Firuddin cəFƏrov hasil fəTƏLİyev


  3.2.3. Funksional alkoqolsuz içkilərin çeşidi və qidalanmada



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə62/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   58   59   60   61   62   63   64   65   ...   239
 


113
 
3.2.3. Funksional alkoqolsuz içkilərin çeşidi və qidalanmada 
onların rolu 
Şirəli içkilər. Şirəli içkilər meyvə-tərəvəz şirələrindən o cüm-
lədən qıcqırmış və ya bir neçə növ şirədən ibarətdir. Bir sıra ənə-
nəvi şəkərli şirəli içkilər, o cümlədən – üzüm, alma, gilas, quşu-
zümü,  çiyələk  və  digər  şirə  qarışıqları  məlumdur.  Bu  içkilərin 
çeşidi kifayət qədər çoxdur. 
Üzüm  şirəsi  əsasında  “Andrieş”,  “Vinoqradnıy”,  “Krasnaya 
şapoçka”, “Pyos i kot” içkiləri istehsal olunur. Bu içkilərin tərki-
bində askorbin turşusu 10-15 mq/100 ml olur və içkilərin profilak-
tiki xüsusiyyətini artırır.  
Alma  şirəsi  “Armudlu”,  “Almalı”,  “Qızıl  ranet”  içkilərinin 
tərkibində olur. “Vişnyovıy” və “Detskiy” içkilərində gilas şirəsi, 
“Klubnika” içkisində - çiyələk şirəsi olur. İçkilərdə şirənin miqdarı 
orta hesabla 9,5 % təşkil edir.  
Sitrus şirələri “Zolotistıy”, “Zolotistıy apelsin”, “Qranat” və s. 
alkoqolsuz içkilərin əsasını təşkil edir. 
Şirəli  alkoqolsuz  içkilər  istehsalında  yeni  istiqamət  tərəvəz 
şirələrinin,  xüsusilə  çuğundurun  istifadəsidir.  Çuğundur  şirəsi 
əvvəlcədən süd turşusu bakteriyaları tərəfindən qıcqırmaya məruz 
qalır. Nəticədə içkidə süd turşusu toplanır və şirədə olan bioloji 
aktiv maddələrlə birgə insan orqanizmini müxtəlif infeksiyalardan 
qoruyur. İçkinin reseptinə çuğundur şirəsi ilə yanaşı alma və quş-
üzümü şirəsi də daxil edilir. İçki radioprotektor və antikanserogen 
xüsusiyyətə malik olur.  
Mogilyov  Texnologiya  İnstitutunun  alimləri  “Yantarnıy”  və 
“Zarnisa”  alkoqolsuz  içkilərini  cəfəri,  çuğundur  və  alma 
şirəsindən birgə istifadə etməklə hazırlamışlar. Cəfəri və çuğundur 
tərkibindəki vitaminlər, mineral və pektin maddələrinin hesabına 
insan  orqanizmindən  zəhərli  maddələri  və  radionuklidləri,  ağır 
metalların duzlarını çıxarmaq qabiliyyətinə malik olur və bununla 
da orqanizmi ətraf mühitin zərərli təsirindən qoruyur. İçkilər təbii 
“Sosna” mineral suyunda hazırlanır. İçkilərdə dabbaq, rəng, pektin 


114
 
və mineral maddələrin, C vitamininin yüksək miqdarı qeyd olun-
muşdur  ki,  bu  da  onun  qidalılıq  dəyərini  və  müalicəvi  xüsusiy-
yətini artırır.  
Alkoqolsuz içkilərin müasir çeşidində bir qayda olaraq şirələr, 
dərman bitkilərinin ekstraktları, süd zərdabı və arıçılıq məhsulları 
ilə birgə istifadə olunur.  

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin