Frans kafka atama məktub



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix02.01.2022
ölçüsü1,27 Mb.
#45523
növüYazı
  1   2
frans kafka atama mektub az



   

  

 Frans KAFKA 



ATAMA MƏKTUB 

 

    



 Bu məktubu Kafka 1919-cu ilin noyabrında Şelezendə (Bohemiya) 

dincələrkən yazmış, ancaq onu nədənsə ünvanına göndərməmişdi. Maraqlıdır 

ki, ölümündən sonra Kafkanın ədəbi-bədii irsini bütövlükdə oxuculara 

çatdıran dostu Maks Brod da bu məktubu yazıçının "Məktublar"ına deyil, 

bədii əsərlərinin cərgəsinə daxil etmişdi. Əslində, belə də olmalı idi, çünki 

Kafkanın atasına məktubu onun 1910-cu ildən müxtəlif  insanlara, müxtəlif  

ünvanlara göndərdiyi məktublardan (demək olar ki,onların çoxu çap olunub 

və 700 kitab səhifəsindən çoxdur!) seçilir. Daha doğrusu, bu məktub 

avtobioqrafik səciyyə daşımasına baxmayaraq, şəxsi münasibətlər çərçivəsini 

aşaraq bəşəri dəyərlər baxımından, ümumiyyətlə, insan münasibətlərinin 

təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Əlyazmasında məktubu 

bacısı Ottloya ünvanlamışdı ki, sahibinə çatdırsın, amma göndərməmişdi. 

Ümumiyyətlə, Kafka onu bir neçə dəfə göndərmək və ya kiminsə vasitəsilə 

sahibinə çatdırmaq istəsə də, həmişə son anda fikrindən daşınmışdı. Bir neçə 

il sonra çex jurnalisti və onun əsərlərinin çex dilinə tərcüməçisi Milena 

Yesenskaya (bu qadın həm də onun növbəti uğursuz məhəbbəti idi!) yazdığı 

məktub da sübut edirdi ki, Kafka onu hələ göndərməyib: "Sabah "Atama 

məktub”u sənin ev ünvanına göndərəcəm. Onu yaxşı saxla, bəlkə, nə vaxtsa 

atama verəsi oldun..."

 

Görəsən, bu məktubu niyə göndərməmişdi? Bəlkə, çoxlarının düşündüyü 



kimi, bundan sonra atası ilə münasibətlərinin daha da kəskinləşəcəyindən 

çəkinmişdi? Xeyr, inandırıcı deyil, çünki bütün ömrü boyu tənhalıqda, dərin 

mənəvi iztirablar, qorxu, vahimə hissləri içində yaşamağa məhkum olunmuş, 

öz doğma ata evində ögey uşaq kimi böyümüş, xüsusən də həmişə Praqanın 

yüksək cəmiyyətində yer tutmaq, yüksək mənsəbə çatmaq arzusu ilə yaşayan 

və bütün bunları da başqa bir aləmdə yaşamaq üçün dünyaya gəlmiş, fiziki 

cəhətdən zəif, həssas, kövrək, zərif duyğulu oğlundan tələb edən atası ilə 

münasibətləri, az qala, düşmənçilik səviyyəsinə çatmış və beləliklə də bütün 

yaradıcılığı həyatından doğulmuş" (D.V Zatonski) Kafka, atasının elə bil 

qəsdlə onun bütün arzu-istəklərinə qarşı çıxmasını, onu mənən əzməsini 

1912-ci il sentyabrın 22-dən 23-nə keçən gecə birnəfəsə, beşcə saata yazdığı 



"Hökm" novellasında, bir az sonra "Çevrilmə"də, daha sonra da digər 

əsərlərində bütün çılpaqlığı ilə təsvir etmişdi və bu münasibətlərin daha da 

pisləşəcəyindən qorxmazdı... Görünür, heç kəsin bilmədiyi ayrı bir səbəb də 

varmış. Elə bir səbəb ki, Kafka onu özü ilə qəbrə apardı...

 

 

_______________________ 



 

 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin