3.2.2. Alkoqolsuz funksional içkilərin təsnifatı
Alkoqolsuz funksional içkiləri müxtəlif nişanələrə görə
təsnifləşdirirlər:
Alkoqolsuz funksional içkilərin təsnifatının verilməsinə yaxın
və uzaq xaricdə cəhdlər edilmiş, onların sistem şəklində qruplaş-
dırılmasına çalışılmışdır. Qərb ölkələrində funksional içkiləri isti-
fadə istiqamətinə görə 4 əsas qrupa ayırırlar. Bunlar idmançılar
üçün, enerjili, sağlamlıq üçün və nutrisevtiklər olmaqla fərqlən-
dirilir (şəkil 3.2).
İdmançılar üçün olan içkilər işləyən əzələləri enerji ilə təmin
etməli, orqanizmin iş qabiliyyətini yaxşılaşdırmalı, fiziki yüklən-
mə zamanı maye itkisini kompensasiya etməlidir.
Belə içkilərin tərkibinə asan mənimsənilən karbohidratlar və
mineral maddələr (natrium, kalsium və maqnezium) daxildir. Çox
107
vaxt bu qrup içkilər amin turşuları (qlütamin, karnitin, xolin, tau-
rin) və kofeinlə zənginləşdirilir. Onları 3 qrupa bölürlər, izotonik,
hipertonik və hipotonik.
İzotonik içkilər karbohidratlara və lazımi qədər mayeyə malik
olub, fiziki yüklənmə zamanı maye itkisini bərpa etmək imkanını
yaradır.
Şəkil 3.2. Alkoqolsuz funksional içkilərin təsnifatı (Qərb
ölkələrində)
Hipertonik işkilər pəhrizə hazırlıq komponenti kimi istifadə
olunur, idmançıya çox miqdarda, qida karbohidratlarından istifadə
etmədən enerji ehtiyatını tez bərpa etməyə imkan verir.
Hipotonik içkilər orqanizmə kalori sərf etmədən (“layt” ser-
yalı içkilər) su balansını normallaşdırmağa və bərpa etməyə kö-
məklik edir.
Enerjili içkilər əsasən gənclər üçün nəzərdə tutulur. Onlar
üçün şəkərli-enerji mənbəyinin, vitaminlərin, kofeinin, taurinin və
digər komponentlərin olması səciyyəvidir. Belə içkilərə misal
108
“Qırmızı öküz”, (Avstriya), “Qırmızı xəritə” (Böyük Britaniya),
“Enerjili içki İks” (Fransa) aiddir.
Sağlam içkilər kütləvi istifadə üçün nəzərdə tutulmaqla, daha
məşhur içkilər sayılır. Bu içkilər vitaminlər, minerallar, doymamış
yağ turşuları və qida lifləri ilə zəngin olub, ürək-damar, mədə-
bağırsaq, onkoloji və digər xəstəliklərin qarşısını alır. İçkilərin
əsas komponetləri, su (əsasən mineral su), meyvə-giləmeyvə
şirələri, yaxud onların qarışığı, süd əsası və stimullaşdırıcı
maddələrdir.
Qərbdə sağlam içkilər “ACE” seriyası altında buraxılır. Bu
içkilər onların tərkibinə daxil olan vitamin komponentlərinin adı
ilə –A provitamini (beta-karotin), C və E adlanır.
İçkilər 20%-dən az olmayan şirəyə malik olur ki, bu da müx-
təlif şirə qarışığından –portağal-gilas, alma-quşüzümü və s. ibarət
olur.
“ACE” seriyalı içkilərə qida lifləri və doymamış yüksək dərə-
cədə təmizlənmiş balıq yağından alınan omeqa-3 yağ turşuları
daxildir.
Süd əsaslı içkilər, yağsızlaşdırılmış süddən və ayrandan
ibarətdir. Məsələn, “Go Banana” (Almaniya) içkisi süddən və təzə
banandan ibarətdir ki, bu da B qrupu vitaminləri, fol turşusu və
kaliumla zəngindir.
“Mullermilch” kompaniyasının (Almaniya) südlü içkiləri
məşhur olub, yağsızlaşdırılmış süddən, ayrandan, üzüm şəkərin-
dən, E vitaminindən və B – qrupu vitaminlərindən ibarətdir.
Stimulyatorlu içkilərin tərkibinə kofein daxildir. Belə içkilərə
“Orange Co” (Almaniya) aid olub, portağal, banan, limon, şirələri
və yoqurt əsasında hazırlanır. Buraya dekstroza və kofein də əlavə
olunur.
Nutrisevtik içkilər yüksək qidalılıq dəyərinə və bioloji aktiv-
liyə malik olur. Bu xüsusiyyət onların əlavə qida maddələri olan –
vitaminlər, mikroelementlər, fosfolipidlər, əvəz olunmayan yağ
turşuları, qida lifləri ilə və digər komponentlərlə zənginləşdiril-
məsilə alınır. Belə içkilərə vitaminlərlə zənginləşdirilmiş meyvə-
tərəvəz şirələri “V & Splash”, portağal –yerkökü “Vruit” aiddir.
109
Yaxın xaricdə, xüsusilə də Rusiyada funksional içkilərin
təsnifatına ilk dəfə A. B. Oreşenko və A. D. Durnyovun işlərində
rast gəlinir. Alimlər qeyd edirlər ki, funksional içkilərin müxtə-
lifliyi onların təsnifləşdirilməsində böyük çətinliklər yaradır. Bu
və ya digər içkilər müxtəlif təsnifat qruplarına daxil ola bilər. Bu
baxımdan ümumi qüvvət, profilaktik, adaptogen təsirli və xüsusi
təyinatlı funksional içkilər fərqləndirilir (şəkil 3.3).
Şəkil 3.3. Alkoqolsuz funksional içkilərin təsnifatı
110
“Quest UTS” firmasının mütəxəssisləri təbii bitki xammalın-
dan hazırlanan funksional içkiləri şərti olaraq əczaçılıq, neyrosep-
tik, idman, enerjili və yaxşı əhval ruhiyyə yaradan içkilər kimi
qruplaşdırırlar.
Əczaçılıq içkilərinə farmokoloji təsiri yoxlanılmış, terapevtik
və profilaktik xüsusiyyətlərə malik olan, xəstəlik riskini azaldan
içkilər aid edilir. Bu qrupa vitamin tərkibli xüsusi seçilmiş spesifik
komponetlərlə zənginləşməsinə görə vitaminləşdirilmiş və isti-
qamətli otlar kompozisiyasından hazırlanmış yüksək müalicə
effektinə malik olan əczaçılıq balzamları aiddir.
Neyroseptik qrupa uzun müddətli təsirə və inqredientlərə
malik, insanların sağlamlığına təsiri elmi cəhətdən sübut olunmuş
içkilər daxildir. Belə içkilərə karbohidrat mübadiləsi pozulmuş,
şəkərli diabetdən və piylənmədən əziyyət çəkən insanlar üçün
məxsusi olaraq hazırlanmış pəhriz içkilər aiddir.
İdmançılar üçün və energetik içkilər tonuslaşdırıcı effektə
malik olmaqia orqanizimdə energetik prosesləri stimullaşdırır.
Yaxşı əhval-ruhiyyə yaradan içkilər müxtəlif makro və
mikroelementlərə, balanslaşmış vitamin kompleksinə malik olur.
Bu seriyadan olan içkilər insan orqanizmindən zərərli, toksiki
maddələri çıxarır və ekoloji cəhətdən əlverişsiz regionlarda
orqanizmin xəstəliklərə davamlılığını artırır.
Rusiya Elmi Tədqiqat Alkoqolsuz Pivə və Şərabçılıq Sənayesi
İnstitutunun alimlərinin fikrincə sağlamlıq içkilərinə bütün
alkoqolsuz içkilər çeşidi, yəni karbohidrat şərbəti, üzvi turşular
əsasında tamlı inqredientlər, o cümlədən bioloji aktiv əlavələrlə
birgə istehsal edilən bütün içkilər aid edilməlidir.
“Sağlamlıq içkisi” anlayışı öz-özlüyündə polikomponentli
sistem olub, bitki və ya heyvan mənşəli təbii qida əlavələri ilə
zənginləşdirilmiş, karbohidrata və üzvi turşulara malik olan içməli
sudur.
Yeniyetmənin ümumi əsəb sisteminin möhkəmləndirilməsi
üçün bədən çəkisinin formalaşması prosesinin normallaşmasını
təmin edən təbii komponentlər, vitaminlər, makro və mikro-
elementlər, amin turşuları, qida lifləri və pektin maddələri ilə
111
zəngin olan içkilər məsləhət görülür.
Herodietik içkilər üçün xarakterik cəhət onun tərkibində
vaxtından əvvəl qocalmanın qarşısını alan maddələrin olmasıdır.
Bu maddələr orqanizmdə maddələr mübadiləsini yaxşılaşdır-
malı, radionuklidləri və ağır metalların duzlarını çıxarmalı, orqa-
nizmdə oksidləşmə prosesinin qarşısını almalıdır. Belə maddələrə
ilk növbədə antioksidantlar-askorbin turşusu, E vitamini, karotin
və karotinoidlər, selen və flavonoidlər aiddir.
Ədəbiyyat mənbələrindən məlum olan funksional alkoqolsuz
içkilərin çeşidlərinin təhlili əsasında təyinatına və tərkibinə görə
aşağıdakı təsnifat verilmişdir (şəkil 3.4).
Şəkil 3.4. Funksional alkoqolsuz içkilərin təyinatına və
tərkibinə görə təsnifatı
112
Bu təsnifata görə funksional içkilər təyinatına görə 2 qrupa
bölünür: bütün əhali təbəqəsi üçün kütləvi və ayrı-ayrı əhali
qrupları üçün xüsusi təyinatlı içkilər.
Kütləvi təyinatlı içkilər istifadə olunan xammaldan və tərki-
bindən asılı olaraq şirəli, bitki və heyvan mənşəli, dərman xam-
malı əsaslı, kombinələşmiş tərkibli və zənginləşdirilmişlər kimi
qruplara bölünür.
Kombinələşmiş tərkibli alkoqolsuz içkilər dərman bitkilərin-
dən ekstraktlı şirələr, süd əsaslı, dənli bitki əsaslı, təbii müalicəvi-
süfrə mineral sularına və arıçılıq məhsulları içkilərinə bölünür.
Zənginləşdirilmiş içkilər və ya bir neçə funksional inqre-
diyentlərin ənənəvi içkilərə əlavə edilməsi yolu ilə alınan
funksional içkilər olub, insan orqanizmində qida maddələrinə olan
çatışmazlığın yaranmasının qarşısını almağa, həmçinin baş vermiş
çatışmazlığın aradan qaldırılmasına köməklik edir.
Zənginləşdirilmiş içkilər öz tərkibində ayrı-ayrı mikronu-
trientlərdən (vitaminlər, makro və mikro elementlər, əvəz olunma-
yan amin turşuları, qida lifləri və s. maddələr) ibarət olan bioloji
aktiv maddələrə malik olur. Bunlar xüsusi balanslaşdırılmış qay-
dada mikronutrient qarışığından, dərman və digər xammaldan
alınan bioloji aktiv maddələr konsentratından ibarət olur.
Zənginləşdirilmiş içkilər əlavə olaraq şirələrə, dərman bitkilə-
rinin ekstrakt və cövhərinə, süd zərdabına və s. xammala da malik
ola bilər.
Ayrı-ayrı əhali qrupları üçün xüsusi təyinatlı içkilərə fizioloji
dəyərli inqredientlər aiddir. Onların xüsusiyyətləri təyin edilir və
elmi cəhətdən əsaslandırılır. Bu qrupda olan içkilər idmançılar,
izotonik, şəkər xəstələri üçün, herodietik, uşaqlar üçün və s. ola
bilər.
Dostları ilə paylaş: |