Obskura kamerasının iş prinsipi
İbn
əl-Heysəm (təqr. 965 — 1040),
optikanın öncülü
(statistik
mexanika, statistik sah
ә nәzәriyyәsi, fiziki kinetika), kvant fizikası (kvant mexanikası, kvant sahә nәzәriyyәsi, kvant
elektrodinamikası, kvant xromodinamikası, siml
әr nәzәriyyәsi), nüvә fizikası, yüksәk enerjilәr fizikası, elementar zәrrәciklәr fizikası
bölm
әlәrinә ayırmaq olar.
Çox vaxt fizikada r
әqslәr vә dalğalar haqqında tәlimi xüsusi bir bölümә aid edirlәr. Bu onunla әlaqәdardır ki, tәbiәtdә baş verәn
müxt
әlif hadisәlәrin çoxu rәqsi proseslәrә xas olan qanunauyğunluqlarla izah vә ümumi metodlarla tәdqiq oluna bilir. Bu bölümdә
mexaniki, akustik,
elektrik, optik r
әqslәrә vә dalğalara vahid bir mövqedәn baxılır. Bәzәn fizika bölümlәrindәn biri kimi tәtbiqi
fizika da f
әrqlәndirilir.
Fiziki al
әmin bütün rәngarәngliyinә baxmayaraq, müasir fizikanın әsasında bir neçә fundamental nәzәriyyә durur. Fiziki proseslәrin
v
ә hadisәlәrin xarekteri haqqında biliklәrin kvintessensiyası olan bu nәzәriyyәlәr tәbiәtdә olan materiyanın müxtәlif hәrәkәt
formalarını izah etm
әyә imkan verir.
Ətraf mühitdә baş verәn fiziki hadisәlәr qәdim zamanlardan insanların diqqәtini cәlb edirdi.
Bu hadis
әlәrin
sәbәblәrini anlamaq, izah etmәk cәhdlәri fizikanın yaranmasında rüşeym
rolunu oynamışdır. Yunan-Roma dövründ
ә (e.ә. 6 – e.ә. 2 әsrlәr) maddәnin atom quruluşuna
malik olması haqda ilk ideyalar formalaşdı (Demokrit, Epikür, Lukretsiy); dünyanın geosentrik
sistemi yaradıldı (Ptolemey); statikanın
әn sadә qanunları (ling qaydası) müәyyәn edildi, işığın
düzx
әtli yayılma vә elәcә dә qayıtma qanunları kәşf olundu; hidrostatikanın ilkin
qanunauyğunluqları (Arximed qanunu) aşkar edildi;
elektrik v
ә maqnit hadisәlәrinin
t
әzahürlәrinin elementlәri formalaşmağa başladı. E.ә. 4-cü әsrә qәdәr olan nailiyyәtlәr
Aristotel t
әrәfindәn ümumilәşdirildi. Aristotelin fizikasında ayrı-ayrı doğru müddәalarla
yanaşı, b
әzi qüsurlar da vardı; o, özündәn әvvәlki bәzi mütәfәkkirlәrin mütәrәqqi
ideyalarını, m
әsələn, atom hipotezini öz әsәrindә әks etdirmәmişdi.
Aristotel tәcrübәnin
әhәmiyyәtini qeyd etsә dә, biliklәrin sәhihliyi, hәqiqiliyi üçün әsas meyar kimi abstrakt tәsәvvürlәrә üstünlük verirdi.
Tarixin sonrakı m
әrhәlәlәrindә antik biliklәrin inkişafı vә yayılması prosesi dayanmış vә
uzun müdd
әt әrzindә bu biliklәr itirilәrәk mәhvolma dәrәcәsinә çatmışdı (Avropanın
“Qaranlıq dövrü”, 5 – 15-ci
әsrlәr). Yalnız orta әsrlәrdә şәrq mütәfәkkirlәrinin sәyi
n
әticәsindә Aristotelin әsәrlәri әrәb dilinә tәrcümә edilәrәk şәrqin elmi-fәlsәfi mühitindә
yenid
әn dünyaya gәldi. Bu alimlәr antik dövrün elmi-fәlsәfi görüşlәrinin müfәssәl şәrhini,
izahını verm
әklә yanaşı onları yeni ideyalarla da zәnginlәşdirmişlәr. Belә ki, orta әsrlәrdә
İbn
әl-Heysәm, (latınlaşdırılmış adı Alhazen; 965, Bәsrә –1039, Qahirә) eksperimentә vә
riyazi izaha söyk
әnәn elmi metodun yaradıcısı sayılır. İbn әl-Heysəmin 1011–1021-ci illәrdә
yazdığı 7-cildlik “Optika haqqında kitab”
әsәrindә irәli sürdüyü görmә nәzәriyyәsini isbat
etm
әk üçün aprdığı eksperimentlәri tәsvir etmiş vә göstәrmişdir ki, göz yalnız başqa cisimlәr
t
әrәfindәn şüalandırılan işığı qәbul edir. Ona qәdәr isә gözün özünün işıq şüalandırdığı
haqqında
Evklid-Ptolemey t
әlimi hökm sürürdü. İbn әl-Heysəm yaratdığı obskura kamerası
vasit
әsilә öz tәcrübәlәrindә işığın yayılma qanunlarını tәdqiq etmişdir. Sonralar optika üzrә
t
әdqiqatlar İstanbul rәsәdxanasının qurucusu Taqi әl-Din (1526, Dәmәşq – 1585, İstanbul)
t
әrәfindәn daha da inkişaf etdirilmişdir. Ümumiyyәtlә 8 – 15-ci әsrlәr әrzindә Nәsirәddin
Tusi,
Əl-Kindi (Alkindus), Əl-Fәrabi (Alpharabius), İbn-Rüşd (Avverroes), İbn-Sina
(Avisenna),
Əbu-Reyhan әl-Biruni, Ömәr Xәyyam, Əl-Xәzini, İbn-Bәcca (Avempace),
Cabir-ibn-X
әyyam vә başqa alim – filosoflar optikanın, mexaniki hәrәkәtin (statika,
dinamika, kinematika) qanunauyğunluqlarının, mexanizml
әrin, hidrostatikanın vә astronomiyanın inkişafına öz töhfәlәrini vermişlәr.
Avropada kils
ә tәrәfindәn kanonlaşdırılmış Aristotel tәliminin bәzi mәnfi mәqamları orta әsrlәrә qәdәr elmin inkişafına mane
olmuşdur. Elm ancaq 15–16-cı
әsrlәrdә Aristotelin sxolastik tәlimlәrindәn yaxa qurtara bildi. 16-cı әsrin ortalarında
Kopernik
dünyanın heliosentrik sistemini ir
әli sürәrәk, tәbiətşünaslığı teoloji tәsirlәrdәn azad etdi. İstehsal sahәlәrinin tәlәbatı, elәcә dә
s
әnәtkarlıq, gәmiqayırma, artilleriya sahәlәrinin inkişafı tәcrübәyә söykәnәn elmi tәdqiqatların aparılmasını stimullaşdırırdı. Lakin
15–16-cı
әsrlәrdә eksperimental tәdqiqatlar әsasәn epizodik xarakter daşıyırdı. Yalnız 17-ci әsrdәn başlayaraq eksperimental metod
sistematik olaraq fizikaya t
әtbiq olunmağa başladı vә bu da ilk fundamental nәzәriyyәnin – klassik Nyuton mexanikasının
yaranmasında öz b
әhrәsini verdi.
Fizikanın müasir anlamda elm kimi inkişafı Q.Qalileyin (17-ci
әsrin 1-ci yarısı) әsәrlәri ilә bağlıdır. Qaliley göstәrdi ki, әtraf
cisiml
әrin verilmiş cismә tәsiri Aristotel mexanikasında qәbul olunduğu
kimi onun sürәtini deyil, tәcilini tәyin edir. Ətalәt
qanununun ilkin formada ifad
әsi, mexanikadakı nisbilik prinsipinin kәşfi, cisimlәrin sәrbәstdüşmә tәcilinin onların kütlәsindәn vә
sıxlığından asılı olmamasının eksperimental isbatı, Kopernik n
әzәriyyәsinin tәsdiqi Qalileyin adı ilә bağlıdır. O, hәmçinin güclü
Dostları ilə paylaş: