1928-ci ild
ә P.A.M.Dirak elektronun hәrәkәtinin kvant relyativist tәnliyini aldı. Bu tәnlikdәn elektronun spinә malik olduğu tәbii
sur
әtdә çıxırdı. Hәmin tәnlik әsasında 1931-ci ildә Dirak pozitronun (ilk antizәrrәciyin) mövcudluğunu öncәdәn xәbәr verdi vә
1932-ci ild
ә K.D.Anderson kosmik şüalarda bu zәrrәciyi kәşf etdi (protonun vә neytronun antizәrrәciklәri olan antiproton vә
antineytron, uyğun olaraq, 1955-ci v
ә 1956-cı illәrdә eksperimental olaraq kәşf olundu).
Kvant mexanikası il
ә yanaşı, kvant statistikası da inkişaf edirdi. 1924-cü ildә hind fiziki Ş.Boze kvant statistikasının prinsiplәrini spini
1 olan fotona t
әtbiq edәrәk, tarazlıqda olan şüalanmanın enerji spektrini ifadә edәn Plank düsturunu, Eynşteyn isә bu prinsiplәrin
köm
әyilә ideal qazın molekullarının enerjiyә görә paylanmasını ifadә edәn formulu (Boze-Eynşteyn statistikasını) aldı.
1926-cı ild
ә Dirak vә italyan fiziki E.Fermi göstәrdilәr ki, elektronlar çoxluğu vә 1/2 spinә malik digәr zәrrәciklәr üçün fәrqli
statistik paylanma qanunu – Fermi-Dirak statistikası t
әtbiq olunmalıdır. Kvant statistikası bәrk cisim fizikasının inkişafında çox mühüm
rol oynadı. 1929-cu ild
ә İ.E.Tamm kristal atomlarının istilik hәrәkәtinә kvazi- zәrrәciklәrin – fononların toplusu kimi baxmağı tәklif
etdi. Bel
ә yaxınlaşma aşağı temperaturlarda temperaturun azalması ilә metalların istilik tutumunun ~T
3
qanununa
әsasәn azalmasını
izah etdi v
ә hәmçinin metalların elektrik müqavimәtinin әsas sәbәbinin elektronların fononlardan sәpilmәsi olduğunu göstәrdi.
1928-ci ild
ә alman fiziki A.Zommerfeld metallarda köçürmә proseslәrini izah etmәk üçün Fermi-Dirak paylanma funksiyasından
istifad
ә etdi. Bu addım bәrk cisimlәrdә kinetik hadisәlәrin (elektrik vә istilikkeçirmә, qalvanomaqnit, termoelektrik vә s. effektlәr)
kvant n
әzәriyyәsinin inkişafına tәkan verdi. Pauli prinsipinә görә hәtta mütlәq sıfırda belә metal daxilindәki elektronların ümumi
enerjisi sıfırdan f
әrqlidir, yәni hәyәcanlanmamış vәziyyәtdә bütün enerji sәviyyәlәri sıfır sәiyyәsindәn başlayaraq müәyyәn bir
maksimal qiym
әtә (Fermi sәviyyәsinә) qәdәr elektronlarla tutulmuş olur. Bu modelin kömәyilә Zommerfeld metallarda elektronların
istilik tutumuna verdiyi payın kiçikliyini izah etdi: qızdırılark
әn ancaq Fermi sәviyyәsi yaxınlığındakı hәyacanlanmış elektronlar istilik
tutumuna pay verir.
1928–34-cü ill
әrdә F. Blox, H.A.Bete vә L.Brillüen tәrәfindәn kristalların zona energetik strukturu nәzәriyyәsi yaradıldı vә bu
n
әzәriyyәnin kömәyilә dielektriklәrin vә metalların elektrik xassәlәri asanlıqla izah olundu. 1928-ci ildә Y.İ.Frenkel vә Heyzenberq
göst
әrdilәr ki, ferromaqnetizm kvant mübadilә qarşılıqlı tәsiri әsasında baş verir; 1932–33-cü illәrdә fransız fiziki L.Neel vә ondan
asılı olmayaraq L.D.Landau antiferromaqnetizmin mövcudluğunu önc
әdәn xәbәr verdilәr.
Kamerlinq-Onnes t
әrәfindәn ifratkeçiriciliyin (1911) vә P.L.Kapitsa tәrәfindәn maye heliumda ifrataxıcılığın (1938) kәşfi kvant
statistikasında yeni metodların inkişafına t
әkan verdi: Landau tәrәfindәn ifrataxıcılığın fenomenoloji nәzәriyyәsi (1941), daha sonra
is
ә Landau vә V.L.Ginzburq tәrәfindәn ifratkeçiriciliyin (1950) fenomenoloji nәzәriyyәsi yaradıldı.
20-ci
әsrin 50-ci illәrindә çoxzәrrәcikli sistemlәrin statistik kvant nәzәriyyәsinә yeni, güclü hesablama metodlarının tәtbiqi
C.Bardin, L.Kuper, C.Şriffer (ABŞ) v
ә N.N.Boqolyubov (SSRİ) tәrәfindәn ifratkeçiriciliyin mikroskopik nәzәriyyәsinin
yaranmasına g
әtirib çıxardı.
20-ci
әsrin 2-ci rübündә atom nüvәsinin strukturunun öyrәnilmәsi vә elementar zәrrәciklәr fizikasının yaradılması sahәsindә xeyli
ir
әlilәyiş oldu. Rezerford tәrәfindәn atom nüvәsinin kәşfindәn öncә 19-cu əsrin sonlarında radioaktivlik hadisәsi (A.Bekkerel, P. vә
M.Küri, Fransa), 20-ci
əsrin әvvәlindә izotoplar kәşf olundu. 1919-cu ildə Rezerford stabil azot nüvәlәrini a-zәrrәciklәrlә
bombardman etm
әklә onları oksigen nüvәlәrinә çevirә bildi. 1932 ildә C.Çedvik tәrәfindәn neytronun kәşfi nüvәnin müasir
proton-neytron modelinin (D.D.İvanenko, Heyzenberq) yaranmasına s
әbәb oldu. 1934-cü ildә fransız fiziklәri İ. vә F. Jolio-Kürilәr
süni radioaktivlik hadis
әsini kәşf etdilәr. Yüklü zәrrәciklәrin sürәtlәndiricilәrinin kәşfi müxtәlif nüvә reaksiyalarının
öyr
әnilmәsinә imkan yaratdı. Nüvәnin bölünmәsi kәşf olundu. 1939–45-ci illәrdә ilk dәfә
235
U nüv
әlәrinin zәncirvarı reaksiyası
hesabına nüv
ә enerjisinin ayrılması baş verdi vә atom bombası yaradıldı.
Nüv
ә fizikasının inkişafı ilә yanaşı 20-ci əsrin 30-cu illәrindәn elementar zәrrәciklәr fizikasının da sürәtli inkişafı başladı. Belә ki,
müonlar, pi-mezonlar, K-mezonlar v
ә ilk hiperonlar kәşf edildi. Yüklü zәrrәciklәr sürәtlәndiricilәrinin gücü artdıqca yeni elementar
z
әrrәciklәrin kәşfi, onların xassәlәri vә qarşılıqlı tәsir xüsusiyyәtlәrinin öyrәnilmәsi prosesi daha da sürәtlәndi. Bir çox yeni
z
әrrәciklәrlә yanaşı, orta yaşama müddәti 10
–22
–10
–24
san olan h
әdsiz dәrәcәdә qeyri-stabil zәrәciklәr – rezonanslar kәşf edildi
v
ә iki növ neytrinonun mövcudluğu eksperimental olaraq tәsdiq edildi. Elementar zәrrәciklәrin qarşılıqlı çevrilәbilmә qabiliyyәti,
onların mütl
әq mәnada elementar olmadıqlarını vә mürәkkәb daxili struktura malik olduqlarını göstәrdi. Elementar zәrrәciklәrin vә
onların qarşılıqlı t
әsir mexanizmlәrinin ardıcıl, mәntiqi izahı hәlә dә yetkinlik dәrәcәsinә çatmamış kvant sahә nәzәriyyәsinin
işidir.
1917-ci ild
ә şüalanma prosesinin kvant nәzәriyyәsini irәli sürәn Eynşteyn mәcburi şüalanma mexanizminin mümkünlüyünü
göst
әrmişdi. 50-ci illәrdә kvant sistemlәri vasitәsilә elektromaqnit dalğalarının generasiyası vә güclәndirilmәsi sahәsindә aparılan
intensiv t
әdqiqatlar N.G.Basov, A.M.Proxorov vә onlardan asılı olmayaraq Ç.Tauns (1964 ildә bu üç alim Nobel mükafatına layiq
görülmüşl
әr) tәrәfindәn mikrodalğalı molekulyar kvant generatorunun (mazerin) vә 60-cı illәrdә lazerin – görünәn işıq diapazonunda
işl
әyәn kvant genera-torunun yaranmasına sәbәb oldu.
Müasir sür
әtlәndiricilәrin yaradılması vә elementar zәrrәciklәrin müşahidә üsullarının tәkmillәşdirilmәsi yüksәk enerjilәr
fizikasının yaranmasına s
әbәb oldu. Yüksәk enerjilәr fizikasının inkişafı adronların kvarklardan tәşkil olunduğu, güclü qarşılıqlı
t
әsirin qlüonlarla daşındığı fәrziyyәlәrinin doğruluğuna inamı artırdı, zәif qarşılıqlı tәsiri daşıyan W± (1982) vә Zº (1983)
mezonlarının t
әcrübәdә kәşfinә gәtirib çıxardı.
Dostları ilə paylaş: