Фирузя мяммядли


 Leksik yolla söz yaradıcılığı



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə269/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   265   266   267   268   269   270   271   272   ...   321
1. Leksik yolla söz yaradıcılığı 


538 
Фирузя Мяммядли 
Leksik yolla söz yaradıcılığının tarixini dilin 
yaranma tarixinə qədər qədimləşdirmək cəhdləri, 
fıkrimizcə problemi söz yaradıcılığı çərçivəsindən 
kənarda izah etməkdən başqa bir şey deyil. Elə 
bunun nəticəsidir ki, sözyaratmanın bu yolla araş-
dırılmasına 
tamamilə 
kənar 
problemlər 
cəmləşdirilmişdir. S.Cəfərov
 «Sözlərin leksik yolla 
əmələ gəlmə prosesi»ndən 
danışarkən yazır: 
«Leksik yolla sözlərin əmələ gəlməsinin mahiyyəti 
ondan ibarətdir ki,
yeni əmələ gələn (kursiv 
bizimdir
-M.F.) leksik vahidlər əsasən hazır şəkildə 
dilə daxil olur». (10.148) Əgər söhbət hazır şəkildə 
ədəbi dilə daxil olan sözlərdən gedirsə, onda «yeni 
əmələ gələn» nə deməkdir? «Yeni əmələ gələn» 
sözyaratma anlayışını ifadə edirsə, onda «Şivə və 
dialektlərdən», «Başqa dillərdən» hazır şəkildə 
alman sözlər nəyi ifadə edir? 
Məsələnin şərhində müasir analtik yanaşmanı 
təmin etməyən cəhətlərdən biri də
sadə sözlərdə 
fonetik dəyişmələr, düzəltmə sözlərin sadə söz 
yerinə keçməsi, mürəkkəb sözlərin sadələşməsi
kimi etimoloji tədqiqata aparıb çıxaran prob-
lemlərin müasir söz yaradıcılığı səviyyəsində 
təqdimidir. Leksik yolla söz yaradıcılığı ilə bağlı 
sabitləşmiş 
bu 
bölgülər 
uzun 
müddət 
mütəxəssislərin problemə yanaşma metodolo-
giyasında öz təsirini göstərmişdir. 
«Leksik yolla söz yaradıcılığı»nın ən düzgün 
şərhi, problemin kənar dil hadisələrindən 


539 
Сечилмиш ясярляри 
lX 
arıtlanmış həlli bizcə professor A.Qurbanov 
tərəfındən verilmişdir. 
A.Qurbanov problemə digər mütəxəsislərin 
münasibətindən tamamilə fərqli bir tərzdə yanaşır. 
O yazır: «Müasir Azərbay-can dilində leksik söz 
yaratmanın 
xüsusi 
qrupunu 
ixtisarlar 

abbreviaturlar vasitəsilə yaranan sözlər təşkil edir. 
Abbreviatur geniş anlayışdır. Buna görə də bütün 
abbreviaturlar dildə leksik söz yaratma prosesinə 
aid edilmir». (1.430) 
Müəllif düzgün olaraq ancaq leksik 
abbreviaturları leksik yolla söz yaradıcılığının 
nəticəsi kimi qəbul edir. Çünki abbreviaturlar, səs 
və hərf adlarının birləşməsindən ibarət olan belə 
ixtisarlar asanlıqla ümumişləklik qazanır və adi 
sözlər kimi hecalanır. 
«Abbreviatur» italyan sözü olub ixtisar 
deməkdir. İxtisarlar Azərbaycan dilində XIX 
əsrdən işlənməyə başlanmışdır. Başqa türk 
dillərinə nisbətən Azərbaycan dilində milli abbre-
viaturlarm sayı çoxluq təşkil edir. Sovet 
hakimiyyəti illərində dilimizə xeyli miqdarda 
ixtisar sözlər daxil olmuşdur. Bu ixtisarlar rus 
sözlərindən təşkil olunsa da, dövrün iqtisadi-
ictimai və siyasi durumunun diktəsi ilə SSRİ 
daxilində beynəlmiləl səciyyə daşıyırdı. Məsələn,

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin