«Fiziki və kolloid kimya-1»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix18.12.2022
ölçüsü1,39 Mb.
#76070
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
M.Arzu-Fiziki-və-kolloid-kimya-1 (4)

 
 
 
 
 
 
 
 
 


16 
Əsas termodinamiki və termokimyəvi anlayışları. 
Sistem. Sistemin hal parametrləri. 

Termodinamikanın tədqiqat obyektləri ayrı-ayrı atom və molekullar 


yox, sistemlərdir. Sistem dedikdə xarici mühitdən faktiki və ya xəyali 
sərhədlə ayrılmış makrohissəcik(cisim) və ya makrohissəciklər qrupu 
nəzərdə tutulur. Əgər sistemi təşkil edən hissəciklər arasında enerji və ya 
maddə mübadiləsi mövcuddursa və həmçinin sistemin halı tamamilə 
termodinamiki parametrlərlə ifadə oluna bilirsə, bu cür sistemlərə 
termodinamiki sistemlər deyilir.
Xarici mühitlə sistem arasında qarşılıqlı təsirin xarakterindən asılı 
olaraq, aşağıdakı sistemləri bir-birindən fərqləndirirlər: 
1.Açıq sistemlər. Bu halda sistemlə xarici mühit arasında həm maddə, həm 
də enerji əlaqəsi olur. Buna misal olaraq açıq qabda gedən reaksiyanı 
göstərmək olar. 
2.Bağlı sistemlər. Bu halda sistem xarici mühitlə enerji mübadiləsində olur, 
maddə mübadiləsi yox. Misal olaraq qapalı qabda gedən reaksiyanı 
göstərmək olar. 
3.İzolə olunmuş sistemlər. Bu halda sistem xarici mühitlə nə maddə, nə də 
enerji mübadiləsində olur. Misal olaraq qapalı termostatda gedən 
reaksiyanı göstərmək olar. 
Termodinamika — makroskopik 
cisimlərin
 daxili durumunu tarazılıqda 
öyrənən 
elm
. Başqa sözlə termodinamika qarşılıqlı çevrilmə və enerji 
ötürülməsini öyrənən elmdir. Termodinamik əmsallar, sistemin makro-
skopik halını təyin edən parametrlərdən birinin dəyişməsinin digər 
parametrləri necə dəyişdiyini göstərən və təcrübədə ölçülə bilən 
kəmiyyətlərə deyilir. İstilik tutumu (izoxor və izobar prosesdə istilik 
tutumu), təzyiqin izoxor termik əmsalı, izotermik sıxılma əmsalı və b. 
termodinamik əmsallardır. 
Fiziki hadisələri enerji nöqteyi nəzərindən öyrənən bəhs termodinamika 
adlanır. Termodinamika, yunan sözündən əmələ gəlmişdir və mənası 
‘‘istiliklə əlaqədar olan qüvvə haqqında elm’’-deməkdir. 
Termodinamikada istilik və iş anlayışları əsas yer tutur. Həm istilik
həm də iş enerjinin bir cisimdən digərinə verilmə formasıdır. Hər ikisi eyni 


17 
vahidlərlə ölçülür. Bu oxşarlığa baxmayaraq bunlar arasında ciddi fərq 
vardır. İş enerjinin bir cisimdən digərinə verilməsinin makroskopik 
formasıdır. İstilik isə enerjinin bir cisimdən digərinə verilməsinin 
mikroskopik formasıdır. Termodinamikanın əsasını onun iki qanunu təşkil 
edir. Bu qanunlara termodinamikanın prinsipləri də deyilir. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin