Film Fiction | Aprel, №8
12
40-cı qapı
2009-cu ildə Elçin Musaoğlunun həm ssenarist,
həm də rejissor kimi yaratdığı bu film son
illərdə çəkilmiş olan ən uğurlu filmlərimizdən
biri hesab olunur. Film anasına maddi dəstək
vermək üçün məktəbi atıb, işləmək istəyən
uşağın mübarizəsindən bəhs edir. Film 2009-cu
ildə Hyuston kino festivalında "Ən yaxşı əcnəbi
film" kateqoriyasında qalib olub.
13
Həm ziyarət, həm ticarət
1995-ci ildıə ssenarisi Rüstəm İbrahimbəyova,
rejissorluğu Rasim Ocaqova məxsus bu film
çəkilir. Türkiyədə qohumu tapılan Mustafa öz
türk qohumunu görmək üçün arvadı ilə bərabər
qonşu dövlətə gedir. Traqikomediya janrlı bu
film "Ad günü" filminin məntiqli davamı kimi
göstərilir və filmdəki Mustafa obrazı sırf Hacı
Məmmədov nəzərə alınaraq yazılıb
14
Arşın mal alan
1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun
əsəri əsasında rejissorlar Rza Təhmasib və
Nikola Leşşenko tərəfindən çəkilmiş dünyaca
məşhur bir Azərbaycan filmi. Təkcə 1945-ci ildə
bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27
milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla
prokat lideri olmuşdur. ("Domaşnaya
Sinematika" bədii filmlərinin kataloqu. Moskva,
1966). Film nəinki Azərbaycan, həm də Sovet
kinosuna dünya şöhrəti qazandırmışdır. Rusiya
kinosunun 100 illiyi münasibətilə aparılan
sosioloji tədqiqatlar nəticəsində Sovet
kinosunun inkişafına əhəmiyyətli təsir
göstərmiş Sovet filmlərinin və Sovet ekranında
uzun illər nümayiş etdirilmiş xarici ölkə
filmlərinin arasından "100 Sevimli film"
seçilmişdir. Həmin filmlər üç hissəyə-Qızıl,
Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-
ci ildə istehsal olunmuş "Arşın Mal Alan"
kinokomediyası məşhur kino mütəxəssislərinin
yekdil rəyi ilə "Qızıl Siyahı" ya daxil edilmişdir.
("Oqonyok" jurnalı, № 2, Yanvar, 1996). Film
136 ölkədə nümayiş etdirilmiş, 86 dilə tərcümə
edilmişdir. Soltan bəy obrazını oynayan Ələkbər
Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu
obraza həyat vermişdir. Mədəniyyət və Turizm
Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyi ilə
"Arşın mal alan" filminin Moskva Film
Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək,
Azərbaycan dilində yenidən bərpa olunmasını
təşkil edib. 16 May, 2006-cı ildə film 60 illiyində
ilk dəfə nümayiş etdirilib. Filmin çəkilməsi
Stalinin göstərişi ilə həyata keçirildiyindən Mir
Cəfər Bağırov çəkilişlərə xüsusi nəzarət
19
Film Fiction | Aprel, №8
etmişdir. Filmdə gözə dəyən nə varsa hamısı
təbiidir. Bu filmdə ümumiyyətlə butafordan
istifadə edilməyib. Qızıl, bəzək əşyalarından
tutmuş bütün ev əşyalarına qədər hər şey təbii
və həqiqətən qiymətli əşyalardır. Rəşid
Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə
olunan qiymətli əşyalar muzeydən və xüsusi
elanlarla əhalidən çəkiliş müddətinə
götürülmüşdü. Leyla Bədirbəyli Gülçöhrə roluna
50 qızın içərisindən seçilmişdi.
15
Küçələrə su səpmişəm
2004-cü ildə Nicat Feyzullayevin rejissorluğu ilə
çəkilmiş film. İki əmioğlunun dostluğundan,
faciəsindən bəhs edən bu filmin aktyor
ansamblı da möhtəşəmdir.
16
Qəzəlxan
1991-ci ildə Şahmar Ələkbərovun ssenarisi və
rejissorluğu ilə çəkilmiş qəzəlxan Əliağa Vahidə
aid bioqrafik film. Filmdə vahid məzmun yoxdur
və tamaşaçı xronolojı ardıcıllıqla qəzəlxanın
həyatını görür. Film Daşkənddə keçirilən
beynəlxalq kino festivalında ən yaxşılardan biri
olub.
17
Günaydın, mələyim!
2008-ci ildə Oqtay Mirqasımovun rejissorluğu
və Ayan Mirqasımovanın baş roldakı ifası ilə
daha bir yadda qalan film. Psixoloji yüklü bu
film Qarabağ müharibəsi zamanı ərini itirmiş
bir aktrisa qadının fonunda cərəyan edir.
20
Film Fiction | Aprel, №8
18
Yol əhvalatı
1980-cı ildə rejissor Teymur Bəkirzadə
tərəfindən lentə alınan bu komediya filmi bu
günə qədər ən baxımlı filmlərimizdən sayılır.
Xüsusən aktyor heyətinə görə.
19
İstintaq
1979-cu ildə çəkilmiş ssenarisi Rüstəm
İbrahimbəyova, rejissorluğu Rasim Ocaqova aid
növbəti yadda qalan film. Film 60-cı illərdə
Azərbaycanda baş verənlər ətrafında cərəyan
edir. Filmdə rüşvətxorluq tənqid edildiyi üçün
ilkin olaraq ekranlara buraxılması qadağan
edilmişdi. Çox çətinliklə ekranlara buraxılandan
sonra film bütün ölkədə böyük səs-küyə səbəb
oldu. Rusiyanın bəzi vilayət komitələri rəhbərlik
etdikləri ərazilərdə filmin baxışını qadağan
etdilər. Moskva isə öz növbəsində filmi ona görə
qəbul etmişdi ki, orada söhbət Azərbaycandan
gedirdi və deməli bütün ölkənin adına ləkə sala
bilməzdi.
20
Bəyin oğurlanması
1986-cı ildə Ceyhun Mirzəyev və Vaqif
Musatafayevin birgə rejissorluq etdikləri ən
gözəl filmlərimizdən biri. Filmdəki yağış
həqiqidir. Filmin rejissorlarından biri Vaqif
Mustafayev Space televiziyasında
müsahibəsində demişdir: Mən bu filmi
çəkdiyimi həmişə gizlədirdim və utanırdım bu
filmə görə. Lakin sonralar görəndə ki, tamaşaçı
bu filmi sevdi, indi rahatlıqla deyə bilirəm ki,
bəli, bu filmi mən çəkmişəm. Filmin sonuna
yaxın toy səhnəsində aktyor Muxtar Maniyev
aktyor Səyavuş Aslana onun xəbəri olmadan
sillə vurur. Bu rejissorun təlimatı idi ki, səhnə
daha da təbii alınsın. Pirotexnik obrazının ifaçısı
aktyor Ələsgər Məmmədoğlu həqiqətən stuldan
yıxılır. Digər aktyor yoldaşları onunla zarafat
etmişdilər. Filmin əvvəllərində partlayış
səhnəsində Hacı İsmayılov həqiqətən ikinci
mərtəbədən yıxılır. Filmin quruluşçu rejissorluq
işi əvvəlcə Tofiq İsmayılova həvalə edilmişdi.
Rejissor hətta sınaq çəkilişlərinə də başlamışdı.
Təxminən 3-4 ay sınaq çəkilişləri aparıldıqdan
sonra, gözlənilmədən vəziyyət dəyişdi. Vaqif
Mustafayev və Ceyhun Mirzəyev filmin
quruluşçu rejissorluğuna təyin edildilər.
21
Film Fiction | Aprel, №8
21
Ögey ana
1958-ci ildə Həbib İsmayılov tərəfindən
çəkilmiş bu film tamaşaçılara Ceyhun Mirzəyevi
tanıtdı.
22
Uzaq sahillərdə
1958-ci ildə Tofiq Tağızadənin rejissorluğu ilə
çəkilmiş bu film İkinci Vətən Müharibəsi zamanı
azərbaycanlı partizan "Mixaylo" ləqəbli Mehdi
Hüseynzadənin igidliklərindən bəhs edir.
23
Axrıncı aşırım
1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu
ilə çəkilən film. Film yazıçı Fərman
Kərimzadənin "Qarlı Aşırım" romanı əsasında
ekranlaşdırılmışdır. "Axırıncı aşırım" filmi iki
nüsxədə müxtəlif sonluqlarla lentə alınıb. Belə
ki, Azərbaycan nüsxəsində Qəmlo Kərbəlayi
İsmayıl tərəfindən, ancaq rus nüsxəsində isə
daima Yədullanın (Yədulla, Kərbəlayi İsmayılın
ölən oğludur) məzarının yanında gizlənən bir
qaçağın əli ilə o dünyaya göndərilir. Hazırda hər
iki nüsxə qorunub saxlanılır. Rejissor Kamil
Rüstəmbəyov filmin sonunu belə çəkmişdi:
Qəmlo Kərbəlayinin sözünə məhəl verməyib
atlıların ardınca yollanır və Abbasqulu bəyi
öldürür. Sözü yerə düşən Kərbəlayi isə
Qəmlonun ardınca yollanır, lakin, Abbasqulu
bəyi xilas edə bilmir və qəzəbindən Qəmlonu
öldürür. Kərbəlayinin belə cəsur göstərilməsi
yuxarı dairələrdəki kinotənqidçilərin xoşuna
gəlmir və rejissordan filmin sonluğunu
dəyişməsini tələb edirlər. Rejissor qısa bir
çəkiliş edir, Qəmlonu Xudayarın qardaşı
öldürür, film montaj edildikdən sonra ekranlara
çıxır. Lakin filmə diqqətlə baxsaq görərik ki,
Kərbəlayinin adamlarından biri təşviş içərisində
gəlib kəndlilərə xəbər verir ki, Kərbəlayi
Qəmlonu gəbərtdi. Məhz filmdə qalan bu səhnə
yuxarıda deyilənləri sübut edir. Aktyor Yusif
Vəliyevin Kərbəlayi İsmayıl obrazını
səsləndirməsini obrazın ifaçısı Adil İsgəndərov
məsləhət görüb. Film Azərbaycan kinosu
tarixində əsl kişi filmi adını almışdır. Film real
faktlar əsasında çəkilib. Abbasqulu bəy
Şadlınski də, Kərbəlayi İsmayıl da, Qəmlo da
real həyatda yaşamış insanlardır. Əbdül
22
Film Fiction | Aprel, №8
Mahmudov: … "Axırıncı aşırım" filmində Məlik
Dadaşovun silləsindən aldığım zədə hələ də
dodağımın kənarında çapıq şəklində
qalmaqdadır. Hətta dişim də sınmışdı ki, onu da
hələ düzəltdirməmişəm, olduğu kimi qalır" ...
("Axırıncı aşırım: Azərbaycan kişilərinin
kinosu" – Ekspress qəzeti, 10.07.2003, Ulduzə
Qaraqızı).
24
Sahə
2010-cu ildə ekranlaşdırılan Azərbaycan-
Gürcüstan ortaq yapımı olan İlqar Safat filmi.
Hadisələr polis SAHƏ-sində baş verir. Baş
qəhrəman öz fobiyasına qalib gəlməlidi. Janrına
görə art-xaus olsa da kommersiya cəhətdən də
uğurlu sayıla bilər. Filmdəki roluna görə baş rol
ifaçısı Timur Oduşev 32-ci "Hollivudun gənc
istedadları" mükafatına (32nd Young Artist
Awards) layiq görülmüşdür.
25
Hər şey yaxşılığa doğru
1997-ci ildə Vaqif Mustafayevin çəkmiş olduğu
qısa metraj film. Film bütün müharibələrin
əleyhinə etiraz olaraq səslənir. 1)1998-ci ildə
44-cü Oberhauzen Beynəlxalq Qısametrajlı
Filmlər Kinofestivalı Filmə Böyük Beynəlxalq
Münsiflər heyətinin "sülh məramına və
yumoruna görə" "Ulenşpigel" Prizi verilmişdir.
Filmə Humanizmə görə Katolik Kilsələr
Assosiasiyasının Prizi verilmişdir. Filmə Katolik
Filmlər Assosiasiyasının Prizi verilmişdir. Filmə
Şərəf və ləyaqətə görə "Don Kixot" Prizi
verilmişdir. 1998-ci ildə VIII Sankt-Peterburq
Beynəlxalq Kinofestivalı Vətəndaşlıq
müdrikliyinə və yaradıcılıq qələbəsinə görə
rejissor Vaqif Mustafayevə Priz vermişdir.
2001-ci ildə İstanbul Beynəlxalq Kinofestivalı
Qısametrajlı bədii filmlər üzrə filmə "Qızıl
Atilla" Prizi verilmişdir.
23
Film Fiction | Aprel, №8
26
Fransız
1995-ci ildə Əmir Pəhləvanın ssenarisi və elə
onun özü ilə Vaqif Mustafayevin müştərək
rejissorluğu ilə çəkilmiş traqikomediya. Film
Avropadan qayıdandan sonra öz milli-mənəvi
dəyərlərimizə yuxarıdan aşağı baxan
həmyerlimizdən bəhs edir.
27
Yaramaz
1988-ci ildə Vaqif Mustafayev tərəfindən
çəkilmiş film. Amerikan tənqidçisi R. Hollouey
"Faynenşl Tayms" qəzetində "Yaramaz" filmini
yenidənqurmanın ab-havasını göstərən ən yaxşı
ekran əsəri hesab etmiş, kinolenti Sovet
kinosunda yeni dalğanın ilk uğurlu müjdəçisi
adlandırmışdır. 1989-cu ildə Odessada "Qızıl
Dyuk" Beynəlxalq Kinofestivalında filmə Odessa
centlmenlərinin Prizi verilmişdir. Hətəm
rolunun ifasına görə aktyor Mamuka
Kikaleyşviliyə Priz verilmişdir. 1989-cu ildə
Qabrovoda komediya filmlərinin festivalında
filmə "Çaplinin Qızıl Əl Ağacı" Prizi verilmişdir.
1989-cu ildə film "Sovetskaya Kultura"
qəzetinin Prizinə layiq görülmüşdür. 1989-cu
ildə Kalinində Sovet kinosu aktyorlarının
"Ulduzlar-89" I Ümumittifaq Festivalında aktyor
Mamuka Kikaleyşviliyə debütə görə Priz
verilmişdir. 1991-ci ildə quruluşçu rejissor
Vaqif Mustafayevə, quruluşçu operator
Aleksandr İlxovskiyə, səs operatoru Əsəd
Əsədova, aktyorlar Mamuka Kikaleyşviliyə və
Yaşar Nuriyə, quruluşçu rəssam Nazim
Hacıyevə, ikinci rejissor Nizami Musayevə
Azərbaycan Republikasının Dövlət Mükafatı
verilmişdir.
28
Ötən ilin son gecəsi
Anarın ssenarisi əsasında Gülbəniz
Əzimzadənin rejissoru olduğu bu film təqvimin
son gününün gecəsindən bəhs edir. Olduqca
gözəl nüanslarla işlənən film əsərdəki auranı
qoruya bilib.
24
Film Fiction | Aprel, №8
29
O olmasın, bu olsun!
1956-cı ildə bəstəkar Üzeyir Hacıbəyovun əsəri
əsasında Hüseyn Seyidzadənin rejissoru olduğu
film. Film Azərbaycan kinosunun ən uğurlu
filmlərindən biri sayılır və 30-a yaxın ölkədə
nümayiş olunub.
30
Uşaqlığın son gecəsi
1968-ci ildə Maqsud İbrahimbəyovun ssenarisi
və Arif Babayevin rejissoru olduğu film. Film
insanın formalaşmasından, özünü dərk
etməsindən bəhs edir.
25
Film Fiction | Aprel, №8
20
th
Century Fox
“20-ci Əsr Foks Kinostudiyası” Hollivudun 6 ən böyük studiyasından biridir. Los-Ancelesdə,
Beverli Hillsin qərbində yerləşən studiya “News Corporation” şirkətinə məxsusdur.
“20th Century Fox” 1935-ci ildə iki şirkətin birləşməsi nəticəsində yaranmışdı. Bunlardan birincisi
1915-ci ildə əsası qoyulmuş “Fox Film Corporation”, ikincisi isə 1933-cü ildə yaradılmış “Twentieth
Century Pictures” şirkətləri idi.
Studiyanın ən uğurlu filmləri sırasında “Star Wars” (“Ulduz Müharibələri”), “Ice Age” (“Buz
Dövrü”),” X-Men” (“X – Adamlar”), “Die Hard” (“Məğlubedilməz”), “Alien” (“Yad”), “Planet of the Apes”
(“Meymunlar Planeti”), “Home Alone” (“Evdə Tək”) film seriyaları, “The Simpsons” (“Simpsonlar”),
“Family Guy” (“Qriffinlər”) və “American Dad!” (“Amerikalı Ata!”) animasiya serialları və s. var.
Studiyanın ilk məşhur ulduzu Şirli Templ olmuşdu. Digər məşhurlar arasında Betti Qreybl, Cin Tirni,
Merilin Monro, Ceyni Mensfild və b. da var idi. Studiya ilk dəfə “Ən Yaxşı Aktrisa” nominasiyasında
Oskara namizəd olan və ilk afro-amerikalı film ulduzu sayılan Doroti Dendric ilə müqavilə bağlamış ilk
Hollivid studiyası idi. Hal-hazırda dünya üzrə ən çox gəlir gətirmiş iki film – “Avatar” (“Avatar”) – 2009
və “Titanic” (“Titanik”) – 1997 filmləri bu studiyanın məhsuludur.
Studiyanın ilk filmləri sırasında 1915-ci ildə çəkilmiş “Regeneration” (“Regenerasiya”) və 1917-
ci ildə çəkilmiş, hal-hazırda itmiş film hesab edilən “Cleopatra” (“Kleopatra”) var idi. Studiya “Ən Yaxşı
Film” kateqoriyasında ilk Oskarı 1932/3-cü illər Oskar mərasimində “Cavalcade” (“Parad”) filminə görə
aldı. Studiyanın bu kateqoriyada Oskar almış digər filmləri:
1950 – “All About Eve” (“İv Haqqında Hər Şey”)
1965 – “The Sound of Music” (“Musiqi Səsi”)
1970 – “Patton” (“Patton”)
1971 – “The French Connection” (“Fransız Əlaqəsi”)
1997 – “Titanic” (“Titanik”)
26
Film Fiction | Aprel, №8
Michel Hazanavicius
və
Bérénice Bejo
ilə müsahibə
Bu sayımızın müsahibə bölməsində ən
yaxşı film nominasiyasında bu il Oskarı əldə etmiş
"Artist" filminin rejissoru Mişel Hazanaviçus və
filmin baş rol ifaçılarından Berenik Bejo ilə birgə
müsahibəsini təqdim edirik.
Sizi 1920-ci illər tərzində səssiz film
çəkməyə təhrik edən səbəblər və
prodüserləri razı salma anlarında
qarşılaşdığınız çətinliklər nələrdi?
Bir çox ünsürün birləşməsindən bir
araya gəldiyi üçün təsirlənmənin tam nə
olduğunu izah etmək asan deyil. Prodüserləri
razı salmaq üçün əvvəlki iki filmimin
məşhurluğundan istifadə etdim. İnsanlar nə
etmək istədiyimi soruşanda, onlara etmək
istədiyimin bu olduğunu deyirdim. Bunu etmək
üçün yaxşı bir zaman idi və əgər indi
etməsəydim güman ki heç bir zaman
etməyəcəkdim. Bu səbəblə sınadım və bunu
etmək heç də asan deyildi. Digər bir təsirlənmə
mənbəyi isə aktyorlar idi. Berenik Bejo və Jan
Dyujarden ilə işləmək istəyirdim, çünki onların
belə bir film üçün doğurdan çox uyğun
aktyorlar olduğunu düşünürdüm. Berenikonun
və eynilə Janın sadəcə üz cizgiləri ilə deyil,
enerji və onlarda malik olduğunu düşündüyüm
özünü idarədən xaric bir şeylə 1920-ci il tərzi
səssiz filmlər üçün inanılmaz dərəcədə uyğun
olduqlarına inanırdım. Bir melodram yaratmaq
və ironik olmadan daha duyğusal bir şeylər
etməyə çalışdım. Məni ən çox çətinə salan isə
gülünc bir vəziyyətə düşmədən reallıqlar və
onların gətirdiyi problemlərdən asılı olmayan
axmaq bir adam olmaq riskini üzərimə
götürmüş olmağım idi. Belə yaşamıram, amma
heyranedici, sevimli və sanballı hekayə ərsəyə
gətirmək istəyirdim. Bu fikri prodüserlərə qəbul
etdirmək çox çətin idi, lakin "OSS" filmləri
seriyasının uğuru ilə qarşıma çıxan fürsətləri
27
Film Fiction | Aprel, №8
dəyərləndirdim və mənə köməkçi olacaq qədər
ağlını itirmiş Tomas Lanqmann ilə tanış oldum.
İnanılmaz dərəcədə mənə güvəndi və çox sıx
görülməyəcək şəkildə öz pulu ilə istədiklərimi
edə bilməm üçün imkan yaradaraq mükəmməl
bir iş çıxardı. Nə vaxt pula ehtiyacımız olsa ona
sahib ola bildik, öz cibindən çox pul xərclədi və
bunun üçün ona minnətdaram. O qüsursuz bir
prodüserdir.
Filminizin mövzusunu yazarkən sizə
ilham verən rejissorlar oldumu? Həmçinin
çəkim müddətindən əvvəlki axtarışlar
zamanı diqqətinizi cəlb edən səssiz filmlər
hansılar idi?
Mənə təsir edən və onlar kimi işləmək
istədiyim bir çox rejissor olduğunu düşünürəm.
Billi Uaylderin bəlkə də ən yaxşı rejissor
olduğunu düşünürəm. Ən yaxşı filmləri o çəkdi
və əminliklə ona heyranlıq duyduğumu deyə
bilərəm. Ancaq bu film üçün Con Ford, Frits
Lanq və Tod Broninq kimi böyük rejissorların
çox sayda səssiz filmini və əlavə olaraq Koen
Qardaşları kimi dövrümüzün rejissorlarının
filmlərini izlədim. Bu rejissorların hamısı
filmlərində melodrama və ya əyləncəli olmağı
sərbəstliklə seçə bilirlər. Janrları düşünmədən
çəkmək istədiklərini reallaşdırırlar. Bu azadlığı
sevirəm.
Dostları ilə paylaş: |