FĠRĠdun bəy köÇƏRLĠ



Yüklə 491,31 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix29.12.2016
ölçüsü491,31 Kb.
#3860
1   2   3   4   5   6

M ə s ə l l ə r: 

 

Zülm ilə abad olan, ədl ilə bərbad olar. 



Acın amanı olmaz, toxun imanı. 

 

VƏTƏN 

 

Ah, ey safü paki- xaki-vətən, 



Nə gözəlsən, nə yaxşısan, nəsən! 

Nə gözəldir sənin çölün-çəmənin, 

Dağü bağın, gül ilə yasəmənin. 

Məni çün bəslədin qucağında, 

Yenə yer ver mənə bucağında 

Axır ömründə et məni rahət, 

Mənə bəsdir bu çəkdiyim qürbət. 

Məni bətnindən eylədin peyda, 

Yenə bətnində et məni ixfa. 

Ey vətən, ey canım sənə qurban! 

Neçin əhlin olub sənin nadan? 

Əlmədəd, ey mühəndisani-vətən, 

Vətənin xanəsi olubdu köhən. 

Hüsn təmirinə qılın himmət, 

Onun abadına edin qeyrət. 

Dərdinə vəqt ikən edin çarə 

Ta həlak etməyə onu yarə. 

 

Abbas ağa Nazir 

 

 

 



 

59 


DƏVƏ, ĠLAN VƏ TISBAĞA 

 

Bir dəvə, bir ilan, bir də tısbağa 



Yoldaş olmuşdular mundan sabiqa. 

 

Xanəyek müttəfiq, yekdil, yekcəhət, 



Yox idi arada bir sirri-xəlvət. 

 

İkisinin əkli 



1

rig


2

 idə torpaq, 

Dəvənin töməsi giyahü yarpaq 

 

Gəzərkən tapdılar bir girdə çörək, 



Dedilər: aparıb mənzildə yeyək. 

 

Nəhayət, bunların kini var idi, 



Muzi

3

 idi çünki hiyləgər idi. 



 

Bir-birinə dedi: “bizə nə lazım 

Kim, belə axmağa olaq mülazim 

 

Həmi yerdən yeyir, həmi həvadən, 



Yalvarıb bir çörək alaq xudadən. 

 

Aparıb onunla üç yerə bölək, 



Aldadarıq, qalar özümüzə əppək”. 

 

Muzilər qoydular binayi-möhkəm, 



Dəvəyə dedilər: “Ey yarü həmdəm. 

 

Həqqi bu kim, üç gündü binaharıq, 



Görürsən nə kunə olmuşuq arıq. 

 

Tapdığımız həmin bir girdə nandı, 



Gər üç yerə bölək, haman hamandı. 

 

Məsəldir: bir paydan bir kişi doyar, 



Gər bölünə – ikisin də ac qoyar. 

 

Yaxşı odur – bunu yesin birimiz, 



Dost-düşmənə faş olmasın sirrimiz. 

________________ 

1.

 

Ə k l i- yeməyi. 



2.

 

R i g -  toz, qum. 



3.

 

 M u z i -  qorxaq fikirli. 



 

 

60 


Olsun şol yeyənin tabü təvanı, 

Ara yerdə nahəq çıxmasın canı. 

 

Əlbəttə yetirir qasimül-ərzaq, 



Qoymaz bizi acu susuz qırılaq”. 

 

Dedi: “Nə desəniz mənim sözüm yox, 



Həqq bilir ki, özgə payda gözüm yox. 

 

 



Püşk atsanız əgər, raziyək püşgə, 

Qoy düşsün düşəcək hər kimə kişgə”. 

 

Dedilər: “Nə lazım püşk alaq ələ, 



Şükr olsun xudayə, münsifik hələ. 

 

Hər kəs öz yaşını eyləsin izhar, 



Gördük birimizin artıq sinni var – 

 

Cahıllar əl çəksin binəvadən, 



Nəsibin istəsin bari-xudadən. 

 

Şol qocaya olsun ta inki qüvvət, 



Bəlkə yol bacara bir neçə müddət”. 

 

Dəvə qaldı labüd laəlac, naçar, 



Dedi: “Özüz bilin, ixtiyarız var”. 

 

İlan tısbağaya dedi: “Ey rəfiq, 



Əvvəl de, sənindir həm yol, həm təriq”. 

 

Dedi: “Daş başıma, küllər gözümə, 



Bavər edən olsa mənim sözümə. 

 

Ol xaliqi-yekta həyyü-ləmyəzəl



1

 

İcadi-adəmə qoyan vəqt əl, 



 

On-on beş yaşında hazır idim mən, 

Bir əcəb məkanda tutmuşdum vətən. 

 

Gördüm ki, Adəmə can verdi allah, 



Mən dedim qurtardım, indi bismillah!” 

________________ 

1.

 

H ə y y ü-l ə m y ə z ə l -  həmişə canlı, diri, yəni allah. 



 

 


 

61 


Həqdi, dil-dodağın çeynədi üştür, 

Saribani-qəza dedi ki, diş

1

 dur! 


 

Ondan sonra növbət yetdi ilanə, 

Gətirdi sinnini şərhü bəyanə. 

 

Dedi: “Ey biçarə, uşaq imişsən, 



Bəs neçün olubsan ha böylə gühən? 

 

Ol zaman ki, həyyü qadiri-muxtar 



İstədiki yer-göy ola bərqərar. 

 

Adəm harda idi, Həvva kim idi? 



Məlaiki-ərşi-əla kim idi? 

 

Bir xaliqin özü, bir mən var idim, 



İndi belə görmə, bir minar idim. 

 

Müruri-zəmanın evi yıxılsın. 



Mənim kimi xanimanı dağılsın. 

 

İndi mari-çubə həmtasiyəm mən. 



Həq bilir ki, mütləq tanımaz görən”. 

 

Dəvə zahir edib bir nimxəndə, 



Dedi: “Öz yaşımı deyərəm mən də”. 

 

Götürüb ağzına yerdən çörəyi, 



Başladı ahəstə tər göyşəməyi. 

 

Dedi: “Ey mədəni-hədyanü kəzaf! 



Bu söz ilə dəvə uşaq imiş saf”. 

 

Lazımdır şol yerdə bu növ misal, 



Nəsihət eyləsin xəlqə əhli-hal. 

 

Özündən böyüyə etsə xəyanət, 



Ac qalır, etməsin əlbət, səd əlbət. 

 

Bir adam ki, qoya hiylə binası, 



Aqibət özünə dəyər xətası. 

 

Yoldaş  yoldaş ilə xədəng nisbət, 



Düz gərək ta ruzi-həşrü qiyamət. 

 


 

62 


Əgər əyri ola dəruni, çün yay, 

Kirişi qırılıb axır olur zay. 

 

Müşküldü nəzm etmək hər belə nəsri, 



Əfv eyləsin arif gər olsa kəsri. 

 

DURNALARA XĠTAB 

 

Bir saat havada qanad saxalayın, 



Nizam ilə gedən qoşa durnalar! 

Qatarlanıb nə diyardan gəlirsiz 

Qaqqıldaşa-qaqqıldaşa, durnalar! 

 

Mən sevmişəm onun ala gözünü, 



Nəsib ola bir dəm görəm üzünü; 

Yoxsa danışırsız dilbər sözünü; 

Veribsiniz nə baş-başa, durnalar?! 

 

Diyari-ğürbətdə müddətdi varam, 



Gecə-gündü canan deyib ağlaram; 

Mən də sizin kimi qərubü zaram, 

Eyləməyin məndən haşa, durnalar! 

 

Laçın yatağıdır bizim məkanlar, 



Yavaş-yavaş gedin, səsiniz anlar, 

Qorxuram toxuna ötən zamanlar 

Sürbəniz

1

 dağılıb çaşa, durnalar! 



 

Zakirəm, od tutub, alışıb cigər, 

Var isə canandan sizdə bir xəbər, 

Təğafül


etməyin allahı sevər 

Dönməsin bağrınız daşa, durnalar! 

 

 



TISBAĞA, QARĞA. KƏSƏYƏN, AHU 

 

Bir tısbağa, bir kəsəyən, bir qarğa 



Yoldaş olmuş idi bundan sabiqa. 

 

Pakizə zamanda tutuban vətən, 



Asibi-dəhrdən asudə, eymən. 

________________ 

1.

 

S ü r b ə n i z -  dəstəniz, sürünüz. 



2.

 

T ə ğ a f ü l -  qəflət göstərmə, özünü bilməməzliyə vurma. 



 

 

63 


Övqat keçirdi yazü, yayü, qış, 

Eyşü nuşə məşğul idi bitəşviş. 

 

Bir ahu şol yerə eyləyib güzar, 



Üç ikən həmdəmü həmrah oldu çar. 

 

Səhərdən dağılıb hərə bir yana, 



Günorta zamanı gəlib məkana. 

 

Başından keçəni eylərdi söhbət, 



Bu hal ilə dolandılar bir müddət. 

 

İttifaqən, bir gün gəlməyib ahu, 



Aldı yoldaşların canını qayğu. 

 

Qarğaya dedilər: “dur, aç pərü bal, 



Gətirib biçarədən bizə bir əhval. 

 

Şayəd ki, fəqiri, xudanəkərdə, 



Damə salmış ola səyyad bir yerdə”. 

 

Biməksü təvəqqef ovcə qalxıb zağ, 



Dolanıb hər tərəf edərkən soraq. 

 

Gördü ki, heyvanı səyyadi-birəhm, 



Üqubəti-həqdən eyləməyib vəhm, 

 

Tutub, əl-ayağın bağlayıb möhkəm 



Atıb günə qarşı, özü gedib həm. 

 

Dami-təzvirini qurubdu genə, 



Şayəd özgə şikar sala cənginə. 

 

Ahuyi-pabəndə verib təsəlli, 



Qanadı on isə, eyləyib əlli. 

 

Gəlib həmrəhlərə gətirdi xəbər, 



Bir parə naləvü şiyvən etdilər. 

 

Təkəllümə gəlib dedi kəsəyən: 



“Onun əncamını yaxşı billəm mən. 

 

Məni qanadının üstünə götür, 



O yer ki, ahunu görübsən, yetir. 

 


 

64 


Be-hövli-qüvveyi-xaliqi-zülmən 

Bir ləhzədə bəndin parə, qıllam mən”. 

 

Bu tədbiri həmə eyləyib pəsənd, 



Oldular, filcümlə, dilşadü xürsənd. 

 

Kəsəyəni qarğa alıb dalına, 



Olan gücün verib pərü balına. 

 

Bir zaman yetirdi ahuya muşi, 



Qalmamışdı səbrü qərarü huşi. 

 

Zərbi-dandan ilə kəsib kəməndin, 



Bir əndək qalmışdı dəf edə bəndin. 

 

Gördülər tısbağa üftanü xiyzan, 



Özünü yetirdi şol yerə nalan. 

 

Zəbani-təərrüz etdilər diraz, 



Söylədilər: “Bu nə işdi, anlamaz?! 

 

Nə fikr ilə gəldin burayə, görək, 



Səndən bizə olacaqdı nə kömək? 

 

Məgər ki, gələndə səyyadi-pürfən 



Biz qaçaq, qalasan aralıqda sən! 

 

O da bizə ola əlahiddə dağ, 



Gərəkdi dübarə çalaq əl-ayaq!” 

 

Dedi: “Ey yarani-ba-istiqamət, 



Ayini-dostluqda deyil mürüvvət –  

 

Aşinanın biri gəzə asudə, 



Şol birisi qala dami-qayğudə. 

 

Girəm ki, məsrəfim yoxdur bir karə, 



Necə dura billəm sizdən kənarə? 

 

Tanrı o yoldaşa eyləsin qəzəb, 



Kim, dari-dünyada ola xüdtələb! 

 

Üç həmrəhi-sadiq tək olsun azad, 



Mənimki səhldir, hərçi bada-bad!” 

 


 

65 


Göftügunu bunlar etməmiş təmam 

Gördülər ki, gəlir mərdi-bədəncam. 

 

Həmrəhi-çarümdəm əl çəkib naçar, 



Ahu, siçan, qarğa etdilər fərar. 

 

Səyyad gəlib ol məqamə yetişdi 



Kim, ahunu pabənd edib getmişdi. 

 

Baxıb hər tərəfə etdi nəzarə, 



Görmədi be-qeyr əz rismani-parə. 

 

Bir də bir tısbağa zarü sərəgərdan, 



Yaşınmaq qəsdilə dolanır hər yan. 

 

Bəs ki, çox yüyürüb eniş-yoxuşa, 



Ov tapmayıb əli çıxmışdı boşa. 

 

Tısbağanı labüd torbaya saldı, 



Ağzını bağlayıb dalına aldı. 

 

Yornuq köpək kimi ovçu ahəstə 



Yola başladı, ixtiyarı güsəstə. 

 

Qarğa dövr eyləyib ovci-həvadə, 



Baxardı əməli-ibni-Ziyadə. 

 

Gətirdi həmrəhi-fərarə xəbər, 



Hali-binəvadən olub müstəhzər. 

 

Muşi-sahibi-huş tapıb bir tədbir, 



Dedi: “Durmaq vəqti deyil, ey nəxcir! 

 

Sən eylə məkr ilə payını axsaq, 



Səyyadın önündə dolan bir sayaq. 

 

Fikr eyləsin asan tutacaq səni, 



Xəyali-xam ilə atıb kisəni, 

 

O olsun şikarın tutmağa məşğul, 



Mən ollam torbanı yırtmağa məşğul. 

 

Ol zaman ki, qarğa eylədi səda, 



Bil ki, tısbağanı etmişəm rəha. 

 


 

66 


Səbr eylə bir qədər ta ki, biz qaçaq, 

Sən də sıçrayıb gəl yenə qarışaq”. 

 

Bu məkr ilə oldu dü məhbus azad, 



Qayıdıb gəldilər məsrurü dilşad. 

 

Bu məsəlin vardır ona nisbəti: 



Bir kəsin bir kəsə ola ülfəti, 

 

Gərək zar olanda, o da zar ola, 



Həmişə dostundan xəbərdar ola. 

 

Nəinki dost qala dami-bəladə, 



O gəzə arxayın dəştü səhradə. 

 

Həm dəxi həqarət gözilə, zinhar, 



Baxıb bir adəmə eyləmə inkar. 

 

Hər meşəyə güman aparma boşdur, 



Xudbinlik kişiyə nə kari-xoşdur. 

 

Yazıbdır Sədiyi-şirin kəlam, 



Əmləhüş şüəra, arifi-əyyam: 

 

“Hər bizə güman məbər ki, xalist, 



Şayəd ki, pələng, xüfte başəd”.

 



M ə s ə l l ə r: 

 

O baş sınsın ki, dost yolunda gərək olmaz. 



Dostun sirrin dost bilər. 

El yığılsa kərən sındırar. 

 

T a p m a c a: 

 

41. Altı taxta, üstü taxta, 

     Oturub bir ağ otaqda 

     Qoyun deyil, otlayır, 

     Toyuq deyil, yumurtlayır. 

________________ 

1.

 

Tərcüməsi: 



Hər meşəyə güman aparma boşdur, 

Bəlkə də orada pələng yatmışdır. 

 

 


 

67 


SAYAÇI SÖZLƏR 

 

Səlam əleyk səy bəylər, 



Bir-birindən yey bəylər! 

Saya gəldi gördünüz, 

Salam verdi aldınız 

Alnı təpəl qoç quzu 

Sayaçıya verdiniz. 

 

 



Siz qayadan qorxmusuz, 

Səfa yurda qonmusuz, 

Səfa olsun yurdunuz, 

Ulamasın qurdunuz. 

Ac getsin avanınınz

Tox gəlsin çobanınınz. 



 

Bu saya yaxşı saya, 

Həm çeşməyə, həm çaya, 

Həm ülkərə, həm aya, 

Həm yoxsula, həm baya 

Bu saya kimdən qaldı? 

Adəm atadan qaldı. 

 

Adəm ata gələndə, 



Qızıl öküz duranda, 

Qızıl buğda bitəndə, 

Dünya binnət olanda, 

Musa çoban olanda 

Şişliyimiz erkəcdi.

 



Onun dərdi uludur, 

Aşıqlığı qurudur. 

Ucası qiymətlidir, 

Qabırğası dadlıdır. 

 

Qabırğa içrə pərdə, 



Salmaz adamı dərdə. 

Pərdəsi iki rəngdir. 

Böyrək ona dirəkdir, 

Altmış arşın bağırsaq, 

Bir-birinə ulğaşıq. 

________________ 

1.

 

A v a n -  düşmən, burada qurd mənasındadır. 



2.

 

E r k ə c-  qoyununn qabağında gedən buynuzlu keçi. 



 

68 


Zinhar qoyunu vurma, 

Qoyunsuz evdə durma! 

 

Qoyunlu evlər gördüm, 



Qurulu yaya bənzər. 

Qoyunsuz evlər gördüm, 

Qurumuş çaya bənzər! 

Qoyun var, kərə gəzər. 

Qoyun var, kürə gəzər. 

Gedər dağları gəzər. 

Gələr evləri bəzər. 

 

Kərəsidi oyunun, 



Kürəsidi qoyunun 

Aclıqmızdan gəzərik. 

Çövrəsində qoyunun. 

 

Nənəm qoyunun qarası, 



Qırxlığı polad parası, 

Yaz günü dəmləməsi, 

Yay günü kürəməsi, 

Qış günü qovurması! 

 

Nənəm o şişək qoyun, 



Yunu bir döşək qoyun, 

Bulamanı bol elə, 

Qırıldı uşaq, qoyun! 

 

Nənəm qumral tat qoyun, 



İldən-ilə art qoyun. 

Balalar ölməkdədir, 

Ölmə gəl, namərd, qoyun! 

 

Nənəm o saçaq qoyun, 



Birədən qaçaq qoyun, 

Sənə yaman baxanın 

Gözünə bıçaq qoyun! 

 

Nənəm o kürdü qoyun, 



Otladı durdu qoyun. 

Ay qaranlıq gecədə 

Görübdü qurdu qoyun. 

 

Nənəm o narış qoyun, 



Yunu bir qarış qoyun. 

 

69 


Çoban səndən küsübdür, 

Südü ver, barış, qoyun. 

 

Nənəm o göycə qoyun 



Gedərsən öycə qoyun, 

Yeyən sənin ucundan 

Dolanır bəycə qoyun. 

 

Yastı-yastı təpələr 



Yastığıdır çobanın. 

Yumru-yumru qayalar 

Yumruğudur çobanın. 

Əlindəki dəyənək 

Qılıncıdır çobanın. 

Yanındakı boz köpək  

Yoldaşıdır çobanın 

Ağzı qara canavar 

Düşmənidir çobanın. 

 

Nənəm qoyunun ağı, 



Gedər dolanar dağı. 

Biçər qara qayağı. 

İçər sərin bulağı. 

Qarılar tutar yağı. 

Gəlinlər yeyər quymağı. 

Illa ki qayğanağı, 

Çobana vurar dağı. 

Qızlara cehiz ağı, 

Çobana çarıq bağı. 

 

Nənəm boz, ala qoyun, 



Yolda suzala qoyun.

Yeyən sənin ucundan 



Gözəl qız ala, qoyun. 

 

Nənəm o gəlin qoyun, 



Quzuna təlin

2

 qoyun, 



Yeyən sənin ucundan 

Gətirib gəlin, qoyun. 

 

Nənəm o qəmər qoyun, 



Quzusu əmər qoyun, 

________________ 

1.

 

S u z a l a m a q -  yorulmaq, əldən düşmək. 



2.

 

T ə l i n -  mehriban, səmimi olmaq, mehr salmaq. 



 

70 


Yeyən sənin ucundan 

Bağlayıb kəmər, qoyun. 

 

Nənəm a qaşqa qoyun, 



Minmisən eşqə qoyun, 

Yeyən sənin ucundan 

Çıxıbdır köşkə qoyun. 

 

Nənəm o qızıl qoyun, 



Yollara düzül qoyun. 

Ölməmisən, qalmısan, 

Qalasan yüz il qoyun. 

 

Nənəm o səkil qoyun, 



Belində kəkil qoyun, 

Ay qaranlıq gecədə 

Arxaca çəkil, qoyun. 

 

Nənəm qaraqaş qoyun, 



Qarlı dağlar aş, qoyun, 

Ay qaranlıq gecədə 

Çobana yoldaş, qoyun! 

 

Nənəm qoyunun gəlini, 



Avşara gəlməz yelini, 

Onu sağan gəlinin 

Xınalıyım əlini. 

 

Nənəm qoyunun uzunu, 



Döşdə bəslər quzunu, 

Sağına yatar gözlər, 

Soluna yatar bozlar. 

Əli çanaqlı qızlar, 

Qoyunun yolunu gözlər. 

 

Çoban qoyunu götürəsi, 



Onu dərəyə yetirəsi, 

Ağbiləkli gəlinlər 

Sağım-sagım deyəsi. 

Ağbirçəkli qarılar 

Buluyum-buluyum deyəsi. 

 

Bu oğlumun düyəsi, 



Bu qızımın düyəsi 

Sarı suyu qalanda 



 

71 


Boz köpəyə tökəsi. 

 

Xırdaca-xırdaca qızlar, 



Əli xınalı qızlar, 

Əllərində çanaqlar 

Bərənin yolun gözlər. 

 

Qoyunun özü gəldi, 



Dolandı düzü, gəldi,  

Çobanın qucağında  

Bircə cüt quzu mələdi. 

 

Can quzu, canım quzu, 



Tükü çalır qırmızı,  

Əbrişim telli quzu, 

Qonurdu onun gözü, 

Biri gəlinin olsun, 

Biri çobanın payı, 

Üzün ağ olsun, çoban. 

 

De, bayrama nə qaldı? 



Nə qaldı, nə qalmadı? 

Bir əllicə gün qaldı! 

Əlli günü say ötür, 

Qarmala quzu götür! 

 

Əlli günü, gecəsi, 



Sağmal subay seçəsi. 

Sayan yağış

1

 yağası. 



Sarmaşıqot bitəsi. 

 

Quzu quyruq tutası, 



Ovlaq irtmək atası. 

Kərəsindən, ağından, 

Öldürümsüz sağından. 

 

Qoyun nədən hasil oldu, 



Kimya yarpağından, 

Biizmcün də gətirin,  

Qormasından, yağından. 

 

Yağ verənin oğlu olsun! 



Doğduğu oğlan olsun! 

________________ 

1.

 

S a y a n  y a ğ ı ş -  yaz yağışı, leysan. 



 

72 


 

Yarma verənin qızı olsun, 

Qızı da qotur olsun! 

Qoturuna qurd düşsün, 

Qurdundan quş tapılmasın! 

 

Qısa-qısa gələnin 



Qısnacağı dar olsun. 

Basa-basa gələnin 

Basmacığı bərk olsun, 

Sizin də damağınız çağ olsun, 

Oğul-qızınız sağ olsun! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

73 


TAPMACALARIN CAVABI 

 

1.



 

Yəhər. 


2.

 

Pişik. 



3.

 

Sac. 



4.

 

Buxarı. 



5.

 

Toyuq. 



6.

 

Xalça. 



7.

 

Yumurta. 



8.

 

Yumurta. 



9.

 

Xoruz. 



10.

 

Siçan. 



11.

 

Qoyun. 



12.

 

Nehrə. 



13.

 

Yəhər-əsbab: cilov, sinəbənd, üzəngilər, quşqun. 



14.

 

İtin, donuzun, qoyunun və inəyin əmcəkləri. 



15.

 

Balıq, ayı, dəyirman, halva. 



16.

 

Oxlov. 



17.

 

İlin fəsilləri. 



18.

 

Qamış. 



19.

 

Dörd (iki bala, ata, ana) 



20.

 

Əncir. 



21.

 

Heyva. 



22.

 

Taxıl. 



23.

 

Qarğıdalı. 



24.

 

Qoza. 



25.

 

Pambıqtəmizləyən maşın. 



26.

 

Məfrəş. 



27.

 

Cəhrə. 



28.

 

Yağış. 



29.

 

Uşaq. 



30.

 

Pul. 



31.

 

Göy, ulduzlar, ay. 



32.

 

Yeni doğuımuş uşaq. 



33.

 

Nar. 



34.

 

2401 tülkü balası. 



35.

 

Nar, iydə. 



36.

 

Qarpız, göbələk, yeralması. 



37.

 

Mancanaq. 



38.

 

Ələk. 



39.

 

Kəklik. 



40.

 

İnək, onu sağan və buzov. 



41.

 

Yarasa. 



42.

 

Çanaqlı bağa. 



 

 

74 


KĠTABIN ĠÇĠNDƏKĠLƏR 

 

Mühərririn ifadeyi-məramı..............................................................................................................3 



It və pişik.........................................................................................................................................4 

Üzlü qonaq və ev yiyəsi...................................................................................................................4 

Ərincək it.........................................................................................................................................5 

Toyuq..............................................................................................................................................5 


Yüklə 491,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin