vəzifəsi optimal investisiya portfelinin formalaşdırılması
və səmərəli idarə
edilməsidir.
Real investisiyalar-əsasən istehsal vasitələrinə, istehsal,
sosial və
infrastruktur obyektlərinə, istehsal prosesinə uzunmüddətli vəsait qoyuluşudur.
Real investisiyaları birbaşa investisiyalar da adlandırırlar.
İnvestor dedikdə,
özünün maddi və intellectual sərvətlərinin birbaşa və yaxud dolayı şəkildə
investisiya obyektlərinə qoyulması haqqında qərar çıxarmış subyektlər-hüquqi və
fiziki şəxslər başa düşülür.
Firmada əsaslı vəsait qoyuluşu yeni sex və istehsal
vasitələri yaratmaqla
yanaşı, həm də fəaliyyət göstərənlərin genişləndirilməsi, texniki cəhətdən yenidən
qurulması, rekonstruksiya olunması və habelə avadanlıqların modernləşdirilməsi,
yeni texnoloji proseslərin tətbiqi işlərinə yönəldilir. Əsaslı vəsait qoyuluşunun
tərkibi aşağıdakı xərclərdən ibarət olur:
- tikinti-quraşdırma işlərinə çəkilən xərclər;
- müxtəlif avadanlıqların (texnoloji, energetika, yükqaldırma və nəqliyyat) və
habelə əsas fondlara aid olunan alət və inventarların alınmasına çəkilən xərclər;
- tikinti obyektinin layihələndirilməsi ilə əlaqədar
olan geoloji-kəşfiyyat,
axtarış və gələcək tikintinin texniki-iqtisadi əsaslandırılmasına çəkilən xərclər;
- tikinti üçün torpaq sahəsinin ayrılması, tikilən firma üçün kadrların
hazırlanması və onun idarə heyətinin saxlanılmasına çəkilən xərclər. Göstərilən
xərclərin hər biri əsaslı vəsait qoyuluşunun texnoloji quruluşunu əmələ gətirir.
Əsaslı vəsait qoyuluşunun iqtisadi məsələləri içərisində onun texnoloji quruluşu ilə
yanaşı təkrar istehsal quruluşunun da mühüm əhəmiyyəti vardır. Əsaslı vəsait
qoyuluşunun təkrar istehsal quruluşu dedikdə, onun formalarına çəkilən xərclərin
nisbəti
başa düşülür.
Bu göstərici yeni tikintiyə, mövcud güclərin
genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən
silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində
xüsusi çəkilərinin hesablanması yolu ilə müəyyən olunur.
Dostları ilə paylaş: