Ftiziatriya ixtisası üzrə nümunəvi test sualları Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) DOTS strategiyasında yeni vərəm hadisəsi nədir?



Yüklə 1,33 Mb.
səhifə14/15
tarix23.02.2017
ölçüsü1,33 Mb.
#9431
1   ...   7   8   9   10   11   12   13   14   15

746) DOTS strategiyasında yeni vərəm hadisəsi nədir?
A) 6-8 ay vərəmə görə müalicə olunmuşlar

B) Heç vaxt vərəmə görə müalicə olunmamışlar

C) Sadalananların heç biri

D) 2-3 ay müddətində vərəmə görə müalicə olunmuşlar

E) Əvəllər 2-3 ay müalicə olunub 1-2 il müalicə ara verən xəstələr
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
747) DOTS strategiyasına görə vərəmin multirezistent forması olan xəstələr kimlərdir?
A) Etambutola davamlılıq

B) İzoniazidə davamlılıq

C) İzoniazid + Rifampisinə davamlılıq

D) Prizinamid + Etambutola davamlılıq

E) Rifampisinə davamlılıq
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
748) Spesifik dərmanlaradan hansılar bakteriosid təsir göstərir?
A) Etambutol

B) Rifampisin

C) Sadalananların hamısı

D) Streptomisin

E) İzoniazid
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
749) Spesifik dərmanlaradan hansılar bakteriostatik təsir göstərir?
A) Pirazinamid, Tiasetazon

B) Streptomisin

C) İzoniazid

D) Rifampisin

E) Sadalananların heç biri
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
750) Müalicə rejiminin intensiv mərhələsində ilkin aşkar olunmuş mikobakteriya ifraz edən və ilkin aşkar olunmuş, geniş yayılmış spesifik prosesli, mikobakteriya ifraz etməyən xəstələr üçün hansı dərman kombinasiyası seçilir?

A) 2 HRZE, 2HRZ/E/S

B) 3HRZE (pt) Cap, K, Fq

C) 2HRZE/S

D) 2HRZES+1HRZE

E) Ən azı 5 preparat ilə (həssaslığının saxlanması şərti ilə) müalicənin intensiv mərhələsi 6 aydan az olmur (Z,E, Cap/K/Fq/CS/Pas və s.).


Ədəbiyyat: Руководство по программному ведению лекарственно-устойчивого туберкулеза. ВОЗ 2007
751) Residivi baş vermiş lakin dərmanlara qarşı davamlılığı olmayan və ya müalicəni yarımçıq qoyan təkrari müalicəyə cəlb olunan xəstələr üçün intensiv müalicə rejimi sxemı hansıdır?

A) 3HRZE (pt) Cap, K, Fq

B) Ən azı həssaslığını saxlayan 5 preparat müalicənin intensiv mərhələsi 6 aydan az olmur (Z,E, Cap/K/Fq/CS/Pas) və s.

C) 2HRZES+1HRZE

D) 2 HRZE, 2HRZ/E/S

E) 2HRZE/S


Ədəbiyyat: Руководство по программному ведению лекарственно-устойчивого туберкулеза. ВОЗ 2007
752) İzoniazidə və eyni zamanda Rifampisinə davamlı olan vərəmli xəstələrin intensiv müalicə rejimi hansıdır?
A) 2 HRZE, 2HRZ/E/S

B) 2HRZE/S

C) 2HRZES+1HRZE

D) Ən azı 5 preparat ilə (həssaslığın saxlanılması şərti ilə) müalicənin intensiv mərhələsi 6 aydan az olmur (Z,E, Cap/K/Fq/CS/Pas) və s.

E) 3HRZE (pt) Cap, K,
Ədəbiyyat: Руководство по программному ведению лекарственно-устойчивого туберкулеза. ВОЗ 2007
753) HİV-ə yoluxmuş şəxslərdən izoniazid ilə profilaktika kimlərə təyin edilmir?
A) Hepatit C ilə xəstələnənlərə

B) İzoniazidə davamlı forması olanlara

C) Alkoqoldan uzun müddət istifadə edənlərə

D) Sayılanların hamısına

E) Hamilə qadınlara
Ədəbiyyat: Руководство по программному ведению лекарственно-устойчивого туберкулеза. ВОЗ 2007
754) Müalicə zamanı patogenetik terapiyanın əhəmiyyəti nədir?
A) İltihab reaksiyasını zəiflədir ya artırır

B) Çapıq toxumasının əmələ gəlməsini ləngidir ya sürətləndirir

C) Bütün sadalananlar

D) Zədələnmiş sahədə kimyəvi dərmanların konsentrasiyasını artırır

E) Orqanizmin müqavimətini artırır
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
755) Vərəmin müalicəsində qlükokortikoid preparatının təyininə əks göstərişlər hansılardır?
A) 12b/b xorası

B) Şəkərli diabet- ağır forma

C) Sadalananların hamısı

D) Mədə xorası

E) I-II ci dərəcəli hipertoniya xəstəliyi
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
756) Vərəm xəstəliyində iltihabın ekssudatiya mərhələsi üstünlük təşkil etdikdə qlükokortikosteroid hormonlar necə təyin olunur?
A) Orta dozadan başlayib tədricən yüksəldilərək

B) Aşağı dozadan başlayib tədricən dozanı yüksəldərək

C) Sadalananların heç biri

D) Maksimal dozadan başlayib tədricən azaldılaraq

E) İstənilən dozada
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
757) Qeyri steroid iltihab əleyhinə preparatlara hansılar aiddir?
A) Aminazin

B) Heparin

C) Butadion

D) Bütün sadalananlar

E) Tiosulfat natrium
Ədəbiyyat: Р.Барри, Блума. Туберкулез Москва 2002
758) Vərəmli xəstələrdə vitamin çatışmazlığı nəyin hesabına inkişaf edir?
A) Kimyəvi preparatların və vitaminlərin arasında antoqonizmin yaranması nəticəsində

B) Vitaminlərin yaranma mexanizmının pozulması zamanı

C) Bütün sadalanan faktorlar doğrudur

D) Qida maddələrində vitaminlər kifayət qədər olmadıqda

E) Vitaminlərin bağırsaqdan sorulma prosesinin pozulması zamanı
Ədəbiyyat: Р.Барри, Блума. Туберкулез Москва 2002
759) Vitamin çatışmazlığı vərəmin hansı kliniki formasında daha yüksək dərəcədə meydana çıxır?
A) Uşaqlarda və yeniyetmələrdə vərəm inoksikasiyasında

B) Ağ ciyər vərəminin intoksikasiya əlamətləri yüksək olan istənilən kliniki formasında

C) Ağ ciyərin fibroz –kavernoz vərəmində

D) Ağ ciyərlərin infiltrativ vərəmində

E) Ağ ciyərin ocaqlı vərəmi zamanı
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
760) İnfiltrativ ağ ciyər vərəminin dağılma mərhələsində hansı halda cərrahi müdaxilə tətbiq olunur?
A) İnfiltratin sorulması çətinləşəndə

B) Həyati göstəriş əsasında-qanaxmanı başqa üsullar ilə dayandırmaq mümkün olmadıqda

C) Sadalananların heç biri

D) İnfiltrat kazeoz pnevmonik formaya keçdikdə

E) Infiltrat bronxogen yolla yayıldıqda
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
761) Ağ ciyərin fibroz kavernoz vərəmində cərrahi müdaxilənin səviyyəsinin aşağı olmasının səbəbi nədir?

A) Fibroz-kavernoz vərəmli xəstələrində kəskin ürək damar xəstəliklərinin olması zamanı

B) Bütün cavablar düzdür

C) Fibroz-kavernoz vərəmli xəstələrdə tənəffüs çatışmazlığı əlamətlərinin olması

D) Ağ ciyərlərdə vərəmin geniş yayılması

E) Təklif olunan cərrahi müdaxilədən uzun müddət ərzində imtina


Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
762) Ağ ciyər vərəmində aparılan kollapsoterapiya metodlarına hansılar aiddir?
A) Müalicəvi pnevmotoraks

B) Ekstraplevral pnevmatoraks

C) Bütün cavablar düzdür

D) Torakoplastika

E) Pnevmoperitoneum
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г.
763) Süni pnevmotoraks hansı məqsədlə aparılır?
A) Qanaxmanı dayandırmaq üçün

B) Müalicəvi məqsədlə

C) Diaqnostik məqsədlə

D) Bütün cavablar doğrudur

E) Sadalananların heç biri
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
764) Kimyəvi terapiya dövründə müalicəvi pnevmotoraks hansı hallarda aparılır?
A) Bütün cavablar düzdür

B) İki tərəfli fibroz-kavernoz vərəmdə

C) Serrotik vərəmdə

D) İki tərəfli infiltrativ vərəmdə

E) Ağ ciyərlərin yan proyeksiyasında aşkar olunan yeni əmələ gəlmiş mədud destruktiv vərəmdə
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
765) Pnevmoperitoneum hansı məqsədlə istifadə oluna bilər?
A) Müalicəvi məqsədlə

B) Sadalananların heç biri

C) Diaqnostik məqsədlə

D) Bütün cavablar düzdür

E) Profilaktik məqsədlə (operasiyadan sonra ağ ciyərdə dartılmanın qarşısını almaq üçün)
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
766) Vərəm kavernasının yerli müalicə metodlarına hansılar aiddir?
A) Bütün cavablar düzdür

B) İynə vasitəsilə dərman preparatının kavernadaxili yeridilməsi

C) Kavernanın daxilinə drenaj salaraq boşluğun yulması və daxilinə vərəm əleyhinə preparatların yeridilməsi

D) Operativ müdaxilə ilə kavernanın açılması və onun tamponadası

E) Kavernanın kimyəvi preparat tərkibli maddələrlə doldurulması
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
767) Vərəm kavernasının yerli müalicəsinin müsbət cəhətləri hansılardır?
A) Zədələnmiş sahədə kimyəvi preparatların konsentrasiyasını artırması

B) Qısa müddətdə xəstənin abasilləşməsi

C) Kavernanı drenaj edən bronxların müalicəsi

D) Kaverna divarının sağlamlaşması müddətinin kəskin azalması

E) Bütün cavablar düzdür
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
768) Vərəmin tuberkulyoma və məhdud kavernoz formalarında ağ ciyərin seqmentar rezeksiyasının uğurlu nəticəsi nə sayılır?

A) Sadalananların heç biri

B) Seqmentar rezeksiya üçün yalnız nəzərə alınmış ağ ciyər toxumasında yalnız vərəm dəyişikliyinin olması

C) Abasilləşməyə nail olmaq

D) Bütün cavablar düzdür

E) Kəskinləşmiş prosesin sönməsinə nail olmaq


Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
769) Qanhayxırma ilə mübarizə zamanı istifadə olunan effektiv dərman preparatları hansılardır?
A) 10% -li kalsium qlükonad məhlulundan 10 ml venadaxilinə yeridilməsi

B) 5%-li aminokapron turşusu

C) Disinon / əzələdaxili 2.5-2 ml; venadaxilinə 0.25 ml /, Vit C, vikasol

D) Bütün cavablar düzdür

E) 10%-li kalsium xlorid 10 ml venadaxilinə yeridilməsi
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
770) Xəstələrdə spontan pnevmotoraks baş verdikdə hansı yardımlar edilməlidir?
A) Cərrahiyyə müdaxiləsi

B) Pnevmotoraks aparatı ilə plevral boşluqdan qazın bir və ya təkrar evakuasiyası

C) Bütün cavablar düzdür

D) Sadalananların heç biri

E) Plevral boşluqunun drenajının yaradılması
Ədəbiyyat: Л.К.Богуш Хирургическое лечение туберкулеза легких 1979 г
771) Ağ ciyərdən kənar orqanların və ağ ciyər vərəminin kombinasiya olunmuş spesifik dərmanlarla müalcə olunmasının üstünlüyü nədədir?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) Dərmana davamlı mikobakteriyaların yaranmasının qarşısı alınır

D) Dərmanın keyfiyyətinə nəzarət asanlaşır və dərmanlar keyfiyyətli olur

E) Dərmanın qəbulu üçün nəzərdə tutulan həblərin sayı azalır
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
772) Müalicə effektliliyini yüksəltmək üçün hansı tədbirlər həyata keçirilməlidir?
A) Müalicə zamanı mikobakteriyaların tapılması və kultural müayinəsi üçün tədbirlər mütləq həyata keçirilməlidir

B) Müalicədə spesifik dərmanlara qarşı mikobakteriyaların həssaslığına əsaslanaraq aparılmalıdır

C) Müalicə xəstəliyin erkən başlanan mərhələsində aparılmalıdır

D) Müalicə rejimi hər xəstə üçün individual seçilməlidir

E) Sadalananların hamısı
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
773) Müalicə effektliliyini yüksəltmək üçün hansı tədbirlər həyata keçirilməlidir?
A) Cərrahi müalicə geniş tətbiq olunmalıdır

B) Sadalananların hamısı

C) Müalicə kompleks şəkilində aparılmalıdır

D) Patogenetik terapiyadan istifadə olunmalıdır

E) Multirezistent vərəmli xəstələrlə stasionar daxili kontakta imkan verilməməlidir
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
774) Aşağıda göstərilən hansı preparatlar patogenetik təsir edir?
A) Sadalananların hamısı

B) Böyrəküstü vəzin hormon preparatları (qluortikosteroid və mineralokortikoid təsirə malik preparatlar)

C) Antihipoksidantlar (qutilin və s.)

D) İmmunomodulyasiya təsirinə malik preparatlar (tuberkulin, levamizol, T-aktivin)

E) Antioksidantlar (tiosulfat natrium)
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
775) Stasionar müalicəsinə qəbul edilmiş xəstələr hansı şəkildə qruplaşdırılırlar?
A) İlkin aşkar edilmiş xəstələr

B) Xroniki xəstələr

C) Əvəllər müalicə olunmuş spesifik dərmanlara həssas vərəmli xəstələr

D) Multirezistent vərəmli xəstələr

E) Sadalananların hamısı
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
776) Stasionar müalicəsinə qəbul edilmiş ilkin aşkar edilmiş xəstələri necə qruplaşdırmaq olar?
A) Dağılma boşluğu olan mikobakteriya ifraz edən xəstələr

B) Dağılma boşluğu olmayan və ağ ciyərin az hissəsinin zədələnməsi ilə müşahidə olunan xəstələr

C) İlkin aşkar edilmiş gecikmiş kliniki formaya malik xəstələr

D) Spesifik prosesin fəallığına şübhəli xəstələr

E) Sadalananların hamısı
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
777) Residiv etmiş ağ ciyər və ağ ciyərdən kənar üzvlərin vərəminin hansı xüsusiyyətləri mövcuddur?

A) Vərəmin residivi baş vermiş xəstələrdə mikobakteriyaların dərmanlara davamlılığı qeyd olunur

B) Vərəmin residivi baş vermiş xəstələrdə multirezistent formaların olmasına risk yüksəkdir

C) Vərəmin residivi baş vermiş xəstələrdə spesifik proses geniş yayılmış olur

D) Sadalananların hamısı

E) Vərəmin residivi baş vermiş xəstələrdə adətən mikobakteriya ifrazı kütləvi olur


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
778) Epidemioloji cəhətdən çox təhlükəli olan xroniki destruktiv- vərəmli xəstələrinin müalicəsi zamanı onlar necə qruplaşdırılmalıdırlar?
A) Sadalananların heç biri

B) Cərrahi müdaxilənin mümkünlüyünə təyini və yerinə yetirilməsinə əsaslanaraq

C) Stasionarda uzun müddət müalicə oluna bilməyən mikobakteriya ifraz edən və spesifik dərmanlara davamlı vərəmli xəstələr

D) Cərrahi müdaxilə mümkün olmayan xroniki xəstələr

E) Sadalananların hamısı
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988

Bölmə 10. Vərəm xəstəliyində sanitar-gigiyenik və əksepidemik tədbirlər

779) Vərəm mikobakteriyalarının ölçüsüsü nə qədərdir?
A) Eni 3 mkr, uzunluğu 8 mkr

B) Eni 2 mkr, uzunluğu 6 mkr

C) Eni 1 mkr, uzunluğu 5 mkr

D) Eni 0,3-0,5 mkr, uzunluğu 0,8-3-5 mkr

E) Eni 2.5 mkr, uzunluğu 6 mkr
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
780) Mikobakteriya ilk dəfə kim tərəfindən tapılmışdır?
A) R.Laennek 1781-ci ildə

B) N.M.Rudoy 1968-ci ildə

C) R.Kox 1882-ci ildə aşkar edilib

D) Paskal 1810-cu ildə

E) A.Q.Xomenko 1960 –cı ildə
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
781) Vərəm xəstəliyi ən çox hansı ölkələrdə geniş yayılır?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə

D) İqtisadiyyatı zəif olan ölkələrdə

E) İqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrdə
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
782) İqtisadi böhranlar vərəm xəstəliyinə necə təsir edir?
A) Xəstələnmənin səviyyəsi azalır

B) Xəstələnmənin səviyyəsi dəyişmir

C) Xəstələnmənin səviyyəsi kəskin artır

D) Xəstələnmənin səviyyəsi çox cüzi artır

E) Xəstələnmənin səviyyəsi çox cüzi azalır
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003.
783) İnkişaf etməmiş ölkələrdə ilkin aşkar olunmuş vərəm xəstəliyinin kliniki strukturası necə olur?
A) Sadalananların heç biri

B) Uşaqlar arasında vərəm meningiti olmur

C) Gecikmiş formaların xüsusi çəkisi (fibroz-kavernoz, sirrotik vərəm) yüksək olur

D) İlkin aşkar olunmuş xəstələr arasında ocaqlı vərəmin xüsusi çəkisi orta səviyyədə olur

E) İlkin aşkar olunmuş xəstələr arasında ocaqlı vərəmin xüsusi çəkisi yüksək olur
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
784) İmmun çatışmazlığı vərəmin yayılmasına necə təsir edir?
A) Xəstəlik azalır

B) Xəstəliyin artmasına səbəb olur

C) Sadalananların heç biri

D) Xəstəliyin artmasına təsir etmir

E) Sadalananların hamısı
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
785) Müharibələr vərəmə necə təsir edir?
A) Xəstəlik aşkarlanmır

B) Xəstəlik kəskin azalır

C) Xəstəliyin gedişatına təsir etmir

D) Sadalananların heç biri

E) Xəstəlik sürətlə artır
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003
786) Sporadik vərəm aşkarı nə deməkdir?
A) Tək-tək xəstələnmə halları

B) Xəstəliyin orta səviyyədə davam etməsi

C) Sadalananların heç biri

D) Xəstəliyin ümumiyyətlə aşkar edilməməsi

E) Kütləvi xəstələnmə halları
Ədəbiyyat: T.Tağızadə Epidemiologiya Bakı 1957
787) Epidemiya nə deməkdir?
A) Xəstəlik aşkar edilmir

B) Xəstələr tək-tək aşkarlanır

C) Xəstələnmə böyük əhali qrupunu əhatə edir

D) Sadalananların heç biri

E) Xəstəlik bütün əhalini əhatə edir
Ədəbiyyat: T.Tağızadə Epidemiologiya Bakı 1957
788) Xəstəlik epidemiya halını aldıqda epidemiya əleyhinə hansı tədbirlər görülməlidir?
A) İnfeksiya mənbəyi təyin edilməli

B) Sadalananların heç biri

C) Yoluxmanın mexanizmı aydınlaşmalı

D) Sadalananların hamısı

E) Əhalinin xəstəliyə yoluxma səviyyəsi aydınlaşdırılmalıdır
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003
789) Vərəm infeksiyasının mənbəyi hansılardır?
A) Sadalananların hamısı

B) Xəstə heyvanlar

C) Xəstə heyvan südü

D) Xəstə heyvan əti

E) Xəstə insanlar
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
790) Xəstəliyə hansı yolla yoluxmaq olar?
A) Zədələnmiş selikli qişa vasitəsi ilə

B) Mədə bağırsaq sistemi vasitəsilə

C) Tamlığı pozulmuş dəri vasitəsi ilə

D) Sadalananların hamısı

E) Tənəffüs orqanları vasitəsi ilə
Ədəbiyyat: М.И.Перелман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
791) Epidemioloji cəhətdən vərəmin ən qorxulu forması hansıdır?
A) Fistulasız sümük-oynaq vərəmi

B) Dəri vərəmi

C) Mədə- bağırsaq vərəmi

D) Tənəffüs orqanlarının vərəmi

E) Mezenterial limfa vəzlərinin vərəmi
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004.
792) Hansı yol vərəm ilə yoluxmada üstünlük təşkil edir?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) Kontakt yolu

D) Alimentar yol

E) Hava- damcı yolu
Ədəbiyyat: М.И.Перелман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
793) Yoluxma nəticəsində vərəmin inkişafı ən çox nədən asılıdır?
A) Sadalananların hamısı

B) Vərəm mikobakteriyasının virulentliyindən

C) Vərəm mikobakteriyasının xaric olunması massıvliyindən

D) Sadalananların heç birindən

E) Vərəm mikobakteriyasının patogenliyindən
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
794) Xəstəliyə qarşı orqanizmin baryer funksiyasını nə yerinə yetirir?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) Orqanizmin immun müdafiə sisteminin hüceyrələri-T-və B-hüceyrələr

D) Faqositoz edən hüceyrələr

E) Tənəffüs orqanlarının selikli və selikaltı qişası
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
795) Vərəmə yoluxmuş orqanizmdə xəstəlik hansı hallarda inkişaf edir?
A) Orqanizmdə anadangəlmə immunodefisit olduqda

B) Sadalananlardan heç biri

C) Orqanizmin immun sistemi zəif olduqda

D) Sadalananların hamısı

E) Orqanizmə patogenliyi və virulentliyi yüksək olan mikobakteriyaların daxil olması zamanı
Ədəbiyyat: Е.Н.Янченко.Туберкулез у детей и подростков. «ГИППОКРАТ» 1999
796) Vərəm xəstəliyi ilə mübarizədə hansı amillər vacibdir?
A) Stasionar və ambulator müalicə

B) Spesifik profilaktika

C) Sadalananların hamısı

D) Vərəmin vaxtına aşkar edilməsi

E) Xəstələrin qeydiyyatının düzgün aparılması
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003
797) Mikobakteriya ifraz etməyən vərəm xəstəsi aşkar edildikə ərazi GEM –nə xəbər hansı müddət ərzində və necə verilməlidir?
A) Aşkar edilmiş xəstə haqqında 089/U №-li forma ayda bir dəfə göndərilir

B) Aşkar edilmiş xəstə haqqında 089/U №-li forma 6 ayda bir dəfə göndərilir

C) Aşkar edilmiş xəstə haqqında 089/U №-li forma bir həftə ərzində göndərilir

D) Aşkar edilmiş xəstə haqqında 089/U №-li forma 3 ayda bir dəfə göndərilir

E) Aşkar edilmiş xəstə haqqında 089/U №-li forma ildə bir dəfə göndərilir
Ədəbiyyat: Н.М.Рудой. Задачи противотуберкулезного диспансера в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
798) İlkin yoluxucu vərəm xəstəsi haqqında 058/U №-li forma ərazi GEM-nə hansı müddət ərzində göndərilməlidir?
A) Xəstəlik aşkar edildikdən 2 gün ərzində

B) Xəstəlik aşkar edildikdən 12-24 saat ərzində

C) Xəstəlik aşkar edildikdən ayda bir dəfə

D) Xəstəlik aşkar edildikdən 6 ayda bir dəfə

E) Xəstəlik aşkar edildikdən bir həftə ərzində
Ədəbiyyat: Н.М.Рудой. Задачи противотуберкулезного диспансера в кн.: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
799) Ərazi GEM-də basilyar xəstələrin qeydiyyatı hansı formada aparılır?
A) 60 saylı forma əsasında tərtib olunur

B) 27 saylı forma əsasında tərtib olunur

C) 39 saylı forma əsasında tərtib olunur

D) 30/U saylı forma əsasında tərtib olunur

E) 4 saylı forma əsasında tərtib olunur
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003
800) GEM-ə təcili bildiriş 058/U vərəqəsi hansı hallarda göndərilir?
A) Mikobakteriya ifraz edən xəstələr stasionarda müalicə aldıqda

B) Mikobakteriya ifraz edən xəstə ezamiyyəyə getdikdə

C) Sadalananlardan heç biri

D) Mikobakteriya ifraz edən xəstə aşkar olduqda

E) Mikobakteriya ifraz edən xəstə abasilləşdikdə
Ədəbiyyat: Y.Ş.Şıxəliyev. Vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda vərəm əleyhinə tədbirlərin intensiv şəkildə aparılma metodları Bakı Elm 2003
801) ÜST-a görə ilkin fəal vərəm xəstəsi hansı yolla aşkarlanmalıdır?
A) Rentgenoskopiya

B) Rentgenoqrafiya

C) Sorğu əsasında

D) Kütləvi flüoroqrafiya

E) Sadə mikroskopiya
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
802) Aşağıda göstərilənlərin hansı əksepidemik tədbir sayıla bilər?
A) İlkin aşkar edilmiş xəstələrdə mikobakteriyalarıya ifrazının müayinəsi

B) İlkin aşkar olunmuş basilyar xəstələrin hospitalizasiyası

C) İlkin aşkar olunmuş basilyar xəstələrin effektli müalicəsi

D) Sadalananların hamısı

E) Əhali arasında vərəmi aşkar etmək üçün kütləvi profilaktik müayinələrin aparılması
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin