Uzunsov qovun, Sirab qovunu, Şaxtaxtı qovunu, Pircüvar qovunu və Şamama qovunudur. Həmin
növlər Babək, Kəngərli, Şərur və Sədərək rayonlarındakı təsərrüfatlarda əkilib becərilir.
Xalq təbabətində yemişin qurudularaq döyülmüş qabığından daxili xəstəliklərin müalicəsində
istifadə edirlər. Quru qabığını 2 qr yeməklə böyrək daşını təmizləyir. Ac qarnına qovun yemək ölümlə
nəticələnə bilər.
52
19) Xiyar- (Cucumis sativus) - Qabaqkimilər fəsiləsindən olan bostan bitkisinin vətəni Seylon
(Sərəndib) adası ilə Hindistandır.
Hələ 6-7 min il öncə xiyar bostan bitkisini yuxarıda adı çəkilən ərazilərdə insanlar tərəfindən əkib
becərmişlər. Yabanı halda meşə və kolluqlarda bitən xiyar tağları uca ağaclara sarmaşaraq yayılmışdır.
Xiyar bitkisi isti və rütubət sevən ərazilərdə otlaq və kolluqlar arasında bitir.
Xiyar bitkisinin bir çox növləri vardır ki, “tüklü faraş” xiyardan qış aylarında istixanalarda
(oranjeriyada) əkmək mümkündür. Azərbaycanın Lənkəran zonasında tez yetişən faraş xiyar növləri daha
çox yayılmışdır.
Xiyardan təzə-təzə salatlarda, şorba xörəklərində və konservləşdirilmiş formada istifadə olunur.
Xiyarın tərkibində 80-90 % su və mineral maddələrlə yanaşı A, B
1
və C vitaminləri vardır. Vitaminlər
əsasən xiyarın qabıqaltı hissəsindədir.
Naxçıvan MR-da Ordubad, Culfa, Babək, Şahbuz və Şərur rayonlarındakı təsərrüfatlarda yerli
Qaraçuq növü əkilib becərilir.
Xalq təbabətində xiyar suyundan şəkərlə qarışdırıb içməklə qan təzyiqinin normallaşması təmin
olunur. Xiyar qabığından kosmetik vasitə kimi sifətdəki ləkələri təmizləmək olur. Xiyar baş ağrısı və ürək
döyüntüsünü aradan götürür. Tumları sidikqovucu olaraq, dalaq və sinə ağrısını kəsir.
20) Üzüm- (Vitis vinifera) - Sarmaşan kol bitkisinin vətəni qədim Misir olaraq, sonradan Aralıq
dənizi sahillərinə gətirilmişdir. Üzümçülüklə məşğul olan elmlərə “Ampeloqrafiya” deyirlər.
Üzüm kolu uzunluğu 40-50 metrə çatan lian (sarmaşıq) bitkisidir. Bitkinin meyvəsində 81 % su, 16,5
% şəkər, 0,6 % sellüloz, 0,9 % üzvi turşular, 0,4 % azotlu birləşmələr, 0,2 % pektin maddəsi, 0,4 %
mineral duzlar və C, B vitaminləri vardır.
Üzüm gilələrini təzə halda və qurudub kişmiş (möviz) halında yeyirlər. Üzümdən şirələr, sirkə və
şərab məhsulları hazırlanılır.
Naxçıvan MR-da 30-adək mədəni üzüm növləri vardır. XX əsrin yetmişinci illərində Muxtar
Respublika ərazilərində kütləvi surətdə üzümçülük inkişaf etdirilsə də səksəninci illərdə alkaqolizmə
qarşı mübarizə tədbirləri məqsədilə dövlət tərəfindən ləğv edilmişdir.
Həmin illərdə Muxtar Respublikada üzümçülük inkişaf etdirilməklə şərab emalı zavodları da tikilib
istifadəyə verilmişdir. Təsərrüfatlarda becərilən ağ və qara şanı, inək əmcəyi, kişmişi, əsgəri (tez yetişən),
mələyi və.s növlər olmuşdur. Mələyi üzümü qədim növ olaraq, təsərrüfatların 80 %-ni təşkil edir. Həmin
üzümdən tünd desert (kaqor) şərablar hazırlanılır.
