Fondların (kapitalların) və məqsədli maliyyələşmə və daxilolmaların uçotu


Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu



Yüklə 160 Kb.
səhifə2/14
tarix23.11.2022
ölçüsü160 Kb.
#70013
1   2   3   4   5   6   7   8   9   ...   14
14-Öhdəl. uçotu

4.Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərə aşağıdakılar aid edilir:

  • Uzunmüddətli bank kreditləri ( 401 № li hesab);

  • İşçilər üçün uzunmüddətli bank kreditləri ( 402 № li hesab);

  • Uzunmüddətli konvertasiya olunan istiqrazlar (403 № li hesab);

  • Uzunmüddətli borclar (404 № li hesab);

  • Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzun­müddətli)

(405 № li hesab);

  • Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər (406 № li hesab);

  • Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

(407 № li hesab);

  • Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər (408 № li hesab);

Bank kreditləri dedikdə bank tərəfindən kommersiya və digər təşkilatlara qaytarılmaq və adətən faiz ödəmək şərti ilə müəyyən müddətə və müəyyən məqsədlə verilən pul vəsaitləri başa düşülür.
Uzunmüddətli kreditlər istehsal-kommersiya və müəssisənin sosuial inkişafı məqsədləri üçün istifadə olunur və 1 ildən artıq müddətə verilir.
Müəssisə bankdan kredit almaq üçün banka təsis sənədləriərinin sürətini, hesablamalari, mühasibat və statistik hesabatları, həmçinin kreditin təminatı və qaytarılma reallığını təsdiq edən sənədləri əlavə etməklə ərizə təqdim edir.
Banklar və digər kredit təşkilatları kredit üzrə faiz dərəcələrini kredit resurslarına olan tələb və təklifdən asılı olaraq müəyyənləşdirir. Kreditdən istifadə üzrə konkret faizlər, onun ödənilmə qaydası və digər şərtlər kredit müqaviləsində göstərilir. Uzunmüddətli kreditlər alınması və ödənilməsi üzrə əməliyyatların uçotu üçün 401”Uzunmüddətli bank kreditləri” hesabından istifadə olunur.
Müvafiq hesabda müəssisənin ölkə ərazisindəki və xarici banklardan milli və xarıcı valyutalarla aldığı müxtəlif uzunmüddətli kreditlərin vəziyyəti və hərəkəti uçota alınır.
Kreditlərın alınması bu hesabın kreditində, onların ödənuilməsi isə hesabın debetibdə pul vəsaitlərini uçota alan hesablarla müxabirələşdirilməklə əks etdirilir.
Alınmış kreditlər üzrə hesablanmış faizlər borclu müəssisə üçün onun maliyyə xərcləri hesab aid edilir və 751-1 “Maliyyə xərcləri” hesabının debetində və 401”Uzunmüddətli bank kreditləri” hesabın isə kreditində əks etdirilir.
Kvalifikasiya olunan uzunmüddətli aktivlər üzrə alınmış borclar( kreditlər) üzrə məsrəflər kapitallaşdırılır və bu zaman hesablanmış faizlər 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”,113“Torpaq,tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”və s. hesabların debetində və 751-1 “Maliyyə xərcləri” hesabının kreditində əks etdirilir. Uzunmüddətli aktivlər uçota alıdıqdan sonra kapitallaşdırılılmaya aid edilmiş faizlər maliyyə xərclərinin tərkibinə daxil edilir və bu zaman DT 801 KT 751-1 “Maliyyə xərcləri” hesabı mühasibat yazılışı tərtib edilir.
Pul vəsaitlərinin bahkda saxlanmasına görə müəssisəyə hesablanmış faizlər 223 “Bank hesablaşma hesabı”nın debetində və 611”Sair əməliyyat gəlirləri” hesabının isə kredində əks etdirilir.
Kreditlərin alınması üzrə əlavə xərclər isə 721”İnzibatı xərclər”, 751”Maliyyə vərcləri” nömrəli hesabların debetində və 223 “Bank hesablaşma hesabı”nın isə kreditində əks etdirilir.
Vaxtında ödənilməyən kreditlər üzrə əsas borca və hesablanmış faizlər üzrə mənfi kurs fərqi 751-5 nömrəli hesabın debetində və və 401 “Uzunmüddətli bank kreditləri” hesabının kreditində, müsbət kurs fərqləri isə 631-6 “Maliyyə gəlirləri” adlı hesabın kreditində və və 401 № li “Uzunmüddətli bank kreditləri”hesabının debetində əks etdirilir.
Borclu müəssisə alınmış uzunmüddətli kreditlər üzrə əsas borcunu ödənilməyə 365 gün qaldıqda qısamüddətli kredit borcu kimi göstərə bilər (uçot siyasətində nəzərdə tutulan hallarda). Bu zaman uzunmüddətli borcun qısamüddətli borca keçirilməsi uçotda DT 401“Uzunmüddətli bank kreditləri” KT 501 “ Qısamüddətli bank kreditləri” hesabı yazılışı ilə əks etdirilir.
Xarici valyuta ilə verilmiş kreditlər və həmçinin hesablanmış faizlər üzrə borclar əməliyyatın baş verdiyim tarixə Mərkəzi Bankın mövcud kursu əsasında manatla hesablanır. Borclu kreditin qaytarılma müddəti bitən kimi onu gecikdirilmiş borc kimi uçota almalıdır. Gecikdirilmiş borcların uçotu 401 nömrəli “Uzunmüddətli bank kreditləri” hesabına açılmış “Gecikdirilmiş bank kreditləri” subhesabında aparılır.
Müəssisənin işçilərinə fərdi mənzil tikintisi, bağ evlərinin tikintisi və s. məqsədlərlə borc vermək, həmçinin kreditə satılmış mallara görə ticarət təşkilatlarına ödəniləsi məbləğlər üçün müəssisənin aldığı bank kreditlərinin uçotu 402 “İşçilər üçün uzunmüddətli bank kreditləri” hesabında aparılır.
İşçilər üçün alınmış uzunmüddətli kreditlərin uçotu 401 Uzunmüddətli bank kreditlər kreditləri” adlı hesabda olanla kimidir. Lakin onların istifadəsi və qaytarılmasının uçotu 401 nömrəli hesabda olandan fərqlənir.
Belə ki, işçilərə verilmək üçün alınmış uzunmüddətli kreditlər 221, 223, 224 və s. hesabların debetində və 402 nömrəli “İşçilər üçün uzunmüddətli bank kreditləri” adlı hesabın kreditində uçota alınır. Sonra isə 173 ” Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları” hesabının debetinə və 221, 223, 223 və s. hesabların kreditinə yazılır. Belə kreditlər üzrə faizlərin hesablanması zamanı DT 173 və KT 402 mühasibat yazılışı tərtib edilir və yaxud da əvvəlcə DT 751 KT 402, sonra isə DT 173 KT 751 yazılışı tərtib edilir. Uzunmüddətli kreditlərin ödənilməsi ya əmək haqqından tutulmaqla DT 733 KT 173, sonra isə DT 402 KT 223, 224, və yaxud da işçilər tərəfindən kredit borcunun ödənilməsi yolu ilə həyata keçirilir ki, bu zaman əvvəlcə DT 221, 223, 224 KT 173, sonra isə DT 402 KT 221, 223, 224 yazılışı ilə uçotda əks etdirilir.
Uzunmüddətli kreditlər üzrə analitik uçot, kreditlərin növləri, onları verən banklar valyuta növləri və s. üzrə aparılır.

Yüklə 160 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin