Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


Əməyin ödənişinin forma və sistemləri, əmək haqqının növləri



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə29/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   25   26   27   28   29   30   31   32   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

4.Əməyin ödənişinin forma və sistemləri, əmək haqqının növləri 
Məlum olduğu kimi, inkişaf etmiş bazar iqtisadiyyatının ən mühüm tələblərindən 
biri təsərrüfatçılıqla məşğul olan müəssisə, idarə və təşkilatlar üçün eyni iqtisadi 
mühitin yaradılması, onlara öz fəaliyyətlərini daha səmərəli qurmaları üçün 
müstəqilliyin 
verilməsidir. 
Müasir bazar münasibətləri şəraitində ölkəmizdə fəaliyyət göstərən müəssisə və 
təşkilatlar mövcud qanunvericiliyə riaəyət etməklə işçilərin əməyinin 
ödənilməsinin forma və sistemlərini fərdi qaydada müəyyən edirlər. Müəssisənin 
işçilərinin əməyi müəssisənin özü tərəfindən təsdiq edilən vəzifə maaşları və ya 
işəmuzd qiymətlərlə, mülki-hüquqi müqavilələr üzrə işə götürənlərin əməyi isə, bu 
müqavilələrdə nəzərdə tutulan şərtlərlə ödənilir. Hasilat normalarını və işlərin 
qiymətlərini müəssisə özü müəyyən edir. Zəruri hallarda bu normalara 
təsərrüfatçılığın konkret şərtləri nəzərə alınmaqla yenidən baxıla bilər. İşçilərin 
yüksək istehsal göstəriciləri 
əldə etmələrinə görə
, səmərələşdirici təkliflərin 
verilməsinə görə, eləcə də onları həyata keçirmələrinə görə, həmçinin fasiləsiz iş 
stajının olmasına, vəsaitlərdən maksimum səmərəli istifadəyə nail olunması və s. 
bu kimi amillərə görə müəssisələr maddi həvəsləndirmənin müxtəlif növlərindən 
(pul mükafatları və s.) istifadə edə bilərlər. 
Müəssisə və təşkialtlarda əməyinin ödənilməsi zamanı əmək haqqının vaxtamuzd 
və işəmüzd formasındaq istifadə olunur. Vaxtamuzd əmək haqqı forması o 
sahələrdə tətbiq edilir ki, orada yerinə yetirilən işçilərin həcmini ölçmək, şərf 
edilən əməyi normalaşdırmaq mümkün deyil. 
İşəmuzd əmək haqqı forması isə o xalq təsərrüfatı sahələrində və müəssisəələrdə 
tətbiq olunur ki
orda istehsal olunan məhsulu
, yerinə yetirilən iş və göstərilmiş 
xidmətin həcmini ölçmək və şərt edilən əməyi normalaşdırmaq mümkündür. 
Vaxtamuzd əmək haqqı formasında işçilərə əmək haqqı faktiki işlənilmiş iş 
vaxtının miqdarına görə hesablanır. İşəmüzd əmək haqqı formasında isə, əhsul 
istehsalının miqdarından asılı olaraq verilir. 
Azərbaycan Respublikasının əmək məcəlləsinin 160-cı maddəsində (müxtəlif işlər 
üzrə əmək funksiyası yerinə yetirilərkən əməyin ödənilməsi) əmək haqqı 
sistemlərinin növləri aşağıdakı kimi xarakterizə edilir: 
1. Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas 
dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə habelə müəyyən edilmiş 
normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha 
yüksək haqq verən ixtisas (peşə) 
dərəcələri
, tarif (vəzifə) maaşları üzrə ödənilir və 
əmək haqqına əlavə müəyyən edilir. 
Vaxtamuzd əmək haqqı forması işin miqdar cəhətini normallaşdırmanın mümkün 
olmadığı və məhsulun keyfiyyət cəhətinə görə bir qrup fəhlənin (nəzarətçi fəhlələr 


kimi) işəmuzd əmək haqqı sisteminə keçirilməsinin məqsədəuyğun olmadığı 
hallarda tətbiq edilir. 
Qeyd edildiyi kimi vaxtamuzd əmək haqqı formasının aşağıdakı sistemləri 
mövcuddur: 
1. Sadə vaxtamuzd əmək haqqı sistemi; 
2. Mükafatlı vaxtamuzd əmək haqqı sistemi. 
Əməyin ödənilməsinin sadə vaxtamuzd sistemində fəhlələrin əmək haqqının 
miqdarı onun şərt etdiyi faktiki vaxtın miqdarından və tarif maaşından ası-
lıdır. Bu sistem əmək haqqının hesablanmasına görə üç növə bölünür: 
saatliq, günlük və aylıq. 
Mükafatlı faxtamuzd əmək haqqı sistemində mükafatlandırma göstəriciləri 
konkret, əsaslandırılmış halda və bir-biriylə qarşılıqlı əlaqə halında 
olmalıdır.Vaxtamuzd mükafatlı əmək haqqının tətbiqinin başlıca məsələlərindən 
biri də onun iqtisadi səmərəsinin artırılmasıdır. Ona görə də əməyin ödənilməsinin 
bu sistemin tətbiqi ilə əlaqədar olaraq yaranacaq, xammala, materiala olan qənaət, 
zay məhsulun azaldılması və s. sahədə olan səmərə konkret müəyyən edilir. 
2İşəmuzd ödəniş formasında işçilərin əməyi görülən işin işəmuzd qiymətləri üzrə 
ödənilir. Təsərrüfat subyektlərinin hər hansı sahəsində işçilərə verilmiş ixtisas 
(peşə) dərəələrindən aşağı tarif müəyyən edilmiş işlər istehsalat xarakterinə görə 
işəmuzd işçilərə tapşırılırsa, həmin işləri yerinə yetirən işçilərə dərəjələr arasındakı 
fərq ödənilir. Əgər işçi hasilat normasını yerinə yetirisə, lakin onun ixtisas dərəcəsi 
ilə yerinə yetirilən işin dərəcəsi arasında ən azı 2 dərəcə fərq olarsa, onda həmin 
dərəcələr arasındakı fərq işçiyə ödənilir.İşəmuzd əmək haqqının özünün aşağıdakı 
sistemləri mövcuddur: 
1. Müstəqim işəmuzd əmək haqqı sistemi; 
2. Mükafatlı işəmuzd əmək haqqı sistemi; 
3. Mütərəqqi işəmuzd əmək haqqı sistemi; 
4. Qeyri müstəqim işəmuzd əmək haqqı 
sistemi
 
5. Akkord əmək haqqı sistemi. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin