Фирузя Мяммядли
cümlələrin məzmunca həyatla, əməklə bağlılığı
məsələsində.
Qrammatikada feil bəhsi mərkəzi yerlərdən
birini tutub, kateqoriyalarının zənginliyi və struktur
xüsusiyyətlərinin mürəkkəbliyi ilə fərqlənir.
İkinci sinfin «Azərbaycan dili» dərsliyində
fellərin bir lüğəvi mənası təqdim olunur: əşyanın
hərəkətini bildirən sözlər feil adlanır.
Qeyd etmək lazımdır ki, linqvistik materiallar
içərisində feillər əmək və peşə məsələləri ilə ən çox
bağlı olan sözlərdir. Belə ki, «feil» bəhsi tədrisinin
lap ilk pilləsindən hərəkət feilləri adı ilə təqdim
olunan ən müxtəlif məzmunlu sözlərin böyük bir
qismi insanın şüurlu əmək prosesini və ya əməyin
nəticəsini ifadə edir. Məsələn,
Rəngsaz divarları
ağardır. Gəmi üzür. Təyyarə uçur.
Birinci cümlə iş görənin iş prosesi barəsində
xəbər verirsə, ikinci, üçüncü cümlələrdə iş görən
arxa planda olduğundan, iş görənin özü yox, işi
barəsində məlumat alırıq. Belə ki, gəmi özbaşına
üzmədiyi kimi, təyyarə də özbaşına uçmaz. Deməli
bunları
üzmək
və
uçmaq
üçün enerji verən və
bunu tənzimləyən işçi qüvvəsi var. Şagirdləri
«Təyyarə uçur: Gəmi üzür» cümlələri üzərində
işlədərkən zahiri qrammatik əlamətlərlə yanaşı,
onları dərindən düşünmək, zahiri dil işarələrinin
daxili informasiya tutumu, məna duyumu üzərində
düşünmək vərdişlərinə alışdırmaq lazımdır. Bu isə
uşaqlarda təyyarənin və gəminin öz-özünə
381
Сечилмиш ясярляри
lX
yaranmaması, öz-özünə uça və üzə bilməməsi
barədə assosiasiya yaradır. Uşaqlar insan əməyinin
nəyə qadir olması barədə yeni və bir qədər
mürəkkəb məlumatlara yiyələnirlər.
Beləliklə, feillər dil kateqoriyaları içərisində
insanı əməyə, zəhmətə birbaşa bağlayan ən zəngin
linqvistik amillərdir.
Kitabda feil kateqoriyalarından – feilin
zamanları və məsdər barəsində məlumat verilir.
Çox təəssüf ki, hər bir zaman haqqında ayrılıqda
danışmaq və buna dair praktik materiallar vermək
əvəzinə, kitabda zamanlar və bunları möhkəmlədən
çalışmalar qarışıq şəkildə verilmişdir. Bu isə
qarmaqarışıq qavrama, əldə edilən nizamsız
bilikdən qeyri heç nə vəd etmir. Belə ki, şagird eyni
çalışmada həm keçmiş, həm indiki və həm də gə-
ləcək zaman feillərinə dair nümunələr üzərində
işləməli olacaqdır.
Kitabda feilin zaman kateqoriyası ilə bağlı
verilən çalışmalar bizim problemə uyğun
məqsədyönlü materiala malikdir. Bununla belə,
müəllim şagirdlərə əlavə olaraq «Dünən mən ana-
ma necə kömək etmişəm», «Biz məktəbyanı sahədə
nə edirik?!», «Mən də atam kimi mexanizator
olacağam» kimi mövzularda sadə mətnlər yazmağı
və hər bir mövzuda işlənəcək fellərin zamanını
müəyyənləşdirməyi tapşıra bilər.
Bu mənada, 371 nömrəli çalışmada verilən
mətnə (Mənim günüm) diqqət yetirmək maraqlıdır.
|