«Fiziki və kolloid kimya-1»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix18.12.2022
ölçüsü1,39 Mb.
#76070
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
M.Arzu-Fiziki-və-kolloid-kimya-1 (4)

İdeal qazın hal tənliyi - sadəcə, olaraq ideal qazın halını təyin edən 
tənliyə deyilir. Bəzən bu tənliyə Klapeyron və ya Mendeleyev-Klapeyron 
tənliyi deyilir. İdeal qazın hal tənliyi (Mendeleyev-Klapeyron tənliyi) 
aşağıdakı kimidir: 
pV=m/ RT və ya pV= m/M RT=const 



İdeal qazın halını xarakterizə edən üç makroskopik parametri (təzyiq, 
həcm və temperaturu) arasındakı əlaqəni ideal qazın hal tənliyi müəyyən 
edir. İdeal qazın hal tənliyi - qazın halını təsvir edən, onun başlanğıc və son 
halının parametrləri arasında əlaqəni müəyyən edən tənlikdir. 
Molekulyar-kinetik nəzəriyyənin əsas müddəaları 
Təbiətdə mövcud olan bütün maddələrin xassələri, onların daxili 
quruluşları ilə müəyyən olunur. Bu səbəbdən, maddənin quruluşunu 
öyrənmək ən mühüm problemlərdən biridir. Maddə quruluşu haqqında ilk 
fikir eramızdan əvvəl IV əsrdə yunan mütəfəkkiri Demokrit tərəfindən irəli 
sürülmüşdür. Demokritə görə, maddənin ən kiçik və bölünməz hissəciyi 
atomlardır. Yunanca tərcüməsi “bölünməz” olan atom sözünün bir termin 
kimi qəbul olunma səbəbi də, məhz budur. Maddə quruluşu haqqında o 
dövr üçün çox ciddi sayılan bu fikir nə Demokritin özü, nə də onun 
ardıclıları tərəfindən inkişaf etdirilməmişdir – atomların təbiəti və onların 
bir-biri ilə qarşılıqlı münasibətləri haqqında heç bir fikir söylənməmişdir. 
Maddə quruluşu haqqındakı atomistik ideyalar, fizikanın elmi əsasları- nın 
qoyulduğu sayılan XVII əsrdən inkişaf etməyə başlamışdır. Elə bu vaxtdan 
etibarən maddə quruluşunun molekulyar-kinetik nəzəriyyəsinin tə- məli 
qoyulmağa başlamışdır. Uzun müddət bu sahədə aparılan tədqiqat işlə- 
rinin nəticəsi olaraq XIX əsrin II yarısında molekulyar-kinetik nəzəriyyə
əsas etibarı ilə Maksvel, Bolsman və Klauzius tərəfindən inkişaf etdirilərək 
mükəmməl şəklə salınmışdır. 
Molekulyar-kinetik nəzəriyyənin əsasını, çoxlu sayda təcrübi faktların 
ümumiləşdirilməsindən əldə edilmiş aşağıdakı müddəalar təşkil edir:
1. Bütün maddələr çoxlu sayda atom və molekullardan ibarətdir.
2. Maddələri təşkil edən atom və molekullar daimi xaotik hərəkətdədir.
3. Molekullar (və ya atomlar) arasında qarşılıqlı təsir mövcuddur. 
Molekulyar-kinetik nəzəriyyənin əsas müddəalarını təsdiq edən təcrübi 
faktlardan yalnız ikisi - diffuziya hadisəsi və Broun hərəkəti haqqında qısa 
məlumat verməklə kifayətlənmək olar. Bir-biri ilə təmasda olan cisimlər 
(bərk-bərk, bərk-maye, bərk-qaz, mayemaye, maye-qaz və qaz-qaz ) heç bir 
xarici təsir olmadan, özbaşına birbirinə nüfuz edə bilir. Bu hadisə diffuziya 
adlanır. Maddələri təşkil edən atom, yaxud molekullar daimi xaotik 
hərəkət etməsəydilər, sözsüz ki, diffuziya hadisəsi baş verə bilməzdi. 
Maddə hissəciklərinin arasıkəsilmədən xaotik hərəkət etmə hadisəsi 
təcrübi olaraq 1827-ci ildə ingilis botaniki Broun tərəfindən müşahidə 
olunmuşdur. O, suya tökdüyü boya qırıntılarının hərəkətini izləyərək, bu 
xırda hissəciklərin daimi xaotik hərəkətdə olduqlarını müşahidə etmişdir. 



İlk baxışda elə düşünmək olar ki, guya bu cür hərəkətin - broun 
hərəkətinin yaranmasına səbəb, küçədə hərəkət edən nəqliyyat 
vasitələrinin, yaxud buna bənzər mümkün ola biləcək digər təsirlərin 
təcrübə otağında meydana gətirdiyi titrəmələr ola bilər. Belə bir iddianın 
doğru olub-olmadığını yoxlamaq üçün, Broun öz təcrübəsini heç bir xarici 
təsirin olmadığı şəraitdə aparmaqla isbat etmişdir ki, bu cür faktorlar 
broun hərəkətinə heç bir təsir göstərmir. Boya qırıntılarının broun hərəkəti 
etməsinin səbəbi, onu əhatə edən su molekullarının arasıkəsilmədən 
qarmaqarışıq hərəkətidir. Belə hərəkət nəticəsində, sudakı boya 
hissəciklərinə hər tərəfdən arasıkəsilmədən nizamsız zərbələr endirilir. 
Broun hərəkəti edən hissəciklərin ölçüləri kiçik olduqda, qarşılıqlı əks 
tərəflərdən vurulan zərbələrin sayı arasındakı fərq, bu xırda hissəciyi 
hərəkət etdirməyə kifayət edir. Zərbələrin istiqaməti arasıkəsilmə- dən 
xaotik dəyişdiyinə görə, hissəciklərin hərəkət istiqaməti də buna uyğun 
olaraq nizamsız şəkildə dəyişir - hissəciklər broun hərəkəti edir. Deməli, 
broun hərəkətinin arasıkəsilmədən xaotik baş verməsinin səbəbi, maye 
molekullarının arasıkəsilmədən xaotik hərəkət etməsidir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin