə istehsal olaraq, “Gülüstan”
markası ilə müxtəlif tutumlu plastik qablara doldurulur.
37
Həmin sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində içilməsi faydalıdır.
Həvi mineral bulağı. Culfa rayonundakı Ərəfsə kəndindən 6 km məsafədə okean səviyyəsindən
2050 m yüksəklikdədir.
Mineral suyun dadı turşməzə olmaqla axdığı yerdə dəmir oksidini qırmızımtıl izləri vardır.
Kimyəvi tərkibi:
CO
2
1,7 M 2,0 HCO
3
79 SO
4
14______.pH 6,6; D 70 m³/gün, T 11,5 Cº
(Na+K) 38 Ca 42 Mg 18
Mineral sudan daxili xəstəliklərin müalicəsində (sutkada 0,5 litr 18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Xoşkeşin mineral bulağı. Culfa rayonundakı eyni adlı kənd, rayon mərkəzindən 34 km məsafədə
Əlincəçayın sol sahilində Zəngəzur dağ silsiləsinin yamacındadır.
Mineral bulağın suyu kənddəki yeraltı travertin mənşəli süxurun çatlarından çıxır.
Kimyəvi tərkibi:
CO
2
1,45 M 8,6 HCO
3
34 Cl 37 SO
4
29_.pH 6,4; D 35 m³/gün, T 25 Cº
(Na+K) 71 Ca 13 Mg 15
Orta dərəcədə minerallaşmış mədən suyu karbonqazlı, xlorlu, hidrokarbonatlı-sulfatlı-natriumludur.
Daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Qazançı mineral bulağı. Culfa rayonundakı Qazançı kəndindən 2,5 km cənub-şərqdə Əlincəçayın
sahilində iki yerdən çıxır.
Mineral suyun tərkibində 31 mq/litr həcmində dəmir oksidi olduğundan, su arxında qırmızımtıl
çöküntü izləri qalmışdır.
Kimyəvi tərkibi:
CO
2
1,5 M 4,5 HCO
3
71 SO
4
20______.pH 6,4; D 15 m³/gün, T 19 Cº
(Na+K) 38 Ca 36 Mg 27
Suyun tərkibi zəif minerallaşmış və debüt əmsalı da aşağıdır.
Həkimin məsləhəti ilə mədə-bağırsaq xəstəliklərinin müalicəsində, (sutkada 0,5-1 litr) içilməsi
əhəmiyyətlidir.
Ləkətağ mineral bulağı. Culfa rayonu ərazisindəki Ləkətağ kəndi yaxınlığında, okean
səviyyəsindən 2350 m yüksəklikdə, dərin mineral su quyusunun ətrafında əlavə dörd sayda mineral
bulaqlar da vardır.
Zəif minerallaşmış bulaqların kimyəvi tərkibi karbonqazlı, hidrokarbonatlı-kalsiumlu-
maqneziumludur.
Kimyəvi tərkibi:
CO
2
2,3 M 1,7 HCO
3
92___.pH 6,7; D 400 m³/gün, T 17 Cº
Ca 76 Mg 21
Həkim məsləhəti ilə daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Nəhəcir mineral bulağı. Culfa rayonu ərazisindəki Nəhəcir kəndi yaxınlığında, Naxçıvan
şəhərindən 14 km məsafədə, okean səviyyəsindən 1700 m yüksəklikdədir.
Kimyəvi tərkibi:
38
CO
2
1,1 M 5,4 HCO
3
43 Cl 50__.pH 6,6; D 30 m³/gün, T 26,3 Cº
(Na+K) 84 Mg 12
Zəif minerallaşmış karbonqazlı su, kimyəvi tərkibinə görə Rusiyanın “Yessentuki” (Şimali Qafqaz)
tipli mineral bulağının analoqudur.
Mədən suyundan vanna qəbul etməklə (10-15 dəq.) və sutkada 0,5 litr miqdarında qurtumla içmək
dəri və mədə-bağırsaq xəstəliklərinin müalicəsində əhəmiyyətlidir.
Teyvaz mineral bulağı. Culfa rayonundakı Teyvaz kəndindən 2 km cənub-qərbdə Teyvaz çayının
məcrasında okean səviyyəsindən 1785 m yüksəklikdədir.
Kimyəvi tərkibi:
CO
2
0,1 M 7,3 HCO
3
69 Cl 18 SO
4
13___.pH 6,6; D 10 m³/gün, T 13 Cº
(Na+K) 69 Mg 13 Ca 19
Orta dərəcədə minerallaşmış hidrokarbonatlı-natriumlu-xlorlu suyun tərkibində karbon qazı olduqca
azdır.
Mütəxəssislər tərəfindən öyrənilməsə də sudan dəri səpkiləri ilə qaşınmaları, ayaqlardakı göbələk
(qribok) və s. xəstəliklərin müalicəsində vanna qəbul etmək (10 kurs 40-50 Cº) əhəmiyyətlidir.
Mineral sudan həkimin məsləhəti ilə müalicə aparılmalıdır. Ağız boşluğu və diş ətlərindəki iltihaba
qarşı qısa müddətli qar-qara etmək olar.
Kola mineral bulağı. Culfa rayonu ərazisindəki Ləkətağ kəndi yaxınlığında Kolasu çayının
mənbəyində bir neçə yerdən çıxır.
Zəif minerallaşmış su karbonqazlıdır.
Kimyəvi tərkibi:
CO
2
1,5 M 2,0 HCO
3
70 SO
4
15_.pH 5,1; D 30 m³/gün, T 13 Cº
(Na+K) 30 Ca 19
Daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Dostları ilə paylaş: |