3.6.3. Funksional xüsusiyyətli yeni ənənəvi balıq qida
məhsullarının xarakterizəsi
244
Diri balıq. Funksional xüsusiyyətli, ən keyfiyyətli məhsul-
lardan biri diri balıqdır. O, bütün qiymətli bioloji aktiv maddələri
özündə birləşdirir.
Diri balıq o, balığa deyilir ki, o, əldə çırpınır və enerjili üzür.
Diri balığın çoxaldılması gəlirli işdir. Diri karpın 1 sentnerinin
maya dəyəri – 1 (vahiddirsə), onda toyuğunku-1,5, donuzunku-2,
malınkı isə -3,2- dir.
Diri əmtəəlik balıq istehsalı ilə Almaniya, Yaponiya, Fransa,
ABŞ, İtaliya məşğul olur və və bu ölkələrdə 2400-1800 ton
əmtəəlik diri balıq istehsal edilir.
Ağ amur balığının yetişdirilməsi perspektivli sayılır. Onun
rasionu demək olar ki, əsasən su bitkiləri: şəkər qamışı, su qamışı,
həmçinin biçilmiş ot, kələm yarpağı, çuğundurun gövdə və
yarpaqlarından və s. ibarətdir. Balıq birinci il 7-8 sm iriliyə və 15-
25 qram kütləyə çatır. İkinci ili onun uzunluğu 15-16 sm və kütləsi
450-500 q; üçüncü ili 36 sm və 900 q; dördüncü ili – 45 sm və 1,6
kq; beşinci ili 50 sm və 2,4 kq-a çatır. Onu karpla birgə yetişdir-
mək sərfəlidir. Ağ amur infeksiyalara davamlıdır. Süni göldə
yetişdirilərkən ona bitki yemi (tərəvəz, kəpək, jmıx) və heyvani
yem (xırda balıq, qurdlar, sürfələr, həşəratlar) verilir. Belə
vətəgələrdə yetişdirilən balıq əti yaxşı dad keyfiyyətinə malik olur.
Bu sahədə aparılan tədqiqat işlərini aktual hesab etmək olar.
Məsələn, damazlıq balıqların kürü tökmə prosesi zamanı maqnit-
ləşdirilmiş sudan istifadə edilməsi maraq doğurur. Tədqiqatda 5-7
yaşlı, 5-6 kq çəkiyə və anaclıq göllərdə becərilən pulcuqlu karpdan
istifadə edilmişdir. Mayalanmış kürü 22-23
0
C temperaturda, daimi
maqnit sahəsi ilə işlənmiş axar suda saxlanmışdır. Axar suyun
axarlığı 0,7-1,0 m/san olmuşdur. Tədqiqatda bioloji, fiziki, orqa-
noleptik, mikrobioloji və qravitasion tədqiqat üsullarından istifadə
edilmişdir.
Tədqiqat işində əsas diqqət kürüyə yönəlmişdir. Kürü maqnit-
ləşmiş və adi suda, təxminən eyni vaxtda yetişir. Kürüdən çıxmaq
nəzarət variantına nisbətən artmış , həyatilik qabiliyyəti isə təxmi-
nən 10% yüksək olmuşdur.
Tədqiqatlar göstərir ki, kürüdən sürfələrin çıxması, həmçinin
245
sürfələrin çəkisinin artmasında ən effektli üsullardan biri süni
maqnit sahəsi yaradılmış sudan istifadə edilməsidir.
Dostları ilə paylaş: |