Ftiziatriya ixtisası üzrə nümunəvi test sualları Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) II B qrupunda hansı vərəm xəstələri müşahidə olunur?



Yüklə 1,33 Mb.
səhifə4/15
tarix23.02.2017
ölçüsü1,33 Mb.
#9431
1   2   3   4   5   6   7   8   9   ...   15

151) II B qrupunda hansı vərəm xəstələri müşahidə olunur?
A) Ağ ciyərində keçirilmiş vərəm xəstəliyinin qalığı mövcud olan şəxslər

B) Vərəmin olmasına şübhəli xəstələr

C) Vərəmin formasından asılı olmayaraq müalicə nəticəsində heç bir effekt gözlənilməyən xəstələr

D) Vərəmin formasından asılı olmayaraq müalicə effekti gözlənilən xəstələr

E) Vərəm xəstəliyinin fəallığı şübhəli olan şəxslər
Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
152) Vərəm xəstələrinin dispanser müşahidəsinin bir qrupundan digərinə köçürülməsini kimlər yerinə yetirir?

A) Həkim məsləhət komissiyası

B) Sahə ftiziatrı

C) Dispanserin metodik təşkilat şöbəsi

D) Dispanserin şöbə müdiri

E) Dispanserin baş həkimi


Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
153) Məişətdə və işdə infeksiya mənbəyi ilə təmasda olan yaşlı insanlar hansı dispanser qrupunda müşahidə olunurlar?

A) IV A dispanser qrupunda

B) IV B dispanser qrupunda

C) III A dispanser qrupunda

D) III C dispanser qrupunda

E) III Bdispanser qrupunda


Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
154) Normal dispanser müşahidəsində fəal xəstələr hansı dispanser qrupuna ilkin olaraq götürülmürlər?
A) III C

B) III B

C) III A

D) II


E) I
Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
155) Fəal vərəm nə deməkdir?
A) Spesifik iltihabi prosesin törədicisi tapılmır kliniki laborator şüa diaqnostikası və s. ilə xəstəlik təsdiqlənmir

B) Spesifik iltihabi prosesin törədicisi mikroskopik müayinədə tapılmır rentgenoloji olaraq keçirilmiş vərəmin qalığı müşahidə olunur və kliniki müayinələrdə xəstəliyə şübhə olur

C) Spesifik iltihabi prosesin törədicisi mikroskopik müayinədə tapılmır rentgenoloji olaraq keçirilmiş vərəmin qalığı müşahidə olunur

D) Şüa diaqnostikası zamanı xəstədə spesifik dəyişikliklər, bakterioloji müayinə nəticəsində spesifik prosesin törədiciləri aşkar olunur

E) Spesifik iltihabi prosesin törədicisi bir mikroskopik müayinədə tapılır lakin, xəstəlik kliniki laborator şüa diaqnostikası və s. ilə təsdiqlənmir
Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
156) Vərəmdən kliniki sağalma nədir?
A) Aparılan kompleks müalicə tədbirləri sayəsində xəstəliyin fəallığını təsdiq edən rentgenoloji əlamətlərin tam itməsi, kliniki əlamətlərin itməməsi

B) Kompleks müalicə tədbirləri sayəsində xəstəliyin fəallığını təsdiq edən kliniki, laborator və rentgenoloji əlamətlərin tam itməsi

C) Aparılan kompleks müalicə tədbirləri sayəsində xəstəliyin fəallığını təsdiq edən rentgenoloji kliniki əlamətlər itir, mikobakteriya ifrazı davam edir

D) Aparılan kompleks müalicə tədbirləri sayəsində xəstəliyin fəallığını təsdiq edən rentgenoloji əlamətlərin itməsi, kliniki əlamətlərin itməsi

E) Aparılan kompleks müalicə tədbirləri sayəsində xəstəliyin fəallığını təsdiq edən rentgenoloji, kliniki əlamətlər itir, mikobakteriya ifrazı mikroskopik üsulla tapılmır lakin, intoksikasiya əlamətləri müşahidə olunur
Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
157) Gecikmiş residiv nədir?
A) IV dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi

B) Kliniki sağalma ilə III A dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi

C) Kliniki sağalma ilə III B dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi

D) Kliniki sağalma ilə III C dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi

E) Vərəm xəstəliyi keçirmiş və sağalma ilə əlaqədar dispanser müşahdəsindən çıxarılmış xəstələrdə vərəmin fəallaşması
Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
158) Erkən residiv nədir?
A) Cərrahi müdaxilədən sonra III dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi

B) Kliniki sağalma ilə III dispanser qrupunda müşahidə olunan xəstələrdə vərəm prosesinin fəallaşması

C) IV B dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi

D) IV A dispanser qrupunda müşahidə olunan xəstələrdə fəal vərəmin baş verməsi

E) Vərəm xəstəliyi keçirmiş və dispanser müşahdəsindən çıxarılmış xəstələrdə fəal vərəmin baş verməsi
Ədəbiyyat: Методические указания по группировке контингентов, обслуживаемых противотуберкулезными диспансерными учереждениями Москва 1973
159) ÜST-nin tələbinə görə aşağıda göstərilən vərəmin kliniki formalarından hansı ağ ciyərdən kənar vərəm kimi qiymətləndirilir?
A) İnfiltrativ ağ ciyər vərəmi dağılma mərhələsində, plevranın empieması ilə fəsadlaşma

B) Kavernoz və fibroz kavernoz vərəm

C) Fibroz kavernoz vərəm, plevranın empieması ilə fəsadlaşma

D) Döş qəfəsi daxili limfa düyünlərin vərəmi, vərəm koksiti

E) Ocaqlı ağ ciyər vərəmi infiltrasiya mərhələsində, vərəm qoniti
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
160) ÜST-nin tələbinə görə göstərilən kliniki formalardan hansı ağ ciyərdən kənar vərəmə aiddir?

A) Fibroz kavernoz vərəm, bel fəqərələrinin vərəm osteomieliti

B) Kavernoz vərəm, plevranın empieması ilə fəsadlaşma

C) İnfiltrativ vərəm və vərəm artriti

D) Ocaqlı vərəm, ekssudativ plevrit ilə fəsadlaşma

E) Vərəm perikarditi, vərəm plevriti, vərəm limfadeniti


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
161) Kliniki diaqnozun formalaşdırılması hansı ardıcıllıqla olmalıdır?
A) Vərəm koksiti, soyuq abseslə fəsadlaşma, ağ ciyərində keçirilmiş vərəmin qalığı

B) Vərəm koksiti soyuq abseslə fəsadlaşma, infiltrativ vərəm

C) Vərəm spondoliti, soyuq abseslə fəsadlaşma, fibroz kavernoz vərəm, empiema ilə fəsadlaşma

D) Vərəm koksiti soyuq abseslə fəsadlaşma, kavernoz vərəm, vərəm empieması ilə fəsadlaşma

E) Vərəm artriti, oynaqda kontraktura və ocaqlı vərəm dağılma mərhələsiində ekssudativ plevritlə fəsadlaşma
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
162) Aşağıda göstərilən kliniki formalardan hansı daha təhlükəlidir?
A) Ocaqlı vərəm VMB (-) ekssudativ plevrit, vərəm spondiliti, soyuq abseslə fəsadlaşma

B) İnfiltrativ ağ ciyər vərəmi dağılma mərhələsində VMB (+), monorezistent forma

C) Fibroz kavernoz vərəm VMB (+) monorezistent forma

D) Kavernoz vərəm VMB (-), spontan pnevmotoraksla fəsadlaşma

E) İnfiltrativ ağ ciyər vərəmi VMB (+) multirezistent forma
Ədəbiyyat: Лечения туберкулеза. Рекомендация для национальных программ. ВОЗ 1998.
163) ÜST-nin təsnifatına əsaslanaraq aşağıdakı kliniki formalardan ağ ciyərdən kənar vərəmə hansı aiddir?

A) Fibroz kavernoz vərəm

B) Miliar vərəm

C) Kavernoz vərəm

D) Ocaqlı vərəm

E) İnfiltrativ ağ ciyər vərəmi


Ədəbiyyat: Лечение туберкулеза. Рекомендация для национальных программ. ВОЗ 1998.
164) Ağırlıq dərəcələrinə görə üstünlük təşkil edən kliniki formalar hansılardır?
A) Səpələnmiş ağ ciyər vərəmi ekssudativ plevritlə fəsadlaşma

B) Ocaqlı ağ ciyər vərəmi, meningitlə fəsadlaşma

C) İnfiltrativ vərəm spontan pnevmatoraksla fəsadlaşma

D) Fibroz kavernoz vərəm, tənəffüs çatışmamazlığı

E) İnfiltrativ vərəm dağılma mərhələsində
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
165) DOTS proqramına görə tənəffüs orqanlarının vərəminə aşağıda göstərilənlərin hansı aid deyil?
A) Kazeoz pnevmoniya

B) Fibroz kavernoz vərəm

C) İnfiltrativ ağ ciyər vərəmi

D) Döş qəfəsi daxili limfa düyünlərinin vərəmi

E) Səpələnmiş ağ ciyər vərəmi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
166) DOTS proqramına qörə ağ ciyərdən kənar orqanların vərəminə sayılanlardan hansı aid deyil?
A) Perikardit

B) Miliar vərəm

C) Ekssudativ plevrit

D) Ağ ciyərin kavernoz vərəmi

E) Döş qəfəsi daxili limfa düyünlərinin vərəmi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
167) Vərəm prosesinin inkişaf mərhələsinə görə hansı ardıcıllıq doğrudur?
A) Dağılma, infiltrasiya, səpələnmə

B) İnfiltrasiya, səpələnmə, dağılma

C) İnfiltrasiya, dağılma, səpələnmə

D) Səpələnmə, infiltrasiya, dağılma

E) Dağılma, səpələnmə, infiltrasiya
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
168) Vərəm prosesinin sorulma mərhələsinə görə hansı ardıcıllıq doğrudur?
A) Bərkimə, sorulma, kirəcləşmə, çapıqlaşma

B) Bərkimə, sorulma, çapıqlaşma, kirəcləşmə

C) Sorulma, bərkimə, çapıqlaşma, kirəcləşmə

D) Sorulma, kirəcləşmə, çapıqlaşma, bərkimə

E) Sorulma, çapıqlaşma, kirəcləşmə, bərkimə
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
169) Ağırlıq dərəcəsinə görə hansı kliniki forma üstünlük təşkil edir?
A) Fibroz kavernoz ağ ciyər vərəmi, ağ ciyər ürək çatışmazlığı, böyrək amiloidozu

B) Ocaqlı ağ ciyər vərəmi, koksit, ətrafların qısalması

C) Səpələnmiş ağ ciyər vərəmi, ekssudativ plevritlə fəsadlaşma, perikardit

D) İnfiltrativ ağ ciyər vərəmi, tənəffüs çatışmazlığı, meningitlə fəsadlaşma

E) Kavernoz ağ ciyər vərəmi, spontan pnevmotoraks, plevranın empieması
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
170) Səpələnmiş ağ ciyər vərəminin yayılma yolları hansılardır?
A) Cinsi əlaqə ilə

B) Sputogen yol ilə

C) Hava damcı yolu ilə

D) Alimentar yol ilə

E) Hematogen, limfogen, bronxogen
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988

Bölmə 3.Ftiziatriyanın nəzəri əsasları

171) Mikobakteriyaları aşkar etmək üçün hansı materialdan istifadə edilməlidir?
A) Bəlğəm, sidik və şişdən gələn ifrazat

B) Bütün sayılanlar

C) Mədə və bronxların yuyuntu suları

D) Plevral maye

E) Qan və bioptat
Ədəbiyyat: M.A.Şıxlinskaya, Y.Ş.Şıxəliyev, E.N.Məmmədbəyov, M.B.Qurbanova. Turşuya davamlı mikoakteriyaların aşkarlanması üçün mikroskopik tədqiqatın aparılması üsulları (metodik təlimat) Bakı 2006.
172) Mikroskopik müayinənin effektivliliyini artıran hansı müayinə metodu var?
A) Flotasiya

B) Kultural əkmə üsulu

C) Biokimyəvi müayinələr.

D) İmmunoloji müayinələr

E) Təkrari bakterioskopiya
Ədəbiyyat: M.A.Şıxlinskaya, Y.Ş.Şıxəliyev, E.N.Məmmədbəyov, M.B.Qurbanova. Turşuya davamlı mikoakteriyaların aşkarlanması üçün mikroskopik tədqiqatın aparılması üsulları (metodik təlimat) Bakı 2006.
173) Vərəm mikobakteriyaları aşağıda göstərilənlərdən hansına transformasiya edə bilirlər?
A) Transformasiya etmirlər

B) Kokklara

C) L-formalara və filtrdən keçən virusa oxşar formalara

D) Viruslara

E) Rikketsiyalara
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
174) Mikobakteriyaların kultural müayinə metodları hansılardır?
A) Elektron mikroskopiya

B) Luminissent mikroskopiya

C) Fenotipik və genotipik müayinələr

D) Sadalanların heç biri

E) İmmunoloji hüceyrə zəncirinin aşkarı
Ədəbiyyat: М.И.Перельман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
175) Atipik mikobakteriyalar harada yaşayır?
A) Su hövzələrində

B) Quşların orqanizmində

C) Heyvanların orqanizmində

D) Torpaqda

E) Bütün cavablar düzgündür
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
176) Atipik mikobakteriyaların törətdiyi ağ ciyər mikobakteriyozu ilə vərəmi hansı əlamətlərə görə diferensasiya etmək mümkündür?
A) Bütün cavablar düzgündür

B) Ayırd edilmir

C) Aşkar edilmiş törədicinin növünə görə

D) Xəstəliyin kliniki gedişatına görə

E) Xəstəliyin rentgenoloji əlamətlərinə görə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
177) Təcrübədə mikobakteriyaların spesifik dərmanlara həssaslığını hansı üsulla aşkar etmək olar?
A) Biokimyəvi üsulla

B) Hamısı ilə

C) İmmunoloji üsulla

D) Kultural üsul ilə

E) Bioloji metodla
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
178) Aerogen yoluxma zamanı vərəm mikobakteriyalarını ilkin olaraq hansı hüceyrələr fagositoz edir?
A) II –ci sıra alveolositlər

B) Limfositlər

C) I –ci sıra alveolositlər

D) Eritrositlər

E) Makrofaqlar və neytrofillər
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
179) Mikobakteriyaların spesifik dərmanlara davamlığı hansı üsulla təyin edilir?
A) Bioloji metodla

B) Kultural üsul ilə

C) Sadalanların hamısı ilə

D) İmmunoloji üsulla

E) Biokimyəvi üsulla
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
180) Kultural metodla 7-8 gün müddətində cavab əldə etmək üçün mikobakteriyalar hansı mühitdə əkilməlidir?
A) Qris mühiti

B) BAKTEK 960 MGİT duru qidalı mühitdə

C) Bərk qidalı mühitdə

D) Aqar-Aqar

E) Levenşteyn-Yensen qidalı mühitdə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
181) Vərəmin ikincili formaları hansı orqanlarda gizli yerləşən ocaqlarının reaktivasiyası nəticəsində əmələ gəlir?
A) Bütün qeyd edilən orqan və toxumalarda

B) Plevrada və digər orqanlarda (böyrəklər, sümüklər, oynaqlar və s.)

C) Divararalığı limfa vəzlərində

D) Bronx divarının membran qışasında

E) Ağ ciyər parenximasında
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
182) İlkin vərəm lokalizasiyası hansılardır?
A) Ağ ciyər toxuması və döş qəfəsi daxili limfa vəziləri

B) Döş qəfəsi daxili limfa vəziləri

C) Bütün göstərilənlər mümkündür

D) Ağ ciyər toxuması

E) Bronxlar
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
183) Vərəmin ikincili formaları dedikdə nə nəzərdə tutulur?
A) Yaşlı insanlarda vərəm

B) Vərəmin ağ ciyərdə lokalizasiyası

C) Vərəmin xroniki formaları

D) Orta yaşlı insanlarda vərəm

E) İlkin yoluxma ocaqlarının endogen reaktivasiyası və ekzogen superinfeksiya nəticəsində əmələ gələn vərəm
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
184) Vərəmin müasir klasifikasiyası nəyin əsasında qurulmuşdur?
A) Patogenetik prinsiplər

B) Kliniki rentgenoloji prinsiplər

C) Rentgenoloji prinsiplər

D) Morfoloji prinsiplər

E) Kliniki –immunoloji prinsiplər
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
185) Ağ ciyərlər ardıcıl olaraq hansı anotomik vahidlərə bölünür?
A) Pay, seqment, asinus

B) Seqment, pay, asinus

C) Pay, seqment, zona

D) Pay, asinus, seqment

E) Zona, pay, seqment
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
186) Ağ ciyərin anatomik quruluşunun vahidi nədir?
A) Seqment

B) Paycıq

C) Asinus

D) Zona


E) Pay
Ədəbiyyat: М.И.Перелман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
187) Sağ ağ ciyərin neçə seqmenti var?
A) 2

B) 7


C) 6

D) 10


E) 8
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
188) Sol ağ ciyər neçə seqmentdən ibarətdir?
A) 5

B) 9 (10)

C) 6

D) 8


E) 7
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
189) Ağ ciyərin orta payının lateral hissəsində neçənci seqment yerləşir?
A) IV seqment

B) I-II seqment

C) VI seqment

D) V seqment

E) III seqment
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
190) Sol ağ ciyərin yuxarı payının linqulyar hissəsində neçənci seqmentlər yerləşir?
A) III-IV seqmentlər

B) IX-X seqmentlər

C) I-II seqmentlər

D) V-VI seqmentlər

E) IV-V seqmentlər
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
191) Ağ ciyərin aşağı payının yuxarı hissəsində neçənci seqment yerləşir?
A) X seqment

B) IX seqment

C) VII seqment

D) VIII seqment

E) VI seqment
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
192) Sol ağ ciyərin yuxarı payının arxa şöbəsində neçənci seqment yerləşir?
A) II-III seqment

B) II seqment

C) IV-V seqment

D) I seqment

E) I-II seqment
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
193) Sol ağ ciyərdə onurğa sütununun IV-VI döş fəqərələrinin ön proyeksiyasında yerləşən seqment hansıdır?
A) VIII seqment

B) VI seqment

C) VIIseqment

D) IX seqment

E) X seqment
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
194) Tənəffüs yolların bütün şöbələrinin ümumi funksiyası hansılardır?
A) Bütün sayılanlar

B) Havanın keçirilməsi

C) Havanın bölünməsi

D) Kondisə etmə (isitmə, nəmləşdirmə)

E) Yad cisimlərdən təmizləmə
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
195) Yuxarı tənəffüs yollarının başlanğıcı sayılan burunun tənəffüs aktında hansı funksiyası var?
A) Havanı qəbul edir,qızdırır,nəmləndirir

B) Havanı soyudur

C) Havanı nəmləndirir,soyudur

D) Havanı qəbul edir,soyudur

E) Sadalanların heç biri düz deyil
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
196) Tənəffüs yollarından seliyin ağız boşluğuna nəqlində əsas rolu nə oynayır?
A) Kirpikli epitelinin kirpikciklərinin ehtizazı

B) Öskürək

C) Seliyin osmotik təzyiqindəki fərq

D) Tənəffüs zamanı havanın hərəkəti

E) Sadalananların hamısı doğrudur
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
197) Ağ ciyərlərin üzərini örtən plevra necə adlanır?
A) Zərif birləşdirici toxuma

B) Sadalanların heç biri

C) Parietal plevra

D) Visseral plevra

E) Fassiya
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
198) Kirpikli epitelinin hərəkəti nəticəsində iri bronxlardan seliyin yerdəyişməsinə nə səbəb olur?
A) Sadalananların heç biri

B) Seliyin yapışqanlığı

C) Seliyin öz formasını saxlaya bilmə qabiliyyəti

D) Seliyin gərginliyi və elastikliyi

E) Bütün sayılanlar
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
199) Sağlam insanlarda havanın kondensləşməsi hansı şaxələnmə səviyyəsində başa çatır?
A) Pay bronxlarıda

B) Membran bronxlarının başlanğıc şöbələrində

C) Seqmentar bronxlarda

D) Tənəffüs bronxlarında

E) Subseqmentar bronxlarda
Ədəbiyyat:
200) Sağ ağ ciyərin orta payında hansı seqmentlər yerləşir?
A) II-IV seqment

B) IV-V seqment

C) I-III seqment

D) VI seqment

E) VIII-IX seqment
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
201) Döş qəfəsi daxili plevra necə adlanır?
A) Parietal

B) Sadalananların heç biri

C) Visseral

D) Fassiya

E) Zəif birləşdirici toxuma
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
202) Asinusu drenaj edən bronx hansıdır?
A) Sadalananların heç biri

B) Respirator bronxiol

C) Terminal bronxiol

D) Membran bronxiol

E) I-II sıra bronxları
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
203) Yad cismin makrofaqlar tərəfindən faqositozu necə başa çatır?
A) Makrofaqın zədələnməsi ilə

B) Heç biri doğru deyil

C) Yad cismin dağılması ilə

D) Bütün cavablar doğrudur

E) Yad cismin sitoplazmada tapılması,bronxlar və limfa damarları vasitəsi ilə xaric olması ilə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
204) Doş sümüyü ilə hansı qabırğalar birləşmir?
A) I –II qabırğa

B) Birləşməyən yoxdur

C) IX-X qabırğa

D) XI-XII qabırğa

E) V-VI qabırğa
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
205) Bronx ağ ciyər aparatının kökündə böyümüş limfa düyünləri hansı xəstəliklərdə müşahidə oluna bilər?
A) Xroniki pnevmoniya

B) Kiçik qan dövranında durğunluq zamanı

C) Xroniki bronxitdə

D) Vərəm və şişlərdə

E) Ürəyin kəskin işemik xəstəliklərində
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
206) Plevral vərəqlər hansı funksiyanı yerinə yetirmir?
A) Bronxial arteriyalar sistemində qanın hərəkətinin bərabərliyinin təmini

B) Plevradaxili təzyiqin qorunub saxlanılması

C) Plevral şırımlarda mayenin kapilyar təbəqəsinin saxlanmasını

D) Ağ ciyər parenximasının bərabər ventilyasiyasının təmini

E) Baryer funksiyası
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
207) Plevra boşluğunda olan təzyiq necə qiymətləndirilir?
A) Mənfi təzyiq

B) Atmosfer təzyiqi

C) Normal təzyiq

D) Müsbət təzyiq

E) Təzyiq olmur
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988 г
208) İltihabi mənşəli ekssudativ plevritlər zamanı plevral bitişmələrin əmələ gəlməsinin qarşısını necə almaq olar?

A) Bütün cavablar doğrudur

B) Ekssudatın təkrar evakuasiyası

C) Ekssudatın aşkar olunduğu an evakuasiyası

D) Plevral boşluğa eksudatın evakuasiyasından sonra plevral bitişmələrin əmələ gəlməsinin qarşısını alan preparatların (qlükokortikoid hormonlar, lidaza) yeridilməsi

E) Xəstəliyin erkən diaqnostikası


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988 г
209) Aşağıdakılardan hansı immunitetin əsas qolu sayılmır?
A) Hüceyrə

B) Makrofaqial-faqositar sistem

C) Sadalananların heç biri

D) Humoral

E) Neyroendokrin
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988 г
210) Ağ ciyərin həyat tutumu hansı aparatla təyin olunur?
A) Audimetr

B) Angioqraf

C) Rentgenoqraf

D) Spirometr

E) Tomoqraf
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin