Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə104/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   100   101   102   103   104   105   106   107   ...   321
Seçilmiş əsərləri X 
231 
adət və ənənəsinin klassik ifadəsi olan bu epizodu bircə cümlə 
ilə deyir: «Yeməkdən əvvəl əl suyu verildi». Qısa, yığcam, mə-
nalı və bütün detallarına qədər təminatlı. Mən deyərdim ki, 
Mənzər xanımın ümumiləşdirməsi bu mənada böyük Yusif Və-
zir ümumiləşdirməsinə yaxınlaşır. Bu dəfə Mənzərdən nümunə: 
«Əyilib tələsik təndirdə qızaran çörəkləri əski parçası doladığı 
sağ əlilə bir-bir çıxartdı, təknəyə yığdı, ərinin ardınca evə keçdi, 
təknəni başından götürüb yerə qoydu». Bu təsvirdə Nisənin 
təknəni başma qaldırması barədə heç nə deyilmir. Elə yaxşı ki, 
deyilmir, çünki «təknəni başından götürüb yerə qoydu» cümləsi 
məntiqi cəhətdən bu məlumatı da özündə ifadə edir. Yəni təknə 
başa qaldırılıb ki, sonra başdan da götürülür də. 
Mənzər Niyarlı bütün yaradıcılığı boyu öz üslubuna, bədii 
təfəkkürünün ifadə imkanlarına sadiq qalan bir yazıçıdır. Bu-
nunla belə, onun yazıçı qələmi əsərdən-əsərə kamilləşmiş, püx-
tələşmiş və ədəbi yaradıcılığın müasir tələbləri səviyyəsinə yük-
səlmişdir. Yazıçının son dövr yaradıcılığında müasir ictimai-
siyasi durumun ziyalı taleyindəki rolu özünün real bədii təsvir 
imkanları ilə seçilir. Bu isə müəllif müşahidəsinin təkcə olmuş-
ları təsvir etməklə məhdudlaşmaması, bütün böyük yazıçılarda 
olduğu kimi, həm də hadisələrə analitik baxış bucağından nüfuz 
etməsi və əlbəttə ki, proqnozlaşdırma imkanlarına malik olma-
sından irəli gəlir. İstedadlı yazıçının məhsuldar qələminin im-
kanları genişdir, tükənməzdir. 
O qayğıkeş və fədakar ana, istəkli nənədir. 
Onun 60 yaşmı təbrik edir, ona can sağlığı, bol-bol yara-
dıcılıq uğurları, ailəsinin və nəvə-nəticəsinin əhatəsində uzun 
və səadət dolu bir ömür arzulayırıq. 
 
2010 


Firuzə Məmmədli 
232 
 
 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin