FĠRĠdun bəy köÇƏRLĠ



Yüklə 491,31 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix29.12.2016
ölçüsü491,31 Kb.
#3860
1   2   3   4   5   6



 

Sabahdan xəbər çıxdı ki, padşahın oğluna toy olur. Fatmanın analığı yerə bir 

çanaq darı səpib dedi ki, bunları bir-bir yığarsan çanağa. Yanında bir küp də 

qoyub dedi: bunu da ağlayıb göz yaşı ilə doldurarsan. Öz qızını da geyindirib-

kecindirib apardı toya.  

Yazıq Fatma qəmgin oturub başladı ağlamağa. Birdən qarı yadına düşdü. O 

verdiyi tükü yandırdı. Həmin saat qarı hazır oldu. Fatma başına gələni ona 

söylədi. Qarı dedi: 

-

 

Qəm yemə tezlik ilə hamısı başa gələr. 



Qarı ayağını vurdu yerə. O dəqiqə yerdən bir toyuq yanının cücələri ilə 

çıxdı, darını təmiz dənlədilər, çanağı qarının gətirdiyi başqa darı ilə 

doldurdular. 

 

Qarı Fatmaya dedi: 



-

 

Küpü də təmiz su ilə doldurub içinə bir ovuc duz tök, o da olsun göz yaşı. 



Sonra Fatma ilə qarı getdilər inəyin sümüyü basdırılan yerə. Buranı qazıb 

gördülər ki, bir dəst zərif ipək parçadan libas və bir cüt qızıl başmaq çıxdı. 

Burada çoxlu qızıl da vardı. Qarı libası, başmağı geyindirdi Fatmaya və bir az 

qızıl, bir az da torpaq götürüb Fatma ilə getdilər toya. 

Burda qarı dedi: 


 

40 


-

 

Bu qız mənim nəvəmdir, qoyun bu da oynasın. 



O, Fatmanın bir ovcuna qızıl, bir ovcuna da torpaq qoyub tapşırdı ki, 

analığının tərəfə oynayanda onların üzünə torpaq səp, özgələrin tərəfinə 

oynayanda qızıl. 

Fatma da çox gözəl oynayırdı. Hamı onun oynamağına aşiq oldu. Amma 

analığı tərəfə oynayanda torpaq səpdi, özgələri tərəfə oynayanda qızıl. 

Oynayandan sonra Fatma tələsik qayıtdı evə. Çox tələsdiyinə görə körpüdən 

keçəndə başmağının bir tayını saldı suya.. 

Fatmanın analığı toydan qızı ilə qayıdıb gördü ki, Fatma evdə oturub, öz 

tapşırdığı işləri də yerinə yetirib. O çox qəzəbli idi. 

Fatma soruşdu: 

-

 

Ay ana, toyda nə gördünüz? 



Analığı acıqlı dedi ki, heç zad görmədik, bir günü qara gəlmiş qız çıxdı, 

oynadı, özü də sənə oxşayırdı. Biz tərəfə oynayanda torpaq səpirdi, özgələri 

tərəfə oynayanda qızıl-gümüş səpirdi. 

Fatma dedi: 

-

 

Mən evdən çölə çıxmamışam, sən buyurduğun işlərin dalınca olmuşam. 



 

 

Bir gün padşahın oğlu ova çıxdı. Körpünün yanından keçəndə istədi ki, atına    



su versin. At suya yaxınlaşanda xorruyub su içmədi. Padşahın oğlu adam 

saldırıb çayı axtartdı. Onun içindən bir qızıl başmaq tapdılar. Başmaq çox zərif 

idi. Padşahın oğluna çox xoş gəldi. İstədi ki, nə tövr olsa, axtardıb onun yiyəsini 

tapsın və özünə alsın. 

Çox gəzdilər, tapmadılar. Carçılar car çəkəndə Fatmanın analığı eşitdi, onun 

əl-ayağını bağlayıb saldı təndirə və öz qızının ayaqlarını yuyub qazıdı. 

Padşahın oğlunun adamları axtara-axtara gəlib çıxdılar Fatmagilin evinə. 

Çirkin qızın ayağına başmağı geydirdilər, olmadı. Soruşdular ki, sizin evdə özgə 

qız yoxdurmu? Fatmanın analığı cavab verdi ki, yoxdur. Amma Fatmanın bir 

xoruzu var idi, bu xoruz başladı banlamağa: 

 

 

 



 

Fatma bacım təndirdə, 

 

 

 



 

Ayaqları kəndirdə! 

Arvad nə qədər istədi xoruzu qovsun, olmadı. Xoruz sıçradı damın üstə, uca   

    səs ilə banladı: 

 

 

 



 

Fatma bacım təndirdə, 

 

 

 



 

Ayaqları kəndirdə! 

Padşahın adamları bunu eşidib, təndirə baxdılar: gördülər ki, bunun içində    

bir gözəl qız əl-ayağı kəndir ilə bağlanmış yıxılıbdır. Qızı çıxardıb başmağı onun 

ayağına geydirdilər. Gördülər ki, başmaq elə bil onun ayağına biçilibdir. 

Apardılar padşahın oğluna. Padşahın oğlu bunu görən kimi cani-dildən aşiq oldu 

və yeddi gün-yeddi gecə toy eləyib Fatmanı özünə arvad aldı. Yedilər, içdilər, 

yerə keçdilər, siz də yeyin, için, muradınıza yetişin! 



 

 


 

41 


M ə s ə l l ə r: 

 

Könül sevən göyçək olar dünyada. 



Yetim qızsan, qıvrıl yat! 

M  e  ş  ə    a  ğ  a  c  l  a  r  ı:    palıd,  qarağac,  fıstıq,  vələs,  dəmirqara,  göyrüş, 

ağcaqayın, cökə, şamağacı, ardıc, tus, söyüd, bədmüşk, qızılağac, qovaq, çinar. 

K o l l a r:  qarağat, qaragilə, böyürtkən, moruq, əzgil, zirişik, zoğal, mərdəşə, 

qoyungözü,  itburnu,  yasəmən,  nəstərən,  qızılgül,  tobuluğu,  göyəm,  qora, 

qızılçax. 

O t l a r:  əvəlik, qoyunqulağı, quzuqulağı, qantəpər, qırxbuğum, sığırquyruğu, 

xatınbarmağı, qara ot, ayıdöşəyi, dəvədabanı, qıjı, xımı, pişikcırnağı, balqırğan, 

unnuca,  südlü  pencər,  kiğ,  cacığ,  gicitkən,  naşır,  qazayağı,  cincilim,  şomu, 

boyana, qanqal, yarpız. 

Ç  i  ç  ə  k  l  ə  r:   gülxətmi,  sarıçiçək,  göyçiçək,  arşınçiçək,  qaymaqçiçəyi,  lalə, 

zanbaq,  nərgizgülü,  nilufər,  birəotu,  kəklikotu,  sumrux  çiçəyi,  huy  çiçəyi, 

bənövşə, qərənfil. 

 

SOLTAN BAĞI 

 

Sənə derlər Soltan bağı, 



Nə dumandır başın sənin? 

Qocalardan sual etdim, 

Kimsə bilməz yaşın sənin. 

 

Əskik olmaz qarın yağar, 



Buludlar bir-birin qovar, 

Hər gün günəş sənə foğar, 

Cavahirdir daşın sənin. 

 

Alt yanın bağ ilə bostan, 



Dörd yanın gülügülüstan, 

Ayırdılar məni dostdan, 

Ötər qərib quşun sənin. 

 

DAĞLAR 

 

Mən aşiq yastı dağlar, 



Qar gəldi, basdı dağlar. 

Üç ay toylu-bayramlı, 

Doqquz ay yaslı dağlar. 

 

Bu dağlar qoşa dağlar, 



Verib baş-başa dağlar. 

Səndə dostum gəzibdir, 

Səni yüz yaşa dağlar. 


 

42 


 

Dağlar marala qaldı, 

Otu sarala qaldı. 

Soyuq bulaq, göy yaylaq 

Yenə marala qaldı. 

 

Başı çalmalı dağlar, 



Dibi kğlgəli dağlar. 

Oturub yol gözlərəm, 

Haçan el gəli, dağlar?! 

 

M ə s ə l l ə r: 

 

Dağ dağ ilə qovuşmaz, adam adam ilə qovuşar. 



Güvəndiyim alçacıq dağlar, sizə də qar yağarmış? 

 

T a p m a c a l a r: 

 

37. Dağdan gəlir dağ kimi, 

      Qolları budaq kimi, 

      Əyilər su içməyə, 

      Bağırır ulaq kimi. 

38. Alçacıq dağdan qar yağar. 



 

KƏKLĠK 

 

Səhər-səhər sərt qayalar küncündə, 



Oxur, səsi gələr gözəl kəkliyin. 

Dağlar ətəyində çınqıl içində 

Bulunmaz yuvası gözəl kəkliyin. 

Səhər-səhər əllərində var malım, 

Tülək tərlan ilə könlün almalım, 

Yaşıl nimtənəlim, gülgəz çalmalım, 

Kətandır köynəyi gözəl kəkliyin. 

 

M ə s ə l: 

 

Hamı bilir ki, dağda kəklik gözəldir. 



 

T a p m a c a l a r: 

 

39. Dağdan gəlir banı xanım, 



      Əlləri hənalı xanım. 

      Dindirsən farsı danışar, 

      Tükləri tehranı xanım. 


 

43 


40. Kəkliyin qan ayağı, 

      Qan əli, qan ayağı. 

      Aşıq bir şey görübdür,  

      Üç başı, on ayağı. 

 

M ə s ə l l ə r: 

 

Yeyərsən qaz ətini, görərsən ləzzətini. 



Qaz vur qazan doldur. 

 

Y a n ı l t m a c: 

 

Kəklik, kəpənək, gəlin gedək; kol dibinə gəlin gəlibdir. 



 

TƏRLAN 

 

Yaxşı olar tərlanların irisi, 



Qabaqca gedər kəklik sürüsü, 

Boynunda var külabatın çilqisi, 

Ağ olar qaşları şahi tərlanın. 

 

Xanlar, bəylər əl üstündə götürər, 



Götürəbən ovlağına yetirər, 

Şəhd çəkər binəsini itirər, 

Onda düşər tərsilaşi tərlanın. 

 

M ə s ə l l ə r: 

 

Tülək tərlan yerinə sar bağlamaq olmaz. Tərlan yerini sar tutmaz. 



Ə t i  y e y i y ə n  q u ş l a r:  kəklik, turac, qırqovul, çil, bildirçin, ördək, qaz. 

Ə t  y e y ə n  q u ş l a r:  tərlan, qızılquş, qaraquş, qırğı, sar, çalağan, quzğun. 

O x u y a n  q u ş l a r:  bülbül, bildirçin, sığırçın, qaratoyuq, torağay, alacəhrə, 

həzar


1

, qumru. 

G e c ə  u ç a n  q u ş l a r:  bayquş, yapalaq, gecəquşu (yarasa). 

 

T a p m a c a: 

 

41. Mən gedirəm beləsinə, 



      Qaragözün məhləsinə, 

      Quşlarda hansı quşdur, 

      Süd verir balasına. 

 

 



________________ 

1.

 



H ə z a r – bülbül. 

 

44 


DÜZGÜ 

 

Ay afərin gül oğlum, 



Gül oğlum, sünbül oğlum. 

Oğlum, oğlum, naz oğlum, 

Dərsindən qalmaz oğlum. 

Qələmini al ələ, 

Yaxşı-yaxşı yaz, oğlum. 

Oğlum gedər məktəbə, 

Oxur, çatar mətləbə. 

Dərsin oxur rəvanlar, 

Nə oxuyubdur, anlar. 

Daş üstə çiçək qazar

Məşqini göyçək yazar. 

Mənim oğlum candı, can, 

Dərslərini oxur rəvan. 

Gümüşdəndir dəvatı, 

Qələmi var beş-altı. 

Qələmdanı şəkilli, 

Qələmi xallı-mullu 

Dəftəri var tərtəmiz, 

Kitabı ondan əziz. 

Kağızları rəngbərəng, 

Oğlum, gətir, yaz görək. 

Oğlum səhərdən durar. 

Əl-üzün təmiz yuyar. 

Üzünə gülab vurar,  

Saçın, birçəyin darar. 

Paltarını təmizlər, 

Məktəbə göyçək gedər. 

Oğlumun adı Əziz, 

Üstü-başı tərtəmiz. 

Oğlum hər kəsi görər, 

Baş əyər, salam verər. 

Oğlum küçədə qaçmaz. 

Heç kəs ilə savaşmaz. 

Oğlum itə daş atmaz, 

Atıb günaha batmaz. 

Quşlara etməz azar, 

Quşların da canı var! 

Pişikləri heç vurmaz, 

Sərçələrə tor qurmaz. 

Ay afərin, gül oğlum, 

Gül oğlum, bülbül oğlum. 

Dərsin oxu rəvanla,  



 

45 


Sonra danış, gül oğlum! 

 

M ə s ə l l ə r: 

 

Oğlum əziz, tərbiyəsi ondan da əziz. 



Oğul xırdası, noğul xırdası. 

Şüurlu oğul neylər ata malını, şüursuz oğul neylər ata malını. 

 

TÜLKÜ VƏ QURD 

 

Bir tülkü köhənsalə gedirdi, 



Qismət üçün seyri-aləm edirdi. 

Obadan kənarda gördü, ittifaq,  

Atıblar səhrayə bir quyruqi-caq. 

Diqqət ilə baxıb, tələni seçdi. 

Yavuqa düşməyib, uzaqdan keçdi. 

Gəzər ikən oldu bir qurda düçar, 

Dedi: “Filan yerdə əcəb təam var”. 

Biçarəni çəkə-çəkə gətirdi. 

Bir azca qalmışdı quyruğu gördü. 

Dedi: “Təəccübəm, sənə belə şeyə 

Düçar oldun, özün yemədin niyə?” 

Dedi: “Boynumda var qəza orucum, 

Tutmuşam ki, saqit ola borcum”. 

Soxuldu quyruğu yerdən götürə, 

Neçə gündür naharsızdır, ötürə. 

Sıçrayıb payına tələ oldu bənd, 

O yana, bu yana tullandı hərçənd; 

Nə qədər güc vurdu götürmədi əl, 

Kəsilib əlacı, qaldı məətəl. 

Tülkünün əlinə düşdü girəvə, 

Quyruğu yeyirdi çox sevə-sevə. 

Dedi: “Sən deyirdin orucam, bayaq, 

Nədəndir yeyirsən indi bu siyaq?!” 

Dedi: “Oruc idim, amma bu axşam 

Təzə ayı görüb, etmişəm bayram”. 

Hiyləsinə o pürfənnin inandı, 

 

Bəs mənim bayramım, –dedi, –haçandır? 



 

Sənin də bayramın sahibi-tələ, 



Gələndədir, – dedi, – tələsmə hələ. 

Hər kimsə ola əqlü fəhm-huş, 

Bu məsəli eyləməsin fəramuş: 

Əvvəl gərək suyu yoxlasın möhkəm, 

Boyluyandan sonra soyunsun adəm. 

Nəinki etməyib fikir, əndişə, 



 

46 


Sala canavar tək özünü işə. 

Həm özünün payın, həm onun payın 

Tülkü yeyə bidərdi-sər, arxayın. 

 

M ə s ə l l ə r: 

 

On ölç, bir biç. 



Ağılsız baş sahibinə donuz güddürər. 

 

OĞRU VƏ EV YĠYƏSĠ 

 

Bir oğru girmişdi bir evə yara



Hər nə var şeyini yığıb apara. 

Axtardı orada bir zad olmadı, 

Kisəsi boş qalıb onun dolmadı. 

Ev yiyəsin gördü palanda yatıb, 

Anlayıb işini qüssəyə batıb. 

Evdən çıxıb istədi ki, o, gedə, 

Gördü dalda bir səs gəlir – a gedə, 

Gəl otur altına mən salım döşək, 

Bir zad da tapmısan əgər bölüşək. 

Oğru duydu ona tənə eyləyir. 

Sərasər bağrını onun tiliyir. 

Söylədi: nə sayaq olsa mən yenə, 

Dünyada dolannam, gir sən hinə. 

Çıx özünə bir gün ağla, mən yalan, 

Ar eylə, üstünə salma sən palan. 

Ey əzizim, bu məsəldən ibrət et, 

Elmdən varlı ol, yaşa sən də get. 

 

M ə s ə l l ə r: 

 

Oğru qalana yanar, sahib gedənə. 



Oğrudan qalanı falçı aparar. 

Oğru elə bağırır, doğru küncə qısılır. 

 

ARANLA YAYLAĞIN BƏHSĠ 

 

Aran deyər, yaylaq, çox da saxlama, 



Göndər gəlsin, ağır ellər mənimdir. 

Yerin göbəyiyəm, dizin dirəyi, 

Malü mülkü Süleymanlar mənimdir. 

 

Yaylaq deyər, çıxma dindən, imandan, 



Süsəndən, sünbüldən, hər gülüşəndən; 

 

47 


Həkimlik, loğmanlıq qalıbdı məndən, 

Həzaran


1

 dərdlərə dərman mənimdir. 

 

Aran deyər, bağça mənim, bağ mənim, 



Gecə-gündüz qulluq eylər bağbanım. 

Geymək üçün yaşıl mənim, al mənim, 

Süsən, sünbül, gülşənliklər mənimdir. 

 

Yaylaq deyər, mənəm çeşmələr başı, 



Axar, heç qurumaz didəmin yaşı, 

Pələnglər yatağı, ovçu sirdaşı, 

Köksü ala, qarlı dağlar mənimdir. 

 

Aran deyər, qaldım dağ arasında, 



Piltətək qurudum yağ arasında, 

Qıvrım-qıvrım olmuş tağ arasında, 

Tutma ala qarpız, tağlar mənimdir. 

 

Yaylaq deyər, mənəm xalqın göyçəyi, 



Məndə yatar aranların qaçağı, 

Lalə-səmən, dürlü-dürlü çiçəyi, 

Pətəkdə kəsilən ballar mənimdir. 

 

Aran deyər, məndə bulunar maya, 



İnsini, cinsini götürrəm vaya, 

Payızın fəslində qurulan taya, 

Xirməndə çevrilən vəllər mənimdir. 

(AĢıq Ələsgər) 

 

M ə s ə l l ə r: 

 

Aranda tutdan olduq, dağda qurutdan. 



Şahbudağın bağı var, 

Heyvası yox, narı yox! 

İstəmirəm heyvasını, narını 

Qoy desinlər: Şahbudağın bağı var. 

 

ARILAR BARƏSĠNDƏ 

 

Altı min ləşkərim altı sarayda, 



Hər birisi gedər onun Sərkarə

2



________________ 

1.

 



H ə z a r – min. 

2.

 



S ə r k a r – Şamaxıda yer adıdır. 

 


 

48 


Sirrini bilmək olmaz elmi-qeybdir, 

Hər birisi gedər onun Sərkarə. 

“Gün zəban” gülləri tutubdur dəstə, 

Çəkibdir şanların bir-biri üstə. 

Allahın heyvanı sən şirə istə, 

Hər birisi gedər onun Sərkarə. 

İxlas ilə qulluq edərlər xanə, 

Yasavul düzülüb mərd-mərdanə, 

Çəkibdir şanların tamam çar xanə, 

Hər birisi gedər onun Sərkarə. 

 

*** 


 

Arı yenə qaşqabağın aldırıb, 

Mövlam şirə verib çox damağlandırıb. 

Səndən bilirəm yaxşı dolanıb, 

Əfəndi arını mən yaxşı gördüm. 

Ərzə gedən müdam tapar xanəni, 

Mömin tapır əlbəttə sübhani. 

Ağardıban yaxşı çəkir şanəni, 

Əfəndi arını mən yaxşı gördüm... 

Bir çən gəlib Əlpavutun dağına, 

Dolanırdı həm sağına-soluna, 

Arı gedər Yeddi künbəd dağına, 

Əfəndi arını mən yaxşı gördüm. 

Yaxşı olur Mədrəsənin bağları, 

Bar götürür çün onun budaqları, 

Ayılıbən qızğın çəkər şanları, 

Əfəndi arını mən yaxşı gördüm. 

Mən babayam çağıraram ya tanrı, 

Açılıbdır qızılgülün nübarı, 

Nəqşkar otağı mötəbər şanı, 

Hər birisi gedər onun Sərkarə. 

 

M ə s ə l l ə r: 

 

Bal tutan barmaq yalar, nə balın istəyirəm, nə bəlasın. 



Bal yedin, bəlayə düşdün. 

 

DƏVƏ VƏ EġġƏK 



(Nəsihət qəbul etməyən yoldaĢalrın barəsində) 

 

Görmüşəm nüsxədə bir şəhrü bəyan. 



Yük tutub sabiqən tüccari-İran. 

Ticarət əzmilə hində gedərdi, 



 

49 


Gecə-gündüz dincəlməyib sürərdi. 

Karvanda bir dəvə, bir də bir eşşək, 

Arıq düşmüş idi mənim yabım tək 

Necə ki, qüdrəti var idi getdi, 

Aqibət işləri bir yerə yetdi. 

Sağrısına əgər vursan yüz şallaq. 

Götürməzdi ayağı üstündən ayaq. 

Sahibləri çulun, alığın soydu, 

Apara bilməyib, yol üstə qoydu. 

Ahəstə-ahəstə üftanü xizan, 

Çəkilib bir səmtə tutdular məkan. 

Basəfa yer idi, ələfzar idi, 

Türfə-türfə ot, ələfi var idi.  

Yedilər, içdilər bir neçə müddət, 

Apardılar ləzzət, sürdülər vəhdət. 

Xilas olub rənci-bənnadəmdən, 

Zülmi-peydər-peydən, cövrü sitəmdən. 

O qədər kökəldi hər iki heyvan, 

Guya ki, hər biri kuhi- Bağrıqan. 

Sağrısında, yəlpiyində ət qat-qat, 

Dönübən qaşına bilməzdi, heyhat! 

Bir gün eşşək dedi: “Ey dəvə qardaş, 

İstərsən savaşma, istərsən savaş. 

Xatirimə düşüb ahəngi-tazə, 

Meylim var ki, qalxam şuri-şahnazə. 

Həvayi-zövq ilə bir neçə əfrad, 

Oxuaym sövt ilə hırçi badə-bad”. 

Dəvə dedi: “Bu nə sözdür, ay əhməq, 

Müsəmma imişsən, isminə əlhəq! 

Güclən qurtarmışıq rəncü təəbdən, 

Növi-bəşər eylədiyi qəzəbdən. 

Ötüb keçən əgər eşidə səsin, 

Ol qədər yük çatar, çatlar nəfəsin. 

Əmanət, əmanət, keç bu sevdadan, 

Bihudə fikirdən, əbəs binadan”. 

Etməyib dəvənin öydün qəbul, 

Qulağın şəkləyib xəri-biüsul, 

Bir növ anqırmaq qoydu ki, bara, 

Səs düşdü səhralara, dağlara. 

İttifaq, yol ilə keçirdi karvan, 

Eşidib çarvadar dağıldı hər yan. 

O kolu, bu kolu basıb tapdılar,  

Sevinə-sevinə minib çapdılar. 

Hər birinə bir ağır yük çatdılar, 

Bizləyə-bizləyə köçə qatdılar. 


 

50 


Yeddi-səkkiz ayda xamlamışdı xər, 

Qolları çəng olub qaldı, müxtəsər. 

Yükünü dəvənin üstə yıxdılar, 

Yavaş-yavaş yol yuxarı çıxdılar. 

Yoxuşun başına qalmışdı əndək, 

Yeriyə bilməyib lap durdu eşşək. 

Dedilər: qoymarıq burda qalsın xər, 

Aparsaq bir böyük məbləğə dəyər. 

Onu da qoydular dəvə üstünə, 

Uçurumaşağı sürdülər yenə. 

Qatlayıb boynunu dedi: “Ey həmdəm! 

Mənə səndən yetdi bu zülmi sitəm. 

Nəsihət eylədim, annadın qərəz, 

Dedi: tərkü-adət mucibi-mərəz

1

 

Dedim ki, anqırma, qalxdın həvayə,  



Nahaq yerə saldın bizi bəlayə, 

Əlavə, yükünü aparmadın sən, 

Barkeş deyildim sənə, qoduq, mən! 

O da hələ qalsın, quru boş özün 

Yol ilə getməyə nə idi sözün? 

İndi ki, quyruğun basdın ilanın, 

Canı çıxsın gərək altda qalanın. 

Mənim də könlümə düşübdü tazə 

Tərənnümə gəlib duram canbazə, 

Bir zaman təvəkkül təala deyim

Qulağımı qırpıb bir az lökləyim”. 

Dedi: “Ey sərxeyli-külli-heyvanat! 

Eyləmə bu işi heyhat, heyhat! 

Məsəli-məşhurdur – kiçikdən xəta 

Baş verib həmişə, böyükdən əta”. 

Dolmuşdu dəvənin qəlbi kin ilə. 

Var idi kədəri ol bidin ilə 

Lökləməyin binasını qoyan tək, 

İp, imlıq, qırılıb, uçqundu eşşək, 

Dəyib dağa, daşa dağıldı dər-dəm, 

Gərək ibrət edə bu işdən adəm. 

Böyüklər pəndinə baxmaya hər kəs, 

O kəsdən bilmərrə əlaqəni kəs. 

Guş etməsən, nasehlərin sözünə, 

Toxunur aqibət bəla özünə. 

Bir dəxi danışsa hər kim bihəngam 

Başı qilü-qaldan qurtarmaz müdam. 

________________ 

1.

 

Adəti tərgitmək mərəz törədər. 



 

 

51 


 

Var isə kəmalın, söyləmə əfzun, 

Bu səbəblə yarar tökülsə dəva”. 

Kəklik səsin çıxarmasa, mən zamın, 

Onu tuta bilməz dağlarda laçın”. 

 

M ə s ə l: 

 

Bablı babın tapmasa, işi ah-vay ilə keçər. 



  

 

TÜLKÜ VƏ ġĠR 

 

Əyyami-sabiqdən edim hekayət, 

Müstəme olanlar aparsın ləzzət. 

 

Çin bəhrində bir cəzirə var idi, 



Ziyadə basəfə ələfzar idi. 

 

Tən edərdi ol behişti-bərinə. 



Aləmdə yox idi ona qərinə. 

 

Tutmuşdu həşərat ol mülkü vətən, 



Türfə canəvərlər salmışdı məskən. 

 

Təqdiri-qəzadan bir şir, ittifaq. 



Gözəl sərzəmini eylədi yataq. 

 

Sair heyvanata tən oldu məaş, 



İçlərinə düşdü aşübü şərxaş. 

 

Gündə üçün, dördün qovub tutardı, 



Yeyib, gəlib öz yerində yatardı. 

 

Yığılıb bir yerə oldu fərahəm, 



Cəzirədə nə var isə bişü kəm. 

 

Binayi-məşvərət etdilər ağaz, 



Axırda tutdular bu sözü mümtaz: 

 

“Bizdə yox onunla qüdrəti-cədəl, 



Ya gərəkdir çəkək bu vətəndən əl. 

 

Ya qoyaq onunla binayi-saziş, 



Dolanıb arxayın, edək güzariş. 

 

52 


Pərişan olmasın, bari, sağımız, 

Yüyürməkdən saf əridi yağımız”. 

 

Çox keçdi arada dəlil, dəlail, 



Küllühüm bu əmrə oldular qail. 

 

Tülküyə dedilər: “Ey yari-pürfən! 



Bu təklifi bizdən qəbul eylə sən. 

 

Çünki onlar ilə başdan, binadan, 



Birevli kimisiz ata-babadan. 

 

Düşəndə eylərlər sizə məsləhət, 



Xahi aşikar xahidə xəlvət. 

 

Dur, bu gün varid ol hüzuri-şirə, 



Rəhmin gəlsin binəvayə, fəqirə. 

 

De ki, ey sərhəngi-külli-dirrəndə! 



İnsafü mürüvvət yoxdurmu səndə? 

 

Güzarın düşübdür bizim vətənə, 



Canisarıq hamı, haq bilir, sənə. 

 

Var xəlfəyə təəllüqü Bağdadın, 



Neçin yamanlıqla çəkilsin adın? 

 

Sülhü səlah ilə düzələ bir kar, 



Bu qəhrü qəzəbin nə surəti var? 

 

Kimdir səndən müzayiqə edə can



Keç bu mərhələdən aman, ələman! 

 

Nə layiqdir sənin kimi sərvərə, 



Bais ola belə nahaq işlərə; 

 

Yol kəsə dəmbədəm həramilər ək, 



Vura, tuta, yıxa müxlisin görcək. 

 

Şah istəsə olsun rəiyyət abad, 



Gərək ola aralıqda qərardad. 

 

Sən ağa, biz sənə bəndeyi-fərman, 



Zilli-himayətdə qoy gəzək hər yan. 

 


 

53 


Dəhyeki-divanə nədir sözümüz, 

Bu yolları yaxşı billik özümüz. 

 

İtaət etməsə malikə məmluk, 



Olmaz aralıqda təriqi-süluk. 

 

Gündə bir çarpa eylərik irsal, 



Yeyərsən, yatarsan, bicürmü vəbal”. 

 

Küftü şeno ta ki, yetdi payanə! 



Görün tülkü nə gətirdi bəhanə! 

 

Dedi: “Əsirgəməm bir qaşıq qanı, 



Bəli laf vuranlar gen gündə, hanı? 

 

Xirsi-qəviheykəl, xuki-pirğürur, 



Gürgi-şikarəfkən. Çəqqali-məğrur. 

 

Yaxşı gündə mənəm-mənəm deyənlər, 



Ovu göydə alıb, göydə yeyənlər. 

 

Seyid edən zamanda salmazlar yada, 



Deməzlər bir parça verək ona da. 

 

Yaman gündə tamam durub kənara, 



İstər bir fənn ilə özün qurtara. 

 

Məni qətlgahə eylərlər rəvan



Mən rubahi-aciz, o şiri-jəyan. 

 

Əgər bir pəncəsin vursa sərimə, 



Xurd-xurd olub tamam dollam dərimə. 

 

Dinəndə deyərsiz əhli-tədbirik, 



Məsəldir: güclüyə nə duz, nə çörək?! 

 

Göndərin laəqəl mərdi-hünərvər, 



Yetirsin ərziniz, gətirsin xəbər”. 

 

Yerbəyer dedilər: “Ey tülkü qardaş, 



Bu sözü söyləməz əcamir, ovbaş. 

 

Küllühüm aləmi tuta qiylü qal, 



Heç adətdə yoxdur elçiyə zaval. 

 


 

54 


El namusu elə düşər, əzizim, 

Yaman yerə yetib işimiz bizim. 

 

Doğrudur, gen gündə biz laf vurarıq, 



Gərdən çəkib yal qabardıb durarıq. 

 

Hanı bizdə o növ adabü ədəb, 



Təqrirati-məlih, ləfzi-müntəxəb. 

 

Böyük hüzurunda deyək, danışaq, 



Kürəyə düşməyən olmaz yumuşaq. 

 

Bir ağaca çəkilməyə ta körpü, 



Nə dər olur, nə dərvazə, nə körpü. 

 

O ki, sənsən – hər elmdə mahirsən, 



Fəhmü fərasətdə xalqa zahirsən. 

 

Yüz kari-müşkülə gör qoyasan əl, 



Göz yumub açınca səyin eylər həll. 

 

Xidmətində eyləmişik təğafül, 



Əfv eylə cürmümüzü, ey piri-aqil! 

 

Hörmətin lazımdır bizlərə, amma 



Axtarma keçəni, “məza ma məza”.

 1

 



 

Əgər ki, olmasa səndən bir çarə, 

Gərəkdir vətəndən olaq avarə”. 

 

Söylədilər əfzun, dedilər bihədd, 



Tülkü eyləməyib iltiması rədd. 

 

Yola düşdü getdi badi-sərsər tək, 



Təbəssüm eylədi şir onu görcək. 

 

Çün özü bu əmrə minnətkar idi, 



Baş tutdu dərzaman, meyli var idi. 

 

Qayıdıb yetirdi xəlqə bəşarət: 



İndən belə gəzin dəxi fərağət. 

________________ 

1.

 

Keçən keçdi (ərəbcə). 



 

 


 

55 


Bəs ki, hasil oldu bu müddəalar, 

Eylədilər şahə xeyrü düalar. 

 

Hər firqədən gündə bir fərbeh davar. 



Göndərdilər, həm şam ola, həm nahar. 

 

Bu hal ilə dolandılar, bir müddət, 



Ta inki tülküyə yetişdi növbət, 

 

İlk axşamdan çovuş eylədi izhar, 



Kim: “Rəsəd sizindir, olun xəbərdar. 

 

Göndərin gecədən bir rübahi-çağ, 



Məbada ki, əmir ola, bidamağ”. 

 

Var idi bir pürfən kətxudaləri, 



Çox yola salmışdı belə işləri. 

 

Əshabü əqranın yığıb səmtinə, 



Dedi: “Bu keyfiyyət ar gəlir mənə; 

 

Bizim hiyləmizdən çərxi-kəcrəftar 



Gecə-gündüz daim ölüm arzular. 

 

Vəhmü hərasından afitabü mah 



Çəkir üzlərinə pərdeyi-siyah. 

 

Əksimizi görsə suda divü dəd, 



İlim-ilim itər ta ruzi-əbəd. 

 

Yarım saat əgər bizi görsə ac, 



Özün kola soxar qırqovul, turac. 

 

Hər məkrdə ola ictihadımız, 



İndi ara yerdə itə adımız. 

 

Haq bilir, deyiləm mən ziyanlıqdan,  



Ölüm yeydir belə zindəganlıqdan. 

 

Əbəs-bəs gələ bir şiri həpənd



Dövləti-qədimə yetirə gəzənd. 

 

Bu əmrin olmasa bizdə çarəsi, 



Sağalmaz ölüncə, bilin, yarəsi.” 

 


 

56 


Dedilər ki: – “Ey sərxeyli-əqrəba, 

Xaliq edib səni bizə kətxuda. 

 

Olmasaydı səndə fəhmü fərasət, 



Bir məlcəü məva tapardıq, əlbət, 

 

İxtiyar sənindi, səlah sənindi, 



Nə isə, tədbirin işə sal indi”. 

 

Kətxuda üstünə karı yıxdılar, 



Sözlərin danışıb, tez dızıxdılar. 

 

Sübhədək yatmayıb qoca kətxuda, 



Bəstəri-fikirdə çevrindi ol, ta. 

 

Səhər oldu, ay gizləndi, gün doğdu, 



Ol qədər atının cilovun boğdu. 

 

Keçdi şirin naharının zamanı, 



Kəsildi acından tabü təvanı. 

 

Ahəstə-ahəstə iftanü xizan 



Yetişib hüzura çəkdi ələman. 

 

Dedi: “Ey sərvəri-külli-cəzirə! 



Rəhmin gəlsin binəvayə, fəqirə. 

 

Bir ölkənin olmaz iki sərdarı, 



Lazımdır ki, sən çəkəsən bu arı. 

 

Gətirirdim sizə bir çağ, kök şikar, 



ərzi-rəhdə oldum bir şirə düçar. 

 

Bunca dedim, təməsidir əmirin, 



Həddi nədir olsun hər yetən şirin? 

 

Pəndü nəsihətə olmayıb qail, 



Göndərdi bir neçə föhşü latail. 

 

Zor ilə şikarı əlimdən aldı. 



Özümə də bir bol bənbəcə

1

 çaldı. 



______________ 

1.

 



Sillə, qapaz deməkdir 

2.

 



T ə z ə r r ə -  ah-zar, yalvarmaq. 

 


 

57 


Koldan-kola qaçıb gəlmişəm naçar, 

Bundan sonra dəxi ixtiyarın var”. 

 

Bir tərəfdən aclıq, bir yandan söyüş, 



Şir özün itirib getdi əqlü huş. 

 

Halü təbiətdən çıxdı bir babət, 



Sözün axırına verməyib fürsət. 

 

Yola düşüb dedi: “Dayanma, zinhar, 



O yer ki, görübsən, məni tez apar!” 

 

Sabiqən görmüşdü bir çahi-pürab, 



Fil düşsə olurdu mədumu nayab. 

 

Çəkə-çəkə getdi səmtinə, 



Dübarə başladı təzərrə

1

 yenə. 



 

Dedi: “Yaxınlaşıb şirin məkanı, 

Məndə yoxdur dəxi getmək imkanı. 

 

Məgər ki, alasan püşti-sərinə, 



Görən dəmdə tullayasan girinə. 

 

Eləsən onunla cəngi-sultanı, 



Mən olam nüsrətin mədihəxanı”. 

 

Axmaq ol pürfəni alıb dalına, 



Hər kimin əqli var xoşa halına! 

 

Quyu kənarına gəlib yetişdi, 



Nəzəri özünün əksinə düşdü. 

 

Eylə sandı şiri-peykardır bu, 



Sıçradı üstünə bivəhmü qayğu. 

 

Tülkü özün atmış idi kənarə, 



Qərq oldu bu suya dər-dəm biçarə. 

 

Hiylə ilə xeylədi azad, 



Qayıtdı mənzilə xürrəmü dilşad, 

 

Çoxdu yolu bu məsəlin dünyadə, 



Mən özüm görmüşəm həddən ziyadə. 

 


 

58 


Biri o kim, hər kəs xalqa zülm edər

Aqibət ədl ilə fənayə gedər. 

 

Biri o ki, hakimani-bitədbir, 



Çahi-intiqama qərq olur çün şir. 

 

Biri o ki, biməsləhət, biəndiş. 



Bu dari-dünyada düzəlməz heç iş. 

 

Biri o ki, sanma düşməni həqir, 



Eylər səni axır bəlayə əsir. 

 

Xətadır dolanmaq, xülasə-kəlam, 



Xətm oldu hekayət, baqi vəssalam. 

 


Yüklə 491,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin