Ftiziatriya ixtisası üzrə nümunəvi test sualları Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Aşağıda göstərilənlərin hansı əksepidemik tədbir sayıla bilər?



Yüklə 1,33 Mb.
səhifə15/15
tarix23.02.2017
ölçüsü1,33 Mb.
#9431
1   ...   7   8   9   10   11   12   13   14   15

803) Aşağıda göstərilənlərin hansı əksepidemik tədbir sayıla bilər?
A) Basilyar xəstələrin stasionarda izolyasiyası və müalicəsi

B) Sadalananların hamısı

C) Ocaqlarda aparılan cari dezinfeksiya

D) Batsilyar xəstələrin kontaktlarının müayinəsi

E) Ocaqlarda aparılan əsaslı dezinfeksiya
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
804) Aşağıda göstərilənlərin hansı əksepidemik tədbir sayıla bilər?
A) Sadalananların hamısı

B) Heyvanların vərəm xəstəliyinə görə müayinəsi

C) Heyvanlar arasında vərəmin aşkarı

D) Heyvandarlıq məhsullarına nəzarət

E) Xəstə heyvanların məhv edilməsi
Ədəbiyyat: T.Tağızadə Epidemiologiya Bakı 1957
805) Heyvandarlıq təsərrüfatında vərəm hadisəsinin baş verməməsi üçün hansı tədbirlər həyata keçirilməlidir?
A) Sadalananların hamısı

B) Təsərrüfata gələn yeni heyvan vərəmə görə yoxlanmalıdır

C) Heyvanlara verilən yem məhsullarına ciddi nəzarət olunmalıdır

D) Heyvanlar saxlanılan yerin havası vaxtaşırı dəyişdirilməlidir

E) Heyvanlar saxlanılan yerdə baytar sanitar profilaktik tədbirlər həyata keçirilməlidir
Ədəbiyyat: T.Tağızadə Epidemiologiya Bakı 1957
806) GEM-lər əhali arasında heyvanlar və heyvandarlıq məhsulları ilə vərəmə yoluxmanın qarşısını necə almalıdırlar?
A) Baytarlıqda vərəm əleyhinə tərtib olunmuş kompleks planın yerinə yetirilmə vəziyyətini aydınlıaşdırmalıdırlar

B) Ərazi baytar xidməti ilə daim əlaqə saxlamalıdırlar

C) Ərazidə yerləşən quşçuluq fermalarının vərəmə görə yoxlama vəziyyətini aydınlaşdırmalıdırlar

D) Sadalananların hamısı

E) Ərazidə yerləşən heyvandarlıq fermalarının vərəmə görə yoxlanılma vəziyyətini aydınlaşdırmalıdırlar
Ədəbiyyat: T.Tağızadə Epidemiologiya Bakı 1957
807) GEM-lər əhali arasında heyvanlar və heyvandarlıq məhsulları ilə vərəmə yoluxmanın qarşısını necə almalıdırlar?
A) Qeyri-sağlam heyvandarlıq təsərrüfatlarında kifayət qədər dezinfeksiya edici maddələrin olmasına nəzarət etməlidirlər

B) Qeyri-sağlam heyvandarlıq təsərrüfatlarında işləyən işçilərin vərəmə yoluxmaması üçün onların xüsusi geyimlə təmin olunmasına nəzarət etməlidirlər

C) Heyvandarlıq sahəsində çalışan işçi kollektivinin periodik vərəmə görə minimum müayinə metodlarına cəlb olunmasının təşkilinə nəzarət etməlidirlər

D) Heyvandarlıq sahəsində çalışan işçilərin vərəmə görə yoxlanmasına nəzarət etməlidirlər

E) Sadalananların hamısı
Ədəbiyyat: T.Tağızadə Epidemiologiya Bakı 1957
808) GEM-lər əhali arasında heyvanlar və heyvandarlıq məhsulları vasitəsi ilə vərəmə yoluxmanın qarşısını necə almalıdırlar?
A) Qeyri-sağlam heyvandarlıq təsərrüfatından alınan südün düzgün pasterizasiyasına nəzarət etməlidirlər

B) Heyvandarlıq sahəsində çalışan işçilər arasında vərəm xəstəliyinin yayılması, işçilərin şəxsi profilaktikası və vərəmlə mübarizə tədbirləri haqqında geniş izahedici işlərin aparılmasını təşkil etməlidirlər

C) Sadalananların hamısı

D) Ət və ət məhsullarının baytar-sanitar ekspertiza qaydalarına uyğun həyata keçirilməsinə nəzarət etməlidirlər

E) Yeməkxana, xəstəxana və sanatoriyalardan alınan qida tullantılarının zərərsizləşdirilməmiş formada heyvanlara verilməsinin qarışısının alınması sahəsində tədbirlər həyata keçirilməlidirlər
Ədəbiyyat: T.Tağızadə Epidemiologiya Bakı 1957
809) Vərəm xəstəliyindən ölmüş basilyar heyvanla təmasda olan insanlar arasında hansı tədbirlər GEM tərəfindən həyata keçrilməlidir?
A) Heyvanla kontaktda olan insanlar vərəmə görə yoxlanmalıdırlar

B) Heyvanla kontaktda olan insanların kontaktlarını V qrup ocaq kimi qəbul edərək 2 il müddətində nəzarətdə saxlanılmasına diqqət yetirilməlidir

C) Təcili şəkildə həmin təsərrüfat vərəmə görə yoxlanmalıdır

D) Sadalananların hamısı

E) Sadalananların heç biri
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmrinə
810) Əhali arasında vərəm əleyhinə aparılan əks epidemik tədbirlər hansılardır?
A) Sadalananların hamısı

B) Ocaqlarda cari və tamamlayıcı dezinfeksiya tədbirlərinin aparılması

C) Basilyar xəstələrin hospitalizasiyası

D) Əhali arasında vərəm haqqında sanitar maarif işnin aparılması

E) Obliqat qrupların vərəmə görə vaxtaşırı yoxlanılması
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003
811) Əhali arasında vərəm əleyhinə tədbirlərin həyata keçirilməsində GEM-lərin rolu nədən ibarətdir?
A) Kütləvi flüoroqrafik müayinələrin aparılmasının təşkili və aparılmasına nəzarət

B) Kütləvi müayinələr zamanı vərəm xəstəliyinə şübhə olan insanların sonrakı müayinələrinin təşkilinə nəzarət etmək

C) Əhalinin vərəm əleyhinə profilaktik tədbirlərə cəlb olunmasının kompleks planının tərtibində iştirak etmək

D) Sadalananların hamısı

E) Kütləvi tuberkulindiaqnostikanın təşkilinə və aparılmasına nəzarət
Ədəbiyyat: Н.М.Рудой, Т.Ч.Чубаков. Туберкулез легких при психических заболеваниях и накоманиях. Москва «Медицина» 1996
812) Kütləvi flüoroqrafik müayinələrin təşkili zamanı əhali hansı qruplara bölünür?
A) Kiçik aqrar sənaye işçiləri

B) Qeryi mütəşəkkil əhali qrupu

C) Sadalananların hamısı

D) Sadalananların heç biri

E) Mütəşəkkil əhali qrupu
Ədəbiyyat: Н.М.Рудой, Т.Ч.Чубаков. Туберкулез легких при психических заболеваниях и накоманиях. Москва «Медицина» 1996
813) Kim mikobakteriya ifraz edən xəstə sayılır?
A) Yalnız mikroskopik və kultural üsulla ifrazatında mikobakteriya aşkar olunan xəstələr

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) Kliniki rentgenoloji olaraq vərəmin fəallığına aid əlamətləri olan və ifrazatlarında mikobakteriya bir dəfə mikroskopik üsulla aşkarlanan xəstələr

E) Kliniki rentgenoloji olaraq vərəmin fəallığına aid əlamətləri olmayan, lakin ən azı iki dəfə mikroskopik üsulla ifrazatında mikobakteriya tapılan xəstələr
Ədəbiyyat: Н.М.Рудой, Т.Ч.Чубаков. Туберкулез легких при психических заболеваниях и накоманиях. Москва «Медицина» 1996
814) Dispanser müşahidəsi zamanı kultural müayinə metodu kimlərdə aparılır?
A) IV-V qrup dispanser xəstələrində göstəriş əsasında aparılır

B) Kliniki sağalma ilə III qrup dispanser müşahidəsində olan və əvəllər dağılma boşluğudan və bunun ilə yanaşı mikobakteriya ifraz edən xəstələrdə ildə bir dəfə

C) II qrup dispanser müşahidəsində olan və əvvəllər dağılma boşluğudan və bunun ilə yanaşı mikobakteriya ifraz edən xəstələrə ildə bir dəfə

D) Sadalananların hamısı

E) İlkin aşkar edilmiş xəstələrdə
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
815) Yekun dezinfeksiya hansı hallarda aparılır?

A) Basilyar xəstə hospitalizasiya edildikdən sonra

B) Basilyar xəstə öldükdə

C) Basilyar xəstə uzun müddət evdə qaldıqda

D) Sadalananların hamısı

E) Sadalananların heç biri


Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
816) Cari dezinfeksiya tədbirləri kim tərəfindən aparılır?
A) Sahə tibb bacısı tərəindən

B) Dezinfeksiya mərkəzləri tərəfindən

C) Sahə həkimi tərəfindən

D) Sadalananların hamısı

E) Sahə ftiziatrı, sahə tibb bacısı və ərazi GEM-lərnin epidemioloqlarının nəzarəti altında xəstənin ailə üzvləri tərəfindən həyata keçirilir
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
817) Mikobakteriya ifraz edən xəstələrin vaxtında aşkarlanması üçün GEM-in əsas vəzifələri hansılardır?
A) Sadalananların hamısı

B) Dispanserlərdə müşahidə olunan kontingentin bəlğəmlərinin mikroskopik və kultural müayinə olunmasına nəzarət

C) Obliqat qrupa daxil olan kontingentin daim müayinəsinə nəzarət

D) Epidemioloji göstəriş əsasında dispanserdə müşahidə olunan viraj və hiperergiyalı uşaqlardan götürülən materialın mikroskopik və kultural müayinə olunmasına nəzarət

E) Dispanserdə müşahidə olunan mikobakteriya ifraz etməyən xəstələrin sonradan VMB ifraz etməsinin səbəbinin araşdırılması
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
818) Mikobakteriya ifraz edən xəstələrin vaxtında aşkarı üçün GEM-in əsas vəzifələri hansılardır?
A) Risk qrupları arasında passiv sadə mikroskopik müayinə metodunun aparılmasına nəzarət

B) Gecikmiş formada vərəmi olan mikobakteriya ifraz edən xəstələrin analizi

C) Ərazi poliklinikalarında vərəmli xəstələrin qeydiyyat siyahısına vaxtaşırı nəzarət

D) Sadalananların hamısı

E) Epidemioloq tərəfindən öz xidməti ərazisində vərəmlə xəstələnmənin daimi analizi
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
819) Epidemioloji müayinə kartında hansı məsələlərə aydınlıq gətirilməlidir?
A) İş şəraiti haqqında məlumat

B) İnfeksiya mənbəyi haqqında məlumat

C) Sadalananların hamısı

D) Xəstənin sanitar gigiyenik normalara əməl etməsi haqqında məlumat

E) Mənzil məişət şəraiti haqqında məlumat
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
820) Epidemioloji müayinə kartında hansı məsələlərə aydınlıq gətirilməlidir?
A) Kontaktların vərəmə görə yoxlanması haqqında məlumat

B) Ailə kontaktı haqqında məlumat

C) Ocaqlarda aparılan sağlamlaşdırıcı tədbirlər haqqında məlumat

D) Sadalananların hamısı

E) Xəstənin izolyasiyası haqqında məlumat
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
821) Epidemioloji müayinə kartında hansı məsələlərə aydınlıq gətirilməlidir?
A) Hospitalizasiya haqqında məlumat

B) Cari dezinfeksiya haqqında məlumat

C) Sadalananların hamısı

D) Əsaslı dezinfeksiya haqqında məlumat

E) Aparılan bakterioloji müayinələr haqqında məlumat
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
822) Epidemioloji müayinə kartında hansı məsələlərə aydınlıq gətirilməlidir?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) Basilyar xəstənin qeydiyyata alınması haqqında məlumat

D) Əksepidemik tədbirlərin dayandırılması haqqında məlumat

E) Basilyar xəstənin qeydiyyatdan çıxarılması haqqında məlumat
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
823) Vərəmli xəstənin stasionar müalicəsinin əhəmiyyəti nədir?
A) Xəstə ciddi nəzarət altında müalicə olunur

B) Müalicənin effektliliyi yüksəlir

C) Yoluxucu xəstə ocaqdan izolyasiya olunur

D) Sadalananların hamısı

E) Xəstə yeni xəstələnmə hallarını yaratmır
Ədəbiyyat: Н.М.Рудой, Т.Ч.Чубаков. Туберкулез легких при психических заболеваниях и накоманиях. Москва «Медицина» 1996
824) Vərəm dispanserlərinin qəbul şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Hər bir xəstəyə baxışdan sonra tapçan və ya xələyin üzərində olan polietilen dezinfeksiyaedici məhlulla silinməlidir

B) Boğaza baxmaq üçün birdəfəlik şpateldən istifadə olunmalıdır

C) Xəstənin hərarətini ölçmək üçün istifadə edilən termometr dezinfeksiyaedici məhlulda olmalıdır

D) Xəstəyə baxış zamanı istifadə olunan tapçan və ya xələk polietilen müşəmbə ilə örtülməlidir

E) Sadalananların hamısı
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003
825) Vərəm dispanserlərinin qəbul şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Xəstə sanitar təmizlikdən keçirlməlidir

B) Xəstələr pedikulyoza görə yoxlanmalıdır

C) Xəstənin əşyaları əsaslı dezinfeksiya üçün dezinfeksiya mərkəzlərinə göndərilməlidir

D) Pedikulyoz olan xəstələr haqqında ərazi GEM-nə məlumat verilməlidir

E) Sadalananların hamısı
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
826) Vərəm dispanserlərinin qəbul şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Xəstə sanitar təmizlik işindən sonra xəstəxana geyimi ilə təmin edilməli və stasionara göndərilməlidir

B) Xəstəin ayaqqabısı və paltarları xüsusi pambıq materialdan olan torbalara yığılaraq xüsusi ayrılmış binada rəflərdə saxlanılmalıdır

C) Hər bir xəstədən sonra işlədilən əşyalar dezinfeksiya edilməlidir

D) Sadalananların hamısı

E) Xəstəyə qulluq edən tibb işçisi hər dəfə xəstəyə baxtıqdan sonra əlini kiçik hissələrə bölünmüş təsərrüfat sabunu ilə yumalı və ya dezinfeksiyaedici məhlulla silməlidir
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
827) Vərəm dispanserlərində qəbul şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Qəbul otağında işlədilən əşyalar markalanmalıdır

B) Sadalananların hamısı

C) Qəbul otağında işləyən tibb işçisinin xüsusi geyimi (xalat, maska, kolpak və s.) olmalıdır

D) Qəbul otağı gündə iki dəfə yaş üsulla dezinfekiya olunmaıdır

E) Qəbul otağında sabun, moçalka, moçalka üçün ayrılmış qab, ülgüc, saç qırxan maşın qəbul olunan xəstələrin sayına uyğun olmalıdır
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
828) Vərəm dispanserlərinin stasionar şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Palatalara daxil olan xəstələr özləri ilə şəxsi gigiyena əşyalarını götürə bilərlər

B) Xəstəyə kamera dezinfeksiyasından keçirilmiş yataq dəstləri ilə təmin olunmuşçarpayı verilir

C) Xəstəyə gündəlik işlətmək üçün əşyalar verilir

D) Çarpayının yanında olan tumboçka dezinfeksiyaedici məhlulla silinməlidir

E) Sadalananların hamısı
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
829) Vərəm dispanserlərinin stasionar şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Bəlğəm qabları xüsusi torbalarda gəzintiyə çıxan xəstələrə verilir

B) Rezin əlcək geymiş tibb işçisi bəlğəm qablarını xüsusi ayrılmış otaqlarda bəlğəmdən təmizləməli və zərərsizləşdirməlidir

C) Sadalananların hamısı

D) Xəstələr 1/3 hissinə qədər su ilə doldurulmuş bəlğəm qabı ilə təmin olunmalıdır

E) Pedikulyozu aşkar olunmuş xəstələr ciddi nəzarətə alınır onların arasında sanitar-gigiyena və dezinfeksiya tədbirləri həyata keçirilir
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
830) Vərəm dispanserlərinin stasionar şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Sadalananların hamısı

B) Şöbədə müalicə olunan hər bir xəstə 7-10 gündən bir vanna və ya duş qəbul etməlidir

C) Xəstənin yataq dəstləri 7-10 gündən bir dəyişdirilərək çirkli paltarlar üçün ayrılmış otaqda xüsusi pambıq torbalara yığılmalıdır

D) Stasionarda dezinfeksiya tədbirlərini həyata keçirən tibb işçisinin xüsusi geyim formaları (respirator, əlcək, rezin ayaqqabı) olmalıdır

E) Xəstələrin istifadə etdikləri yataq dəstləri yalnız xüsusi çamaşırxanalarda zərərsizləşdirildikdən sonra təkrarən istifadə edilməlidir
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
831) Vərəm dispanserlərinin stasionar şöbələrində hansı tədbirlər həyata keçirilməlidir?
A) Xəstənin bir şöbədən digərinə keçməsi eləcə də xəstənin yataq dəstində (çarpayısında) digər xəstənin və ya xəstənin görüşünə gələnin oturmasına icazə verilməməlidir

B) Şöbədə gündə 2 dəfə nəm dezinfeksiya aparılmalıdır

C) Palataların gündə 4 dəfə havası dəyişdirilməlidir

D) Xəstələrin yeməkdən əvvəl yuyunmaları üçün şöbədə şərait yaradılmalıdır

E) Sadalananların hamısı
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
832) Dezinfeksiya üçün ana məhlul necə hazırlanır?
A) 10 % -li ana məhlulunu hazırlamaq üçün 10 litrlik emali olan vedrəyə 1 kq xloramin tökülür üzərinə 10 litr su tökülə-tökülə çubuqla qarışdırılır. Vedrə 24 saat qaranlıq otaqda saxlanılır, sonra şəffaf məhlul süzülərək qara kağıza bükülmüş qabda saxlanılır və 10 gün müddətində dezinfeksiyaedicinin tərkibin hazırlanmasında istifadə olunur

B) 10 % -li ana məhlul hazırlamaq üçün 10 litrlik emali olan vedrəyə 10 kq xloramin tökülür üzərinə 10 litr su tökülə-tökülə çubuqla qarışdırılır. Vedrə 24 saat qaranlıq otaqda saxlanılır, sonra şəffaf məhlul süzülərək qara kağıza bükülmüş qabda saxlanılır və 10 gün müddətində dezinfeksiyaedicinin tərkibin hazırlanmasında istifadə olunur

C) 10 % -li ana məhlul hazırlamaq üçün 10 litrlik emali olan vedrəyə 5 kq xloramin tökülür üzərinə 10 litr su tökülə-tökülə çubuqla qarışdırılır. Vedrə 24 saat qaranlıq otaqda saxlanılır, sonra şəffaf məhlul süzülərək qara kağıza bükülmüş qabda saxlanılır və 10 gün müddətində dezinfeksiyaedicinin tərkibin hazırlanmasında istifadə olunur

D) Sadalananların heç biri düzgün deyil



E) 10 % -li ana məhlul hazırlamaq üçün 10 litrlik emali olan vedrəyə 3 kq xloramin tökülür üzərinə 10 litr su tökülə-tökülə çubuqla qarışdırılır. Vedrə 24 saat qaranlıq otaqda saxlanılır, sonra şəffaf məhlul süzülərək qara kağıza bükülmüş qabda saxlanılır və 10 gün müddətində dezinfeksiyaedicinin tərkibin hazırlanmasında istifadə olunur
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003
Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin