Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə220/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   216   217   218   219   220   221   222   223   ...   321
Фирузя Мяммядли 
şagirdlərlə bu istiqamətdə yaxşı bir söhbətin əsası 
olan bu mətnin linqvistik təhlilinin özü lüğət 
üzərində işlə başlamalıdır. Mətnin bir nəfər şagird 
tərəfindən səsli oxunuşundan sonra müəllim 
«sovka», 
«həşərat», 
«ziyanverici» 
və 
«trixoqramma» sözlərini lövhəyə yazdırmaqla 
əvvəlcə bu sözlərin düzgün yazılışı, sonra isə mə-
nasının 
izahı 
üzərində 
dayanmalıdır. 
Bu 
əməliyyatdan 
sonra 
söz 
birləşmələrini 
müəyyənləşdirmək, çalışmanın icrasının yox-
lanışını başa çatdırıb, mətnin verdiyi imkandan 
istifadə edərək, «pambıqçılıq» peşəsi barədə ətraflı 
söhbət aparmaq lazımdır. Qeyd etmək yerinə 
düşərdi ki, qeyri-pambıqçılıq rayonlarında yaşayan 
uşaqlar üçün bu peşənin xüsusiyyətləri həqiqi 
mənada müəmmalıdır. Buna görə də kənd 
təsərrüfatı peşələri sırasında xüsusi yeri olan bu 
peşənin keçmişi, bugünü və sabahı barədə söhbətlər 
böyük maraqla qarşılanmalıdır. 
26 nömrəli çalışmada buraxılmış xitabların 
yerinə qoyulması təklif olunur. Burada peşə 
məlumatı imkanına malik iki cümlə işlədilmişdir: 
«Əli, sən bilirsənmi qaramal sözünün mənası nə 
deməkdir? Bəli, Zaur, bilirəm: buynuzunun içi boş, 
dırnağı cüt olan və gövşəyən iribuynuzlu ev 
heyvanlarına qaramal deyilir». Bu cümlələrdə 
işlənmiş «qaramal» sözünün leksik mənasının bu 
istiqamətdə izahından istifadə edərək, qaramalın 
xalq təsərrüfatındakı əhəmiyyəti, məişətimizdə 


445 
Сечилмиш ясярляри 
lX 
rolu, bəslənilməsi, tövlə şəraitinin (lap elə mədəni 
tövlə olsa belə...) «qaramal»ın – heyvandarlığın 
inkişafına, 
keyfiyyətinə 
təsiri, 
heyvandarlıq 
təsərrüfatlarında zəruri olan peşələr – «sağıçılıq», 
«naxırçılıq», «malabaxan», «buzovçuluq», «yem 
tədarükçüləri» peşələri barədə yeri gəldikcə, 
məlumat vermək faydalı olar. 
İlk dərslərin təkrarlama mahiyyəti söz yox ki, 
peşələr barədə söhbətlərə bir qədər artıq vaxt 
ayırmağa imkan verəcəkdir. Çalışmaq lazımdır ki, 
bu imkandan səmərəli istifadə edilsin. 
Uşaqlara ev tapşırığı kimi, «Naxırçı» və 
«Anam sağıcıdır» mövzularında sərbəst yazı işi 
tapşırmaq mümkündür. 
37 
nömrəli 
çalışmada verilmiş parça 
məzmunca «aşbazlıq» peşəsi barədə məlumat 
vermək üçün əlverişlidir. Mətndə konkret olaraq bir 
yemək növünün hazırlanması barədə söhbət gedir. 
Lakin müəllim fürsətdən istifadə edib müsahibəni 
digər yemək növlərinin hazırlanması və nəhayət 
«aşbazlıq» peşəsi istiqamətində davam etdirə bilər. 
Aşbazlıq peşəsi barədə uşaqlara aşağıdakıları 
demək faydalı olar: 
«Aşbazlıq qədim peşə olub, son dərəcə məsul 
və şərəfli bir işdir. Adamların keyfiyyətli 
yeməklərlə qidalanması qayğısı aşbazın üzərinə 
çox böyük vəzifələr qoyur. Adamları yedizdirmək 
onlara ev tikməkdən, nəqliyyat xidmətindən, 
xəstələri 
müalicə 
etməkdən, 
uşaqlara 
dərs 


446 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin