Fİlm fiCTİon aprel, №8



Yüklə 5,05 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix01.01.2017
ölçüsü5,05 Mb.
#4060
1   2   3   4   5

Film Fiction | Aprel, №8 

ADRIEN BRODY 

 

 

Edrian Broudi tarix elmləri professoru və 



rəssam Eliyot Broudi və məşhur fotoqraf-jurnalist 

Silvia Plaşi cütlüyünün 14 aprel, 1973-cü ildə 

Nyu-York şəhərində dünyaya göz açan 

övladlarıdır. Edrianın ata tərəfdən nənəsi yəhudi, 

anası isə Macarıstan doğumlu bir katolik idi. 

 

Anasının çəkdiyi şəkillərdə tez-tez yer 



alaraq artıq kamera qarşısında rahat olmağa 

öyrəşən və hələ uşaq ikən aktyor olmağı arzulayan 

Edrian Broudi  12 yaşı olarkən dostlarının ad günü 

şənliklərində “Möcüzəli Edrian” adı ilə müxtəlif 

sehrbaz tamaşaları göstərərdi. Bu istedadı onu 

izləyən anasının diqqətini çəkir və beləliklə, onun 

aktyorluq dərsləri keçməsinə qərar verir. Əvvəl 

“American Academy of Dramatic Arts”da uşaqlar 

üçün təşkil olunan həftəsonu proqramlarında 

iştirak edir, bundan sonra Nyu-Yorkda “Fiorello H.  

 

 

LaGuardia High School of Music & Art and 



Performing Arts”da aktyorluq üzrə təhsil almağa 

başlayır. 

 

1980-ci illərdə Broadvey tamaşalarında və 



qısa bir müddət Meri Tayler Morla birlikdə “Annie 

McGuire” adlı televiziya serialında rol alır. Edrian 

1989-cu il istehsalı, Vudi Allenin “Nyu-York 

hekayələri” (“New York Stories”) adlı filmində 

kiçik rol alır. Bundan sonra 1993-cü ildə Stiven 

Soderberqin “Yüksəklik kralı” filmində Lester 

rolunda çəkilir. 

 

1998-ci il istehsalı “Restaurant” adlı 



filmdəki rolu ilə  “Independent Spirit” mükafatına 

namizəd göstərilir. Buna kimi aktyor bir çox 

filmlərdə, televiziya seriallarında çəkilir, lakin bu 

filmlər aktyorun istedadının Hollivudda kəşf 

edilməsi üçün kifayət etmirdi. Elə həmin il Terrens 

Malikin “İncə qırmızı xətt” (“The Thin Red Line”) 



 

11 


Film Fiction | Aprel, №8 

filmində rol alır. Növbəti il isə 3 filmə; Spik Linin 

rejissorluğu ilə “Samın yayı” (“Summer of Sam”), 

Riçard Şepardın triller janrında çəkdiyi “Oxygen” 

və Barri Levinsonun “Azadlıq zirvələri” (“Liberty 

Heights”) filmlərində çəkilir. 

 

2000-ci ildə Edrian iki filmə çəkilir. 



Bunlardan biri “Harrisonun gülləri” (“Harrison's 

Flowers”), digəri isə “Çörək və qızılgüllər” 

(“Bread and Roses”) olur. İngiltərəli aktyor Ken 

Loaçın rejissorluğu ilə çəkilən “Çörək və 

qızılgüllər” filmindəki Sam Şaprio rolundan sonra 

aktyor artıq beynəlxalq arenada tanınmağa 

başlayır.  

 

 



 

 

 



Bundan sonra bir neçə filmdə rol alan 

amerikalı aktyora dünya miqyasında şöhrət gətirən 

və bir çox mükafat qazandıran film isə Roman 

Polanskinin 2002-ci ildə lentə aldığı “Pianoçu” 

(“The Pianist”) filmi olur. İkinci Dünya 

Müharibəsi illərində Vladislav Şpilman adında çox 

istedadlı polşalı, yəhudi bir pianistin Varşavanın 

arxa küçələrindəki həyat mübarizəsini 

müvəffəqiyyətlə canlandırdığı bu rol üçün aktyor 

qaldığı evdən və maşınından imtina edərək aylarla 

içinə qapanıq bir həyat yaşayan, pianinoda Şopenin 

musiqilərini ifa etməyi öyrənən, 13 kilo arıqlayan 

və yaşadığı stress nəticəsində uzun müddət birlikdə 

olduğu sevgilisindən ayrılan birinə çevrilir. Bu 

filmdəki roluna görə 2002-ci ildə “Ən yaxşı 

aktyor” nominasiyasında Oskara namizəd göstərilir 

və qalib olur. Mükafat mərasimində mükafatı 

vermək üçün onu səhnəyə çağıran Hel Berrini 

öpərək zaldakı bütün insanları təəccübləndirən 

məşhur aktyorun yarışdığı digər namizədlərin 

hamısı öncədən Oskarı qazanmış aktyor idi   

(Nikolas Keyc, Mişel Keyn, Daniel Dey Levis, 

Cek Nikolson). Həmçinin o, “National Society of 

Film Critics” və “Boston Society of Film Critics” 

mükafatlarına da sahib olur. 

 

2003-cü və 2004-cü ildə ard-arda “Oxuyan 



Dedektiv” (“The Singing Detective”), “Kənd” 

(“The Village”) filmlərində rol alır. 2005-ci ildə 

“Dəri” (“The Jacket”) adlı filmdə canlandırdığı 

Cek Starks və Piter Ceksonun rejissorluğunu etdiyi 

“Kinq Konq” filmindəki Cek Driskoll obrazları ilə 

aktyor uğurlu karyerasına davam edir, həmçinin 

aktyor bu il Tori Amosun musiqili video oyununun 

səsləndirməsində iştirak edir. 

 

Aktyorun 2008-ci ildə çəkildiyi 3 filmdən- 



“Bloom qardaşları” (“The Brothers Bloom”), 

“Kadillak Rekords” (“Cadillac Records”), 

“Matadorun ev sahibəsi” (“A Matador's Mistress” ) 

“Kadillak rekords” filmindəki rolu daha uğurlu 

olur. Növbəti il aktyor “Xülya” (“Splice”) və 

“Giallo” filmlərində rol alır.  

 

 

 



2010-cu ildə 4 filmə çəkilən aktyorun bu 

filmlər arasında triller janrında çəkilən “Sınaq” 

(“The Experiment”) filmindəki rolu daha çox 

diqqət çəkir.  

 

2011-ci ildə aktyor iki filmdə rol alır. 



Rollardan biri Vudi Allenin Oskarı əldə etmiş 

“Gecə yarı Parisdə” (“Midnight in Paris)” filmində 

məşhur sürreal rəssam Salvador Dali obrazı olur. 

Digər rolu isə Toni Keyin rejissorluğu ilə çəkilən 

“Dəstə” (“Detachment”) filmində Henri Bartes adlı 

bir müəllim obrazı olur. 

 

Uşaq vaxtı aktyor divarlar üzərində 



sərgilədiyi kiçik şoulardan birində yıxılaraq 

burnunu sındırıb. 1992-ci ildə isə motosiklet qəzası 

keçirib. Qəzada bir maşının üzərindən havada 

uçaraq asfalta çaxılıb və təkrarən burnunu sındırıb. 

Bu sınığın sağalması uzun bir müddət aparıb.  

 

Aktyor 2004-cü ildə “Esquire” jurnalı 



tərəfindən Amerikanın ən yaxşı geyinən adamı 

seçilib. Hal-hazırda Skay Nellor ilə birlikdə 

yaşayır. 


 

12 


Film Fiction | Aprel, №8 

UMA 


Thurman

 

 



 

 

 



 

Uma Turman 19 aprel 1970-ci ildə 

Bostonda (ABŞ) dünyaya göz açmışdır. Anası 

Nena von Şlebrüqqe Isveç əsilli model, atası 

Robert Turman isə professor idi. Valideynləri 

1967-ci ildə ailə qurub. Robert Turman 

Buddizm üzrə Kolumbiya Universitetində dərs 

verirdi və uşaqlarını da buddist təlim-tərbiyəsi 

ilə böyütmüşdü. Hətta öz uşaqlarının adını da 

hind adları idi. Umanın adı “müqəddəs 

bağışlayan” mənasını verir. Uma Turmanın 

Qanden, Deçen və Mipam adlı üç qardaşı və 

Taya adlı bir ögey bacısı vardı. Taya atasının 

əvvəlki nigahından olan uşaq idi. Turman və  

 

qardaşları uşaqlıq dövrünün bir hissəsini 



Hindistanda keçirib. 

 

Atasının işlərinə görə tez-tez başqa 



yerlərə köçmək məcburiyyətində qalan ailə 

Uma Turmanı Massaçusets və Nyu-York 

şəhərlərində böyüdüb. Uma uşaqlıq illərində 

dostları tərəfindən tez-tez lağ obyektinə 

çevrilirdi. Dostları onun qəribə adını, üz 

quruluşu və böyük ayaqlarını lağa qoyurdular. 

10 yaşında olarkən anası onun burnundan 

estetik əməliyyat olmasını istədi. Bu hadisə 

aktrisanı uzun illər narahat etdi, özgüvənini 

sarsıtdı. 

 

Turman ilk aktrisalıq sınağını “Northfield 



Mount Hermon” liseyində etdi. Dərs qiymətləri 

o qədər də yaxşı deyildi, amma səhnədə 

möhtəşəm oyunlar sərgiləyirdi. "Puta" adlı bir 

tamaşada sərgilədiyi rolu sayəsində istedadı bir 

neçə insan tərəfindən kəşf edildi və professional 

olaraq aktrisa olmağa qərar verdi. 15 yaşında 

oxuduğu liseyi yarımçıq qoyaraq aktrisalıq 

arzusu ilə Nyu-Yorka köçdü. Özünü 

dolandırmaq üçün ilk illər restoranda qab 

yuyan kimi işləyirdi. 

 

Turman 16 yaşında model kimi fəaliyyət 



göstərir, "Elite" model agentliyi ilə müqavilə 

imzalayır və qısa müddətdə ətrafındakıların 

diqqətini çəkərək "Glamour Magazine", "Vogue", 

"Rolling Stone" kimi jurnalların üz qabığında 

yer alır. 

 

Aktrisa ilk film təcrübəsini 1988-ci ildə 



həyata keçirir. Bu il düz 4 filmdə rol alır. Bu 

filmlər "Coni, yaxşı ol" (“Johnny Be Good”), 

"Gecə atanı öp" (“Kiss Daddy Goodnight"), 

"Baron Münxauzenin macəraları" (“Baron 

Munchausen”) və "Təhlükəli münasibətlər" 

(“Dangerous Liaisons”) idi. İlk üç film o qədər 

də uğur qazanmır. Ancaq "Təhlükəli 

münasibətlər"  Qlen Klouz və Mişel Pfayfferi 

"Oskar”a namizəd etdi, həmçinin, kino  


 

13 


Film Fiction | Aprel, №8 

 

produserlərin Turmana daha çox maraq 



göstərməsinə səbəb oldu. Film seansa girəndən 

sonra Turman medyada diqqət mərkəzində 

olmağa başladı, hətta həmkarı Con Malkoviç bir 

müsahibəsində onun çox istedadlı və ağıllı 

olduğunu deyir. 

 

1990-cı ildə aktrisa hələ 19 yaşında ikən 



Fred Uardla "Henri və Cun" adlı filmdə rol aldı. 

Film seks səhnələri ilə bol olduğu üçün geniş 

kütləyə təqdim edilə bilmədi, amma aktrisa ona 

qarşı olan diqqəti bir az da artırdı.  

 

Elə həmin il Turman Con Bormanın 



rejissorluğunu etdiyi "Ürək haradadır" (“Where 

The Heart Is”) adlı komediyada çəkilir. 2 il sonra 

isə triller janrındakı "Son analiz" (“Final 

Analysis”) filmində Riçard Gir və Kim 

Bessincerlə birlikdə kamera qarşısında çıxış 

edərək Diana Baylor adlı bir psixoterapiya 

xəstəsini canlandırır. 

 

Umanın baş rolunda oynadığı ilk film 



1993-cü il istehsalı "Hətta qız kovboylarda 

bəzən qəmgin olur" (“Even Cowgirls Get the 

Blues”) adlı film olur. Film Qas Van Santın 

rejissorluğu ilə çəkilmişdi, amma əldə etdiyi  

 

gəlir baxımından o qədər də uğur gətirmədi. 



Həmçinin bu filmdəki roluna görə aktrisa bir 

çox tənqidçilər tərəfindən mənfi rəylər aldı. 

Həmçinin bu aralıqda Robert De Niroyla birgə 

çəkildiyi "Dəli it və Qlori" filmi də o qədər 

uğurlu olmadı. 

 

Son uğursuzluqdan sonra Turman 



Kventin Tarantinonun "Kriminal Qiraət" (“Pulp 

Fiction") filminin sınaq çəkilişlərində iştirak 

edir. Tarantino "Dəli it və Qlori" filmindəki 

rolunu gördükdən sonra Turmanı seçməyi heç 

düşünməmişdi, ancaq seçmələrdən sonra axşam 

yeməyində oldular və Tarantino filmdəki Mia 

obrazı üçün Turmandan daha yaxşı bir seçim 

olmayacağını anladı."Kriminal Qiraət" bütün 

dövrlərin ən uğurlu filmlərindən biri oldu, kult 

film kimi özünü təsdiqlədi. Eyni il Turman "Ən 

yaxşı ikinci dərəcəli aktrisa" nominasiyası üzrə 

“Oskar”a, həmçinin “Qızıl Qlobus”a da namizəd 

oldu. Bu filmdən sonra Turman Tarantinonun 

ən sevimli aktrisalarından biri oldu. 

 

Aktrisa sonrakı illər "Pişiklər haqqında 



həqiqət", "Betmen və Robin", "Qattaka", 

"Qisasçı" (“The Avengers”) və "Səfillər" (“Les 



 

14 


Film Fiction | Aprel, №8 

Miserables”) filmlərində rol alır. 1997-1998-ci 

illər Turmanın karyerasındakı ən uğursuz 

dövrlər idi, çünki çəkildiyi filmlər o qədər də 

uğur qazanmamışdı, aktrisa tez-tez mənfi rəylər 

alırdı, hətta ən pis aktrisa nominasiyasında 

mükafatlara da layiq görülürdü. 

 

Aktrisanın 1998-ci ildəki uğursuz 



fəaliyyətin gedişatı və hamiləlik sonrası Turman 

çəkilişlərinə bir müddət ara verdi. Daha sonra 

az büdcəli filmlərdə və "Şirin və sirr", "Teyp", 

"İsterik korluq" (“Hysterival Blindness”) kimi 

televizya filmlərində rol alır. Aktrisa "İsterik 

korluq" filminin produserliyini də etmişdi və bu 

filmdəki roluna görə "Qızıl Qlobus" mükafatına 

layiq görülür. Həmnçinin bu aralıqda model 

peşəsinə qayıdır. Sonra bir müddət Fransa 

kosmetika şirkəti “Lancome”də mətbuat katibi 

kimi işlədi. 

 

5 il davam edən uzun bir müddətdən 



sonra aktrisa önəmli rollarla karyerasını davam 

etdirmək istəyir. 2003-cü ildə "Ödəmə çeki" 

(“Paycheck”) filmində rol alır.  Bu filmdən bir az 

sonra karyerasının ən önəmli filmlərindən biri 

olan, Tarantinonun rejissorluğunu etdiyi "Bili 

öldürməli" (“Kill Bill”) filmlər seriyası gəlir. 

Tarantino bu filmin ssenarisini Turmandan 

ilham alaraq yazdığını demişdi. "Bili öldürməli" 

filminin çəkilişləri Turmanın hamiləliyi səbəbilə 

bir neçə ay gecikir.  Həmçinin Turman bu film 

üçün Karate və Yaponca dərsləri alır. Filmə görə 

çəkisini azaltmaq məcburiyyətində qalır. 

Filmdəki gəlin rolu aktrisaya "Qızıl Qlobus" 

namizədliyi, "MTV: Ən yaxşı aktrisa" və "Ən 

yaxşı döyüş səhnəsi" mükafatlarını qazandırır. 

 

Artıq 2005-ci ildə Turman Hollivudun ən 



çox qazanan aktrisalarından biri olumuşdu. Hər 

filmə görə 12,5 milyon dollar qazanırdı. 2005-ci 

ildə rol aldığı filmlər isə "Lovğalan" (“Be Cool”), 

"Baş nazir" (“Prime”) və "Produserlər" idi.  

Növbəti il "Mənim möhtəşəm eks-sevgilim" 

(“My Super Ex-Girlfriend”) filmində rol alır. 

 

2007-ci ildə "Onun gözlərindən əvvəlki 



həyat" (“The Life Before Her Eyes”) filmində 

Diana obrazını canlandırır. 2008-ci ildə aktrisa 

"Təsadüfi ər" (“The Accidental Husband”) 

filmində çəkilir. Romantik komediya olan film 

özünü evlilikdə axtaran bir qadının həyatından 

bəhs edir. Həmin il bir neçə televiziya 

filmlərində iştirak edən aktrisa növbəti il 

"Analıq" (“Motherhood”) filmində çəkilir. 2010-

cu ildə isə iki filmə: "Persi Cekson və 

Olimpialılar” və  (“Percy Jackson & the 

Olympians: The Lightning Thief”) və "Ayin" 

(“Ceremony”) filmində çəkilir.  

Aktrisanın son filmi "Bel Ami" filmidir. Film 

hələki seansa çıxmayıb. Bu ilin iyun ayında 

seansa çıxması gözlənilir. 

 

 



 

 

 



Şəxsi həyatı. Turman 1980-ci illərin 

sonunda rejissor Fil  Xoanoyla bir müddət 

münasibətdə oldu. Bu aralıqda bir studiya 

görüşündə  ingilis aktyor Qari Oldmanla tanış 

olan Turman Fildən ayrıldı. Turman və Oldman 

1990-cı ildə evlənir, ancaq evlilikləri 2 il davam 

edir. 1 may 1998-ci ildə "Qattaka" filminin 

studiyasında tanış olduğu aktyor Etan Hauke ilə 

evlənir. Cütlüyün həmin il Maya Ray adında bir 

qızları və 2002-ci ildə Levon Roanla adında bir 

oğulları olur. Hətta Hauke həyat yoldaşına 

ithafən kitab yazır. Hauke və Turman 2004-cü 

ildə boşanırlar. Hauke Turmanın onu 

Tarantinoyla aldatdığını düşünmüşdü və 

kanadalı model Yen Perzouyla yeni münasibətə 

başlamışdı. Turman evliliklərinin sonlarına 

doğru ona qarşı xəyanətin olduğunu demiş, 

amma kiminlə olduğu barədə məlumat 

verməmişdi. 2004-cü ildə otel sahibi Andre 

Balazsla birlikdə olmağa başlayır, amma 2006-

cı ildə münasibətlərinə son qoyurlar.  

 

1997-ci ildə "Empire" jurnalı “Bütün 



zamanların ən yaxşı 100 ulduzu” arasında 

Turmanı 99-cu seçir. Yenə eyni jurnal 

tərəfindən hazırlanan bir siyahıda “Kino 

tarixinin ən seksual 100 ulduzu” arasında 20-ci 

olur. Turman siyasi və sosial fəaliyyət cəhətdən 

çox aktiv biridir. Aksiyalarda tez-tez iştirak edir. 

Daha çox qadın hüquqlarının qorunması ilə 

bağlı aksiyalarda fəal iştirakı olur. Hal-hazırda 

aktrisa Nyu-Yorkda yaşıyır.  

 

 



 

 

 



 

 

15 


Film Fiction | Aprel, №8 

TOP 30 

 

Bu sayımızda Azərbaycan 



kinomatoqrafiya tarixinin 

30 ən yaxşı filmini təqdim 

edəcəyik. 

 

 



 

 

 



1

 

Fəryad 

 

 

 

 



1993-cü ildə Vaqif Mustafayevin ssenarisi və 

Ceyhun Mirzəyevin rejissorluğu ilə çəkilmiş ən 

yadda qalan Azərbaycan filmlərindən biri. Film 

Qarabağ müharibəsi illərində azərbaycanlı 

batalyon komandirinin ermənilərə əsir 

düşməsindən bəhs edir. Film real faktlar 

əsasında lentə alınıb və bu film Ceyhun 

Mirzəyevin kinoda həm də son işi olub. Deyilənə 

görə rejissor filmin təsirindən vəfat edənə 

qədər çıxmamışdı.  

 

 

 



 

 

 



 

 

 



2

 

Şərikli çörək 

 

 

       

 

 



 

1969-cu ildə rejissor Şamil Mahmudbəyovun 

lentə aldığı film də başımızı uca edən filmlərdən 

sayılır. Bir çox ölkələrdə nümayiş olunan film 

rəğbətlə qarşılanıb. Əsasən Fazil Salayevin 

Məhəmməd obrazı yaddaşlarda iz salıb və bu 

özünü sübut etməyə macal tapmayan böyük 

potensial sahibi olan aktyorun ən yadda qalan 

obrazıdı. 

 

 



  



               

Bizim Cəbiş müəllim 

 

          

 

 

 

Eyni ildə (1969) Maqsud İbrahimbəyovun 



ssenarisi ilə Həsən Seyidbəylinin çəkdiyi bu film 

də uğurlu filmlərdəndi. İkinci Vətən Müharibəsi 

illərindən bəhs edən filmin baş qəhrəmanı 

çətinliklər qarşısında öz şərəfli peşəsini heç cür 

sındırmaq istəməyən müəllimdir. 

 

 



 

 

16 


Film Fiction | Aprel, №8 

  4

                 



Bəxt üzüyü 

 

                     



 

 

 

1991-ci ildə Vaqif Səmədoğlu, Orxan Fikrətoğlu, 



Ramiz Əzizbəylinin ssenarisi və sonuncunun 

rejissorluğu ilə çəkilmiş ilk qrostesk janrlı 

filmimiz. Film komediya kimi baxılsa da, 

hadisələrin və obrazların təhlili zamanı insanı 

düşündürəcək yüksək səviyyəli bir filmə şahid 

oluruq.


 

 

 



    

5

         



Nəsimi 

 

      

 

 



 

1973-cü ildə Həsən Seyidbəylinin rejissorluğu 

və Rasim Balayevin kinoda debütü ilə ekranlara 

yüksək səviyyəli bir film gəldi. İlk dəfə olaraq 

bir Azərbaycan filmi "Kodak" kinolentinə 

çəkildi. Film SSRİ-ni Oskarda təmsil etməsi üçün 

Moskvaya baxışa göndərildi. Lakin son anda 

kobud səhv üzündən (filmin başlanğıc 

titrlarında İçərişəhər təsvir olunarkən, 

kanalizasiya lyukları görünür) geri qaytarıldı..  

 

 

 



     

6

 

         Babək 



 

       

 

 

"Milli kinonun monumental filmi"... Bəli, Babək 



filmi Azərbaycan kinosunun bir nömrəli filmi 

sayılır. Filmə Rusiya 650 min, Azərbaycan 1 

milyon rubl ayırmışdı. Çəkilişlərdə beş mindən 

artıq insan iştirak edirdi. Filmdə gördüyünüz 

Bəzz qalası məxsusi olaraq film üçün taxtadan 

hazırlanıb. Filmə "Mosfilmdən" 170 atlı 

göndərilib. Gürcüstanda, Daşkənddə, Moskvada 

16 fabrik film üçün 1500 dəstdən artıq paltar 

tikib. Filmin rejissorluğu öncə Həsən 

Seyidbəyliyə tapşırılsa da, sonradan naməlum 

səbəbdən ondan alınaraq Eldar Quliyevə həvalə 

olunub. 1974-cü ildə Naxçıvanda kütləvi səhnə 

çəkilişləri zamanı heç cür lazım olan qədər 

insan toplamaq olmayıb çəkilişə. Yerli əhali isə 

üzüm yığımında olub. İşə Heydər Əliyev 

müdaxilə edərək, filmin çəkilişləri üçün əhalini 

köməyə səsləyib. Ekranlara çıxan film bir ilə 35 

milyon (!) tamaşaçı toplayıb və 60-a yaxın ölkə 

tərəfindən alınıb. 

 

     



7

             



Yeddi oğul istərəm  

 

        

1970-ci ildə Səməd Vurğunun əsəri əsasında 

Tofiq Tağızadənin çəkdiyi film. Film 20-ci illərin 

komsomolçularının mübarizələrindən bəhs 

edir.

 

 


 

17 


Film Fiction | Aprel, №8 

 

        



8

             



Təhminə 

 

             

 

 

 



1993-cü ildə Anarın "Beş mərtəbəli evin altıncı 

mərtəbəsi" əsəri əsasında Rasim Ocaqovun 

çəkdiyi "Təhminə" filmi. Film uğursuz 

məhəbbət tarixçəsindən bəhs edir. Qeyd edək 

ki, filmdə türk aktrisasının da çəkilməsi təsadüfi 

deyil. Səbəb yerli aktrisaların açıq səhnələrdən 

imtinası olub.  

 

 



 

         



9

                  



Ölsəm bağışla 

 

 

 

 

 



 

Rüstəm İbrahimbəyovun ssenarisi və Rasim 

Ocaqovun rejissorluğu ilə 1989-cu ildə çəkilmiş 

bir film. Film bir insanın daxili mübarizəsi 

fonunda cərəyan edir və faciə ilə bitir. 

  

 



10

 

      Gün keçdi 



                

 

 

 

Anarın "Gürcü familiyası" əsəri əsasında 



rejissor Arif Babayevin 1971-ci ildə 

ekranlaşdırdığı film. İllər sonra iki sevgilinin bir 

günlük görüşündən bəhs edir.  

 

 



  

11   

  Bir cənub şəhərində  

 

      

 

 



 

1969-cu ildə Rüstəm İbrahimbəyovun əsəri 

əsasında Eldar Quliyevin rejissor kimi kinoda ilk 

işi olan film. Filmin Azərbaycan dilində olan 

versiyasında finalda Muradın Tofiqi öldürüb-

öldürmədiyi və ya yaraladığı müəmmalı 

görünür. Rus dilinə dublyaj edilmiş versiyasında 

finaldakı dialoqdan bəlli olur ki, Murad Tofiqi nə 

öldürür, nə də yaralayır. Sadəcə onu milisə 

izahat yazmaq üçün çağırırlar. 



 

18 


Yüklə 5,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin