Ftiziatriya ixtisası üzrə nümunəvi test sualları Bölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili


) Vərəm meningiti hansı yaş qrupunda olan uşaqlar üçün daha təhlükəlidir?



Yüklə 1,33 Mb.
səhifə12/15
tarix23.02.2017
ölçüsü1,33 Mb.
#9431
1   ...   7   8   9   10   11   12   13   14   15

620) Vərəm meningiti hansı yaş qrupunda olan uşaqlar üçün daha təhlükəlidir?
A) 4 yaşdan 5-yaşa qədər

B) 1 yaşdan 3-ə qədər

C) 6 yaşdan 7-yədək

D) 10-12 yaş

E) 8 yaşdan 10-yaşa qədər
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005
621) Kiçik yaşlı uşaqlar vərəm meninqiti ilə hansı səbəbdən daha tez xəstələnirlər?
A) Hematoensefalik baryerin çatışmazlığı

B) Postvaksinal immunitetin formalaşmaması və ümumi immunitetin formalaşmaması

C) Bütün cavablar düzdür

D) Humoral imunnitetin formalaşmaması

E) Mərkəzi sinir sisteminin yetişməməsi
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005
622) Vərəm meninqitindən fərqli olaraq seroz meningit üçün hansə əlamətlər xarakterikdir?
A) Nadir qənaətbəxş gedişli spontan sağalma

B) Sadalananların hamısı

C) Xroniki gediş

D) Qeyri-qənaətbəxş gedişli letal nəticə

E) Kəskin başlanğıc
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005
623) Vərəm meninqitindən fərqli olaraq irinli meninqit üçün xarakterik əlamət hansıdır?
A) Qənaətbəxş gediş,spontan sağalma

B) Kəskin başlanğıc, yüksək hərarət

C) Qeyri-qənaətbəxş gediş,letal nəticə

D) Xroniki gediş

E) Sadalananların hamısı
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005
624) Onurğa beyni mayesinin hansı göstəricisi vərəm meninqiti üçün xarakterdir?
A) Beyin daxili təzyiqin yüksək olması

B) Zülalın az yüksəlməsi

C) None-Appelt reaksiyasının müsbət olması

D) Şəkərin miqdarının azalması

E) Sadalananların hamısı
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005
625) Seroz meninqitdə onurğa beyin mayesinin daha xarakter göstəriciləri hansılardır?
A) Şəkərin miqdarının artması

B) Sadalananların hamısı

C) Beyin daxili təzyiqin yüksək olması

D) Fibrin pərdənin düşməməsi

E) Xloridlərin artması
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005
626) Meningitin vərəm etiologiyalı olmasını hansı müayinə metodu vasitəsi ilə təyin etmək olar?
A) Angioqrafiya

B) Baş beyinin rentgenoqrafiyası

C) Onurğa beyini mayesində mikroskopik və kultural üsulla vərəm törədicilərinin tapılması

D) Kompüter tomoqrafiyası

E) Ensefaloqrafiya
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005
627) Vərəm meninqitinə şübhə olduqda hansı əlavə müayinə metodları aparılır?
A) Onurğa sütununun və baş beyinin rentgenoloji müayinəsi

B) Göz dibinin müayinəsi

C) Kompyuter tomoqrafiyası

D) Sadalananların hamısı

E) Audiometriya
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005,Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004.
628) Vərəm meninqitinin müalicəsində kimyəvi preparatların seçilməsi nəyə əsaslanır?
A) Bütün sadalananlar

B) Ensefalit əlamətlərinin olması

C) Xəstənin çəkisi və yaşı

D) Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq dərmanların infuzion tətbiqi

E) Xəstəliyin ağırlıq dərəcəsi
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005,Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004.
629) Vərəm meninqitində kimyəvi terapiyanın tətbiqi müddəti nədən asılıdır?
A) Ağırlaşmaların olması

B) Xəstəliyin ağıırlıq dərəcəsi

C) Bütün sadalananlar doğrudur

D) Klinik sağalma surəti

E) Onurğa beyni mayesinin dinamik göstəriciləri
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005,Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
630) Vərəm meninqiti keçirilmiş ilkin xəstələr hansı dispanser qrupunda nəzarətə alınır?
A) III-A dispanser qrupu

B) II-B dispanser qrupu

C) I-A dispanser qrupu

D) IV dispanser qrupu

E) II-A dispanser qrupu
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
631) Vərəm meningiti keçirmiş xəstələr kliniki sağlmadan sonra hansı dispanser qrupunda müşahidə olunurlar?
A) III- dispanser qrupu

B) I-A dispanser qrupu

C) II-B dispanser qrupu

D) I-B dispanser qrupu

E) I-C dispanser qrupu
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
632) Vərəm meninqitinin qalıq əlamətlərinə aşağıda göstərilənlərin hansı aiddir?
A) İntellektin zəifləməsi

B) Sadalananların hamısı

C) Görmə və eşitmə qabiliyyətinin zəifləməsi

D) Epilepsiya tutmalarının əmələ gəlməsi

E) Əmək qabiliyyətinin zəifləməsi
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005
633) Sümük oynaq sistemi vərəminin törətdiyi fəsadlar hansılardır?
A) Sayılanların hamısı

B) Soyuq abseslərin yaranması

C) Sümüklərdə və oynaqlarda destruksiyanın olması

D) Oynaqda ankilozların kontrakturaların yaranması

E) Sümük oynaq sistemində funksiyaların pozulması
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
634) Sümük oynaq sistemi vərəminin əmələ gəlmə səbəbləri hansılardır?
A) Sayılanların hamısı.

B) Müxtəlif infeksion xəstəliklər nəticəsində

C) Vərəm mikobakteriyalarının hematogen yayılmasi nəticəsində

D) Sümük oynaq sistemində aparılan çərrahi müdaxilə zamanı.

E) Müxtəlif travmalar nəticəsində.
Ədəbiyyat: Fuad İsmayılov, Namiq Abbasov. Vərəm. Bakı 2004
635) Sümük oynaq sistemi vərəminin yaranma fazalarına hansı aid deyil?
A) Atrofik faza

B) Sayılanların hamısı

C) Postartritik faza

D) Artritik faza

E) Preartritik faza
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
636) Sümük oynaq sistemi vərəminin gedişinə sadalananların hansı aiddir?
A) Oynaq kisəsində reaktiv dəyişikliklərin yaranması.

B) Sayılanların hamısı

C) Fistulanın yaranması.

D) Ətrafların funksiyasının pozulması

E) Oynaqda destruksiyanın yaranması.
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
637) Sümük oynaq sistemi vərəmi daha çox hansı yolla əmələ gəlir?
A) Limfogen

B) Hematogen

C) Sputogen

D) Bronxogen

E) Aerogen
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
638) Böyrək vərəmini təsdiq edən əlamət hansıdır?
A) Leykosituriya

B) Yüksək hərarət

C) Sidikdə vərəm mikobakteriyalarinin aşkarı

D) Hematuriya

E) Sadalananların hamısı
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
639) Böyrək vərəminin yoluxuculuğunun təsdiqi üçün hansı müayinə metodu önəmlidir?
A) Sidiyin sadə bakterioskopik və kultural müayinəsi.

B) Sistoskopiya

C) Ekskretor uroqrfiya

D) Ultrasəs müayinəsi

E) Qanda leykoformulanın təyini
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
640) Böyrək vərəmi hansı xəstəliklərlə differensasiya oluna bilər?
A) Böyrək daşı xəstəliyi

B) Qeyri spesifik pillonefrit

C) Böyrəklərin anomaliyası

D) Sayılanların hamısı

E) Böyrək şişlərilə
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
641) Bud-çanaq oynağının vərəmi necə adlanır?
A) Artrit

B) Osteoxondroz

C) Osteomielit

D) Qonit


E) Koksit
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
642) Diz oynağının vərəmi necə adlanır?
A) Artrit

B) Koksit

C) Qonit

D) Osteomielit

E) Osteoxondroz
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
643) Çiyin oynağının vərəmi necə adlanır?
A) Qonit

B) Koksit

C) Artrit

D) Bursit

E) Osteomielit
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
644) Onurğa sütununun vərəmi necə adlanır?
A) Qonit

B) Vərəm spondiliti

C) Koksit

D) Artrit

E) Osteomielit
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
645) Büzdüm-çanaq oma-qalça nahiyəsinin vərəmi necə adlanır?

A) Koksit

B) Osteomielit

C) Qonit


D) Sakroileit

E) Artrit


Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
646) Kiçik falanqaların oynaqlarının vərəmi necə adlanır?
A) Osteomielit

B) Koksit

C) Qonit

D) Artrit

E) Sakroileit
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
647) Aşağıdakı əlamətlərin hansı biri osteomielitin spesifik olduğunu göstərir?
A) Soyuq abses

B) Sadalananların heç biri

C) Sümüyün patoloji sınığı

D) Osteomielit nahiyəsində kəskin ağrı

E) Osteomielit nahiyəsində hiperemiya
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
648) Qeyri spesifik osteomielitlər üçün hansı əlamət xarakterik deyil?
A) Osteomielit nahiyəsində hiperemiyanın olması

B) Ostiemielit nahiyəsində kəskin ağrıların olması

C) Sadalananların heç biri

D) Osteomielit nahiyəsində hiperemiyanın yerli hərarətin və ağrının olmaması

E) Osteomielit nahiyəsində yerli hərarətin olması
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
649) Vərəm koksitləri üçün xarakter rentgenoloji əlamət hansıdır?

A) Bud çanaq oynağının oynaq başı və kisə arasındakı məsafənin genişlənməsi

B) Sadalananların heç biri

C) Bud çanaq oynağının ön çıxığı

D) Bud çanaq oynağının arxa çıxığı

E) Bud çanaq oynağının oynaq başı və kisə arasındakı məsafənin daralması


Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
650) Bud-çanaq oynağı vərəminin müalicə prinsipləri hansılardır?
A) Sadalananların heç biri

B) Gips sarğının qoyulması, kombinasiya olunmuş spesifik müalicə

C) Kombinasiya olunmuş spesifik müalicə

D) Gips sarğının qoyulmasıı

E) Spesifik monoterapiya və sakit vəziyyət
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
651) Vərəm qonitlərinin müalicə prinsipləri hansılardır?
A) Diz oynağının gipslə fiksasiyası

B) Sadalananların heç biri

C) Diz oynağının gips vasitəsi ilə immobilizasiyası və kombinasiya olunmuş spesifik müalicə

D) Kombinasiya olunmuş spesifik müalicə

E) Spesifik monoterapiya və sakit vəziyyət
Ədəbiyyat: Ю.М.Панцырева Клиническая хирургия. Москва 1988
652) Fistula vermiş diz oynağı vərəminin hansı forması daha təhlükəlidir?
A) Sadalananların heç biri

B) Spesifik dərmanlara polirezistent formalar

C) Spesifik dərmanlara davamlı monorezistent formalar

D) Spesifik dərmanlara həssas formalar

E) Spesifik dərmanlara davamlı multirezistent formalar
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
653) Ağ ciyər vərəminin qanaxmaları zamanı hansı tədbirlər həyata keçirilir?
A) Kiçik qan dovranında təzyiqin aşağı salınması.

B) Qanın laxtalanmasını artıran dərmanların təyini.

C) Aspirasion sətəlcəmin yaranmasının qarşısını almaq üçün antibiotiklərin təyini.

D) Sayılanların hamısı

E) Böyük qan dövranında qanı depolaşdırmaq məqsədilə ətraflara jqutun qoyulması
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976
654) Sümük vərəminin ilkin fəal formasıdan xəstələr hansı dispanser qrupunda müşaidəyə götürülür?
A) IV-B

B) I-A


C) IV-A

D) II-A


E) III-A
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
655) Sümük vərəminin xroniki formasıdan xəstələr hansı dispanser qrupunda müşaidə olunur?
A) IV-B

B) II-A, II-B

C) IV-A

D) I-A


E) III-A
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
656) Sümük vərəmi hansı qrup vərəm xəstəliklərinə aiddir?
A) Sadalananların heç biri

B) Ağ ciyər vərəmi

C) Sadalananların hamısı

D) Tənəffüs orqanlarının vərəmi

E) Ağ ciyərdən kənar üzvlərin vərəmi
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
657) Sümük vərəmindən kliniki sağalmış xəstələr hansı dispanser qrupunda müşahidə olunurlar?
A) I-C dispanser qrupu

B) II-B dispanser qrupu

C) I –A dispanser qrupu

D) III dispanser qrupu

E) I-B dispanser qrupu
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
658) Vərəm limfadenitindən kliniki sağalmış xəstələr hansı dispanser qrupunda müşahidə olunurlar?
A) II-B dispanser qrupu

B) I-B dispanser qrupu

C) I –A dispanser qrupu

D) I-C dispanser qrupu

E) III dispanser qrupu
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
659) Böyrək vərəmindən kliniki sağalmış xəstələr hansı dispanser qrupunda müşahidə olunurlar?
A) II-B dispanser qrupu

B) I-C dispanser qrupu

C) III dispanser qrupu

D) I –A dispanser qrupu

E) I-B dispanser qrupu
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
660) Vərəm mezadenitindən kliniki sağalmış xəstələr hansı dispanser qrupunda müşahidə olunurlar?
A) I-C dispanser qrupu

B) I –A dispanser qrupu

C) I-B dispanser qrupu

D) III dispanser qrupu

E) II-B dispanser qrupu
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
661) Vərəm mezadenitinə görə ilkin qeydiyyata götürülən fəal vərəm xəstələri hansı dispanser qrupunda müşahidə olunurlar?
A) III-A dispanser qrupu

B) II-B dispanser qrupu

C) II–A dispanser qrupu

D) I-A dispanser qrupu

E) III-B dispanser qrupu
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
662) Böyrək vərəminə görə ilkin qeydiyyata götürülən fəal vərəm xəstələri hansı dispanser qrupunda müşahidə olunurlar?

A) II-B dispanser qrupu

B) I-A dispanser qrupu

C) III-A dispanser qrupu

D) III-B dispanser qrupu

E) II–A dispanser qrupu


Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
663) Ağ ciyərdən kənar üzvlərin fəal vərəmi və ağ ciyər vərəmi eyni vaxtda müşahidə olunduqda diaqnoz formalaşdırılarkən hansı birinci yazılmalıdır?
A) Ağ ciyər vərəmi birinci sonra isə ağ ciyərdən kənar üzvlərin vərəmi yazılmalıdır

B) Ağ ciyərdən kənar üzvlərin vərəmi birinci sonra isə ağ ciyər vərəmi yazılmalıdır

C) Ağ ciyər vərəminin yazılması kifayətdir

D) Təkcə “vərəm” sözünü yazmaq kifayətdir

E) Ağ ciyərdən kənar üzvlərin vərəminin yazılması kifayətdir
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
664) Ağ ciyərdən kənar üzvlərin vərəminin diaqnozu formalaşdırılarkən hansı qanunauyğunluq gözlənilməlidir?
A) Vərəmin fəal kliniki formasının göstərilməsi kifayətdir

B) Vərəmin fəal kliniki formasının və onun fazasının göstərilməsi kifayətdir

C) Vərəmin fəal kliniki forması, onun fazası, mikobakteriya ifrazı və ağırlaşması qeyd olunur

D) Vərəmin fəal kliniki formasının mikobakteriyanın ifraz edilməsinin göstərilməsi kifayətdir

E) “Vərəm” sözünü yazaraq onun ağırlaşmasının göstərilməsi kifayətdir
Ədəbiyyat: Vərəm əleyhinə müəssisələrin kontingentinin dispanser qrupları üzrə qeydiyyatı və dispanser müşahidəsinin təşkili haqqında təlimat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2003-cü il tarixli 133 saylı əmri
665) Döş qəfəsi daxili limfa vəzilərinin vərəmindən sonra qalıqlar hansılardır?
A) Vəzlərin bərkiməsi

B) Qon ocağı

C) Tam sorulma

D) Kalsinat

E) Fibroz
Ədəbiyyat: М.С.Греймер, М.И.Фейгин. Раннее выявление туберкулеза легких «Медицина» 1986
666) Döşqəfəsi daxili limfa düyünlərinin vərəmi vərəmin hansı formasına aiddir?
A) Ağ ciyər vərəmi

B) Ağ ciyərdən kənar üzvlərin vərəmi

C) Tənəffüs üzvlərinin vərəmi

D) Sadalananların hamısı

E) Sadalananların heç biri
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
667) Vərəm plevritləri vərəmin hansı formasına aiddir?
A) Tənəffüs üzvlərinin vərəmi

B) Ağ ciyərdən kənar üzvlərin vərəmi

C) Sadalananların heç biri

D) Ağ ciyər vərəmi

E) Sadalananların hamısı
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
668) Vərəm meningitləri vərəmin hansı formasına aiddir?
A) Ağ ciyərdən kənar üzvlərin vərəmi

B) Sadalananların hamısı

C) Ağ ciyər vərəmi

D) Tənəffüs üzvlərinin vərəmi

E) Sadalananların heç biri
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
669) Gözün vərəmi vərəmin hansı formasına aiddir?
A) Ağ ciyər vərəmi

B) Tənəffüs üzvlərinin vərəmi

C) Sadalananların hamısı

D) Sadalananların heç biri

E) Ağ ciyərdən kənar üzvlərin vərəmi
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
670) Sidik tənasül sisteminin vərəmi vərəmin hansı formasına aiddir?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) Ağ ciyər vərəmi

D) Tənəffüs üzvlərinin vərəmi

E) Ağ ciyərdən kənar üzvlərin vərəmi
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
671) Periferik limfa düyünlərinin vərəmi vərəmin hansı formasına aiddir?
A) Sadalananların hamısı

B) Ağ ciyərdən kənar üzvlərin vərəmi

C) Ağ ciyər vərəmi

D) Sadalananların heç biri

E) Tənəffüs üzvlərinin vərəmi
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
672) Dərinin vərəmi vərəmin hansı formasına aiddir?
A) Sadalananların hamısı

B) Ağ ciyər vərəmi

C) Tənəffüs üzvlərinin vərəmi

D) Sadalananların heç biri

E) Ağ ciyərdən kənar üzvlərin vərəmi
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
673) Vərəm mezadeniti vərəmin hansı formasına aiddir?
A) Sadalananların hamısı

B) Ağ ciyər vərəmi

C) Tənəffüs üzvlərinin vərəmi

D) Ağ ciyərdən kənar üzvlərin vərəmi

E) Sadalananların heç biri
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
674) Yumurtalığın və uşaqlığın vərəmi vərəmin hansı formasına aiddir?
A) Tənəffüs üzvlərinin vərəmi

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) Ağ ciyərdən kənar üzvlərin vərəmi

E) Ağ ciyər vərəmi
Ədəbiyyat: Лечение туберкулеза рекомендации для национальных программ. Второе издание. ВОЗ 1998
675) Yumurtalığın və uşaqlığın vərəmi baş verdikdə onların dispanser müşahidəsi kim tərəfindən aparılır?

A) Ftiziatr

B) Uroloq

C) Mama ginekoloq

D) Cərrah

E) Terapevt


Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
676) Sümük və oynaq vərəminin aşkarlanmasında hansı müəssisələr iştirak edirlər?
A) Sadalananların hamısı

B) Vərəm xəstəxanası

C) Poliklinika

D) Travmatoloji şöbə

E) Tibbi sanitar hissə
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
677) Diz oynağı vərəminin ilkin əlamətləri hansılardır?
A) Oynağ nahiyəsinin qızarması

B) Oynaqda yerli hərarətin olması

C) Sadalananların heç biri

D) Yüksək hərarət

E) Diz oynağının şişməsi, oynağa mayenin toplanması
Ədəbiyyat: В.И.Покровский с соав. Туберкулезный менингит Москва 2005
678) Ağ ciyərdən kənar üzvlərin vərəmini aşkar etmək üçün hansı tuberkulin reaksiyası istifadə olunur?

A) Moro reaksiya

B) Eozinofil tuberkulin reaksiyası

C) Kox reaksiyası

D) Pirke reaksiyası

E) 2 TV ilə mantu sınağı


Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
679) Ağ ciyərdən kənar üzvlərin vərəmi olan obliqat qrup xəstələrindən hansı epidemiolojı daha təhlükəlidir?
A) Mezadeniti olanlar

B) Periostiti olanlar

C) Fistula ilə müşaiyət olunan ağ ciyərdən kənar üzvlərin vərəmi olanlar

D) Limfadeniti olanlar

E) Sadalananlardan heç biri
Ədəbiyyat: Azərbaycan Respublikasında vərəm əleyhinə xidmətin tənzimləyən normativ sənədlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12.12.2001 -ci il tarixli 120 saylı əmr. Bakı 2001;
680) Ağ ciyərdən kənar üzvləri vərəmini mikobakteriyaların hansı növləri törədir?
A) L-formalar

B) Quş növüi

C) Siçan növü

D) Öküz növü və insan növü

E) İnsan növü
Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
681) İnkişaf edən vərəmin yoluxucu olmasının təyini üçün hansı metod istifadə olunmalıdır?

A) Obyektiv müayinə metodları

B) Rentgenoloji müayinə metodları

C) Sitoloji müayinə metodları

D) İmmunoloji müayinə metodları

E) Bəlğəmin sadə mikroskopiyası və kultural müayinə


Ədəbiyyat: А.Г.Хоменко. Туберкулез органов дыхания. Москва «Медицина» 1988
682) Vərəm hansı peşə xəstəliyi ilə differensiasiya olunur?
A) Pnevmokonioz

B) Sementoz

C) Sadalananların hamısı

D) Antrokoz

E) Silikoz
Ədəbiyyat: А.Е.Рабухин. Туберкулез органов дыхания у взрослых. Москва 1976


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin