Film Fiction | Aprel, №8
Nəsibə Zeynalova
Nəsibə Zeynalova 1916-cı ildə, aprelin 20-də
Azərbaycanın teatr fədailərindən biri olan
Cahangir Zeynalovun ailəsində dünyaya göz
açmışdı. Azərbaycanda realist komik aktyor
məktəbinin bünövrəsini qoyan, Milli Dram
Teatrının yaranmasında iştirak edən Cahangir
Zeynalov qızının iki yaşı olarkən dünyasını
dəyişib. Bəlkə də atasız qalan Nəsibə Zeynalova
bu itkini yaşamasaydı, teatra, səhnəyə can
atmazdı, bu sənətə böyük məhəbbətlə
bağlanmazdı. Nəsibə Zeynalova atasının
yoxluğunun ürəyində yaratdığı boşluğu teatra,
səhnəyə gəlməklə doldurdu. Onun məhz komik
aktrisa ampluasını seçməsi də təsadüfi deyildi.
Atasının qoyduğu məktəbi davam etdirmək həm
borcu idi, həm də bu irsi istedad onun
damarlarında qaynayırdı.
Uşaqlıq, yeniyetməlik çağlarında çox əzab-
əziyyət çəkən, həyatın hər üzünü görən Nəsibə
Zeynalova məhz sənəti, istedadı ilə illərdən
sonra çoxlarının qibtə edəcəyi yüksəkliklərə
ucaldı. Həyatda həm sənətkar, həm qadın
xoşbəxtliyi ona nəsib oldu. Ailəsi, onu çox sevən
həyat yoldaşı, babasının adını daşıyan, sənətini
davam etdirən oğlu, milyonların sevgisi...
1941-ci ildə Teatr Texnikumunu bitirib
Musiqili Komediya Teatrında işləməyə başladı.
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq
dövrü 60-cı illərə təsadüf etdi. O, Musiqili
Komediya Teatrının səhnəsində, Lütfəli
Abdullayev, Bəşir Səfəroğlu kimi sənətkarlarla
həftədə beş dəfə tamaşa oynadıqları günləri tez-
tez yada salırdı. Bu teatrın səhnəsində tamaşaya
qoyulan "Sevindik qız axtarır" əsərində
37
Film Fiction | Aprel, №8
Xeyransa, "Həmişəxanım"da Həmişəxanım,
"Beşmanatlıq gəlin"də Gülnaz, "Gözün aydın"da
Nargilə, "Keto və Kote" də Kabato,
"Qızılaxtaranlar"da Rəxşəndə kimi obrazlar
yaratdı. 1967-ci ildə Azərbaycanın Xalq Artisti,
1974-cü ildə Dövlət Mükafatı Laureatı oldu.
Nəsibə Zeynalova "Hicran"da Qızbacı,
"Qayınana"da Cənnət, "Hacı Kərimin Aya
səyahəti"ndə Kəblə Fatma, "Altı qızın biri
pəri"də Cəhrə qarı, "Ulduz"da Züleyxa obrazları
ilə xalqın ürəyində əbədi yer tutdu. Bu
obrazların dili ilə söylədiyi bəzi ifadələr dillər
əzbərinə çevrildi.
Nəsibə Zeynalovanın yaradıcılıq potensialı
nəinki teatr səhnəsində, kinoda da böyük
miqyasda açıldı. Aktrisa "Qayınana", "Ulduz"
kimi ekran əsərləri istisna olmaqla, kinoda
əsasən kiçik rollar oynamasına baxmayaraq, hər
bir obrazı yaddaqalan, baxımlı etməyi bacarırdı.
"Ögey ana", "Böyük dayaq", "Bizim Cəbiş
müəllim", "Qanun naminə", "Bəyin
oğurlanması", "Mən mahnı qoşuram", "Qorxma,
mən səninləyəm", "Yuxu" və başqa filmlərdə
Nəsibə Zeynalovanın yaratdığı obrazlar
tamaşaçıların yaddaşında silinməz izlər
buraxdı. Aktrisanın bütün obrazlarına nəzər
saldıqda görürük ki, Nəsibə Zeynalovanın
aktyor sənəti üçün zəngin mimika, obrazı ən
xırda incəliklərinədək açmaq bacarığı, milli
kolorit, yüksək improvizə qabiliyyəti səciyyəvi
idi. Onun təbii, inandırıcı oyun tərzi
qəhrəmanlarını tamaşaçıya doğmalaşdırır,
yaxınlaşdırırdı.
Teatr sahəsində rolları:
Gülnaz (Beş manatlıq gəlin, S.Rüstəmov)
Nargilə (Gözün aydın, F.Əmirov)
Züleyxa (Ulduz, S.Ələsgərov)
Kabato (Keto və Kote, V.Dolidze)
Rəşxəndə (Qızılaxtaranlar, T.Quliyev)
Qızbacı (Hicran, E.Sabitoğlu)
Qayınana (Cənnət, Z.Bağırov)
Kino sahəsində rolları:
Ögey Ana
Böyük Dayaq
Ulduz
Bizim Cəbiş müəllin
Qanun Naminə
Qayınana
Bəyin Oğurlanması
Mənbə: Azəriart.net
38
Film Fiction | Aprel, №8
John Williams
Con Uilliams – amerikalı bəstəkar, dirijor və
pianoçu. 60 ilə yaxın karyerası ərzində
Uilliamsın yazdığı musiqilər kino tarixinin ən
yaxşıları sırasındadır. Uilliams kino tarixində ən
çox mükafatlandırılmış şəxslər sırasındadır. Ən
məşhur bəstələri sırasında “Star Wars” (“Ulduz
Müharibələri”), “Indiana Jones” (“İndiana Cons”)
filmləri, “Jaws” (“Çənələr”), “Superman”, “E.T.
the Extra-Terrestrial” (“Yadplanetli”),
“Schindler's List” (“Şindlerin Siyahısı”), “Home
Alone” (“Evdə Tək”), “Jurassic Park” (“Yura
Parkı”), “War Horse” (“Döyüş Atı”), ilk üç “Harry
Potter” və b. filmlər var. Con Uilliams yaxın
dostu Stiven Spilberqin iki filmi (“Duel”(“Duel”)
və “The Color Purple” (“Bənövşəyi Rəng”))
istisna olmaqla bütün filmlərinə musiqi
bəstələmişdir. Ümumilikdə 47 Oskar
nominasiyası almış Uilliams Uolt Disneydən (59
nominasiya) sonra ən çox Oskar nominasiyası
olan şəxsdir. O, bunlardan 5-ni qazanıb.
İlk İllər: Con Uilliams 8 fevral 1932-ci ildə Nyu
Yorkda anadan olmuşdur. Atası cazz zərb
alətlərində ifa edirdi. 1948-ci ildə ailə Los-
Ancelesə köçdü. “North Hollywood High School”
məktəbinə daxil olan Con 1950-ci ildə buranı
bitirdi. Daha sonra Kaliforniya Universitetində
təhsil almağa başlayan Uilliams 1952-ci ildə onu
ABŞ Hərbi Hava Qüvvələrinin musiqi qrupuna
köçürdülər. 1955-ci ildə burada xidmətini başa
vurduqdan sonra Nyu-Yorka qayıtdı və
“Juilliard School”-da oxudu. Bu müddətdə o,
cazz klublarda və bəzi film studiyalarında işlədi.
1956-cı ildə Uilliams aktrisa Barbara Ryuiklə
evləndi və 1974-cü ilə kimi, Barbaranın
ölümünə qədər onunla evli qaldı. Onların 3
övladı var. 1980-ci ildən etibarən Uilliams
39
Film Fiction | Aprel, №8
Samanta Uinslou ilə evlidir.
Film və Televiziya: Əsasən 20-ci əsr musiqi
ənənələrinə sadiq olan Uilliamsın əsas ilham
mənbəyi 19-cu əsr neoromantizmi, xüsusilə
Riçard Vaqnerin musiqisidir.
“Juilliard School”-u bitirdikdən sonra
Los-Ancelesə qayıdan Uilliams film
studiyalarında orkestrator kimi işləməyə
başladı. O, burada Frans Vaksman, Bernard
Herman, Alfred Nyuman kimi bəstəkarlarla
çalışırdı. O, həmçinin Cerri Qoldsmit, Elmer
Bernşteyn, Henri Mançini kimi bəstəkarların
musiqilərində pianoçu kimi iştirak etmişdi.
“Universal Studios”-da işləyən Uilliamsın ilk
böyük işi “Daddy-O” (“O-Ata”) - 1958 filmində
oldu. O, ilk Oskar nominasiyasını 1967-ci ildə
“Valley of Dolls” (“Gəlinciklər Vadisi”), ilk
Oskarını isə 1971-ci ildə “Fiddler on the Roof”
(“Skripkaçı Damda”) filminə görə aldı.
1974-cü ildə gənc rejissor S.Spilberq ona
ilk tammetrajlı bədii filmi olan “The Sugarland
Express” (“Şuqerlend Ekspressi”) filminə musiqi
yazmağı təklif etdi. Növbəti il isə, “Jaws”
(“Çənələr”) filminin musiqisinə görə Uilliams 2-
ci Oskarını qazandı. Bundan sonra Uilliams və
Spilberq “Close Encounters of the Third Kind”
(“Üçüncü Növün Yaxın Əlaqələri”) filmində
yenidən əməkdaşlıq etdilər. Lakin onlar
Hollivud tarixində yenilik edərək, film və musiqi
üzərində sinxron olaraq işlədilər.
Bu dövrdə Spilberqin yaxın dostu Corc
Lukas “Star Wars” (1977) filmi üçün bəstəkar
axtarışında idi. Spilberq ona Uilliamsı məsləhət
gördü. Uilliams bu filmə görə 3-cü Oskarını
qazandı. 1981-ci ildə İndiana Consun
macəralarından bəhs edən ilk film “Raiders of
the Lost Ark” (“İtmiş Mücrünün Axtarışında”)
üçün musiqi yazıldı. Filmin əsas musiqi nömrəsi
“The Raiders March” hal-hazırda da bütün
dövrlərin ən yaxşılarından hesab edilir. 1982-ci
ildə “E.T. the Extra-Terrestrial”, 1993-cü ildə isə
“Schindler's List” filminə görə 4-cü və 5-ci
Oskarını qazandı.
Uilliamsın son işi Spilberqin “War Horse”
və “The Adventures of Tintin”(“Tintinin
Macəraları”) filmlərində olub. O, bu filmlərin
hər ikisinə görə Oskara namizəd olmuşdu. Hal-
hazırda onlar 2012-ci ilin sonlrarında ekranlara
çıxacaq “Lincoln” (“Linkoln”) filmi üzərində
işləyirlər. Beləliklə, Uilliams 47 Oskar
nominasiyasından 16-nı Spilberqin filmlərinə
görə alıb və 3-nü qazanıb.
Mükafatlar: Oskardan əlavə Uilliams 22
Qızıl Qlobus nominasiyasından 4-nü, 12 BAFTA
nominasiyasından 7-ni, 59 Qremmi
nominasiyasından 21-ni qazanıb. 2005-ci ildə
Amerika Film İnstitutu (AFİ) bütün dövrlərin ən
yaxşı film musiqilərini seçdi. İlk onluqda
Uillimasın 2 bəstəsi var idi: “Star Wars” 1-ci və
“Jaws” 6-cı yerdə.
40
Film Fiction | Aprel, №8
KAVŞAK
İKİ HAYAT KESİŞEBİLİR YA ÖTEKİLER?-
Kavşak
Kendi halinde öylece oturup duran
insanlar - özellikle erkek karakterler - her ne
kadar sıradan sinema seyircisi için sıkıcı gelse
de son dönem Türkiye Sineması’nda bu tip
erkek karakterleri görmeye alışır olduk. Sanırım
bunun tohumunu Zeki Demirkubuz attı ve
Cemal Baş, Selim Demirdelen gibi isimlerle de
bu gelenek devam ediyor. Buradan; “bunlar Zeki
Demirkubuz taklidi”düşüncesi çıkmasın, aksine
bu durum; aynı coğrafyada(coğrafyadan da öte
–İstanbul diye sınırlamak istiyorum) ne kadar
aynı şeylerin yaşanıp ne kadar aynı robotlaşmış
kişilerin yaşadığını ve her yönetmenin bunlara
ne kadar farklı açıdan bakılabileceğini
gösteriyor.
Demirdelen’in Güveni (Güven Kıraç
canlandırıyor) Cemal Baş’ın Ali’si ile
Demirkubuz’un Musa’sının sanki orta yaş hali.
Yazgı’daki Musa’nın da ofiste kendi halinde
takılan, bir kişilik olması Güven’i Musa’ya daha
çok yaklaştırıyor.
İstanbul’un sömürü sistemine ayak
uydurmuş her gün aynı şeyleri yapan bunları
yapmaktan nefret etse de hayatta var ola bilmek
için para kazanmaya olan ihtiyaçtan dolayı
seslerini dahi çıkaramayan insanlar Kavşak’ta
da barınan kişilikler.
Ofisinde kendi halinde işine gücüne
bakan, sessiz sakin bir yaşantısı olan Güven’i
saat 4’te her gün 5 yaşındaki , üstün zekalı kızı
Çiçek aramakta ve her aramasında fırça boya vs.
istemektedir.
Tabii daha sonra Arzu sayesinde aslında
Güven’i arayanın sadece Telekom’un hatırlatma
servisi olduğunu öğreneceksek de kaybedilişin
ve bunu kabullenemeyişin sonucu bulmaktayız
bu aramalarda. Ayrıca uydurulan yalanı
değiştirme gereğinin de duyulmaması bu
kişiliklerin boş verilmiş hayatlarının bir
göstergesi durumunda.
41
Film Fiction | Aprel, №8
Evinde de, ofisinde de tek olan Güven’in
bu “tek kişilik imparatorluğu”nun ofis kısmını
işe yeni alınan Arzu bozar, Güven bundan
rahatsız olsa da hayata göstermediği karşılığı
patronuna da gösterilmez , buna yönelik
patronuna söyleyebildiği tek cümle ise kişiliğe
yakışır şekilde bir cümle
“Ne güzel hiç yoktan sıkılmamış olurum,
zaten burada tek kişi…”
Arzu kapitalist sistemle birlikte iş yaşantısına
giren - ki burada kadının iş yaşantısına girilmesi
değil sistemin işçiye olan ihtiyacından dolayı
kadına plazalarda, fabrikalarda, atölyelerde yer
verilmektedir- Mecidiyeköy, Beşiktaş gibi bol
bankalı, ofisli yerlerde görmeye alışık
olduğumuz klasikleş(tiril)miş kadın tipi.
Kadının bağımsızlığı, tek başına da hayatta
tutunabileceğinin kanıtını göstermeye çalışan
Arzu karakteri özellikle 2000’li yıllardan sonra
hayatımıza giren dizilerden de aşina olduğumuz
üzere kocasından ayrılmış birisidir. Tabii ki, bu
ayrılıktan dolayı en çok cezayı çekecek olan 5
yaşındaki kızı; evliliği, Arzu’nun anneliğini
hatırlatan ve az önce belirttiğim dizilerdeki
anne kişiliğe, Arzu’yu yakınlaştıran unsur.
Unutmadan her ne kadar Arzu’nun kızı,
Arzu’yu klasikleştirilmiş kadın tipi haline
getirse de aslında bu çocuğun filmin sonunda
göreceğimiz üzere, Arzu ile Güven arasındaki
“Kavşak”ın en önemli nedeni olduğunu da
belirtmek isterim.
Filmin yan karakterlerinden Haydar
bazen hayatımıza bizim elimizde olmadan
girmiş ve umursamadığımız kişilerle eşdeğer.
(Tabii olaya Güven’in gözünden bakıyorsak)
Haydar’ın hastahanedeki karşılaşma dışında
hikayenin pek içinde ol(a)mayışı Haydar
karakterini zayıflatıyor. Hastahane dışında ev
sahibinin oğlu, kovulmuş ya da istifa etmiş polis
memuru Vedat ile aynı birahane’de (sanırım bu
tabir “bar”dan daha uygun) görünmesi de “aaa
ikisini de tanıyoruz!” heyecanından başka bir
şey yaratmıyor. Tabii basmakalıp izleme
kabuğunu kırdığımızda bir şeyin olması ya da
olmaması ortada bir sorun olduğunu
göstermiyor.
Ev Sahibi Saniye Teyze’nin istifa etmiş ya
da kovulmuş eski polis memuru oğlu ise,
“Kavşak”taki son önemli karakter Vedat’ın
Haydar’dan tek farkı ise hikayesini tam olarak
anlayabilmemiz ve konu sayesinde (son
sahneler hariç) O’ndan nefret etmemiz.
Gişe filmlerine alışmış olan sinema
seyircilerinin izlerken sıkılacağı, belki de yarıda
bırakacağı Kavşak filmi sinema seyircilerinin
beklentisini tam olarak karşılamasa da en
basitinden Taksim yerine Bakırköy Meydan’ın
“merkez” olması, Güven’in merak ettiğimiz
hikayesini arada bir flu trafik ışıklarıyla, şehir
karmaşasının birlikte verilmesi , bunun da
merakı iyice artırması ve en önemlisi seyirciyi
sıkmadan güzel bir sonla filmi bağlaması
Kavşak’ı izlenir kılan yanı.
Ayrıca filmin senaryo ve yönetimi
dışında kurgusunu da kendisi yapan Selim
Demirdelen’in yine kendi yaptığı müzikleri ve
diğer şarkıları zekice yerleştirmesi de güzel
olmuş. (örneğin Arzu’nun Güven’i arabasıyla ilk
eve bıraktığı sahne)
Filmde beni rahatsız eden unsurlar ise;
Güven’in her sabah gittiği mezarlığın önünden
kalkan ( her sabah mezarlığa gittiğini filmin
sonunda anlıyoruz) otobüsün hep aynı otobüs
olması (dikkatli seyirciler içerisindeki
yolculardan anlamış olacaktır) ve “Kavşak”
sonra gelen sahnelerin gereksizliği.
Tabii buradan ikinci kısmı öznele
indirgemek istiyorum, şahsen Kavşak
sahnesinden sonra da önce de diğer
karakterlere ne olduğunu hiç merak etmedim.
Bu yüzden Demirdelen’in bunları yanıtsız
bırakmayıp cevaplaması mutlu son yaratımı gibi
görünse de bana, hikayeye Güven’in gözünden
bakmaya alışkın olduğumuzdan olsa gerek, pek
tatmin etmedi beni.
Unutmadan son dönem Türkiye
Sineması’na “sanatsal” anlamda destek veren
ARTI FİLM ve dolayısıyla TÜRKER KORKMAZ ’a
bu desteklerinden dolayı da teşekkür etmeden
olmaz.
42
Film Fiction | Aprel, №8
Masumiyet
Film: Masumiyet
Rejissor: Zeki Demirkubuz
Ölkə: Türkiyə
Janr: Dram İl: 1997
İMDb: 8.3
Film Fiction xalı: 8.0
Türkiyənin film sektoru dedikdə
insanların ağlına ya ‘’Yeşilcam’’ dedikləri sektor
və ya Dizi sektoru (Serial Sektoru)
gəlir.’’Yeşilçam’’ İstanbul Beyoğlunda
kinosevərlərin yığışdığı bir küçədir və
‘’Yeşilçam’’ adlandırılan küçə Türkiyənin
Hollywoodu kimi göstərilir.Yeşilçam filmlərinin
hegemonluq etdiyi dövrlərdə Türkiyədə
müstəqil rejissorların filmləri ərsəyə gəlməkdə
çətinlik çəkirdi.Bu çətinliyi aradan qaldıran
rejissorlardan biri,daha doğrusu ən birincisi
Zeki Demirkubuzdur.Kinoya ‘’C bloku’’ filmi ilə
gələn Zeki Demirkubuzun ən böyük
uğurlarından biri ‘’M əsumiyyət’’ (“Masumiyet”)
filmidir.Bu filmlə Türkiyədə tanınmağa
başlayan rejissor,türk insanının gündəlik
həyatından təsirlənib yazdığı ssenarini sonda
gözəl bir filmə çevirir.Bəlkə də ssenarinin
yazılmasında Zeki Demirkubuzun küçələri
gəzərək ticarətlə məşğul olması və ya Türkiyə
Kommunist partiyasına üzv olduğu üçün 3 il
həbsdə olması da öz rolunu oynayıb.Çox az
büdcə ilə çəkilən filmin çəklişləri 19 gün
sürüb.Baş rollarda isə Haluk
Bilginər(Bəkir),Derya Alabora(Uğur) və Güvən
Kıraçdır(Yusuf).Film 4 obraz ətrafında
dönür,bir cinayətkarı sevən Uğur həm
pavyonda müğənni, həm də fahişədir,onu sevən
və ona görə ailəsindən ayrılan Bəkir isə əyyaş
olmaqla yanaşı,Uğuru hər axşam pavyona
aparan kəsdir.Yusuf isə türmədən yeni çıxıb və
İzmirə öz bacısını görməyə gəlir.Bu üç obraz
filmi başdan-başa çəkib aparırlar.Filmin ən
uğurlu xarakteri isə Bəkirdir.Filmdə Bəkirin
Yusufa Uğurun və öz həyatını danışdığı səhnə
var,bu səhnə bəlkə də dünya kinosunda bir
aktyorun yaratdığı ən böyük səhnələrdən
biridir.Demirkubuzun dediyinə görə ilk öncə
Bəkirin danışdığı hekayəni yazıb,sonradan isə
filmin ssenarisini yazıb.Sonradan 2006-cı ildə
Zeki Demirkubuz əslində bu filmin ilk hissəsi
olan ‘’Kader’’ filimini çəkir.O filmin məzmunu
‘’Məsumiyyət’’ filmində Bəkirin danışdığı
hekayədir.Bir sözlə gözəl aktyor oyunu və əsl
həyatdan götürülmüş nəsə
istəyirsinizsə,’’Məsumiyyət’’ə baxın.Filmdə
söyüşdən istifadə maksimum həddədir.Həyat
isə heç də gözlədiyimiz kimi deyil…
43
Film Fiction | Aprel, №8
To Kill a
Mockingbird
Film: Bülbülü Öldürmək
Rejissor: Robert Malliqan
Ölkə: ABŞ
Janr: Dram
İl: 1962
İMDb: 8.5
Film Fiction xalı: 8.5
1962-ci ildə Harper Linin eyniadlı əsəri
əsasında Robert Malliqan tərəfindən çəkilmiş
film. Baş rollarda Greqori Pek, Meri Bedhem və
b. çəkilmişdir. 8 Oskar nominasiyasından 3-nü
qazanan film əfsanəvi aktyor Qreqori Pekə “Ən
Yaxşı Aktyor” kimi ilk və yeganə Oskarını
qazandırdı. Amerika Film İnstitutunun
(AFİ)“Bütün Dövrlərin 100 Ən Yaxşı Filmi”
siyahısında bu film 21-ci pillədədir. AFİ-nin
tərtib etdiyi “100 Ən Yaxşı Kino Qəhrəman”
siyahısında Qreqori Pekin canlandırdığı Attikus
Finç 1-ci pillədə qərarlaşıb. Qeyd edək ki, bu
siyahıda 2-ci pillədə Harrison Fordun yaratdığı
İndiana Cons, 3-cü pillədə isə Şon Konnerinin
yaratdığı Ceyms Bond obrazıdır.
Hüquqşunas Attikus Finç (Qreqori Pek) 2
uşağı ilə birlikdə 1930-cu illərin Alabama
ştatında yaşayır. O dövrdə digər yerlərdə
olduğu kimi burada da irqçilik hökm sürür. O,
bir qadını zorlamaqda günahlandırılan, lakin
heç bir günahı olmayan qaradərili bir kişini
məhkəmədə müdafiə etməyi öz üzərinə götürür.
Şəhərlilərin əksəriyyəti onu bu işdən əl
çəkməyə çağırsa da, o, işi sona çatdırmaq
niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O,
şəhərdəki irqi ayrı-seçkiliyi aradan
qaldıracaqmı? Bu suallara filmə baxdıqdan
sonra cavab tapa bilərsiniz.
44
Film Fiction | Aprel, №8
AFİŞA
Piratlar!Talesizlər dəstəsi 3D
Ölkə: ABŞ, Böyük Britaniya
İl: 2012
Rejissor: Piter Lord, Ceff Nyuitt
Baş rollarda: Xyu Qrant, Brendan Qlison, Ceremi Piven,
Brayan Blessid
Janr: cizgi filmi, macəra, ailəvi
Kinoteatr: Park Cinema
2 maya qədər seansda.
Qideon Defonun, fərsiz piratlar dəstəsi haqqında bəhs edən
romanlarından birinci kitabın ekranlaşdırılması. Birinci
hissədə piratlar Londona gəlirlər və orada Çarlz Darvinlə,
Mister Bobo ləqəbli danışan şimpanze meymunla tanış olurlar
və onları məhv etmək istəyən düşmənlərlə qarşılaşırlar.
Küçə rəqsləri 2 3D
Ölkə: Böyük Britaniya
İl: 2012
Rejissor: Maks Jiva, Daniya Paskvini
Baş rollarda: Maks Jiva, Daniya Paskvini
Janr: drama, melodrama, musiqili
Kinoteatr: Azərbaycan, Park Cinema
2 maya qədər seansda.
Rəqqas Eş, Streetdance müsabiqəsində məğlub olduqdan
sonra, revanş üçün, özünə tayı-bərabəri olmayan komanda
yığmağa qərar verir. Axtarışlarda olarakən, dünyanı qarış-
qarış gəzir, və salsa rəqsi edən, Evə adlı qızla tanış olur və ona
vurulur.Evada o öz xoşbəxtliyini, öz rəqsini, və öz qələbəsini
görür... Lakin bu qızın könlünü almaq elə da asan deyil.Özünü
ifadə etmək azadlığı və salsa ehtirası öz əksini rəqslərdə
tapır.
45
Film Fiction | Aprel, №8
Toy müsibəti
Ölkə: ABŞ, Böyük Britaniya, Avstraliya
İl: 2011
Rejissor: Stefan Elliot
Baş rollarda: Ksavyer Semuel, Kris Marşall, Kevin Bişop, Tim
Draksl
Janr: komediya
Kinoteatr: Park Cinema
2 maya qədər seansda
Avstraliyada toyu necə qeyd edirlər? Russiyada qeyd
olunandan yeni ildən daha yaxşı. Təmtəraqlı tədbir, alkoqol
dənizi...Üç sadiq dost tam əylənmək istəyir. Əsl sevgi bütün bu
çətinliklərə dözə bilər?
Kef etmə” hüququ
Ölkə: Fransa
İl: 2012
Rejissor: Emmanuel Berko, Fred Kavaye, Aleksandr Kortes
Baş rollarda: Jan Düjarden, Jil Lelluş, Lionel Abelanski, Fabris Aqoqe
Janr: komediya
Kinoteatr
2 maya qədər seansda.
Kişi vəfasızlığı, onun ən ağılasığmaz, gülməli təzahürlərində- yeni
komediya üçün yaxşı mövzudur. Macəra dalınca düşmüş Jan və Jil
hər şeyə hazırdılar. Həyat, kaleydoskop kimi, ətrafda dekorasiyaları
dəyişərək, onları əməlli yorub: şəhərin kənarındakı kiçik
mehmanxana, seksual asıllığı olanlar üçün klinika ilə əvəz edilir,
Parisin gecə klubu isə Las Veqasın kazinosu ilə əvəz edilir. Həyatın
bütün gözəlliklərini dadandan sonra, gözəl cinslə məşğul olmağı,
qızları yatağa cəlb etməklə məşğul olurlar....
46
Film Fiction | Aprel, №8
Quzğun
Ölkə: ABŞ, İspaniya, Macarıstan
İl: 2012
Rejissor: Ceyms MakTiq
Baş rollarda: Con Kyusak, Elis İv, Lük Evans, Brendan Qlison
Janr: triller
Kinoteatr: Park Cinema
2 maya qədər seansda.
Film, Edqar Allan Po həyatının son günlərindən bəhs edir.
Tanınmış yazıçı, onun əsərlərində təsvir edilmiş, oxşar
cinayətləri törətmiş canini təqib edir.
Maço və çoxbilmiş
Ölkə: ABŞ
İl: 2012
Rejissor: Fil Lord, Kris Müller
Baş rollarda: Cona Hill, Çenninq Tatum, Bri Larson, Deyv
Franko
Janr: komediya
Kinoteatr: Park Cinema
2 maya qədər seansda.
İki yeni, təcrübəsiz polis məmuru çox məxfi tapşırığa
göndərilirlər. Narkotik satışı hökm sürən orta məktəbdə onlar
yenidən şagird olmalıdırlar.
47
Film Fiction | Aprel, №8
Meşədə daxma
Ölkə: ABŞ
İl: 2011
Rejissor: Dru Qoddar
Baş rollarda: Kristin Nora Konnolli, Kris Hemsvort, Anna
Hatçinson, Fren Krants
Janr: dəhşət, triller
Kinoteatr: Azərbaycan, Park Cinema
2 maya qədər seansda.
Bir qrup gənc ofis işçisi, qeyri adi evdə gecəni
keçirməlidirlər. Bağlı qapı arxasında qeyri adi və dəhşətli
şeylər baş verir. Gənclər, hansı təhlükənin olduğu haqda heç
bilmirlər, lakin zamanın sürətli keçməsini dərk edirlər.
Belosnejka: Cırtdanların qisası
Janr: fentezi, dram, komediya
Ölkə: ABŞ
Rejissor: Tarsem Sinx
Ssenari: Meliisa Uollek, Ceyson Keller, ...
Rollarda: Culiya Roberts, Lili Kollinz, Armi Xammer, Şon Bin,
Natan Leyn, Mer Uinninqxem, Maykl Lerner, Robert Emms,
Martin Klebbe, Denni Vudbern və başqaları.
Kinoteatr: Azərbaycan
2 maya qədər seansda.
Gözəl və varlı şahzadəyə ərə getmək istəyən Zalım Kraliça,
Belosjenkanı saraydan uzaqlaşdırır və hakimiyyəti hiyləylə
əlinə keçirir. Lakin qız qaranlıq meşədə sağ qalır və quldur
cırtdanlarla tanış olur. Birlikdə onlar Zalım Kraliçadan qisas
alacaqlar!...
Dostları ilə paylaş: |