Xalq təbabətində üzümün qora suyundan təzyiq xəstəliklərini müalicə edirlər. Üzüm doşabından
soyuqdəymə və daxili xəstəliklərin müalicəsində istifadə olunur. Üzümün cavan yarpaqları duza
qoyularaq, milli mətbəx xörəklərində bişirilir.
1954-cü ildə Dərbənd şəhərində nümayiş etdirilən sərgidə üzüm salxımının ağırlığı 8 kq olmuşdur.
21) Fındıq- (Corulus aveliana)- Tozağacı (Betulaceae) fəsiləsindən olan fındıq kolunun vətəni
Qafqazdır.
Muxtar Respublikanın Ordubad və Şahbuz rayonlarındakı dağ yamaclarında meşə-kolluqlarda
yayılmışdır. Haliyyədə şəxsi təsərrüfat sahələrində də fındığın mədəni növləri əkilib-becərilir.
Fındıq kolunun hündürlüyü 2-4 metrə çataraq, tünd yaşıl dilimli yarpaqları ilə birevli çiçəkləri vardır.
Kollarında yalançı salxımvari çiçəkləri olduğundan həşəratları özünə cəlb edir.
Fındıq ləpəsində 58-70 % yağ, 15-20 % zülal, 2-5 % şəkər D vitamini və duzlarla qarışıq
mikroelementlər də vardır.
Fındıq ləpələri əsasən yeyinti qənnadı sənayesində çox işlənərək ondan halva, tort və paxlava
hazırlanmasında istifadə olunur. Azərbaycanda əsas fındıq kolları Şəki-Zaqatala meşələrində yayılmışdır.
Çoxaldılması bitkinin yanlardan göyərmiş zoğlarından kəsilmiş qələm vasitəsilədir.
Xalq təbabətində fındıq ləpələri bal və şəkərlə yeyilməsi öskürəyə qarşı istifadə olunur. Fındıq
bədənə istilik və quruluq verməklə orqanizmin fəaliyyətini gücləndirir. Qovrulmuş fındıq ləpəsi ilə
kosmetik işlərdə istifadə edirlər.
22) Badam- (Amygdalis communis)- Gülçiçəklilər fəsiləsindən olan qısa ömürlü ağac bitkisinin
vətəni Orta Asiyadır.
Növlərinə görə əsasən acı və şirin badam ağacları Naxçıvan MR-nın Babək, Kəngərli, Şahbuz və
Ordubad rayonlarında yayılmışdır.
53
Badam ağacı şaftalı ağacına oxşar bitkidir. Dağətəyi kolluqlarda vəhşi badam kollarına da rast
gəlinir. Bitkinin çoxaldılması çəyirdəkli toxumları vasitəsilədir.
Badamın əsasən toxumundakı ləpəsindən istifadə edirlər. Tərkibində 35-67 % qurumayan efirli yağ
maddəsi vardır. Çəyirdəkli ağacın meyvələrindən yeyinti, ətriyyat və tibb sənayesində istifadə olunur.
Xalq təbabətində badam şirəsini şəkər ilə qatıb yeməklə öskürək kəsici və nəfəs yollarını təmizləmək
mümkündür. Badabın çaqqalası mədə və diş dibinin ətini möhkəmləndirir. Acı badamın yağı sifətdəki
ləkələri aparır və qulaq ağrısını kəsir.
23) Şaftalı- (Percica vulgaris)- Gülçiçəklilər fəsiləsindən olan ağac bitkisinin vətəni Çin və
Yaponiyadır.
Meyvələri əriyə oxşasa da yarpaqları ensiz uzunsov olmaqla fərqlənir. Şaftalı meyvəsinin tərkibində
5-15 % şəkər, alma və limon turşusu ilə bir neçə vitaminlər də vardır. Ağac qısa ömürlü olduğundan su
sevən və budanmayan xasiyyətlidir. Şaftalı tumu acı olmaqla, tərkibində 5-50 % piyli yağ maddəsi vardır.
Naxçıvan MR-da Ordubad, Şərur, Culfa, Babək, Kəngərli və Sədərək rayonlarında bir neçə (tez və
gec yetişən) növləri yayılmışdır. Meyvəsindən kompot və şirələr hazırlanılır.
Şaftalı ağacının cır növləri Muxtar Respublikanın dağətəyi kolluq ərazilərində hülü adı ilə
yayılmışdır.
Xalq təbabətində şaftalı kilitkəsi yeyilərək, insandakı tük tökülmənin qarşısı alınır. Şaftalı şirəsi
susuzluğu yatırmaqla öd ifrazını yüngülləşdirir.Yarpaq və oduncağından boyaq işlərində istifadə olunur.
Çoxaldılması toxumları vasitəsilədir.
24) Gavalı (Almaxara)- (Prunus domestica)- Gülçiçəklilər fəsiləsindən olan ağac bitkisinin vətəni
Yunanıstandır.
Gavalı ağacı 6-10 metr hündürlükdə olur. Meyvələri ətirli və ləziz turşməzədir. Tərkibində 9-16 %
şəkər, 0,4-1,4 % üzvi turşularla bərabər digər maddələr də vardır. Gavalı meyvələri təzə və
qurudulmuş halda yeyilir. Milli klunariyada gavalı meyvələrindən müxtəlif şirələr, kompot və
mürəbbələr bişirilərək xörəklərə qatılır.
Gavalı ağacının oduncağında yapışqanlı maddə (kilitkə) olduğundan yandırıldıqda acı tüstülü olur.
Naxçıvan MR-da Ordubad, Culfa, Babək və Şahbuz rayonlarında gavalının müxtəlif növləri
yayılmışdır. Dağətəyi kolluqlarda bitkinin yabanı növlərinə də rast gəlinir.
Xalq təbabətində gavalı şirəsindən mədə və bağırsaqları yumşaltmaqda, kilitkəsindən isə tük
tökülməyə qarşı yeyilərək istifadə olunur.
25) Alça- (Prunus divaricata)- Gülçiçəklilər fəsiləsindən olan ağac bitkisinin vətəni Qafqazdır.
Muxtar Respublikanın bütün rayonlarında alça ağacları yayılmış, Ordubad, Şahbuz, Culfa və
Kəngərli rayonlarındakı dağətəklərində cır növlərinə də rast gəlinir. Yabanı alça ağacı dağətəyi
rayonlarda kol bitkisi kimi çoxalıb artmışdır. Mədəni növünün hündürlüyü 3-8 metrə çatır. Meyvəsinin
tərkibində 10 % şəkər, 1,5-4 % üzvi turşular, pektin maddəsi ilə vitaminlər də vardır.
Alça ağacı məhsuldar olduğundan 10 illik mədəni növündən 300 kq-a qədər meyvə yığmaq
mümkündür. Alça təzə və qurudulmuş halda yeyilir, xörəklərdə istifadə olunur, şirə və kompotlar
hazırlanılır.
Alça ilə gavalı ağaclarını calaq etdikdə Göycə adlı meyvə alınır, ərik ilə calaq olunduqda ətirli
Şərəlli adlı meyvə alınır, şaftalı ilə calaq edildikdə isə Tərəlli adlı cins meyvə növləri almaq mümkündür.
Xalq təbabətində alça meyvəsindən hazırlanmış lavaşa ilə bişirilmiş xörəklər daxili xəstəliklərin
müalicəsində köməklik göstərir.
Alça ağacı toxumları ilə çoxaldılır.
26) Gilanar (albalı)- (Cerasus vulgaris) - Gülçiçəklilər fəsiləsindən olan çoxillik ağac bitkisinin
vətəni Amerika və Avropadır.
Dadlı qırmızı-qara rəngli şirəli meyvələrində 7-17 % şəkər, 0,8-2,4 % üzvi turşular, 0,98 % azotlu
maddələr, 0,27 % sellüloz, 0,18 % aşı maddəsi ilə C vitamini vardır.
Meyvələri təzə və qurudulmuş halda yeyilərək kulinariyada kompot, mürəbbə, şirələr hazırlanılır.
Ağacın yarpaq və oduncağından boyaq işlərində istifadə edirlər.
Naxçıvan MR-da Ordubad və Şahbuz rayonlarında daha çox yayılmışdır. Naxçıvan şəhərində
həvəskar bağbanlar tərəfindən gilanarın 8-10 növünü əkib becərmişlər.
Xalq təbabətində gilanar şirəsindən ürək bulanmaya qarşı istifadə edirlər.
54
27) Heyva- (Cudonia oblonqa)- Gülçiçəklilər fəsiləsindən olan heyva kol-ağacı bitkisinin vətəni
Qafqazdır.
Bitkinin hündürlüyü 2-3 metr olaraq çox şaxəlidir. Meyvələri ətirli sarı rəngdə, üzəri xırda
tükcüklərlə örtülü olaraq, 0,2-0,28 % turşu, 8-12 % şəkər və C vitamini ilə zəngindir.
Naxçıvan MR ərazilərindəki Ordubad, Şahbuz, Culfa, Babək və Şərur rayonlarında mədəni növlərlə
bərabər dağ yamaclarındakı kolluqlarda yabanı heyva kolları da yayılmışdır.
Heyva meyvəsindən mürəbbə, kompot və marmelad istehsalında bişirilərək istifadə olunur.
Heyva yarpaqlarından milli yeməklərdə istifadə edilərək dolma bükürlər.
Xalq təbabətində heyvanın yapışqanlı toxumlarından (buna çöşşek də deyirlər) soyuqdəyməyə və
cavan yarpaqlarını dəmləyib içmək nəfəs yollarının iltihabına qarşı müalicədə istifadə olunur. Heyva
şirəsi dalaq ağrısını kəsir, ürəkbulanmanı və mədə pozğunluğunu nizamlayır.
Heyva bitkisini toxumları və yanlarından göyərmiş cavan zoğları ilə çoxaldırlar.
28) Ərik- (Armenica vulgaris)- Gülçiçəklilər fəsiləsindən olan çoxillik ağac bitkisinin vətəni
Mərkəzi Asiyadır.
Ərik ağacının oduncağı möhkəm olub, ondan məişətdə və musiqi alətlərinin hazırlanmasında istifadə
olunur. Meyvələrinin tərkibində 7-23 % şəkər, alma, limon və başqa üzvi turşularla A, D, E vitaminləri də
vardır.
Əriyin çəyirdəyində (toxumunda) 25-30 % yağ, qurudulmuş ərikdə isə 84 % şəkər olur. Meyvələri
ətli olaraq, təzə və qurudulmuş halda yeyilərək ondan müxtəlif mürəbbələr hazırlanılır. Toxumunun
tərkibində 55 % piy maddəsi olduğundan əriyi yedikdən sonra vacibdir ki, toxumu da yeyilsin.
Naxçıvan MR-da Ordubad rayonu ərazilərində tez yetişən “əyilisi (növrəstə)” “şalax”, “badamı” və
başqa növlər yayılmışdır.
Xalq təbabətində ərikdən ürək xəstəliklərinə qarşı təbii müalicə kimi istifadə olunur.
Çoxaldılması toxumları vasitəsilədir.
29) Alma- (Malus domestica)- Gülçiçəklilər fəsiləsindən olan alma ağacının vətəni Qafqazdır.
Muxtar Respublikanın Ordubad, Şahbuz, Babək və Şərur rayonlarında almanın “Şıxcanı”, “Qızıl
Əhməd” növləri yayılmışdır. Dağətəyi rayonların kolluq ərazilərində almanın bir neçə cır növlərinə də
rast gəlmək olar.
Alma ağacı 30-50 il ömür sürərək 3-5 ildən sonra məhsul verməyə başlayır. Məhsuldarlıq əsasən
calaq edilmiş alma ağaclarında daha çox olur. Almanın meyvəsinin tərkibində 5-15 % şəkər, 1-1,5 % üzvi
turşular (limon turşusu) 1,30 % sellüloz, 0,44 % zülal və dəmirlə A, B, C vitaminləri də vardır.
Alma meyvələrini uzun müddət saxlamaq mümkündür. Haliyyədə dünya üzrə 10 mindən artıq alma
növləri məlumdur ki, “Şirvan gözəli” (Cənnət alması) məhsuldar olaraq meyvələri iri və dadlıdır.
Almadan kompotlar, şirələr və povidla bişirilir.
Xalq təbabətində alma şirəsindən ürək xəstəliklərinin müalicəsində istifadə edirlər.
Çoxaldılması toxumları və cavan zoğları vasitəsilədir.
30) Armud- (Purus communis)- Gülçiçəklilər fəsiləsindən olan armud ağacının vətəni Qafqaz olmuş
sonradan Yunanıstana aparılaraq Aralıq dənizi ölkələrində də yayılmışdır.
Naxçıvan MR-da Ordubad, Babək, Şahbuz və Şərur rayonlarında armud ağacları əkilib-becərilir.
Dağətəyi rayonlardakı kolluq ərazilərdə cır armud ağacları da yayılmışdır.
Armudun meyvəsində 7-13 % şəkər vardır. Oduncağından musiqi alətləri hazırlanılır.
Haliyyədə dünya üzrə 5 mindən artıq armud növləri məlumdur. Muxtar Respublikamızın
ərazilərindəki cır Daş armud daha çoxdur. Həmin ağaca calaq vurmaqla məhsuldar “Qış beresi” və
“Royal” Abbasbəyi Zöhrə adlı növləri bağbanlar tərəfindən çoxaldılmışdır. Armud ağaclarını çiçəklərini
suni mayalanma vasitəsilə tozlandırırlar ki, həmin növün toxumlarından yeni elit çarpaz tozlanmış növlər
alınır. Bu cür növlər Muxtar Respublikanın Şahbuz rayonundakı şəxsi təsərrüfatlarda daha çoxdur.
Armud meyvələrindən mürəbbə, kompot və şirələr bişirilir. Xalq təbabətində armud şirəsindən daxili
xəstəliklərin müalicəsində istifadə olunur. Çoxaldılması toxumları və cavan zoğları vasitəsilədir.
31) Qoz (cəviz)- (Juglans regia)- Fındıqkimilər fəsiləsindən olan birevli ağacın vətəni Çin, Orta
Asiya, Ön Asiya və Kiçik Asiyadır.
55
Haliyyədə qoz ağacı dünyanın bir sıra ölkələrində bitərək yayılmışdır. Muxtar Respublikada
Ordubad və Şahbuz rayonlarında bir neçə növ qoz ağacları mədəni şəkildə becərilir ki, onlardan ən
əhəmiyyətlisi nazik qabıq növüdür. Bundan başqa meşə və kolluq dağətəyi ərazilərdə yabanı şəkildə
“dığal” növü də yayılmışdır.
Çoxillik qoz ağacının meyvəsində 60-70 % piyli yağ maddəsi, 12-20 % zülal və müxtəlif vitaminlər
vardır. Meyvəsinin qabığından aşılayıcı vasitə kimi və boyaqçılıqda istifadə edirlər.
Qoz ləpələri yüksək kaloriliyə görə kərə yağından sonra ikinci yerdədir. Qoz ağacının yarpaqlarının
və meyvəsinin qabığında fitonsid zəngin olduğundan bakteriosid xassəlidir. Oduncağından mebel
sənayesi və musiqi alətləri üçün istifadə olunur. Naxçıvan MR-da Ordubad rayonunda qoz ağacı becərilən
ərazilərdə qoruq yaradılmışdır.
Xalq təbabətində qoz yarpağını həna ilə qarışdırıb, saçlara sürtməklə tüklərin dibini bərkitmək və baş
ağrısının müalicəsində istifadə edilir. Kosmetikada əzilmiş qoz çubuğunu sirkə ilə qarışdırıb üzə
çəkməklə yanaqları təbii boyaqla qızardırlar.
Çoxaldılması yalnız toxumları vasitəsilə həyata keçirilir.
32) Tut- (Morus alba, Morus niqra)- Yemli-qidalı çoxillik ağac bitkisinin vətəni Çindir. Sonradan
İtaliyalı səyyah Marko Polo(1254-1324) tərəfindən 1271-1295-ci illərdə Çinə səyahəti zamanı özü ilə tut
ağacı ilə ipək qurdu toxumlarını da Qafqaza gətirmişdir. Çində tut ağacına “senqo” (səadət), Yunanlarda
isə “ağıllı” ağacı deyirlər.“Möcüzəli ağac” adlanan tut ağacının hündürlüyü 15-20 metrədək olur. Tut
ağacının Azərbaycanda 500 növü vardır ki, seleksiyaçı Akademik İlyas Abdullayev tərəfindən bitkinin
toxumlarının xromoson hüceyrələrinin genetik yolu ilə yeni növlərini yaratmışdır. Haliyyədə 750 növ tut
ağacları əkilib-becərilir. İpəkçilik sənayesində barama qurdlarının əsas qida yemi olan tut yarpaqlarıdır.
İri yarpaqlı tut növlərindən Xar tut, Turşməzə, Xəzər tut, Ləzzətli tut, Şəfa tut, Kol tut və başqalarını
göstərmək olar. Tut ağacının növlərindən asılı olmaqla ətli meyvələri ağ və qara rəngdədir. Tut
meyvəsinin tərkibində 10-15 % şəkər və azacıqda mineral turşular vardır.
Tut meyvələrini təzə və qurudulmuş halda yeməklə ondan dadlı mürəbbə, doşab və spirtli ekstrakt
(araq) hazırlanılır.
Tut ağacı yarpaqlarını yeyən ipək qurdunun baramasından yüksək keyfiyyətli təbii ipək alınır. Buna
görə də tut ağacı möcüzəvi olaraq insanı yedirdir, geyindirir və şəfa verir. Kağız və karton sənayesində tut
ağacı oduncağından əla növ məhsullar hazırlanılır.
Azərbaycanda olduğu kimi Naxçıvan MR-da tut ağaclarının 9-10 növləri yayılmışdır.
Xalq təbabətində tut şirəsindən boğaz ağrısı və difteriyaya qarşı, doşabından isə soyuqdəyməyə qarşı
müalicə məqsədilə istifadə olunur.
Çoxalması toxumları vasitəsilə həyata keçirilir.
33) Limon- (Citrus Limon)- Sədəfkimilər fəsiləsindən olan Citrus cinsli həmişəyaşıl çoxillik
subtropik kol-ağac bitkisinin vətəni Cənubi-Şərqi Asiya ölkələridir. Daha sonra limon bitkisi Aralıq
dənizi ölkələrində, Amerikada və Qafqazın Qara dəniz sahillərində yayılmışdır.
Azərbaycanda yalnız Lənkəran-Astara zonasında əkilib-becərilir.
Muxtar Respublika ərazisində yalnız Ordubad rayonundakı kəndlərdə otaq şəraitində becərilərək,
yay aylarında kökətrafı torpağı ilə birlikdə meyvə ağacları kölgəliyinə köçürülür.
Sitrus bitkinin hündürlüyü ev şəraitində 3 m, tropik ölkələrdə isə 7 m-dən artıq olur. Budaqları
tikanlı və növündən aslı olmaqla tikansız olur. Uzunsov xoş iyli yarpaqlarının rəngi açıq yaşıl, meyvələri
isə yetişəndən sonra tünd sarı rəngə çevrilir. Ağ rəngli xırda çiçəkləri ətirli və cüt-cüt yerləşir.
Meyvələrinin uzunluğu 6-7 sm, ağırlığı isə 120 qram olur.
Limonun meyvələrinin lət hissəsi şirəli və çox turş olmaqla tərkibində 3,5-8,1 % limon turşusu, 1,9-3
% şəkər, P və B vitaminləri, pektin maddəsi, Fe, P, Ca, K, Mg və.s duzlar olur.
Limonun meyvəsinin qabığında 3-6 % iyli limon yağı olur ki, bundan ətriyyat və kulinariyada
istifadə edirlər. Sənayedə limondan şirələr və turşu hazırlanılır.
Xalq təbabətində limon dilimlərini şəkərlə qarışdırılıb qabıqla yeməklə, şəkər diabeti ilə qaraciyər
xəstəliyi müalicəsində istifadə edirlər.
Limonu qabıqla birlikdə dilimlərini yeməklə yüksək qan təzyiqini normallaşdırmaq mümkündür.
Cərrahiyə əməliyatında xəstələrə limon yedirtməklə kəsilmiş dəridəki (əzadakı) axan qanın
dayanmasına kömək göstərilir.
Limon dilimlərini ət yeməkləri ilə yeyilməsi və tünd çayla içilməsi zamanı orqanizmidəki iltihabları
aradan qaldırır.
56
Limon bitkisi işıq və istisevən olduğundan toxum, qələm və cavan zoğlarına (calaq) torpaqlı plastik
qab bağlamaq üsulu ilə çoxaldılır.
Limon saxlanılan otaqda siqaret çəkilməməlidir. Limon bitkisini üzüm tənəgləri arasında saxlarkən
bəzən Unlu tənəg yastıcası və digər zərərəvericilər tərəfindən “xəstəlik” tapırlar.
34) Moruq- (Rubus vulgatus)- Gülçiçəkləilər fəsiləsindən olan adi moruq bitkisi, Avropa, Asiya və
Amerikanın mülayim və subtropik iqlim qurşaqlarında yayılmışdır.
Azərbaycanda mədəni və yabanı halda bitən moruğun yalnız adi növü vardır ki, Muxtar
Respublikanın Ordubad və Şahbuz rayonlarındakı dağətəyi meşə-kolluq ərazilərində yayılmışdır. Gövdəsi
xırda tikanlı bitkinin hündürlüyü 1-1,5 m olmaqla payız fəslində yarpaqları tökülür.
Yarpaqları boz-yaşılımtıl rəngdə mürəkkəb lələkvari, yanları diş-diş quruluşdadır. Bitkinin
ikicinsiyyətli salxım-qalxancıq ağ rəngli çiçəkləri vardır.
Meyvələri qırmızı rəngli giləmeyvəli və mürəkkəb çəyirdəklidir. Moruğun giləmeyvələri adətən iyul
ayında yetişərək başı aşağı sallanar.
Bitkinin meyvələrinin tərkibində 5,7-11 % şəkər, 1-2 % üzvi turşu, toxumlarında 14 % yağ, 10-40
mq C vitamini (100 q-da), A və B vitaminləri və aromatik (xoş iyli) maddələri də vardır.
Yabanı halda bitən moruq quşlar və məməli heyvanlar tərəfindən həvəslə yeyilir.
Moruğun giləmeyvəsindən mürəbbə, şirə və şərbətlər hazırlanılır.
Xalq təbabətində moruq mürəbbəsi və qurudulmuş həlimindən soyuqdəyməyə qarşı müalicədə
tətbiq olunur.
Çoxaldılması bitkinin kök sistemindən göyərmiş cavan pöhrələri ilə yaz aylarında aparılır.
Kölgəsevən bitkini həyətyanı sahələrdə ağac və kol bitkiləri ilə birlikdə əkib-becərmək olur.
35) Qarağat- (Ribes orientale)- Daşdələnkimilər fəsiləsindən olan çoxillik giləmeyvəli kol bitkisinin
vətəni Afrikadır. Bundan başqa Avropa, Asiya və Amerika qitələrinin mülayim qurşaqlarında da
yayılmışdır. Yabanı növləri soyuq iqlim qurşaqlarında da bitir.
Qarağatın Azərbaycanda mədəni növü (Ribes Biberşteinil) və yabanı halda (Ribes orientale) Qırmızı
Şərq ilə (Ribes nigrum) Qara növləri yayılmışdır.
Muxtar Respublika ərazisində əsasən Ordubad, Culfa, Şahbuz və Şərur rayonlarındakı dağətəyi
kolluqlarda Qara qarağat növü yayılaraq həmin növdən həyətyanı sahələrdə də əkilib-becərilir.
Bitkinin ucalığı 80-1,80 sm və daha çox olaraq sadə formalı yarpaqları payızda tökülür, meyvələri
quşlar tərəfindən həvəslə yeyilir. Bitkinin çiçəkləri xırda olduğundan giləmeyvəsi salxımlarında yerləşir.
Qara qarağatın giləmeyvəsinin tərkibində 5-12% şəkərli maddələr (qlükoza, fruktoza və çaxaroza)
vardır. Bundan başqa 2-4 % limon və alma turşusu, 80-100 mq %-dək C vitamini, 0,7 mq % karotin (A
provitamini), 0,06 mq % B
1
vardır. Bitkinin giləmeyvəsinin tərkibində pektin, aşı maddələri ilə K, Fe, P
və digər mineral duzlar da vardır.
Qırmızı qarağat bitkisinin (Ribes rubrum) giləmeyvəsində 4-10 % şəkərli maddələr, 2-4 % üzvi
turşular, C və P vitaminləri ilə zəngindir.
Qarağatın çay kənarlarında yabanı halda bitən Qızılı (Ribes aureum) növünə də rast gəlinir.
Qarağat meyvələrindən mürəbbə, şirə və.s bişirilərək milli yeməklərlə bərabər süfrəyə qoyulur.
Qarağatı ilk dəfə 1561-ci ildə isveçrəli təbiətşünas Kaprot Henser(1516-1565) tərəfindən
mədəniləşdirilməsi təklifi elmə gətirilsə də yalnız 1820-ci ildə həyata keçirilmişdir.
Xalq təbabətində qarağat şirəsindən susuzluğa qarşı və ürəyi qüvvətləndirmək üçün istifadə edilir.
Qarağat meyvələri insandakı qan təzyiqini nizamlayır.
Qarağatın çoxaldılması bitkinin yanlarından göyərmiş cavan pöhrələri ilə aparılır.
36) Böyürtkən- (Eubatus)- Gülçiçəklilər fəsiləsinin Rubus cinsindən olan mürəkkəbyarpaqlı, tikanlı
və giləmeyvəli kol bitkisidir.
Vətəni Amerika olaraq sonradan Avropa və Asiyaya gətirilib çay sahillərindəki kolluqlarda
yayılmışdır.
Azərbaycanda 15 növü, bunlardan bir neçəsi də Muxtar Respublikanın Ordubad və Şahbuz
rayonlarındakı ərazilərdə yayılmışdır.
Bitkinin çiçəkləri ikicinsiyyətli ağ rəngdə olaraq qara-qırmızı rəngli şirəli giləmeyvələri vardır.
Meyvəsinin tərkibində 4-8 % şəkərli maddələr, 0,8-1,4 % üzvi turşular və A, C vitaminləri ilə
zəngindir.
Haliyyədə böyürtgənin dünya üzrə 300-ə yaxın mədəni növü elmə məlumdur.
57
Böyürtkən meyvələrindən mürəbbə, şərbət və cemlər hazırlanılır. Dağ ərazilərindəki kəndlərin
həyətyanı sahələrində tikanlı bitkidən təbii hasar kimi istifadə edirlər. Meyvələrini quşlar həvəslə yeyir.
Bitkinin əksər növləri zərərvericilərə qarşı dözümlüdür.
Xalq təbabətində böyürtkən yarpağını çeynəməklə ağızdakı pis qoxuların müalicəsində istifadə
edirlər. Dişlərin mina qatının möhkəmlənməsində də böyürtkən meyvələrinin xeyri çoxdur.
Yarpaq və meyvəsinin qaynadılmış suyu ilə saçları təbii surətdə boyamaqla tüklərin dibini bərkidir.
Çoxaldılması toxum və cavan pöhrələri ilə (qələmlə) aparılır.
37) Çiyələk- (Fragaria elatier)- Gülçiçəklilər (Rosaceae) fəsiləsindən olan çoxillik giləmeyvə bitkisi
Avropa, Asiya və Amerikada mülayim və isti qurşaqlarda yayılıaraq yabanı və mədəni növləri vardır.
Çiyələyin 4 növü Azərbaycanda, 2 növü Naxçıvan Muxtar Respublikasındakı Şahbuz və Ordubad
rayonlarında becərilir.
Çiyələk bitkisinin gövdəsinin hündürlüyü 10 sm-dək olur. Yarpaqları ovalvari, çiçəkləri
ikicinsiyyətli qalxancıqlıdır. Meyvələri sarı-qırmızı rəngdə olaraq, quşlar və məməli gəmirici heyvanlar
tərəfindən həvəslə yeyilir.
Çiyələk giləmeyvələri sübh tezdən yığılaraq, ondan mürəbbə, şirələr, cem və s. bişirilir.
Meyvələrinin tərkibində 6-8 % şəkər, 1-1,5 % üzvi turşu, mikroelementlərdən Fe, P və C vitamini ilə
zəngindir.
Xalq təbabətində çiyələk meyvələrindən insandakı qanazlığı, sinqa xəstəliyi və böyrək daşının
müalicəsində istifadə edilir.
Çiyələk bitkisi əsas gövdənin yanlarından göyərmiş sarmaşıq şəkilli kök atmış lianalar vasitəsilə
çoxaldılır.
58
Adamları ağlına görə,torpağı xalqına görə tanıyarlar.
Akademik Həsən Əliyev.
Dostları ilə paylaş: |