Ftiziatriya ixtisası üzrə nümunəvi test sualları Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Tənəffüs üzvlərinin xəstəlikləri zamanı hansı rentgen müayinə göstəriş deyil?



Yüklə 1,33 Mb.
səhifə9/15
tarix23.02.2017
ölçüsü1,33 Mb.
#9431
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

446) Tənəffüs üzvlərinin xəstəlikləri zamanı hansı rentgen müayinə göstəriş deyil?
A) Ön proyeksiyada tomoqrafik müayinə

B) Ön proyeksiyada rentgenoqrafik müayinə

C) Renoqrafiya

D) Yan proyeksiyada rentgenoskopik müayinə

E) Ön proyeksiyada rentgenoskopik müayinə
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
447) Tənəffüs orqanlarının xəstəliklərinin müayinəsi zamanı hansı müainə üsulu əsas sayılır?
A) Kimoqrafiya

B) Rentgenoqrafiya və tomoqrafiya

C) Angioqrafiya

D) Bronxoskopiya

E) Angiopulmonoqrafiya
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
448) Tənəffüs üzvləri xəstəliklərinin müayinəsində ilkin olaraq hansı rentgen müayinədən istifadə olunur?

A) Ön və yan proyeksiyada flüoroqrafiya

B) Divararalığının ön və yan proyeksiyalarında tomoqrafiya

C) Polipozision rentgenoskopiya və rentgenoqrafiya, flüoroqrafiya

D) Ön və yan proyeksiyalarda tomoqrafiya

E) Müxtəlif proyeksiyalarda rentgenoskopiya


Ədəbiyyat: Л.И.Юкелис Флюорография легких Ленинград 1988
449) Əhalinin profilaktik müayinəsi zamanı əsas hansı rentgen müayinədən istifadə olunur?
A) Kompüter tomoqrafiyası

B) Rentgenoqrafiya

C) Rentgenoskopiya

D) Tomoqrafiya

E) Flüoroqrafiya
Ədəbiyyat: Л.И.Юкелис Флюорография легких Ленинград 1988
450) Əhalinin vərəmə görə minimum profilaktik müayinəsinə hansı üsullar daxildir?
A) Sayılanların heç biri

B) Bronxoskopiya, HİV-ə görə müayinə, qanın ümumi müayinəsi

C) Flüoroqrafiya, Mantu sınağı, sadə bakterioskopiya

D) Rentgenoqrafiya, qanın ümumi müayinəsi, bəlğəmin müayinəsi

E) Biokimyəvi müayinə, sidiyin bakterioloji müayinəsi, tomoqrafiya
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
451) Ön proyeksiyada çəkilmiş ağ ciyərlərin icmal rentgenoqrammasının keyfiyyətinə qiymət verərkən hansı amillər nəzərə alınmalıdır?

A) Artefaktlar

B) Rentgenoqrammanın sərtlik dərəcəsi

C) Xəstənin vəziyyətinin düzgünlüyü və orqanın tam əhatə olunması

D) Rentgenoqrammanın tənəffüsün hansı fazasında çəkilməsi

E) Bütün cavablar doğrudur


Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
452) Ağ ciyərlərin ön proyeksiyadan çəkilmiş icmal rentgenoqrammasının texniki keyfiyyətinə qiymət verilərkən xəstənin yerləşdirilməsi hansı halda düzgün sayılır?
A) Yuxarı 4 döş fəqərəsinin cismləri görünməlidir

B) Diafraqmanın hər iki kümbəzi və plevra- diafraqmal sinuslar aydın görünməlidir

C) Körpücük sümüklərinin medial hissələrinin döş sümüyünə qarşı simmetrik olmlıdır

D) Bütün sayılanlar

E) Döş qəfəsinin yan hissələri aydın görünməlidir
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
453) Döş qəfəsinin ön proyeksiyasında çəkilmiş icmal rentgenoqrammasına qiymət verərkən nəyə fikir vermək lazımdır?

A) Ağ ciyər sahəsinin şəffaflığına

B) Diafraqmanın sol zirvəsinin vəziyyətinə

C) Bütün sayılanlara

D) Diafraqmanın sağ zirvəsinin vəziyyətinə

E) Hər iki zirvənin vəziyyətinə


Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
454) Döş qəfəsinin ön proyeksiyasında çəkilmiş icmal rentgenoqrammasının rentgenoanatomik analizi aparılarkən hansı amil nəzərə alınmalıdır?
A) Yumşaq toxumaların vəziyyəti

B) Divararalığının, diafraqmanın və diafraqmal sinusların vəziyyəti

C) Bütün sayılanlar doğrudur

D) Ağ ciyər köklərinin, ağ ciyər şəklinin vəziyyəti

E) Sümük skeletinin vəziyyəti
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
455) Döş qəfəsinin yan proyeksiyada çəkilmiş rentgenoqramması hansı məlumatı almağa imkan verir?
A) Bütün sayılanlar doğrudur

B) Payarası plevrada gedən proseslər haqqında

C) Patoloji prosesin ağ ciyərin hansı seqmentində lokalizə olmağı haqqında

D) Döş qəfəsinin ön proyeksiyasıda aydın görünməyən yuxarı və aşağı payın sərhədləri haqqında məlumat

E) Patoloji prosesin ağ ciyərin hansı payında yayılması haqqında
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
456) Ağ ciyər köklərinin və divararalığının yan proyeksiyada çəkilmiş tomoqramması hansı məlumatı almağa kömək edir?
A) VI seqment bronxlarının və orta payın vəziyyəti haqqında

B) Bütün sayılanlar doğrudur

C) Ağ ciyərin və divararalığının ön proyeksiyada öz əksini tapmayan hssələrinin vəziyyəti haqqında

D) İri bronxların vəziyyəti haqqında

E) Orta pay və VI seqment bronxları ətrafındakı limfa vəzlərinin vəziyyəti haqqında
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
457) Plevrada bitişmələri ayırd etmək üçün hansı müayinə metodu tətbiq olunur?
A) Bronxoskopiya

B) Angioqrafiya

C) Rentgenoqrafiya

D) Plevroskopiya

E) Tomoqrafiya
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
458) Döş qəfəsi orqanlarının tomoqrafik müayinəsinin aparılması üçün göstərişlər hansılardır?
A) Patoloji dəyişikliklərin xarakterinin aydınlaşdırılması üçün

B) Bütün cavablar doğrudur

C) Patoloji dəyişikliyin spesifikliyinin təyini üçün

D) Patoloji dəyişikliklərin aktivliyinin təyini üçün

E) Patoloji dəyişikliklərin lokalizasiyasının dəqiqləşdirilməsi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
459) Kompüter tomoqrafiyasının diaqnostik imkanları hansılardır?
A) Adi tomoqrammada görünməyən döş qəfəsi daxili limfa vəzilərindəki dəyişiklikləri aşkar edir

B) Ağ ciyərlərin bu və ya dgər anatomik elementlərinin patoloji prosesə cəlb olunmasını ayırd edir

C) Adi tomoqrammalarda görünməyən boşluqlu dəyişiklikləri aşkar edir

D) Patoloji dəyişikliklərinin sıxlığına əsasən iltihabi və şiş proseslərinin differensasiyasına kömək edir

E) Bütün sayılanlar
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
460) Vərəm spondilitlərində hansı rentgenoloji əlamət daha informativ sayılır?
A) Sayılanların heç biri uyğun gəlmir

B) Fəqərəarası disklərin dağılması nəticəsində fəqərə cismlərinin bir-birinə yaxınlaşması

C) Ön və arxa boylama bağların kirəcləşməsi nəticəsində “bambuk

D) Fəqərəarası disklərin qalınlaşması nəticəsində fəqərə cismlərinin bir-birindən aralanması

E) Fəqərə cisminə duzların toplanması
Ədəbiyyat: Диагностика и лечение внелегочного туберкулеза. Рекомендация ВОЗ 2002
461) Bronxoqrafiya ən çox hansı xəstəliyin diaqnostikasında tətbiq olunur?
A) Ağ ciyər kistalarının

B) Divararalığı patologiyaları

C) Patologi pnevmotoraksların

D) Sayılanların heç biri

E) Ağ ciyər xərçənginin
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
462) Ağ ciyərlərdəki kölgəyəbənzər dəyişiklikləri təsvir etmək üçün nəyə fikir verilməlidir?
A) Kölgəliyin lokalizasiyası, xarakteri, eləcə də onun başqa orqanlar strukturları ilə əlaqəsinə

B) Bütün sayılanlara

C) Ətraf fonun vəziyyətinə

D) Kölgəliklərin konturu, intensivliyi və strukturuna

E) Kölgəliklərin sayı, ölçüsü və formasına
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
463) Böyrək vərəminin yoluxucu formasının təyini üçün hansı müayinə metodu önəmlidir?
A) Sidiyin sadə mikroskopiyası

B) Renoqrafiya

C) Angioqrafiya

D) Qanın əkilməsi

E) Qalxan uroqrafiya
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
464) Ağ ciyər vərəmi diaqnozunu qoyarkən rentgenoloji olaraq nəyə fikir vermək lazımdır?
A) Bütün sayılanlara

B) Prosesin yayılma dərəcəsinə

C) Prosesin formasına

D) Prosesin lokalizasiyasına

E) Prosesin bronxogen yayılmasına
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
465) Rentgenoloji olaraq ağ ciyər vərəminin hansı yayılma formaları mövcuddur?
A) Prosesin bronxogen yayılması

B) Prosesin limfogen yayılması

C) Prosesin hemotogen yayılması

D) Sadalananların heç biri

E) Bütün sayılanlar
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
466) Bronxoskopik müayinə üçün əks göstərişlər hansılardır?
A) İnfiltrativ vərəm dağılma mərhələsində

B) Bronxun bəd xassəli şişi

C) Bronxun vərəmi

D) Ürəyin işemik xəstəliyi, miokard infarktı

E) Bronxun xoş xassəli şişi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
467) Biopsiya zamanı alınmış bioptat hansı müayinələrə göndərilməlidir?
A) Sitoloji müayinə

B) Biokimyəvi və morfoloji müayinə

C) Sitoloji, morfoloji və bakterioloji müayinə

D) Sitoloji və biokimyəvi müayinə

E) Bakterioloji və biokimyəvi müayinə
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
468) Plevroskopiya zamanı biopsiya vasitəsilə aşağıda göstərilən hansı xəstəlik diaqnozunu qoymaq olar?
A) Sadalananların hamısı

B) Naməlum etiologiyalı plevrit

C) Xərçəng təbiətli plevrit

D) Vərəm mənşəli ekksudativ plevrit

E) Revmatik mənşəli ekssudativ plevrit
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
469) Vərəm mikobakteriyaları ifraz edən ağ ciyər vərəmli xəstələr necə aşkar olunmalıdır?
A) Flüoroqrafik müayinələrlə

B) Profilaktik baxışlarla

C) Vərəm əleyhinə dispanserə müraciət zamanı

D) Ümumi tibb şəbəkəsinə müraciət zamanı aparılan minimum müayinələrlə

E) Laborator müayinələrlə
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
470) Mikobakteriya ifrazı ilə müşaiyət olunmayan ocaqlı formalı vərəmi olan xəstələr hansı müayinə ilə daha çox aşkar olunur?

A) Profilaktik flüoroqrafik müayinələrlə

B) Ümumi tibbi müəssisələrə müraciət zamanı mikroskopiya metodu ilə

C) Laborator müayinələrlə

D) Bütün sayılanlarla

E) Meyidin təşrihi zamanı


Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
471) Vərəmli xəstələrin şikayətlərinə aşağıdakılardan hansı ayid deyil?
A) Öskürək

B) Bəlğəm ifrazı

C) Subfebril hərarət

D) Kəmərləyici ağrı

E) Gecə tərləmələri
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
472) Döş qəfəsinin perkussiyası zamanı kütləşmə nə vaxt qeyd olunur?
A) Bronxoektaziya xəstəliyində

B) Ekssudativ plevritdə

C) Emfizemada

D) Spontan pnevmotoraksda

E) Bronxitdə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
473) Plevra boşluğunda ekssudatın olması hansı obyektiv müayinədə aşkarlana bilər?
A) Perkusiya

B) Auskultasiya

C) Palpasiya

D) Sayılanların heç biri

E) Sayılanların hamısı doğrudur
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
474) Ağ ciyərlərdə yaş xırıltılar vərəmin hansı formasında daha çox müşahidə olunur?
A) İnfiltrativ ağ ciyər vərəmində

B) Tuberkulyomada

C) Döş qəfəsi daxili limfa vəzlərinin vərəmində

D) Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyasında

E) Ocaqlı vərəmdə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
475) Vərəmin hansı forması daha qüclü kliniki simptomatika ilə müşayət olunur?
A) Limfogen səpələnmiş vərəm

B) Ağ ciyər tuberkuloması

C) Kazeoz pnevmoniya

D) Ağ ciyərin sirrotik vərəmi

E) Ocaqlı ağ ciyər vərəmi
Ədəbiyyat: В.И.Кибрик Казеозная пневмoния Ярославл 2002
476) Yaşlı insanlarda vərəmin aşkarlanması hansı hallarda daha çox müşahidə olunur?
A) Meyidin təşrihi zamanı

B) Xəstəliyin kliniki əlamətləri ilə əlaqədar tibbi yardım üçün müraciətlər zamanı

C) Əhalinin kütləvi flüoroqrafik müayinəsi ilə

D) Biopsiya materiallarına əsasən (instrumental müayinə, əməliyyatlar)

E) Cərrahi müdaxilə zamanı
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
477) Tənəffüs orqanlarının R-müayinəsində hansı metod istifadə olunmur?
A) Kontrast uroqrafiya

B) R-qrafiya düz proyeksiyada

C) Tomoqrafiya düz proyeksiyada

D) R-qrafiya yan proyeksiyada

E) Flüoroqrafiya və rentgenskopiya
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
478) Vərəm xəstəliyi adi üsulla aşkarlanmadıqda hansı əlavə müayinə metodları tətbiq olunur?
A) Rentgenoqrafiya və tomoqrafiyası

B) Maqnit rezornans tomoqrafiya

C) Kompyuter tomoqrafiya

D) Bronxoqrafiya

E) Bütün sadalananlar
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
479) Müasir dövrdə hansı flüoroqrafiya aparatı həlledicilik qabiliyyətinə görə üstündür?
A) Hərəkətdə olan lentli flüoroqraf (77x77 mm)

B) Kiçik kadrlı lentli flüoroqraf (34x34 mm)

C) Rəqəmsal aparat

D) 110x110 mm lentli flüoroqraf

E) İri kadrlı lentli flüoroqraf (77x77 mm)
Ədəbiyyat: Л.И.Юкелис Флюорография легких Ленинград 1988
480) Döş qəfəsi orqanlarının icmal rentgenoqrammasının keyfiyyət göstəriciləri hansılardır?
A) Şüanın sərtlik dərəcəsi

B) Xəstənin simmetrik dayanması

C) R-qramın çəkilərkən tənəffüsün fazası

D) Döş qəfəsini tam əhatə etməsi

E) Bütün cavablar düzgündür
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
481) Hansı halda döş qəfəsi orqanlarının icmal R-qramması çəkilişi düzgün hesab edilir?
A) Diafraqmanın kümbəzi görünür yalnız bir tərəfdə görünür

B) Körpücük sümüklərinin iç çıxıntılarının döş sümüyünə simmetrik dayanması mövcud deyil

C) Körpücük sümüklərinin iç çıxıntıları döş sümüyünə qarşı simmetrik dayanır

D) Yalnız bir tərəfdə ağ ciyərin zirvəsi tam görünür

E) Hər iki ağ ciyərin zirvəsi görünmür
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
482) Döş qəfəsi orqanları icmal R-qrammasın qiymətləndirilməsi zamanı hansı hal normal hesab olunur?
A) Bütün döş qəfəsi fəqərələr arası disklər aydın görünürsə

B) Döş qəfəsi şəkilin bir tərəfində tam görünmür (kəsilmişdir)

C) Sümük elementlərinin strukturu dəyişilməyibsə

D) Onurğa sütunu divar aralığının kölgəsi fonunda aydın nəzərə çarpırsa

E) Yalnız birinci 3-4 döş fəqərəsinin cismi aydın görünürsə
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
483) Döş qəfəsi orqanlarının icmal R-qrammasında tənəffüs fazasını qiymətləndirərkən nəyi nəzərə almaq lazımdır?

A) Diafraqmanın sağ və sol kümbəzinin vəziyyətini

B) Diafraqmanın sol kümbəzinin vəziyyətini

C) Diafraqmanın sağ kümbəzinin vəziyyətini

D) Sayılanların hamısını

E) Ağ ciyər sahəsinin şəffaflıq dərəcəsini


Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
484) Döş qəfəsinin icmal R-qrammasının qiymətləndirərkən hansı hallar artefakt sayılır?
A) Plyonkadakı deffektlər

B) Döş qəfəsinə aid olmayan detalların təsvirlərinə

C) Skletin anomaliyaları

D) Damarların anevrizması

E) Yad cisimlər (sancaq, bəzək əşyaları və s.)
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
485) Ağ ciyərlərin düz proyeksiyada tomoqramması hansı informasiyanı verir?
A) Traxeya və böyük bronxların vəziyyəti

B) Döş qəfəsi daxili limfa düyünlərinin vəziyyəti

C) Böyük damarların vəziyyəti

D) Bütün cavablar düzdür

E) Divararalığının xoş xassəli şişləri haqqında
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
486) Flüorokartotekanın hansı növləri vardır?
A) Flüoroteka

B) Passiv flüorokartoteka

C) Aktiv flüorokartoteka

D) Sadalananların heç biri

E) Sadalananların hamısı
Ədəbiyyat: Y.Ş.Şıxəliyev.Ucqar dağ kənd yaşayış məntəqələrində flüoroqrafiya müayinələrinin təşkili Bakı 1989
487) Minimum müayinə metodlarına hansılar aiddir?
A) Rentgen flüoroqrafiya

B) İcmal rentgenoqrafiya

C) Sadə mikroskopiya

D) Sadalananların hamısı

E) tuberkulindiaqnostika
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
488) Müayinə metodlarının aparılma ardıcıllığı necə olmalıdır?
A) Deantoloji qanunlara əməl etməklə

B) Bahalıdan ucuza doğru

C) Ucuzdan bahalıya doğru

D) Sadalananların hamısı

E) Ən müasir bahalı müayinə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
489) Bronx ağ ciyər aparatı xəstəliklərinin müayinəsinin ilkin mərhələsi hansıdır?
A) Bronx ağ ciyər aparatının rentgenoloji müaynəsinə ehtiyac yoxdur

B) Obyektiv müayinə metodları kifayət edir

C) Maksimum müayinə metodları ilə başlanmalıdır

D) Subyektiv şikayətlər kifayət edir

E) Minimum müayinə metodları ilə başlanmalıdır
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
490) Döş qəfəsinin flüoroqrafiyası zamanı hansı xəstəliklər aşkarlanır?
A) Ağ ciyərin qeyri spesifik xəstəlikləri

B) Döş qəfəsi skletinin patologiyaları

C) Bronx ağ ciyər aparatının vərəmi

D) Ürək-damar sisteminin xəstəlikləri

E) Sadalananların hamısı
Ədəbiyyat: Л.И.Юкелис Флюорография легких Ленинград 1988
491) Flüoroqrafiyanın effektivlik səviyyəsi necə artırılır?
A) Əhalinin kütləvi şəkildə müayinəsi

B) Sidik-tənasul sistemi müayinəsinin əlavə olunması

C) Mədə-bağırsaq sistemi müayinəsinin əlavə olunması

D) Risk qruplarının müayinəsi

E) Onkoloji patologiyaların aşkarlanması
Ədəbiyyat: Л.И.Юкелис Флюорография легких Ленинград 1988
492) Kütləvi mikobakteriya ifrazı nə deməkdir?
A) Mikobakteriyanın aşkarı zamanı görüş sahəsində mikroskopik və kultural metodla 1-5 kaloniya mikobakteriya görünür

B) Mikobakteriyanın aşkarı zamanı görüş sahəsində mikroskopik və kultural metodla 10 kaloniyadan çox mikobakteriya görünür

C) Mikobakteriyanın aşkarı zamanı görüş sahəsində mikroskopik və kultural metodla 20 kaloniyadan çox mikobakteriya görünür

D) Mikobakteriyanın aşkarı zamanı görüş sahəsində mikroskopik və kultural metodla 1 kaloniya mikobakteriya görünür

E) Mikobakteriya görünmür
Ədəbiyyat: Методические указания. По классификации очагов туберкулезной инфекции, проведению и контролю качества дезинфекционных метоприятий при туберкулезе Москва 1980
493) ÜST-nin göstərişlərinə əsasən vərəmin aşkarlanması hansı metodla aparılır:
A) Kompyuter tomoqrafiyası

B) Sadə mikroskopiya

C) Flüoroqrafiya

D) Zonoqrafiya

E) İcmal rentgenoqrafiya
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
494) Bir dəfə mikobakteriyanın tapılması hansı hallarda xəstələrin yoluxucu olduğunu sübut edir?
A) Rentgenoloji olaraq bronx ağ ciyər aparatında fəal vərəm olduqda

B) Rentgenoloji olaraq bronx ağ ciyər aparatında şiş xəstəliyi olduqda

C) Sadalananlardan heç biri

D) Rentgenoloji olaraq bronx ağ ciyər aparatında keçirilmiş vərəmin qalığı olduqda

E) Rentgenoloji olaraq bronx ağ ciyər aparatında fəal vərəm olmadıqda
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
495) Rentgenoloji olaraq vərəmə aid əlamətlər olmadıqda bəlğəmin mikroskopik müayinəsinin müsbət nəticəsi hansı hallarda vərəmin fəallığını təsdiq edir?
A) Sadalananların heç biri

B) Bir sadə mikroskopiyanın müsbət cavabı

C) Ən azı iki sadə mikroskopiyanın müsbət cavabı

D) İki sadə mikroskopiyadan birinin müsbət cavabı

E) Üç sadə mikroskopiyadan birinin müsbət cavabı
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
496) Rentgenoloji müayinə zamanı vərəmin fəallığına aid əlamətlər qeyd olunmamasına baxmayaraq sadə mikroskopiyanın müsbət nəticəsi nə ilə əlaqədardır?
A) Plevra diafraqmal sinuslarda sinexiyanın baş verməsi

B) Ağ ciyərdə keçirilmiş vərəmin böyük qalıq əlamətlərinin olması

C) Keçirilmiş döş daxili limfa vəzlərinin vərəminə görə bronxo-nodulyar fistulanın əmələ gəlməsi ilə

D) Ağ ciyərdə keçirilmiş vərəmin kiçik qalıq əlamətlərinin olması

E) Sadalananların heç biri
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
497) Sümük oynaq sisteminin vərəmi diaqnozunu qoymaq üçün müayinə metodları hansılardır?
A) Rentgenoqramma

B) Sadalananların heç biri

C) Fistuladan götürülmüş möhtəviyyatın mikroskopiyası

D) Rentgenoqramma, tuberkulindiaqnostika fistuladan götürülmüş möhtəviyyatın mikroskopiyası

E) Tuberkulindiaqnostika
Ədəbiyyat: Диагностика и лечение внелегочного туберкулеза. Рекомендация ВОЗ 2002
498) Yaşlı insanlarda rentgenoloji olaraq ağ ciyərdə vərəmin qalıq əlamətləri müşahidə olunduqda prosesin aktivliyi necə təyin olunur?
A) Sayılanların hamısı

B) Bir həftəlik spesifik müalicə

C) Bir aylıq spesifik müalicə

D) 2-3 aylıq spesifik müalicə

E) 2 həftəlik qeyri-spesiik müalicə
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
499) Rentgenoloji olaraq fəal vərəm aşkarlandıqda hansı hallarda xəstə yoluxucu sayılır?
A) 1 dəfə mikroskopik müayinə zamanı vərəm mikobakteriyasının aşkarlanması

B) 1 dəfə kultural müayinə zamanı vərəm mikobakteriyasının aşkarlanması

C) 2-3 dəfə mikroskopik müayinə zamanı vərəm mikobakteriyasının aşkarlanması

D) Sadalannların hamısı

E) 2-3 dəfə kultural müayinə zamanı vərəm mikobakteriyasının aşkarlanması
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
500) Rentgenoloji olaraq ocaqlı vərəmlə tuberkulyoma arasındakı fərq nəyə əsaslanaraq qiymətləndirilir?
A) Ocaqların qruplaşmasına görə

B) Ocaqların ölçüsünə görə

C) Sayılanların hamısı

D) Ocaqların intensivliyinə görə

E) Ocaqların lokalizasiyasına görə
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
501) Döş qəfəsi daxili limfa vəzlərinin kiçik formalarının rentgendiaqnostikasının hansı üsullarla araşdırılması daha məqsədəuyğundur?
A) Angioqrafiya

B) Flüoroqrafik müayinə

C) Bronxoqrafiya

D) Ağ ciyərlərin icmal rentgenoqramması və ağ ciyər kökləinin tomoqrafik müayinəsi, KT

E) Ağ ciyərlərin icmal rentgenoqramması
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
502) Limfoqranulyomatoz rentgenolojı olaraq döş qəfəsi daxili limfa vəzlərinin vərəmindən nə ilə fərqlənir?
A) Prosesin birtərəfli olması

B) Ağ ciyər toxumasında infiltrasiyanın yayılmış xarakter daşıması

C) Prosesin ikitərəfli olaraq “boru” simptomuna malik olması

D) Ağ ciyər kökünün ətrafında intensiv kölgəliyin olması

E) Prosesin ikitərəfli olması
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin