“
Su axar yolun tapar.”
(Atalar sözü)
Kəhrizlər
Kəhriz insanların yaradıcı fəaliyyəti nəticəsində, yeraltı suları öz axını ilə yer səthinə çıxaran
meliorativ sistemlərə deyilir. Kəhrizlər insanın yaratdığı möcüzələrdən biridir.
Rəvayətlərə görə dünyanın Birinci kəhrizi Məkkə şəhərində olan Zəm-zəm suyu hesab olunur.
Təsadüfi deyil ki, Quranda 26 surədə 38 dəfə kəhrizə işarə olunub. Ayələrdə belə yazılmışdır ki,
«cənnətdə ağacların altından su axır». Məhəmməd peyğəmbərin(s.ə.s.) suya münasibətidə maraqlıdır. O
bütün yer üzündə rast gəlinən suları, qızı Fatmeyi – Zəhranın kəbininə kəsmişdir. O vaxtdan başlayaraq
kəhrizlər də islami qaydalara görə müqəddəs su abidələri adlandırılmış, onları çirkləndirmək, uçurmaq
böyük günah sayılmışdır. Bu adətlər bu gün də qalmaqdadır.
Kəhrizlər hesabına susuz səhralar yaşıllaşır, yaşayış məntəqələri salınır, bir sözlə ekoloji aləmdə
böyük dəyişikliklər baş verir.
Bu halda istifadə olunan kəhrizlər ta qədimdən su probleminin həllində mühim rol oynamışdır.
Heç bir enerji almadan, mexaniki qüvvə sərf etmədən, ekoloji təmiz su mənbəyi olan kəhrizlərin
potensial imkanı böyükdür. Bu səbəbdən onların tədqiqinin, ekoloji aləmdəki rolunun müəyyən
edilməsinin böyük elmi-praktik əhəmiyyəti vardır.
Naxçıvan Muxtar Respublikasının rayonları üzrə
kəhrizlərin bəzi ölçüləri və sərflərin təhlili (Ə. G. Quliyevə görə, 2006)
XX əsrin ortalarındak
ıstifadə vəziyyəti
R
ayo
nl
ar
K
əhr
iz o
lan
kə
nd
lə
ri
n sa
yı
K
əhr
izl
ərin say
ı
K
əhr
iz k
ür
əl
əri
ni
n
uzu
nl
uğ
u m
-l
ə
Q
uyu
lar
ın say
ı
K
əhr
izl
ərin say
ı
S
ərfl
ər
l/san
Kəngərli 10
169
55108
1869
164
1033,4
Ordubad 14
102
43708
1481
87
566,9
Babək 25
80
44804
1586
57
832,5
Culfa
13
31
12838
518
28
178,4
Şərur 9
15
5250
202
7
41,0
Şəhbuz 6
10
2173
95
10
70,0
Cəmi 79
407
163817
5699
353
2722,2
Kəhriz-yeraltı suları toplayaraq yer səthinə arxlar vasitəsilə axıdılan hidrotexniki su qurğusudur.
Kəhrizləri qazan ustalara kan-kan deyirlər. Ustalar əvvəlcə şaquli vəziyyətdə “güman quyusu”
qazaraq, torpaq altındakı sulu qata çatdıqda su gələn tərəfin əksinə üfüqü lağımlar (kanlar) qazırlar.
Sonradan həmin istiqamətdə bir neçə (hətta yüzdən artıq) quyular qazılaraq lağımlar vasitəsilə onları
birləşdirirlər. Lağımların hündürlüyü 1,2-1,4 metr, eni isə 0,6-0,8 metr ölçüsündə olur. Əhalini süzülmüş
təmiz su ilə təmin etmək üçün kəhrizlər əsas su mənbələridir.
Bu gün kəhriz sistemləri və onların üzərində olan memarlıq abidələrinin bərpa və təmirinə dair heç
bir normativ hüquqi aktlar və sənədlərə təsadüf olunmur. Baxmayaraq iş yealtı işlərə aid olduğundan
burada təhlükəsizlik qaydalarına dair müvafiq təlimatlar qanunlar olmalıdır.
25
Onu demək istərdimki, bugünki kəhriz bərpa işlərinin aparılması bir növ özfəaliyyət xarakterlidir.
Hər kəs özü bildiyi kimi kəhrizi bərpa edir, onun üzərində işin prinsipinə zidd inşaat işləri aparır, nəticədə
kəhrizin gələcək fəaliyyəti üçün problemlər yaradırlar.
Son illərdə yeraltı sulardan istifadə və onların mühafizəsinə dair görülən işlərə baxmayaraq kəhiz
sistemlərinin sıradan çıxması ilə yeraltı suların çirklənməsi baş verməkdədir. Yaşayış məntəqələrində
bunlar problem yaratmağa başlamışlar.
Kəhriz sistemləri və onların qidalanma mənbələri ətrafında qazılan subartezian quyular kəhriz
sistemləri üçün problem yaratmışdır. Subartezian quyuların fəaliyyəti nəticəsində qidalanma mənbələri
ətrafında yeraltı suların rejimi dəyişmiş kəhrizlər sıradan çıxmışlar. Fəndgir işbaz hidrogeoloqların «çevik
su çıxarma üsulu» məhz babalarımızın təcrübəsi əsasında işləyən kəhrizlərin sıradan çıxarılmasına xidmət
etmişdir. Deməli kəhriz sistemləri yayılmış Kəngərli, Ordubad və s. rayonlarda subartezian quyuların
qazılmasında olduqca diqqətli olmalıyıq.
Naxçıvan şəhərində indi də fəaliyyətdə olan kəhrizlər vardır ki, onlara vəsait qoyan xeyriyyəçilərin
adları ilə adlandırmışlar. Həmin kəhrizlər Cəfərquluxan, Qızxanım, Mirzəbədəl, Korkişi, Qələndər,
Kərbəlayi Musa, Sarbanlar (Mirişağa), Çuxur, Məşhədi Tahir, Ağaməli (xan), Şahbazağa, Cığatay,
Cənənbər və başqalarıdır.
Haliyyədə Muxtar Respublika Kəhrizlər İdarəsi tərəfindən milli sərvətlərimiz olan kəhriz təmir-bərpa
olqunaraq su potensialını artmaqla xalqın istifadəsinə verilir.
26
“Su! Səni təsvir etmək qeyri-mümkündür.
Çünkü sən həyatın özüsən...
Sən düyanın ən böyük sərvətisən.
(Antuan Sent-Ekzüperi.)
Mineral bulaqlar
Naxçıvan Muxtar Respublikasında 200-dan artıq mineral bulaqlar vardır. Onların əksəriyyəti Şərqi
Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay və Qaradərə ilə Əyilis çaylarının
vadilərindədir.
Ərazidəki mineral bulaqlar ən qədim geoloji dövrlərin süxurlarından (onların yaşı 400 mln.-700 min
il arasındadır) çıxırlar.
El arasında yerin təkindən çıxan qazlı sulara “Tanrı möcüzəsi” kimi inam gətirilərək, “yel suyu”,
“sirli su”, “şor su” və başqa adlar deyilmişdir.
1843-cü ildən başlayaraq bu cür sular diqqəti cəlb etməklə sonrakı əsrlərdə mükəmməl
öyrənilmişdir.
Naxçıvan çuxurunda olan mineral sular 6 tipə, 16 sinfə və 33 növə ayrılmışlar. Suların 98 %-i karbon
qazlı olub, hidrokarbonatlı mineral sulara aiddir. Təbii mineral suların temperaturu +8-22 Cº arasındadır.
Sirab və Darıdağdakı mexaniki üsulla qazılmış borularla çıxan mineral suların temperaturu isə +50-60 Cº
arasındadır.
Bütün Azərbaycanda olan mineral suların 35 %-i Naxçıvan Muxtar Respublikası ərazilərindədir.
Mineral suların ion tərkiblərində Ca (kalsium) qələvilər, Na+K və Mg kationları ilə birlikdə HCO
3
(hidrokarbonat), SO
4
(sulfat) və Cl (xlor) anionları da vardır.
Naxçıvan MR-da mövcud mineral bulaqlarından gün ərzində (sutkada) 24 milyon litr su axıb gedir.
Culfa rayonunda 85 mineral bulaq (onlardan 42-si mexaniki üsul ilə qazılmışdır), Ordubad rayonunda
isə 29 mineral bulaq vardır.
Darıdağ mineral bulaqları qurupundan sutkada 3125783 litr termal mineral su axıb gedir. Həmin
suların bir neçəsi fontanla yer səthinə çıxırlar.
Darıdağ mərgümüşlü mineral suları, dünyada məşhur olan İtaliyadakı “Cənubi Tirol”, “Ronçenyo”,
Fransadakı “Lua-bulbul” mərgümüşlü mineral sularından istər keyfiyyət və istərsə də çıxma debütünə
görə çoxdur.
Şahbuz rayonu ərazisində 50 mineral bulaq vardır ki, onların içərisindəki “Badamlı” mineral suyu
soyuq, şəffaf, iysiz və dadlıdır. Ərazidəki bulaqların birlikdə sutkalıq (rayon üzrə) debütü (su sərfi)
2750640 litrdir.
“Badamlı” mineral suyu qaraciyər və öd kisəsi xəstəliklərinə qarşı müalicəsində xeyirlidir. Həmin
suların tərkibi Rusiyadakı (Şimali Qafqaz) Kislovodsk şəhərindəki “Narzan” mineral suyu ilə eyni
tərkiblidir.
Babək rayonunda 50 mineral bulaqlar elmi şəkildə öyrənilmişdir ki, onların 27-si mexaniki üsul ilə
qazılmışdır.
Rayondakı “Sirab” mineral bulaqlarının gündəlik debütü (su sərfi) 22477265 litrdir.
“Sirab” suyu müalicə əhəmiyyətinə görə rayondakı “Qahab”, “Vayxır”, “Cəhri” və “Qızılvəng”
mineral sularından üstündür.
Şərur rayonunda mineral bulaqlar azlıq təşkil etsə də, ərazidəki 7 mineral bulağın sutkalıq
debütləri(su sərfi) 1,5 milyon litrə çatır.
Kəngərli rayonunda mineral bulaqlar azdır. Əsasən Araz çayı sahilində və Şaxtaxtı kəndindəki
suların tərkibləri hidrogen sulfidlidir. Zəif minerallaşmış mineral suların sutkalıq debütü(su sərfi) 50 m³-
dir.
27
Sədərək rayonunda mineral su mənbələri azlıq təşkil edir. Araz çayı sahilindəki “Bahadur” mineral
suyu, tərkibinə görə Muxtar Respublikada yeganə hidrokarbonatlı-maqneziumludur. Bulaq suyu orta
dərəcədə minerallaşaraq sutkalıq debütü(su sərfi) 150 m³-dir.
Culfa rayonu əraziləri xüsusilə Araz və Əlincə çayları vadiləri boyunca soyuq sulu mineral bulaqlar
vardır. Rayon mərkəzinə yaxın yerdə Darıdağın cənub ətəklərində isti sulu (termal) mərgümüşlü mineral
bulaqları qaynayır.
1947-ci ildən “Badamlı” və “Darıdağ” balneoloji müalicəxanaları fəaliyyət göstərirlər.
Sənaye üsulu ilə haliyyədə “Badamlı”, “Vayxır”, “Sirab” və “Gülüstan” mineral suları
qablaşdırılaraq kütləvi şəkildə istehsal olunmaqdadır.
Biləv mineral bulağı. Ordubad rayonu ərazisində Biləv kəndindən 15 km şimal-şərqdə Ulu çayın sol
sahilindədir.
Kimyəvi tərkibi:
CO
2
1,5 M 2,0 HCO
3
75 SO
4
14 .pH 5,9; D 20,0 m³/gün, T 18 Cº
(Na+K) 51 Ca 32
Zəif minerallaşmış karbon qazlı, hidrokarbonatlı və natriumlu-kalsiumlu su mədə-bağırsaq
xəstəliklərinin müalicəsi üçün əhəmiyyətlidir.
Bist mineral bulağı. Ordubad rayonu ərazisindəki Bist kəndindən 350 metr aralı Ələhi çayının
dərəsindədir.
Kimyəvi tərkibi:
CO
2
1,1 M 3,9 HCO
3
76 SO
4
14 .pH 5,6; D 35 m³/gün, T 18 Cº
Ca 61 Mg 33
Karbon qazlı zəif minerallaşmış su daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir.
Dəstə mineral bulağı. Ordubad rayonu ərazisində Dəstə dəmiryolu stansiyasından cənub-qərbdə
Araz çayı sahilindən çıxaraq axıb çaya tökülür.
Kimyəvi tərkibi:
CO
2
0,7 M 1,4 HCO
3
61 SO
4
32_____ .pH 6,5; D 15 m³/gün, T 18 Cº
Ca 61 (Na+K) 21 Mg 18
1961-ci ildə ərazidə iki quyu qazılaraq boru ilə yüksək minerallı karbonqazlı-xlorlu-hidrokarbonatlı-
natriumlu su çıxmışdır.
Kimyəvi tərkibi:
CO
2
0,8 M 18,5 Cl 66 HCO
3
31 .pH 6,6; D 150 m³/gün, T 20 Cº
(Na+K) 0,3
Karbonqazlı yüksək minerallaşmış su daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir.
Ələhi mineral bulağı. Ordubad rayonu ərazisində Ələhi kəndindən 500 metr cənub-qərbdə,
Gilançay dərəsində qoşa bulaqlardan ibarətdir.
Kimyəvi tərkibi:
CO
2
1,3 M 3,6 HCO
3
79 SO
4
12_____ .pH 6,1; D 21 m³/gün, T 13,5 Cº
(Na+K) 38 Ca 33 Mg 28
28
Zəif minerallaşmış bulaq suyunun tərkibi Gürcüstandakı “Barjomi” mineral suyuna oxşardır. Həmin
su daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir.
Gənzə mineral bulağı. Ordubad rayon mərkəzindən 6 km şimal-şərqdə Anabad kəndi yaxınlığında
Gənzə çayının sahil qumlarından çıxır. Suyu şəffaf, turşməzə, ləzzətli və içməklə doymaq olmur.
Kimyəvi tərkibi:
CO
2
0,22 M 5,6 HCO
3
53 SO
4
30 Cl 17 .pH 7,5; D 160 m³/gün, T 15 Cº
(Na+K) 41 Ca 21 Mg 38
Su orta dərəcədə minerallaşmış, Rusiyanın (Şimali Qafqaz) “Jeleznovodsk” mineral suyunun
analoqudur.
Gənzə mineral bulaqlarından (bir neçə bulaq vardır) Ordubad rayonunda ən yaxşısı olmaqla, süfrə
suyu kimi istifadə olunur.
Kilit mineral bulağı. Ordubad rayonu ərazisindəki Kilit kəndi yaxınlığında iki yerdən çıxan mineral
bulaqlardır.
Kimyəvi tərkibi:
CO
2
07 M 2,2 HCO
3
87 ___.pH 6,5; D 20 m³/gün, T 16 Cº
Ca 60 Mg 30
Zəif minerallaşmış karbonqazlı su Rusiyadakı “Darasun” (Çita vilayəti) tipli olaraq müalicə
məqsədilə istifadə edilir.
Kotam mineral bulağı. Ordubad rayon mərkəzindən 8 km şərqdə Kotamçayın dərin dərəsində,
Kotam kəndindən 5 km aralıdadır.
Kimyəvi tərkibi:
CO
2
1,0 M 1,8 HCO
3
91 ______.pH 7,7; D 25 m³/gün, T 14,5 Cº
Ca 85 (Na+K) 10
Zəif minerallaşmış karbonqazlı suyun tərkibində hidrokarbonatla kalsium duzları vardır. Daxili
xəstəliklərin müalicəsində (sutkada 0,5 litr 18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Nəsirvaz mineral bulağı. Ordubad rayonu ərazisində okean səviyyəsindən 2400 m. yüksəklikdə
Nəsirvaz kəndində bir neçə yerdən bulaqlar qaynayıb çıxırlar.
Kimyəvi tərkibi:
CO
2
1,4 M 1,5 HCO
3
68 SO
4
21 _____.pH 6,2; D 330 m³/gün, T 15 Cº
(Na+K) 36 Ca 35 Mg 29
Zəif minerallaşmış karbonqazlı hidrokarbonatlı sulfatlı, natriumlu-kalsiumlu-maqneziumlu sudur.
Tərkibi Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” tipli mineral suyunun analoqu olmaqla,
daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir.
Nüsnüs mineral bulağı. Ordubad rayonu ərazisində Nüsnüs kəndindən 600 metr qərbdə, rayon
mərkəzindən 7 km aralı Şamxalçayın sahilindədir.
29
Kimyəvi tərkibi:
CO
2
0,8 M 0,6 HCO
3
87 SO
4
10.pH 6,2; D 100 m³/gün, T 12 Cº
Ca 81 Mg 17
Zəif minerallaşaraq, hidrokarbonatlı-kalsiumlu-karbonqazlıdır. Mineral su daxili xəstəliklərin
müalicəsi üçün əhəmiyyətlidir.
Parağa mineral bulağı. Ordubad rayonu ərazisində Parağa kəndindən 1,5 km aralı, okean
səviyyəsindən 1785 m. yüksəklikdə üç yerdən qaynayaraq çıxır.
Kimyəvi tərkibi:
CO
2
1,8 M 1,7 HCO
3
13 SO
4
85.pH 6,5; D 90 m³/gün, T 13 Cº
Ca 77 Mg 20
Zəif minerallaşmış sulfatlı, kalsiumlu-maqneziumlu su daxili xəstəliklərin müalicəsində (18-20 Cº)
istifadəsi əhəmiyyətlidir.
Pəzməri mineral bulağı. Ordubad rayonundakı Pəzməri kəndinin yaxınlığında “Pəzməri
təpəsi”ndədir. Bura rayon mərkəzindən 37 km (Ordubad-Unus yolunda) məsafədə dağ yolu gəlir.
Zəif minerallaşmış karbonqazlı suyun dadı turşməzə olaraq (2-27 mq/litr ekvivalentdədir) coddur.
Kimyəvi tərkibi:
CO
2
0,7 M 1,5 HCO
3
64 SO
4
28.pH 6,4; D 43 m³/gün, T 13 Cº
Ca 72 (Na+K) 23
Daxili xəstəliklərin müalicəsində (sutkada 1 litr (18-20 Cº) içmək) əhəmiyyətlidir.
Tivi mineral bulağı. Ordubad rayonu ərazisindəki Tivi kəndində çoxsaylı mineral bulaqlar vardır.
Kəndə dağ yolları ilə Ordubaddan 60 km-lik məsafədə təzə yol çəkilmişdir. Tivi kəndi Süzgün çayın
üstündə Ordubad-Bist yolunun şimal-şərqindədir. Kənddəki mineral bulaqlardan biri Rusiyanın
Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” tipli mineral suyunun analoqudur.
Kimyəvi tərkibi:
CO
2
1,5 M 4,4 HCO
3
72 SO
4
15 Cl 13 .pH 5,7; D 2000 m³/gün, T 9 Cº
(Na+K) 14 Ca 53 Mg 33
Zəif minerallaşmış karbonqazlı sudan daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içmək
əhəmiyyətlidir.
Ametist (Ametustos) mineral bulağı. Şahbuz rayonundakı Gömür kəndindən 7 km aralıdakı
dərədədir. Oksidlər sinfinə aid bənövşəyi rəngli Kvars (SiO
2
) mineralından (süxurundan) əmələ gəlmiş
duzlu mineral sudur.
Kimyəvi tərkibi:
CO
2
0,5 M 3,2 HCO
3
72 SO
4
14 SiO
2
600.pH 6,5; D 12 m³/gün, T 12,8 Cº
Ca 45 (Na+K) 31 Mg 24
Orta dərəcədə minerallaşmış karbon qazlı suyun tərkibində xeyli miqdarda ametist olması ilə
əlaqədar həkim məsləhəti ilə dəri xəstəliklərinin müalicəsində (20-30 Cº) vanna qəbul etmək olar. Qədim
30
Yunanıstanda Ametist duzundan sərxoşluğa qarşı dərman kimi istifadə etmişlər.
Badamlı mineral bulağı. Şahbuz rayonu ərazisində Badamlı kəndindən 3 km cənub-qərbdə, okean
səviyyəsindən 1274 m. yüksəklikdə bir neçə bulaqlar vardır. 1949-cu ildən mexaniki surətdə istehsal gücü
artırılmış və sənaye üsulu ilə 0,5 litrlik şüşə qablarda satışa çıxarılmışdır. Haliyyədə plastik qablarda
müxtəlif ölçülü və keyfiyyətli istehsalına sifarişçilərin sayı artmışdır.
4(1) №li bulağın Kimyəvi tərkibi:
CO
2
1,2 M 4,7 HCO
3
71 SO
4
5 Cl 24__ .pH 6,5; D 172 m³/gün, T 22 Cº
(Na+K) 54 Ca 34 Mg 12
“Badamlı” suyu mədə-bağırsaq, sidik yolları və qaraciyər xəstəliklərinin müalicəsində içilməsi
əhəmiyyətlidir. Minerallığı zəif olduğundan süfrə suyu kimi də istifadə edilir.
Batabat mineral bulağı. Şahbuz rayonu ərazisində Naxçıvandan 65 km məsafədə okean
səviyyəsindən 2445 metr yüksəklikdədir.
Kimyəvi tərkibi:
CO
2
0,7 M 1,3 HCO
3
30 SO
4
65______.pH 6,5; D 3,8 m³/gün, T 8 Cº
Ca 39 (Na+K) 36 Mg 25
Zəif minerallaşmış su daxili xəstəliklərin müalicəsində (18-20 Cº) içilməsi əhəmiyyətlidir.
Biçənək mineral bulağı. Şahbuz rayonu ərazisində Biçənək kəndindən 2 km aralı meşədəki qum
daşları arasındakı çatlardan çıxır.
Kimyəvi tərkibi:
CO
2
0,7 M 4,1 HCO
3
85 SO
4
20.pH 6,7; D 12 m³/gün, T 10 Cº
Ca 19 (Na+K) 74
Zəif minerallaşmış sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində (18-20 Cº) içilməsi
əhəmiyyətlidir.
Girdəsər mineral bulağı. Şahbuz rayonu ərazisindəki Badamlı mineral bulağından 1,5 km cənub-
qərbdə yerləşir.
Zəif minerallaşmış su karbonqazlı, sulfatlı-hidrokarbonatlı, maqneziumlu-kalsiumlu-natriumludur.
Kimyəvi tərkibi:
CO
2
1,2 M 3,7 HCO
3
45 SO
4
47______.pH 6,4; D 10 m³/gün, T 16 Cº
Ca 31 (Na+K) 21 Mg 47
Daxili xəstəliklərin müalicəsində (18-20 Cº) və süfrə suyu kimi içilməsi əhəmiyyətlidir.
Gömür mineral bulağı. Şahbuz rayonu ərazisində Gömür kəndindən 3 km cənub-qərbdə, Gömür
çayın sol sahilində okean səviyyəsindən 2000 m. yüksəklikdədir. Burada 75 sayda
bulaqlardan mineral hidrogen-sulfid qarışığı ilə birlikdə karbonqazı da çıxır. Bulaqlardan su çıxarkən
yeraltı karst süxurlarını kükürdlü qarışıqla birlikdə tərkibindəki hidrogen-sulfid ionlarını zənginləşdirir.
Zəif inerallaşmış sudan revmatik və dəri xəstəliklərinin müalicəsində vanna qəbul etməklə (hər
kursda 10-15 dəqiqə, T 25-35 Cº) əhəmiyyətlidir.
Kimyəvi tərkibi:
31
CO
2
1,3 M 3,9 HCO
3
74 Cl
13______.pH 6,6; D 230 m³/gün, T 20 Cº
Ca 33 (Na+K) 32 Mg 30
Karvansara mineral bulağı. Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean
səviyyəsindən 2260 m. yüksək ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir.
Hər iki bulaq suları termaldır.
Kimyəvi tərkibi:
H
2
s
600 mq/litr, M 1,4 HCO
3
21 13 SO
4
78____.pH 8; D 50 m³/gün, T 80 Cº
Ca 58 (Na+K) 21 Mg 21
Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlu-
maqneziumlu termal (qaynar) sudur.
Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30-40 Cº) əhəmiyyətlidir.
Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar.
Qəleyli mineral bulağı. Şahbuz rayonundakı Batabat yaylasında “Zor bulaq”dan 150 metr şərqdədir.
Suyun tərkibi zəif minerallaşmış karbonqazlı olduğundan daxili xəstəliklərin müalicəsində (18-20 Cº)
əhəmiyyətlidir.
Kimyəvi tərkibi:
CO
2
1,7 M 2,6 HCO
3
93 ___________.pH 6,5; D 28 m³/gün, T 12 Cº
Ca 52 (Na+K) 23 Mg 24
Sələsüz mineral bulağı. Şahbuz rayonu ərazisində, rayon mərkəzindən 7 km qərbdə Sələsüzlə
Əzizbəyov kəndlərinin arasındadır.
Kimyəvi tərkibi:
CO
2
0,7 M 0,9 HCO
3
64 SO
4
32______.pH 6,3; D 8 m³/gün, T 16 Cº
Ca 24 (Na+K) 30 Mg 46
Zəif minerallaşmış su, karbonqazlı, hidrokarbonatlı-sulfatlı, maqneziumlu-natriumlu-kalsiumludur.
Bulaqda tədqiqat aparılmasa da, bir sıra daxili xəstəliklərin müalicəsi üçün (18-20 Cº) əhəmiyyətlidir.
Dostları ilə paylaş: |