Ftiziatriya ixtisası üzrə nümunəvi test sualları Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Spesifik dərmanların qəbulu nəticəsində hepatit baş verdikdə müalicə taktikası necə olmalıdır?



Yüklə 1,33 Mb.
səhifə11/15
tarix23.02.2017
ölçüsü1,33 Mb.
#9431
1   ...   7   8   9   10   11   12   13   14   15

560) Spesifik dərmanların qəbulu nəticəsində hepatit baş verdikdə müalicə taktikası necə olmalıdır?
A) Müalicə sxemasından Rifampisin və İzoniazid çıxarılmalıdır

B) Müalicəyə ikinci sıra preparatlar əlavə edilməlidir

C) Müalicə dayandırılmalıdır

D) Müalicə sxemasından Rifampisin və İzoniazid çıxarılmamalıdır

E) Sadalananların heç biri
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
561) Spesifik dərmanların qəbulu nəticəsində hepatit baş verdikdə müalicənin intensiv mərhələsi və davamedici mərhələsi hansı müddətə və hansı dərmanlarla təyin olunur?
A) İntensiv mərhələ 4 ay 2 preparatla (İzoniazid, Etambutol), davamedici mərhələ 6 ay (İzoniazid və Etambutolla)

B) İntensiv mərhələ 3 ay 2 preparatla (İzoniazid, Etambutol), davamedici mərhələ 7 ay (İzoniazid və Etambutolla)

C) İntensiv mərhələ 2 ay, 3 preparatla (İzoniazid, Streptomisin, Etambutol), davamedici mərhələ 10 ay İzoniazid və Etambutolla

D) İntensiv mərhələ 4 ay 2 preparatla (İzoniazid, Etambutol), davamedici mərhələ 7 ay (İzoniazid və Etambutolla)

E) Sadalanan sxemlərin heç biri
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
562) Spesifik dərmanların qəbulu nəticəsində hepatit inkişaf etdikdə intensiv mərhələdə hansı spesifik dərmanların təyini məqsədəuyğun sayılmır?

A) Kanamisin

B) Etambutol

C) Streptomisin

D) İzoniazid

E) Rifampisin və Pirazinamid


Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
563) Hamilə qadınlarda vərəm inkişaf etdikdə hansı spesifik dərman cifdən keçərək döldə eşitmə sinirinə və böyrəklərə mənfi təsir göstərməsinə görə müalicədə istifadə olunmur?
A) Pirazinamid

B) İzoniazid

C) Rifampisin

D) Etambutol

E) Streptomisin
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
564) Qeysəriyyə əməliyyatı zamanı vərəm xəstəliyi olan qadınlara anesteziya aparılarkən Streptomisinin vurulması hansı mənfi təsiri göstərir?
A) Xəstənin eşitmə sinirinə təsir edir

B) Sadalananların heç biri

C) Xəstənin mədə bağırsaq sisteminə təsir edir

D) Xəstənin böyrəyinə təsir edir

E) Əzələ sinir blokatorlarının təsirini azaldır və narkozun keyfiyyətini aşağı salır
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
565) Hamilə qadınlarda vərəm xəstəliyinin müalicəsi zamanı vərəm əleyhinə spesifik dərmanların dölə mənfi təsirini aradan qaldırmaq üçün hansı tədbirlər həyata keçirmək lazımdır?
A) Hepatoprotektorlar təyin olunur

B) Sadalananların heç biri

C) B qrup vitaminlərin təyini

D) Simptomatik müalicə təyin edilir

E) Vitaminlər təyin edilir
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
566) Döş daxili limfa düyünlərin vərəminin əsas aşkar etmə metodları hansıdır?
A) Angioqrafik müayinə

B) Kontakların müayinəsi

C) Tuberkulin sinağı və fluoroqrafik müayinə

D) Xəstəliyin kliniki simptomlarına görə təyini

E) Bütün göstərilənlər
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
567) Böyrək daşı olan vərəm xəstəsini nə vaxt sanatoriya göndərmək olar?
A) Kavernoz formada

B) Fibroz kavernoz formada

C) İlkin vərəm kompleksinin dağılma mərhələsində

D) İnfiltratın dağılma mərhələsində

E) İnlftratın sorulması, kavernanın bağlanması mərhələsində
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
568) Doğuşdan sonra mikobakteriya ifraz edən ana və yenidoğulmuş arasında təmas necə olmalıdır?
A) Ana ömürlük uşqadan izolyasiya olunmalıdır

B) Sadalananların heç biri

C) Ana uşaqla daim bir yerdə qalmalıdır

D) Uşaq körpələr evinə verilməlidir

E) Ana uşaqdan mikobakteriya ifrazı davamlı kəsilənə qədər izolyasiya olunmalıdır
Ədəbiyyat: ВОЗ. Майкл Рич с соав. Руководство по программному ведению лекарственно устойчивого туберкулеза
569) Böyrək çatışmazlığı müşahidə olunan multirezistent vərəmli xəstələrin müalicəsi zamanı əsasən hansı dərman preparatları istifadəsində ehtiyalı olmaq lazımdır?
A) İzoniazid

B) Pirazinamid

C) Aminoqlikozidlər

D) Proteonamid

E) Rifampisin
Ədəbiyyat: ВОЗ. Майкл Рич с соав. Руководство по программному ведению лекарственно устойчивого туберкулеза
570) Qıcolma sindromu müşahidə olunan multirezistent vərəmli xəstələrdə hansı preparatın təyin edilməsi məqsədyönlü deyil?

A) Pirazinamid

B) İzoniazid

C) Rifampisin

D) Proteonomid

E) Sikloserin


Ədəbiyyat: ВОЗ. Майкл Рич с соав. Руководство по программному ведению лекарственно устойчивого туберкулеза
571) Psixiki xəstəliyi olan multirezistent vərəmli xəstələrində Sikloserinin təyini necə olmalıdır?
A) Sikloserinin dozası artırılaraq işlədilməlidir

B) Sikloserin günaşırı verilməlidir

C) Psixiatrın və ftiziatrın ciddi nəzarəti altında Sikloserin müalicədə işlədilməlidir

D) Sikloserin müalicədə işlədilməməlidir

E) Sikloserinin dozası azaldılaraq işlədilməlidir
Ədəbiyyat: ВОЗ. Майкл Рич с соав. Руководство по программному ведению лекарственно устойчивого туберкулеза
572) Qazanılmış immun defisiti ilə vərəm ynaşı getdikdə hansı spesifik preparat işlədilməməlidir əks göstərişdir?
A) Proteonamid

B) Rifampisin

C) Pirazinamid

D) Tioasetezon

E) İzoniazid
Ədəbiyyat: ВОЗ. Майкл Рич с соав. Руководство по программному ведению лекарственно устойчивого туберкулеза
573) Süni pnevmotoraks yaşli adamlarda spesifik prosesin dağılma mərhələsi ağ ciyərin hansı nahiyəsində olduqda effekt verir?
A) Dağılma boşluğu iki tərəfdə yuxarı payda olduda

B) Dağılma boşluğu bir tərəfdə yuxarı payda olduda

C) Dağılma boşluğu orta payda olduqda

D) Dağılma boşluğu yuxarı payda olduqda

E) Dağılma boşluğu aşağı payda olduqda
Ədəbiyyat: М.И.Перелман, В.А.Корякин, Н.М.Протопова. Туберкулез Москва 1990
574) Eksudativ plevritin sorulma mərhələsində auskultasiya zamanı hansı simptom aşkar olunur?

A) Plevranın sürtünmə küyü

B) Amforik səs

C) Sadalananların heç biri

D) Zəifləmiş tənəffüs

E) Qüvvətli tənəffüs


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
575) Ocaqlı ağ ciyər vərəmində dağilma boşluğu adətən nə böyüklükdə olur?

A) Qiqant ölçülü

B) Xırda ölçülü

C) Orta ölçülü

D) Əhəmiyyətli dərəcədə böyük

E) İstənilən ölçüdə


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
576) Ürək damar və eyni zamanda fəal vərəmli yaşlı xəstələr hansı dispanser qrupunda müşahidə olunur?
A) IV qrup

B) I qrup

C) II qrup

D) V qrup

E) III qrup
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
577) Yaşlı vərəm xəstələrinin dispanser müşahidəsinin məqsədi nədir?
A) Obliqat qruplarının yoxlanılması

B) Xəstələrin müalicəsinin təşkili və qeydiyyatı

C) Sadalananların hamısı

D) Vərəm xəstələrini aşkar edilməsi,müalicəyə nəzarət

E) Təmasda olanların yoxlanılması
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
578) Ürək xəstəliyi olan yaşlı şəxslərdə ağ ciyər vərəminin aktiv formaları aşkar edildikdə onlar hansı dispanser qrupunda qeydiyyata alınırlar?
A) IV qrup

B) III-v


C) I qrup

D) III-ab

E) II – III qrup
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
579) Böyrək daşı olan ağ ciyər vərəmli xəstələrinin vərəmə görə müayinəsi necə aparılır?
A) Sidiyin mikroskopik və kultural müayinəsi

B) Sayılanlar hamısı

C) Mantu sınağı

D) Bəlğəmin mikroskopik,kultural müayinəsi

E) Rentqen-fluoroqrafik müayinə
Ədəbiyyat: Диагностика и лечение внелегочного туберкулеза. Рекомендация ВОЗ 2002

Bölmə 8.Ağciyərdən kənar üzvlərin vərəmi.

580) Vərəm prosesi ilkin olaraq böyrəyin hansı hissəsini zədələyir?
A) Qabıq qatı

B) Əzələ qatı

C) böyrək ləyəni

D) Böyrək kasacığı

E) Beyin qatı
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
581) Böyrək vərəminin hansı kliniki formasına daha çox rast gəlinir?
A) İlkin vərəm kompleksi

B) Sadalananların heç biri

C) Böyrəkətrafı limfa vəzlərinin vərəmi

D) Ocaqlı

E) Kavernoz
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
582) Böyrək vərəminin hansı formaları mövcuddur?
A) Vərəm pionefrozu

B) Sadalananların hamısı

C) Vərəm papiliti

D) Kavernoz vərəm

E) Parenximatoz vərəm
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
583) Böyrəklərin vərəmi hansı kliniki əlamətlərlə müşaiyət olunur?
A) Az simptomlu

B) Simptomsuz

C) Qarın nahiyəsində və beldə ağrılar

D) Subfebril hərarət

E) Bütün sadalananlar
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
584) Böyrək vərəmi ən çox nə vaxt aşkarlanır?
A) Profilaktik müayinələrdə

B) Autopsiya zamanı

C) Heç vaxt

D) Tuberkulindiaqnostikada

E) Sidiyin sadə mikroskopiyasında
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
585) Böyrək vərəminin hansı forması xroniki böyrək çatışmazlığı ilə ağırlaşa bilər?
A) Vərəm papiliti

B) Kavernoz vərəm

C) İlkin vərəm kompleksi

D) Parenximatoz vərəm

E) Vərəm pionefrozu
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
586) Böyrək vərəminin başlanğıc klinik əlamətləri hansılardır?
A) Sadalananların heç biri

B) Yüksək hərarət

C) Dizuriya

D) Qeyri-kəskin intoksikasiya əlamətləri

E) Bel və qarın nahiyələrində ağrılar və intoksikasiya əlamətləri
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
587) Böyrək vərəminin başlanğıc mərhələsində sidiyin analizi necə olur?
A) Sidiy qələvi reaksiyalı olur

B) Proteinuriya

C) Leykosituriya

D) Sidiy turş reaksiyalı olur

E) Hematuriya
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
588) Sidik sisteminin vərəminin gecikmiş və ağırlaşmış formalarını xarakterizə edən əlamətlər hansılardır?
A) Piuriya və davamlı makrohematuriya

B) Yüksək hərarət

C) Dizuriya

D) Bütün sayılanlar

E) Qarın boşluğunda ağrı
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
589) Uşaqlarda mikobakteriya ifrazı ilə müşaiyət olunan tənəffüs orqanlarının vərəminin müxtəlif kliniki formaları sidik sistemi vərəmi ilə yanaşı getdikdə diaqnoz qoymaq üçün ilkin olaraq hansı müayinələr aparılmalıdır?

A) Nefroloqun konsultasiyası

B) Uroloqun konsultasiyası

C) Sidiyin VMB aşkar olunması məqsədilə üsulu ilə müayinəsi

D) Sidiyin qeyri-spesifik floraya əkilməsi

E) Sidiyin sistematik müayinəsi


Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
590) Böyrək vərəminin lokalizasiyasını aydınlaşdırmaq üçün hansı müayinə metodu önəmlidir?
A) Sistoskopiya

B) Venadaxili uroqrafiya

C) Sadalananların heç biri

D) Angioqrafiya

E) Ultrasəs müayinə
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
591) Sidik sistemində hansı hallarda cərrahi müdaxilələr aparılır?
A) Sidik axarının çapıqlamış stenozu

B) İkincili kista,böyrək tuberkulyoması və ya destruksiyası

C) “Sönmüş” böyrək

D) “Kiçik”sidik kisəsisinin əmələ gəlməsi

E) Bütün sadalananlar
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
592) Sidik sisteminin vərəminin nəticəsinə hansı hallar aiddir?
A) Sidik axarının çapıqlaşması

B) Nefrolitiyaz

C) Bütün sadalananlar

D) Qeyri-spesifik nefritə keçid

E) Hidronevroz
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
593) Aşağıda göstərilənlərdən hansı sidik sisteminin vərəminin sağalma kriteriyasına aid deyil?
A) Bakteriya ifrazının dayanması

B) Sidik axarının stenozu (daralması)

C) Böyrək funksiyasının göstəricilərinin normalaşması

D) Destruksiyanın sağalması,sidik yollarının və sidik kisəsinin selikli qişalarda iltihabi dəyişikliklərin kənarlaşdırılması

E) Sidik analizlərinin göstəricilərinin normalaşması
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
594) Oynaq və sümüklərə vərəm mikobakteriyasının əsas daxil olma yolları hansılardır?
A) Kontakt

B) Aerogen

C) Döş qəfəsi daxili limfa vəzlərindən limfogen yolla

D) Ağ ciyər toxumasından limfogen

E) Hemotogen
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
595) Vərəm spondiliti üçün xarakterik klinik əlamətlər hansılardır?
A) Fəqərələrdə hərəkət məhdudluğu

B) Kiçik çanaq üzvlərinin funksiyasının pozulıması

C) Sadalananların hamısı

D) Sakit vaxtı onurğada ağrılar

E) Yeriş zamanı onurğa sütununda olan ağrılar
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
596) Yaşlılarda, uşaqlarda və yeniyetmələrdə sümük oynaq sisteminin vərəmini aşkar etmək üçün hansı müayinə metodları tətbiq olunur?
A) Sümük oynaq sisteminin rentgenoqrafik müayinəsi

B) Cərrahın konsultasiyası

C) Sümük oynaq sisteminin ultrasəs müayinəsi

D) Sümük və oynaqların rentgenskopiyası

E) Sadalananların hamısı
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
597) Sümük-oynaq vərəminin müalicəsində hansı metodlar istifadə olunur?
A) Vərəm əleyhinə kimyəvi terapiya

B) Ortopedik müalicə

C) İqlim müalicəsi

D) Bütün sadalananlar

E) Cərrahi müalicə
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
598) Uşaqlarda gözün vərəmi vərəmin hansı kliniki formaları ilə yanaşı gedir?
A) Döş daxili limfa vəzilərinin vərəmi

B) Dəri vərəmi

C) Ocaqlı vərəm

D) Bütün sadalananlar

E) Sümük oynaq sisteminin vərəmi
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
599) Gözün vərəminin müalicəsində istifadə olunan metodlar hansılardır?
A) Vərəm əleyhinə kimyəvi terapiya

B) Patogenetik müalicə

C) Bütün sadalananlar

D) Vərəm əleyhinə preparatların yerli tətbiqi

E) Fizioterapevtik müalicə
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
600) Vərəm mezadeniti ən çox hansı ağırlaşmaları verir?
A) Bağırsaqlarda qanaxma

B) Sadalanların heç biri

C) Bağırsaq arası soyuq abses

D) Qarın arteriyalarının trombozu

E) Qarın venalarının tromboflebiti
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
601) Qarın boşluğunda sərbəst mayenin toplanması ən çox hansı xəstəlikdə baş verir?
A) Mezadenit

B) Mədə xorası

C) Reaktiv pankreatitlər

D) Öd daş xəstəliyi

E) 12 barmaq bağırsaq xorası
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
602) Limfoqranulyomatoz xəstəliyinin qarın forması ilə vərəm mezadenitin diferensial diaqnostikasında hansı əlamət limfoqranulomatoz üçün xarakterikdir?
A) Hərarətin qalxması və enməsi titrəmə ilə müşaiyət olunmur

B) Limfoqranulomatozda hərarətin qalxması və enməsi titrəmə ilə müşaiyət olunur və bu vaxt qarında əllənən limfa vəzləri böyümüş olur

C) Hərarətin qalxması qarında əllənən limfa vəzləri böyüməsi ilə müşaiyət olunmur

D) Hərarətin qalxması və enməsi titrəmə ilə müşaiyət olunur

E) Sadalananların heç biri
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
603) Vərəm mezadeniti üçün xarakterik olan əlamət hansıdır?
A) Sadalananların heç biri

B) Kox sınağından sonra qarında olan ağrılar dəyişmir

C) Hemoqrammada limfositoz, leykositoz müşahidə olunur

D) Kox sınağından sonra qarında olan ağrılar şiddətlənir

E) Kox sınağından sonra hərarət düşür
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
604) Mezadenit diaqnozunu qoymaq üçün ilkin olaraq hansı müayinə metodu tətbiq olunur?
A) Ultrasəs müayinəsi

B) Qanın ümumi analizi

C) Rentgenoqrafiya

D) Flüoroqrafiya

E) Sadalananların heç biri
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
605) Mezadenitin müalicə prinsiplərinin əsasını nə təşkil edir?
A) Spesifik dərmanların kombinasiyası düzgün seçilməli, dərmanların dozaları çəkiyə və yaşa uyğun olmalı, qida rasionu yüksək kalorili olmalıdır

B) Monoterapiya, sakit vəziyyət

C) Qarın dərisi üzərində spesifik dərmanların fiziterapevtik üsullarla yeridilməsi

D) Aşağı kalorili qida maddələri qəbul etmək və iki spesifik preparat qəbul etmək

E) Sadalananların heç biri
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
606) Mezaodenit ağ ciyər vərəminin hansı forması ilə yanaşı getdikdə daha təhlükəli olur?
A) Ağ ciyər vərəminin multirezistent forması

B) Ağ ciyər vərəminin polirezistent forması

C) Ağ ciyər vərəminin monorezistent forması

D) Sadalananların hamısı

E) Ağ ciyər vərəminin birinci sıra spesifik dərmanlara həssas forması
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
607) Mezadenit ağ ciyər vərəminin hansı forması ilə yanaşı getdikdə daha təhlükəli olur?
A) Ağ ciyər vərəminin birinci sıra spesifik dərmanlara həssas forması

B) Ağ ciyər vərəminin monorezistent forması

C) Ağ ciyər vərəminin polirezistent forması

D) Ağ ciyər vərəminin multirezistent forması

E) Genişləndirilmiş dərman çeşidinə davamlı olan vərəm forması
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
608) Mezadenitin aşkarı üçün hansı müayinə materialı üstünlük təşkil edir?
A) Sidiyin mikroskopiyası

B) Qarın boşluğundan götürülmüş maye və ya bioptat

C) Sadalananların heç biri

D) Nəcisin mikroskopiyası

E) Qanın analizi
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
609) Periferik limfa vəzlərinin vərəmi hansı halda daha yoluxucudur?
A) İnfiltrativ forma

B) Sadalananlardan heç biri

C) Kalsinatlaşmış forma

D) Limfa vəzi funksiyaedici fistula ilə fəsadlaşdıqda

E) Tumoroz forma
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
610) Periferik limfadenitin spesifikliyini təyin etmək üçün hansı müayinə metodları aparılır?
A) Punksion metodla bioprtatın götürülməsi, və mikrobioloji və sitoloji müayinəsi onun, tuberkulindiaqnostika

B) Angioqrafiya

C) Flüoroqrafiya

D) Rentgenoskopiya

E) Rentgenoqrafiya
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
611) Limfadenitin kliniki sağalmasından sonra kiçik qalıq əlaməti nə sayılır?
A) Diametri 2-4 sm-ə qədər olan kirəcləşmiş 1-2 limfa düyünü

B) Diametri 4-5 sm-ə qədər olan kirəcləşmiş bir limfa düyünü

C) Diametri 1 sm-ə qədər olan kirəcləşmiş 5-6 limfa düyünü

D) Sadalanaların heç biri

E) Diametri 1 sm-ə qədər olan kirəcləşmiş 1-2 limfa düyünü
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
612) Limfadenitin kliniki sağalmasından sonra böyük qalıq əlaməti nə sayılır?
A) Diametri 1 sm-dən böyük olan kirəcləşmiş limfa düyünləri

B) Diametri 0.2-0.3 sm-dək olan kirəcləşmiş limfa düyünləri

C) Diametri 1 sm-ə qədər olan kirəcləşmiş 1-2 limfa düyünü

D) Sadalanaların hamısı

E) Diametri 0.7-0.8 sm-dək olan kirəcləşmiş limfa düyünləri
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
613) Limfadenitdən sonra baş vermiş kelloid dəyişikliyin müalicəsi necə aparılır?
A) Kelloidin üzərinə fizioterapevtik qızdırıcı müalicələr tətbiq olunur

B) Kelloidin üzərinə sorucu məlhəmlər sürtülür

C) Kelloid cərrahi üsulla kəsilib götürülür

D) Sadalananların heç biri

E) Spesifik müalicə fonunda kelloid törəmənin altına lidaza, hirdokortizon və s. yeridilir
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
614) Çənəaltı nahiyəsində böyümüş limfa vəzləri müşahidə olunan xəstənin böyük döş əzələsinin altında müşahidə olunan və simptomsuz gedən infiltrat necə qiymətləndirilməlidir?
A) Döş vəzinin xərçəngi kimi

B) Limfa vəzindən axan soyuq abses kimi

C) Sadalananların heç biri

D) Böyük döş əzələsinin mioması

E) Böyük döş əzələsinin fibromioması
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
615) Periferik limfa vəzifələrinin vərəminin ilkin kliniki əlamətləri hansılardır?

A) Limfa vəzilərinin böyüməsi periadenit əlaməti ilə

B) Dərinin qızarması

C) Limfa vəzi ətrafında dəri şişkinliyi

D) Limfa vəzilərinin böyüməsi periadent əlaməti yoxdur

E) Palpasiyada ağrılı olması


Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
616) Periferik limfa vəzilərinin vərəmini hansı xəstəliklərlə diferensasiya etmək olar?
A) Sarkoidoz

B) Bütün sadalananlarla

C) Limfosarkoma

D) Qeyri-spesifik limfadenit

E) Limfoqranulyomatoz
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
617) Limfadenitlərin cərrahi müalicəsinə göstəriş aşağıdakilardan hansıdır?
A) İnfiltrativ mərhələ

B) Bütün sadalananlar

C) İnfiltrativ forma sorulma mərhələsində

D) Kliniki sağalmış kiçik qalıqlara malik forma

E) Fistula vermiş və kazeoz forma
Ədəbiyyat: Н.Е.Чернеховская с соав. Туберкулез на рубеже веков Москва 2000
618) Vərəm meninqitində spesifik proses əsasən ən çox harada lokalizasiya olunur?
A) IV mədəciyin dibində

B) Başbeyin sütununda

C) Beyin ayaqcıqlarında

D) Baş beyin maddəsində və beyin qişasında

E) Bütün cavablar düzgündür
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005
619) Vərəm meningitinin kliniki gedişinə görə son təsnifatı hansıdır?
A) Vərəm meningiti, vərəm meninqioensefaliti, vərəm meninqoensefalomieliti

B) Sadalananların heç biri

C) Vərəm meningiti, bakterial meningit

D) Vərəm meninqoensofalomieliti, virus meningiti

E) Vərəm meninqioensofaliti, meninqokok meningiti
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin