90
3.1.7. Funksional çörək-kökə məmulatları istehsalında yeni
əlavələrin tətbiqi
Rusiyanın Dövlət Elmi Tədqiqat Çörəkbişirmə Sənayesi
İnstitutunun Sankt-Peterburq filialı çörək-kökə məmulatları isteh-
salı üçün yeni əlavələrin istifadəsini tövsiyə etmişdir.
Biopolimer xitin-qlükan kompleksi (XQK) – bioloji qiymətli
polimer olub, Aspergilius niger kif göbələyinin hüceyrə qılafının
tərkibinə daxildir.
Xitin və qlükan ekoloji təmiz, təbiət mənşəli sorbentdir. Onlar
radionuklidləri, ağır metalları və müxtəlif kimyəvi təbiətli toksin-
ləri effektli udma qabiliyyətinə malikdir. XQK toksiki olmayıb,
sensibil (reaktiv həssaslığın artması) və mutagen təsirə malik de-
yil. Funksional xüsusiyyətinə görə o, modifikasiya olunmuş nişas-
ta və mikrokristal sellülozaya yaxındır.
XQK-nın əla sortlu buğda unu çörəyində yol verilən dozası
1,5-2%-dır. Çovdar-buğda ununun çörəyində XQK-nin optimal
dozası 2,5%-ə qədərdir.
Dostları ilə paylaş: