T a p m a c a:
15. Suda Süleyman gördüm,
Dağda düleyman gördüm.
Yatar gövşər daş gördüm
Duzsuz bişmiş aş gördüm.
16. Uzun qız- oba gəzər.
________________
1.
B i z a n a g ə l m i ş ə m - (burada) cana gəlmişəm, bezmişəm.
15
Y a n ı l t m a c:
Bazarda nə ucuz?
Mis ucuz, kümcüt ucuz, duz ucuz.
AĞ QOYUN
\
Nənəm qoyunun ağı,
Gedər dolanı dağı,
Biçər qaraqiyağı
1
,
İçər sərin bulağı.
Qarılar tutar yağı,
Gəlin yeyər, quymağı,
İlla ki, qayğanağı,
Çobana vurar dağı.
Qızlara cehiz ağı,
Çobana çarıq bağı,
Uşağa şütük
2
bağı.
M ə s ə l l ə r:
Qoyun dediyin eşmə bağırsaqdır, dalısı heç üzülməz.
Qoyun deyir məni çək xarabaya, səni çıxarım abadanlığa.
NARIġ (narınc) QOYUN
Nənəm o narış qoyun,
Yunu bir qarış qoyun,
DÜZGÜ
Ustub idi, ha ustub idi,
O kişi mənim dostum idi.
Getdi Gilanə gəlmədi,
Yaylığımı aldı vermədi.
Yaylığımın ucu zil qara,
Yolladım peyğəmbərə.
Peyğəmbəri öldürdülər,
Ağ bala getdirdilər.
________________
1.
Q a r a q i y a t - ot növü.
2.
Ş ü t ü k - bələk bağı.
16
Ağ balanın saçaqları,
Gümüşdən var bıçaqları.
Vurdum sandıq açıldı,
İncili mərcan saçıldı.
İncili fərman filfili,
Gəl oxu bizim dili.
Bizim dil urum dili
............................
Urumdan gələn atlar,
Ağzında yüyən çatlar.
Heyvanın ağacları,
Bar gətirməz başları.
Vurdum başı üzüldü,
El yaylağa düzüldü.
El yaylaqdan gəlincə,
Yarı canım üzüldü.
A təşti, təşti, təşti,
Vurdum gülbi keçdi.
İki xoruz dalaşdı,
Biri qana bulaşdı.
Aftabanı vurdum daşa,
Su gəlir coşa-coşa,
Əli ilə Məhəmməd
Yazılıbdır bir daşa!
DƏVƏ VƏ TĠKAN
Bir dəvə çöldə otlayırdı. Yarpaqlanmış tikan koluna yaxınlaşıb, istədi onun
yarpaqlarını yesin. Ağzını kola tərəf uzadanda gördü ki, onun içində bir ilan
qıvrılıb yatıb. Dəvə tamah dişini ondan çəkib geri qayıtdı.
Kol belə xəyal elədi ki, dəvə onun tikanından qorxub çəkildi.
Dəvə kolun fikrini duyub dedi:
-
Mənim qorxum səndən deyil, o gizlənmiş qonaqdandır.
M ə s ə l l ə r:
Köpək qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir.
Dəvəçi ilə dost olanın darvazası gen gərək.
Dəvə gördünmü? – Qığını da görmədim.
NAZĠKBƏNAZĠK-TAZĠKBƏTAZĠK
Biri var imiş, biri yox imiş, bircə birə varmış, adı Tazikbətazik, bir də bir bit
var imiş, adı Nazikbənazik.
17
Tazikbətazik allahın əmrilə Nazikbənaziyi özünə arvad almışdı.
Ay ötdü, il dolandı, qış gəldi, çoxlu qar yağdı..
Tazikbətazik arvadına dedi:
-
Mən çıxım damımızım qarını kürüyüm, sən də bir qazan umac bişir, yeyək,
qarnımız qızsın.
Nazibənazik dedi:
-
Yaxşı, olar.
Tazikbətazik çıxdı damın qarını kürəməyə, Nazikbənazik də ocaq qalayıb bir
qazan umac asdı.
Tazikbətazik az kürəmişdi, çox kürəmişdi, birdən ayağı sürüşüb bacadan
düşdü umac qazanının içinə və o saat da öldü. Bunu görəndə Nazikbənazik
başına çırpdı, dizinə çırpdı. Haray hara çatar! Ölən bir də dirilməz ki!
Nazikbənaziyin başına döyüb ağlamağını sərçə görüb ondan soruşdu:
-
Nazikbənazik, bu nədir niyə ağlayırsan?
Nazikbənazik dedi ki, daha nə olacaqdır, Tazikbətazik damın qarını kürədiyi
yerdə ayağı sürüşüb umac qazanının içinə düşüb ölübdür.
Bunu eşitcək sərçə də başına-gözünə döyə-döyə uçdu getdi.
Ona bir qarğa rast gəldi və soruşdu:
-
Sərçeyi-cükcük, bu nədir?
Sərçeyi-cükcük cavab verdi ki:
-
Sərçeyi-cükcük neyləsin, Nazikbənazik deyir, Tazikbətazik qar kürədiyi
yerdə bacadan umac aşına düşüb ölübdür.
Qarğa bu sözü eşidəndə çox bikef olub, uçdu, qondu çinar ağacına. Çinar
onun bikef olduğunu görüb soruşdu:
-
Qarğaye-qırqır, bu nədir?
-
Qarğaye-qırqır neyləsin. Sərçeyi-cükcük deyir ki, Nazikbənazik deyir,
Tazikbətazik qar kürəyəndə bacadan umac qazanına düşüb ölübdür.
Bu xəbəri eşidəndə çinar da çox bikef oldu. Yanından dəvə keçib gedəndə
onun bikef olduğunu görüb soruşdu:
-
Çinarbəçinar, bu nədir?
Çinar cavabında dedi ki:
-
Çinarbəçinar neyləsin. Qarğeyi-qırqır deyir ki, sərçeyi-cükcük deyir ki,
Nazikbənazik deyir ki, Tazikbətazik ölübdür.
Bu pis xəbəri eşidəndə dəvə bikef olub başladı getməyə. Onun qabağına
suya gedən bir qarı çıxdı. Qarı dəvənin belə damaqsız olmağını görüb, ondan
soruşdu:
-
Dəvəyi-löklök, bu nədir?
Dəvə cavab verdi ki:
-
Dəvəyi-löklök neyləsin? Çinarbəçinar deyir ki, Qarğeyi-qırqır deyir ki,
sərçeyi-cükcük deyir ki, Nazikbənazik deyir ki, Tazikbətazik ölübdür.
Bu yaman xəbəri eşidən kimi qarı da vurub səhəngini sındırdı. Elə ki,
bulağın başına gəldi, bulaq qarının sınmış səhəngini və bikefliyini gördü,
ondan soruşdu:
-
Vurub-sındıran, bu nədir?
Qarı cavab verdi:
18
-
Vurub-sındıran neyləsin. Dəvəyi-lök-lök deyir ki, Çinarbəçinar deyir ki,
Qarğeyi-qırqır deyir ki, sərçeyi-cükcük deyir ki, Nazikbənazik deyir ki,
Tazikbətazik dama çıxıb qar kürədiyi yerdə ayağı sürüşüb, bacadan umac
qazanının içinə düşüb ölübdür.
Bulaq da bu xəbəri eşidəndə çox qüssə elədi və qüssədən onun suyu qurudu.
İndi də bulağın suyu axmayır.
M ə s ə l l ə r:
Ata olmayan ata qədrini bilməz.
Anası çıxan ağacı qızı budaq-budaq gəzər.
Qırağına bax bezini al, anasına bax qızını al.
Ata oğula bağ qıydı, oğul ataya salxım qıymadı.
Oğul atanın kövşənini əkər.
Qız yükü, duz yükü.
Qız idim, sultan idim, nişanlandım xan oldum, gəlin oldum, qul oldum,
ayaqlara çul oldum.
Qız, sənə deyirəm, gəlinim, sən eşit.
Kürəkən, kül əkən.
Birənin qanını aldın, canını aldın.
LAYLA
Bizim yerlər qalın meşə,
Taxtında otur həmişə,
Aranında gül bitsin,
Yaylağında bənövşə.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim ucadan,
Ünüm çıxdı bacadan,
Səni tanrı saxlasın
Çiçəkdən, qızılcadan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim yatınca,
Gözlərəm ay batınca,
Canım zinhara gəldi
Sən hasilə çatınca.
Balam layla, a layla!
19
Gülüm layla, a layla!
Layla dedim adına,
Haqq yetişsin dadına,
Hər layla eşidəndə,
Balam düşər yadıma.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Dağlara sərin düşər,
Kölgəsi sərin düşər,
Hər vaxt layla deyəndə
Yadıma Pərim düşər.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla beşiyim, layla,
Evim-eşiyim, layla.
Sən yat, yuxun alginən
Çəkim keşiyin layla!
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim yatasan,
Qızılgülə batasan.
Qızılgül bağın olsun,
Kölgəsində yatasan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim yatasan
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
20
BALA BARƏSĠNDƏ
Mən aşiqəm balasın,
Laçın verməz balasın.
Mən balamı istərəm
Balam istər balasın.
QARDAġ BARƏSĠNDƏ
Mən aşiq qardaşa düşər,
Qar yağar qar daşa düşər.
Qardaşım müşkül işi,
Yenə qardaşa düşər.
GƏLĠNĠN SÖZLƏRĠ
Baldızım – çuval bizim,
Dəm-dəm batar, mən neyləyim,
Qaynanam dəmir darağı,
Dıqladar ötər, mən neyləyim.
Qayınatam – sərv ağacı,
Qapıda bitər, mən neyləyim,
Qayıım – gül yarpağı,
Xatirim tutar mən neyləyim.
QAYINANANIN SÖZLƏRĠ
Q a y ı n a n a d e y ə r:
Payız günündə qızım otursun oğlu qucağında,
Yaz günündə gəlinim otursun qızı qucağında.
YAZ
Novruz bahar oldu, cahan tazə tər oldu,
Rəf oldu ələmlər,
Dağıldı bu şadlıq xəbəri dərbədər oldu,
Yandı oda qəmlər.
Göydən yerə yağdı nə gözəl şəbnəm rəhmət,
Bitdi gülü lalə,
Xoş nəğmələnib bülbüli şeyda ötər oldu,
Açıldı irmələr.
İ l i n f ə s i l l ə r i: yaz, yay, payız, qış.
21
G ü n l ə r i n a d l a r ı: cümə, şənbə, bazar, bazar ertəsi, tək (xas), çahar-şənbə,
cümə axşamı (adına).
T a p m a c a:
17. Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır.
Üçü yığar gətirər,
Üçü vurar dağıdar.
GÜNƏġĠ ÇAĞIRMAQ
Gün çıx, çıx, çıx!
Kəhər atı min, çıx!
Oğlun qayadan uçdu,
Qızın təndirə düşdü,
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür, çıx!
Gün getdi su içməyə,
Qırmızı don biçməyə.
Gün çıxıbdı yetirəcək.
Qarı yerdən götürəcək,
Keçəl qızı gətirəcək,
Saçlı qızı gətirəcək,
Duman, tac, qaç, qaç!
Səni qayadan asarlar!
Buduna damğa basarlar!
Gün getdi dağ başına,
Könlü şamama istəyən
Dolansın tağ başına.
QIZLAR NƏĞMƏSĠ
Əlimi bıçaq kəsibdi.
Dəstə bıçaq kəsibdi.
Yağ gətirin, yağlıyaq,
Bal gətirin, ballıyaq,
Dəsmal verin, bağlıyaq,
Dəsmal dəvə boyunda,
Dəvə Şirvan yolunda.
Şirvan yolu buz bağlar,
Dəstə-dəstə gül bağlar.
O gülün birin üzəydim,
Tellərimə düzəydim.
Qardaşımın toyunda
22
Oturub-durub süzəydim.
Çay daşıbdır, lil gəlir.
Dəstə-dəstə gül gəlir.
O gülün birin üzəydim,
Saç bağıma düzəydim.
Saç bağım qatar-qatar,
Üstündə qardaş yatar.
Qardaşın əl yaylığı,
Ucları zər yaylığı.
Hərə bir ağız desin
Qardaşa cansağlığı.
Hop-hopun olsun, qardaş!
Gül topun olsun, qardaş!
Gül ağacın dibində,
Gülbünün
1
olsun qardaş!
Dəyirman üstü çiçək,
Oraq gətir, gəl biçək
Qardaş, nişanlın gördüm,
Uzunboy, qarabirçək.
M ə s ə l l ə r:
Can versən, qardaşa ver, min il getsə yad olmaz.
Yaxşı gündə yad qonşu, yaman gündə vay qardaş.
Qızın oldu, qırmızı donunu çıxar.
Qız idim,
Geydirdilər zövqü-səfa köynəyini.
Nişanlandım,
Geydirdilər şövqü-səfa köynəyini.
Gəlin oldum,
Geydirdilər cövrü-cəfa köynəyini.
T a p m a c a:
18. Biz-biz idik,
Yüz qız idik.
Bizi üzdülər,
İpə düzdülər.
TÜLKÜ və ÜZÜM
Bir günü tülkü qağa
Gəlib girdi bir bağa.
________________
1.
G ü l b ü n - toyun axırıncı günü qızlar və gəlinlər yığılıb şadlıq edirlər və sonra evlərinə
dağılırlar.
23
Dolandı sola keçdi,
Dolandı keçdi sağa.
Gördü üzüm sulanır,
Yüz cürə rəngə çalır.
Dəyibdi kəhrəbatək,
Sallanıbdır, saralır.
Tülküciyəz dayandı,
Baxdı, ağzı sulandı.
Dişi alışma tutdu,
Dodağı, dili yandı.
Düz bir saaat dayandı
Quyruq üstə dolandı.
Üzüm ucada idi,
Əl çatmadı usandı.
Acıqlanmış qayıtdı,
O yerə çölə getdi.
Uzaqlaşıb özünə
Belə təsəlli etdi:
Doğrudur mənim sözüm,
Dəyməyibdir o üzüm,
Yesəm dişim qamaşar,
Yemədim onu özüm.
(Ġ.A.Krılovdan tərcümə)
M ə s ə l l ə r:
Pişiyin əli ətə çatmaz, deyər qoxuyubdur.
Ayı meşədən küsüb, meşənin xəbəri yoxdur.
Aclıq adama oyun öyrədər.
Ac gəzib tox sallanır.
Acam – quyruq acıyam, bağır-öfgə acı deyiləm.
T a p m a c a:
19. İki tülkü balası, üç anası, dörd anası, neçə eylər hamılsı?
Y a n ı l t m a c:
Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.
24
BUĞDA, ARPA VƏ DARI
Bir gün buğda, arpa və darı bir-biriylə söhbət edirdilər.
Buğda dedi:
-
Mənim bir tikəm bir dağı aşırir.
Arpa dedi:
-
Mənim də bir tikəm dağın yarısına kimi çıxardır, amma aşırmağına zamin
ola bilmərəm.
Darı da dedi:
-
Mən xalqın uşağının qanına bais ola bilmərəm ki, evindən çıxardıb borana
salam, öldürəm. Məndə o qüvvət yoxdur.
DARI VƏ BUĞDA
Darı
Mənə darıcan deyərlər
Yağ, bai ilə yeyərlər
Ehtiyatla götürüb;
Güclə saca yetirərlər.
Buğda
Yastı-yastı yatarsan,
Kol dibində bitərsən.
Məndən sənə qarışmasa
Palıddan da betərsən!
T a x ı l: buğda, arpa, darı, qarğıdalı, çəltik, pərnic, küncüt, şahdana.
M ə s ə l l ə r:
Arpadan, buğdadan əlim üzüldü, ümidim sənə qaldı, darı xirməni.
Bildirçinin bəyliyi darı solanacandır.
Darıya girən donuz payanı özünə qəbul eylər.
Kiş-kiş ilə donuz darıdan çıxmaz.
T a p m a c a l a r:
20. Ağac başında darı quyusu.
21. Ağac başında sarı yumaq.
22. Havalar, ha havalar,
Çöldə dovşan balalar
25
Dırnağından su içər,
Dimdiyindən balalar.
23. Sarı saqqal, uzun hoqqar,
Onu tapmayan olsun çaqqal.
24. Bir bölük atlar,
Çəməndə otlar.
Vədəsi gələndə
Dimdiyi çatlar.
TÜLKÜNÜN HEKAYƏTĠ
Bir kişinin maldan-dövlətdən ancaq bir neçə toyuq-cücəsi var idi.
Bir tülkü bunlara dadanıb, gecədə birini aparıb yeyərmiş. Axırda kişinin
bircə toyuğu qalır.
Kişi gecə yatmayıb pusquda oturur ki, görsün toyuqları aparan kimdir.
Gecənin bir vaxtı tülkü xəlvətcə gəlir ki, o qalmış toyuğu da aparıb yesin.
Tülkü toyuq damına girəndə kişi tez qapıları bağlayıb, arvadını yuxudan oyadır və
ikisi köməkləşib tülkünü tuturlar.
Kişinin ürəyi çox yanmışdı və tülküdə acığı var idi. Ona görə tülkünün
yediyi toyuq-cücəni bir-bir yadına salıb bu sözləri oxuya-oxuya onu döyür:
Qaya başında durarsan,
Sarı bığını burarsan,
On beş cücəmi qırarsan.
Tülkü, səfa gördüm səni,
Nə yazıq tanıdın məni?!
Tülkü, quyruğun aladır,
Qayalar sənən qaladır.
Tazı başına bəladır.
Tülkü, səfa gördüm səni,
Nə yazıq tanıdın məni?!
Əlimə aldım kürəyi,
Yoxladım damı-dirəyi,
Qopdu tülkünün ürəyi.
Tülkü, səfa gördüm səni,
Nə yazıq tanıdın məni?!
Arvad, götür yarmaçanı,
Qoyma deşikdən qaçanı.
Neylədin xoruz-beçəni?!
26
Tülkü, səfa gördüm səni,
Nə yazıq tanıdın məni?!
Təndirə qoydum noxudu,
Dərdim ürəkdə çox idi,
Yoxladım, fərəm yox idi.
Tülkü, səfa gördüm səni,
Nə yazıq tanıdın məni?!
Gecə pusquda yataram.
Yuxuma haram qataram,
Dərini baha sataram.
Tülkü, səfa gördüm səni,
Nə yazıq tanıdın məni?!
DÜZGÜ
Beşdi-beşdi ha beşdi,
Ağacdan alma düşdü.
Almanın yanı zədə,
Zədəni yeməz gədə.
Çoban çöldə gəzirdi,
Divarların düzürdü.
Çoban qoyuna gedər,
Köpəyi adam didər.
Qabağında beş kiçi,
Hanı bunun erkəci,
Erkəc qazanda qaynar,
Qənbər bucaqda oynar.
Bu iş gecə nə işdi,
Beş barmağım gümüşdü.
Gümüşü verdim tata,
Tat mənə darı sata.
Darını səpdim yerə,
Yerdə bitib göyərə.
Yerdən darı göyərdi,
Biçinçi gəldi dərdi.
Biçinçi Həzrətqulu,
Cibində vardır pulu.
Həzrətqulu bənnadı,
Arvadını danladı.
Arvadı Cahan banı –
27
Bunun çarşabı hanı?
Çarşabı cırılıbdı.
Qolbağı qırılıbdı.
Cahan gedib hamama
Çarşabını yamama.
Hamamın suyu isti
İsti suda nə pisdi!
Telpəri onun qızı,
Paltarı qıpqırmızı,
Oğlunun adı Xıdır,
Əlindəki dəhrədir.
Xıdırbıyin dəhrəsi,
Telpərinin çöhrəsi
Cəhrə demə, əsasdı,
Dəhrə demə almasdı,
Telpəri yunu darar,
Xıdırbəy odun yarar.
ġƏNGÜLÜM, ġÜNGÜLÜM, MƏNGÜLÜM
Biri var imiş, biri yox imiş, allahdan başqa heç kəs yox imiş. Bircə keçi var
imiş, bu keçinin də üçcə balası. Birinin adı Şəngülüm, birinin adı Şüngülüm,
birinin də adı Məngülüm.
Bu keçi hər gün gedib meşədə və çöldə otlarmış. Balaları da qapıları
bağlayıb evdə oturarlarmış. Keçi otlamaqdan qayıdanda qapının dalından
çağırarmış:
Şəngülüm, Şüngülüm, Məngülüm!
Açın qapını, mən gəlim!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynuzumda ot gətirmişəm.
Bunu eşidən kimi balaları sevinib tez qapını açarlarmış və anaları onları
doyuzdurub yenə gedərmiş çölə-bayıra otlamağa.
Bir gün keçi getcək qurd gəlib durur qapının dalında və başlayır çağırmağa:
Şəngülüm, Şüngülüm, Məngülüm!
Açın qapını, mən gəlim!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynuzumda ot gətirmişəm.
Balaları elə bildi ki, bunları çağıran analarıdır. Cəld qapını açdılar.
Qurd içəri girib Şəngülüm və Şüngülümü tutub yedi, amma Məngülüm qaçıb
evin küncündə gizləndi. Qurd onu görmədi.
Keçi düzü, çəməni otlayıb qayıtdı evinə və həmin sözlər ilə başladı
uşaqlarını çağırmağa. Amma içəridən bir kəs ona cavab vermədi. Neçə dəfə
28
Şəngülüm, Şüngülüm deyib çağırdısa da ona cavab verən olmadı və qapı açılmadı.
Axırda özü qapını sındırıb girdi evə. O yana, bu yana baxdı, balalarının heç birini
görmədi. Axırda qaranlıq küncün biridə Məngülümü gördü.
Başlarına gələni Məngülüm anasına nağıl elədi. Onda keçi çıxdı dovşan
damının üstünə və ayaqları ilə damı döydü.
Dovşan içəridən çığırdı:
-
O kimdir?
Keçi cavab verdi ki, mənəm, balalarımı sənmi yemisən?
Dovşan cavab verdi ki, yox, mən yeməmişəm, get tülküdən xəbər al.
Keçi getdi çıxdı tülkünün damının üstünə və başladı ayaqları ilə döyməyə.
Tülkü içəridən çığırdi:
-
O kimdir, mənim damımın üstə çıxıb?!
Keçi dedi:
-
Mənim balalarımı sənmi yemisən?
Tülkü cavab verdi:
-
Yox, mən yeməmişəm, get qurddan soruş.
Keçi getdi çıxdı qurdun damının üstünə. Bu vaxt qurd da bir qazan asmışdı,
ocağın üstə bişirirdi. Keçi damı döyəndə bunun aşının içinə torpaq töküldü. Onda
qurd çığırdı:
O kimdir damım üstə,
Toz tökər şamım üstə?
Aşımı şor eylədi,
Gözümü kor eylədi?
Keçi cavab verdi:
Mənəm, mənəm, mən paşa,
Buynuzum qoşa-qoşa.
Çıx eşiyə, savaşa!
Qurd çölə çıxdı ki, görsün nə var.
Keçi dedi:
-
Sən mənim balalarımı yemisən, gəlmişəm səninlə savaşam.
Qurd istədi ki, boynundan atsın, amma ata bilmədi və keçi ilə şərt qoydular ki,
hər ikisi bir yerdə gedib qazıya şikayət eləsinlər.
Keçi getdi evinə, bir kasa qatıq çaldı və bir dəstərxan yağlı çörək bişirdi ki,
qazıya sovqat aparsın.
Qurd da bir dağarcığın içinə 3-4 noxud ləpəsi saldı, üfürüb içini yel ilə doldurdu
və sonra ağzını bərk bağlayıb özü ilə gətirdi. Gəldilər qazının hüzuruna.
Qazı keçinin sovqatına açıb baxdı və çox xoşhal oldu. Sonra qurdun dağarcığını
açdı. Noxudun biri sıçrayıb qazının bir gözünü çıxartdı. Qazı işi belə kəsdi ki, keçi
ilə qurd gərək savaşsınlar və qurda da bir buynuz qayrılsın. Qazı keçinin
buynuzunu daha da iti elədi. Amma qurda da çürük ağacdan bir buynuz qayırdı.
Keçi ilə qurd başladı dalaşmağa. Bir-iki dəfə vuruşandan sonra qurdun buynuzu
sındı və keçi vurub onun qarnını yırtdı.
Qurd bağırdı:
-
Vay bağırsağım, vay.
Keçi cavabında dedi:
29
-
Şəngülümü, Şüngülümü yeməyəydin!
Vay bağırsağım deməyəydin!
Dostları ilə paylaş: |